[ Yeni yazılar · İstifadəçilər · Forum qaydaları · Axtarış · RSS ]
  • Страница 1 из 1
  • 1
Forum » İslam » Təfsir » MAİDƏ 44 (BİSMİLLAH)
MAİDƏ 44
Muslimah_92Tarix: Çərşənbə, 25.07.2012, 04:28 | Yazı # 1
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
بِسْمِ اللّهِ الرَّحْمنِ الرَّحِيمِ

Şəkk yoxdur ki, Uca Allah Qurani Kərimi insanların anlayıb əməl etməsi üçün göndərib. Ayələri doğru anlamanın yolu isə təfsir kitablarından istifadə etməklə açılır…
Allahın izni və yardımıyla sizə təfsirini təqdim eləyəcəyəm ayə tarix boyu və hal – hazırda “aktual” sayıla biləcək mübarək ayələrdəndir. Uca Allah buyurur:

وَمَنْ لَمْ يَحْكُمْ بِمَا أَنْزَلَ اللَّهُ فَأُولَئِكَ هُمُ الْكَافِرُونَ
“Hər kim, Allahın endirdiyilə hökm etməzsə, onlar kafirlərdir!”
Maidə - 44


Yazını Muslimah_92 - Çərşənbə, 25.07.2012, 04:31
 
Muslimah_92Tarix: Çərşənbə, 25.07.2012, 04:31 | Yazı # 2
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
Müfəssirlərdən Əbu Abdillah Əl Qurtubi (600-671 h/1204-1274 m) ayənin təfsirində deyir:


نزلت كلها في الكفار ; ثبت ذلك في صحيح مسلم من حديث البراء , وقد تقدم , وعلى هذا المعظم .
فأما المسلم فلا يكفر وإن ارتكب كبيرة , وقيل : فيه إضمار ; أي ومن لم يحكم بما أنزل الله ردا للقرآن , وجحدا لقول الرسول عليه الصلاة والسلام فهو كافر ; قاله ابن عباس ومجاهد , فالآية عامة على هذا
قال ابن مسعود والحسن : هي عامة في كل من لم يحكم بما أنزل الله من المسلمين واليهود والكفار أي معتقدا ذلك ومستحلا له ; فأما من فعل ذلك وهو معتقد أنه راكب محرم فهو من فساق المسلمين , وأمره إلى الله تعالى إن شاء عذبه , وإن شاء غفر له , وقال ابن عباس في رواية : ومن لم يحكم بما أنزل الله فقد فعل فعلا يضاهي أفعال الكفار
وقيل : أي ومن لم يحكم بجميع ما أنزل الله فهو كافر ; فأما من حكم بالتوحيد ولم يحكم ببعض الشرائع فلا يدخل في هذه الآية , والصحيح الأول , إلا أن الشعبي قال : هي في اليهود خاصة , واختاره النحاس ; قال : ويدل على ذلك ثلاثة أشياء ; منها أن اليهود قد ذكروا قبل هذا في قوله : " للذين هادوا " ; فعاد الضمير عليهم , ومنها أن سياق الكلام يدل على ذلك ; ألا ترى أن بعده " وكتبنا عليهم " فهذا الضمير لليهود بإجماع ; وأيضا فإن اليهود هم الذين أنكروا الرجم والقصاص
فإن قال قائل : " من " إذا كانت للمجازاة فهي عامة إلا أن يقع دليل على تخصيصها ؟ قيل له : " من " هنا بمعنى الذي مع ما ذكرناه من الأدلة ; والتقدير : واليهود الذين لم يحكموا بما أنزل الله فأولئك هم الكافرون ; فهذا من أحسن ما قيل في هذا ; ويروى أن حذيفة سئل عن هذه الآيات أهي في بني إسرائيل ؟ قال : نعم هي فيهم , ولتسلكن سبيلهم حذو النعل بالنعل , وقيل : " الكافرون " للمسلمين , و " الظالمون " لليهود , و " الفاسقون " للنصارى ; وهذا اختيار أبي بكر بن العربي , قال : لأنه ظاهر الآيات , وهو اختيار ابن عباس وجابر بن زيد وابن أبي زائدة وابن شبرمة والشعبي أيضا
قال طاوس وغيره : ليس بكفر ينقل عن الملة , ولكنه كفر دون كفر , وهذا يختلف إن حكم بما عنده على أنه من عند الله , فهو تبديل له يوجب الكفر ; وإن حكم به هوى ومعصية فهو ذنب تدركه المغفرة على أصل أهل السنة في الغفران للمذنبين . قال القشيري : ومذهب الخوارج أن من ارتشى وحكم بغير حكم الله فهو كافر , وعزي هذا إلى الحسن والسدي , وقال الحسن أيضا : أخذ الله عز وجل على الحكام ثلاثة أشياء : ألا يتبعوا الهوى , وألا يخشوا الناس ويخشوه , وألا يشتروا بآياته ثمنا قليلا

“Bütün bu ayələr kafirlər haqda nazil olub. Bu, Muslimin səhihindəki, daha öncə təqdim edilən Bəra hədisində sabitdir. Çoxlarının görüşü də budur.
Müsəlmana gəlincə, böyük günah işləsə belə kafir olmaz.
Bu ayədə “idmar” (gizlənmiş ifadələr) olduğu da deyilmişdir. Yəni: Kim Quranı və Rəsulullahın - aleyhissalatu vəssəlam - sözünün rədd edərək Allahın endirdiyilə hökm etməzsə o kafirdir. Bunu, İbn Abbas və Mucahid demişdir. Ayə, bu görüşə görə ümumidir.
İbn Məsud və Həsən dedi: Bu ayə, Müsəlmanlardan, yəhudi və digər kafirlərdən bu əməlin onun üçün halal olduğuna inanaraq Allahın endirdiyilə hökm etməyənlərinin hamısı haqda ümumidir. Lakin, kim özünün haram əməl işlədiyinə etiqad edərək edərsə o Müsəlmanların fasiqlərindəndir. İşi Allaha qalmışdır. Dilərsə əzab edər, dilərsə onu bağışlayar.
İbn Abbas bir rəvayətdə dedi: Kim, Allahın endirdiyilə hökm etməzsə kafirlərin əməllərinə bənzər əməl işləmişdir.
Həmçinin deyildi: Kim, Allahın endirdiyinin hamısıyla hökm etməzsə o kafirdir. Ancaq kim, Tövhidlə hökm edər, lakin şəriətin bir qismiylə hökm etməzsə bu ayənin hökmünə daxil olmaz.
Doğru olan birinci görüşdür.
Ancaq Şabi demişdir: Bu ayə yəhudilərə xasdır. Nəhhas da bu görüşü seçmiş və demişdir: Buna üç şey dəlalət edir: Yəhudilər bu ayədən əvvəl “Onunla yəhudilərə hökm edirdilər” sözündə zikr ediliblər. Beləliklə, zamir (şəxs əvəzliyi) onlara aiddir. Digər bir xüsus: kəlamın axışı/siyaqı buna dəlalət edir. Görmürsənmi ki, bundan sonra “onlara yazdıq” deyilir? Bu zamir icmayla yəhudilərə aiddir. Həmçinin, rəcm və qisası inkar edənlər yəhudilər idi.
Əgər deyilsə ki, “mən” (hər kim) ədatı - bunu təxsis edən/xüsusiləşdirən dəlilin vaqe olması istisna - şərt ədatı olaraq işləndiyi zaman ümumilik ifadə edər. Ona belə cavab verilər: “mən” ədatı burada zikr etdiyimiz dəlillərlə bərabər “ o kimsə ki” anlamındadır. İfadənin təqdiri isə belədir: Allahın endirdiyilə hökm etməyən yəhudilər, onlar kafirlərdir. Mövzu ətrafında deyilən görüşlərin ən yaxşılarındandır.
Rəvayət edildiyinə görə Huzeyfəyə bu ayənin İsrail övladları haqda olub olmadığı soruşulmuş, o da: “Bəli, bu onlar haqqındadır. Lakin şübhəsiz ki, onların yolunu iki ayaqqabının bir birinə bənzədiyi kimi izləyəcəksiniz!”
“Kafirlər” ifadəsinin Müsəlmanlar, “Zalımlar” ifadəsinin yəhudilər, “Fasiqlər” ifadəsinin xristianlar haqda olduğu da söylənmişdir. Bu Əbu Bəkr bin Arabinin seçdiyi görüşdür. O dedi ki, bu ayənin zahirindən bu anlaşılır. Bu, İbn Abbas, Cabir bin Zeyd, İbn Əbi Zəidə, İbn Şubrumə və həmçinin Şabinin seçdiyi görüşdür.
Tavus və başqaları dedi: Millətdən/dindən çıxaran küfr deyil, “kufrun dunə kufr”dür (yəni: kiçik küfr/ həqiqi küfrdən başqa bir küfr)
Lakin, bu fərqli formalarda ola bilər. Əgər hökm etdiyi şeyin Allah qatından olduğu fikrilə hökm edirsə bu Allahın hökmünün təbdildir/dəyişdirmədir, küfrü tələb edir.
Əgər, hava və həvəsilə günah yoluyla hökm edərsə bu bağışlana biləcək bir günahdır. Bunun dayanağı isə Əhli Sünnətin “günahkarların bağışlanması” haqdakı prinsipidir.
Quşeyri dedi: Xəvariclərin məzhəbi budur ki, kim rüşvət alaraq Allahın hökmündən başqasıyla hökm edərsə kafirdir. Bu görüş Həsən və Suddiyə nisbət edilmişdir.
Həsən həmçinin dedi: Allah - Azzə və Cəllə - hakimlərdən üç şeydə söz almışdır: hava/həvəsə tabe olmamaları, insanlardan deyil Ondan qorxmaları və ayələrini ucuz qiymətə satmamaları.”

Qaynaq: Əbu Abdillah Əl Qurtubi: Əl Camiu li Əhkəmil Quran: 7/497-498
Beyrut: Ər Risələ: Birinci nəşr: 1427/2007
Təhqiq: Abdullah Ət Turki
 
Ehli_muslimTarix: Cümə axşamı, 03.01.2013, 01:16 | Yazı # 3
Qrup: İstifadəçi
Yazı: 16
Reputasiya: 0
Status: Saytda deyil
Allahın hökmü ilə hökm verməyənlərin hökmü

Allahın hökmü ilə hökm verməmək həm böyük küfr, həm də kiçik küfr ola bilər. Sadəcə bəzi elmsizlər Maidə surəsi, 44-cü ayəni yanlış anlayaraq, Allahın hökmü ilə hökm verməyənlərin mütləq olaraq kafir olduğunu düşünürlər.

Bu fikrin batil olduğunu əhli-sünnənin böyük alimlərinin sözləri ilə bəyan edək.

Əli ibn Abu Talhə ibn Abbasdan (radıyAllahu anhumə) rəvayət edir ki, İbn Abbas (radıyAllahu anhu) Maidə sürəsinin 44-cü ayəsi haqqında belə dedi:

مَنْ جَحَدَ مَا أَنْزَلَ اللَّهُ فَقَدْ كَفَرَ , وَمَنْ أَقَرَّ بِهِ وَلَمْ يَحْكُمْ فَهُوَ ظَالِمٌ فَاسِقٌ .

- Kim Allahın endirdiyini inkar edərsə artıq küfr etmiş olur. Və kim Allahın endirdiyini iqrar edərsə və lakin onunla hökm verməzsə zalım, yaxud fasiq olar. [1]

Tavus İbn Abbasdan rəvayət edir ki, ibn Abbas “Allahın nazil etdiyi ilə hökm verməyənlər – məhz onlar kafirlərdir.” ayəsi haqqında belə dedi:

لَيْسَ بِالْكُفْرِ الَّذِي يَذْهَبُونَ إلَيْهِ

- Bu sizin başa düşdüyünüz böyük küfr deyildir.[2]

وفي لفظ: " كُفْرٌ لَا يَنْقُلُ عَنْ الْمِلَّةِ "".

- Ayədə qəsd olunan kьfr, insanı İslamdan çıxarmayan küfrdür! [3]

ولفظ ثالث: " هُوَ بِهِ كَفَرَ وَلَيْسَ كَمَنْ كَفَرَ بِاَللَّهِ وَمَلَائِكَتِهِ وَكُتُبِهِ وَرُسُلِهِ ".

- Orada olan kьfr Allaha, mələklərinə, kitablarına, Rəsullarına olan küfr kimi deyildir. (Yəni islamdan çıxartmayan küfrdür.)[4]

Bu İbn Abbasın (radıyAllahu anhu) Maidə surəsinin 44-cü ayəsinə verdiyi təfsirdi. Bəzi cahillər bu əsərlərin zəif olduğunu iddia etdikləri üçün alimlərin bu əsərlər haqqında görüşlərini zikr edək. Alimlər bu əsərlərin səhih və hüccət olduğunu qeyd etmişdir. Məsələn, İmam Həkim [5], İmam Zəhəbi, İmam əl-Mərvazi [6], İmam Əbu əl-Muzaffir əs-Səm’ani [7], İmam Bəğavi [8], Əbu Bəkr ibnul Arabi [9], İmam Qurtubi [10], Siddiq Həsən Xan [11], İmam Şinqiti [12], Əbu Ubeyd əl-Qasimi ibnus-Sələm [13], Əbu Həyyən [14], İbn Bətta [15], İbn AbdulBərr [16], İmam Səadi [17], İbn Teymiyyə [18], İbnul Qeyyim [19], Albani [20], İmam Bəqai [21], İmam Vahidi [22], İmam Xazin [23] və s.

İbn Kəsir buyurur:

صحيح على شرط الشيخين

Bu Buxari və Muslimin şərtinə görə səhihdir.[24]
[1]- Təfsiri-Təbəri, 6/166; Şeyx Albani həsənləşdirib.
[2]- İmam Mərvazi, Təazimu Qadrussaləh, 2/522, 574; Albani, Silsilətu Əhədis-Sahihə, 6/114
[3]- İmam Mərvazi, Təazimu Qadrussaləh, 2/522, 575; Albani, Silsilətu Əhədis-Sahihə, 6/114
[4]- İmam Mərvazi, Təazimu Qadrussaləh, 2/521, 570; İsnadı səhihdir.
[5]- Mustədrək, 2/393
[6]- Təazimu Qadrussaləh, 2/520
[7]- Təfsir, 2/42
[8]- Məalimil Tənzil, 3/61
[9]- Əhkəmul Qur’an, 2/624
[10]- Əhkəmul Quran, 6/190
[11]- Nilul Məram, 2/472
[12]- Təfsir, 2/101
[13]- Kitəbul İmən, 45
[14]- Bəhrul Muhit, 3/492
[15]- İbənə, 2/723
[16]- Təmhid, 4/237
[17]- Təfsir, 2/296
[18]- Məcmuul-Fətava, 7/312
[19]- Mədəricus-Səlikin, 1/335
[20]- Səhih, 6/109
[21]- Nizamud-Darar , 2/460
[22]- Vasit, 2/191
[23]- Təfsir, 1/130
[24]- Təfsir, 2/64
 
Ehli_muslimTarix: Cümə axşamı, 03.01.2013, 01:18 | Yazı # 4
Qrup: İstifadəçi
Yazı: 16
Reputasiya: 0
Status: Saytda deyil
Həmзinin цz zamanının fəqihi sayılan İbn Useymin (rahiməhullah) öz kitabında buyurur:

صاروا يقولون: هذا الأثر غير مقبول! ولا يصح عن ابن عباس!
فيقال لهم:
كيف لا يصحّ؛ وقد تلقاه من هو أكبر منكم، وأفضل، وأعلم بالحديث؟!
فيكفينا أن علماء جهابذة؛ كشيخ الإسلام ابن تيمية، وابن القيم – وغيرهما – كلهم تلقوه بالقبول ويتكلمون به، وينقلونه؛ فالأثر صحيح.

- O vaxt ki bu əsər təkfir camaatının xoşuna gəlmədi deyə, onlar dedilər: “Bu əsər məqbul deyildir və İbn Abbasdan sabit olmamışdır.”

Onlara deyilir ki:
- Sizdən bцyьklər, sizdən fəzilətlilər və sizdən hədisi elmini daha зox bilənlər bu əsərləri qəbul ediblərsə, bu əsərlər necə səhih olmaya bilər. Siz isə deyirsiniz ki, bu əsərlər məqbul sayılmır.
Bizə kifayətdir ki, İbn Teymiyyə, İbn Qeyyim və başqa ən böyük alimlər bu əsərləri qəbul edib, bu əsərlərdən istifadə edib və bu əsərləri nəql edibdir. Odur ki, bu əsərlər səhihdir. [25]

İndi isə, boyuk Əhli-Sunnə alimlərinin Allahın hokmu ilə hokm verməyənin hokmu barəsində sozlərini zikr edək:

1-Əhli sьnnənin İmamı olan Əhməd ibn Hənbəl

قال إسماعيل بن سعد في "سؤالات ابن هاني" (2/192):
"سألت أحمد: ﴿ وَمَن لَّمْ يَحْكُم بِمَا أَنزَلَ اللّهُ فَأُوْلَـئِكَ هُمُ الْكَافِرُونَ ﴾، قلت: فما هذا الكفر؟
قال: "كفر لا يخرج من الملة"

İsmayıl Bin Səad buyurur:
- İmam Əhməddən “Allahın nazil etdiyi ilə hökm verməyənlər – məhz onlar kafirlərdir.” ayəsi haqda soruşdum və dedim: “Bu ayədə hansı küfr qəsd edilir?”

İmam Əhməd buyurdu:
- Ayədə keзən kьfr islamdan зıxartmayan küfrdür.
Həmзinin İbn Teymiyyə [26] və İbnul Qeyyim [27] öz kitablarında buyururlar ki, İmam Əhməddən bu ayədəki küfr haqqında soruşduq, o dedi:

كفر لا ينقل عن الملة؛
- “Orada olan kьfr İslamdan çıxartmayan küfrdür.”

2-Muhəmməd İbn Nəsr əl-Mərvazi

İmam Mərvazi buyurur:
Bu məsələdə bizə Peyğəmbərin (sallAllahu aleyhi və səlləm) səhabələrindən və tabiinlərdən gözəl nümunə vardır. Onlar küfrü: “İslamdan çıxaran küfr” və “İslamdan çıxarmayan küfr” olmaqla iki yerə bölmüşdürlər.

من ذلك قول ابن عباس في قوله:
وَمَن لَّمْ يَحْكُم بِمَا أَنزَلَ اللّهُ فَأُوْلَـئِكَ هُمُ الْكَافِرُونَ

Misal olaraq, İbn Abbasın (radıyAllahu anhu) bu ayə haqda dedi söz kimi. İbn Abbas buyurur:

- “Bu ayədə olan kьfr İslamdan çıxartmayan küfrdür.” [28]

3- İmam İbn Cərir ət-Təbəri

İmam Təbəri Maidə surəsi 44-cu ayəni təfsir edərək buyurur:

وكذلك القول في كلّ من لم يحكم بما أنزل الله جاحداً به، هو بالله كافر؛ كما قال ابن عباس".

- Kim inkar edərək Allahın hökmü ilə hökm verməsə kafirdir, necə ki, bunu İbn Abbas söyləmişdir! [29]

4- İbn Bətta

İbn Bətta (rahiməhullah) İslamdan cıxartmayan kufr haqqında danışarkən, bu movzunun altına Allahın hokmu ilə hokm verməyəni daxil etmişdir. Həmcinin bu barədə səhabələrdən və tabiinlərdən gələn əsərləri zikr etmiş və bildirmişdir ki, kicik kufr İslamdan cıxartmayan kьfrdьr.[30]

[25]- Ət-Təhzir min Titnətit-Təkfir, 368
[26]- Məcmuul-Fətava, 7/254
[27]- Hukmu Tarikus-Salət, 59-60
[28]- Təazimu Qadrussaləh, 2/520
[29]- Təfsiri Təbəri, Maidə surəsinin təfsiri
[30]- İbənə, 2/723
 
Ehli_muslimTarix: Cümə axşamı, 03.01.2013, 01:19 | Yazı # 5
Qrup: İstifadəçi
Yazı: 16
Reputasiya: 0
Status: Saytda deyil
5- İbn Abdul Bərr
Alimlər icma etmişdir ki, Allahın hökmü ilə hökm verməyən böyük günah sahibidir. Bu barədə sələfilərdən şiddətli əsərlər rəvayət olunmuşdur. [31]

6- İmam Əbu əl-Muzaffir əs-Səm’ani

واعلم أن الخوارج يستدلون بهذه الآية، ويقولون: من لم يحكم بما أنزل الله؛ فهو كافر،
وأهل السنة قالوا: لا يكفر بترك الحكم".

Bil ki, Xəvariclər bu ayəyə əsaslanıb deyirlər ki, Allahın hökmü ilə hökm verməyən kafirdir.
Əhli Sьnnə isə deyir ki, hakim Allahın hökmü ilə hökm vermədiyinə görə təkfir olunmur. [32]

7- İbnul Cəuzi

İbnul Cəuzi (rahiməhullah )buyurur:

ومن لم يحكم به ميلاً إلى الهوى من غير جحود؛ فهو ظالم فاسق،
وقد روى علي بن أبي طلحة عن ابن عباس؛ أنه قال: من جحد ما أنزل الله؛ فقد كفر، ومن أقرّبه؛ ولم يحكمم به؛ فهو ظالم فاسق

Kim Allahın hökmünü bilərəkdən inkar edib, Onun hökmü ilə hökm verməzsə kafir olar, necə ki, bunu yəhudilər etmişdir. Lakin inkar etmədən, nəfsi havasına meyl edərək Allahın hökmü ilə hökm verməyən insan zalım və fasiq sayılır. Əli İbn Əbu Talhə ibn Abbasdan rəvayət edir ki, İbn Abbas belə demişdir:
- Kim Allahın endirdiyini inkar etsə artıq kafir olur, lakin kim Allahın endirdiyini iqrar etsə və lakin onunla hökm verməsə zalım və fasiq sayılır.[33]

8- Əbu Bəkr İbnul Arabi

İbnul Arabi (rahiməhullah) buyurur:

وهذا يختلف:
إن حكم بما عنده على أنه من عند الله، فهو تبديل له يوجب الكفر،
وإن حكم به هوى ومعصية فهو ذنب تدركه المغفرة على أصل أهل السنة في الغفران للمذنبين

- Allahın hökmü ilə hökm verməmək müxtəlifdir. Əgər öz qanunu ilə hökm verərsə və “Bu Allahın qanunudur, bu artıq təbdil sayılır!” deyərsə, bu artıq açıq-aydın küfrdür.
Əgər nəfsi istəyinə gцrə Allahın hökmü ilə hökm verməsə, bu artıq günahdır və bu günahına görə istiğfar diləməlidir. [34]

9- İmam Qurtubi

İmam Qurtubi (rahiməhullah) buyurur:
- Əgər bir mьsəlman hansısa məsələnin Allahın hökmü olduğunu bilərsə, lakin onunla hökm verməzsə, böyük günah işlətmiş olur. Çünki bunun Allahın hökmü olduğunu bilib, onu təsdiq edir, lakin əməl etmədiyinə görə günahkar sayılır. Fəqət inkar etdiyi halda, küfr etmiş olur.

Sonra isə buyurur:
وهذا مذهب أهل السنة
“Bu Əhli Sьnnənin məzhəbidir.”[35]

10- Şeyxul İsləm İbn Teymiyyə

İbn Teymiyyə buyurur:

قال تعالى: ﴿ فَلاَ وَرَبِّكَ لاَ يُؤْمِنُونَ حَتَّىَ يُحَكِّمُوكَ فِيمَا شَجَرَ بَيْنَهُمْ ثُمَّ لاَ يَجِدُواْ فِي أَنفُسِهِمْ حَرَجًا مِّمَّا قَضَيْتَ وَيُسَلِّمُواْ تَسْلِيمًا ﴾
[النساء:65]

- Xeyr! Sənin Rəbbinə and olsun ki, onlar цz aralarında baş verən çəkişmələrdə səni hakim hesab etməyincə, sonra da verdiyin hökmlərə görə özlərində bir sıxıntı duymadan tam təslim olmayınca iman gətirmiş olmazlar. (Nisa, 65)

Kim aralarında baş verən mübahisələrdə Allahın və onun Rəsulunun hökmü ilə höküm verməsə

فقد أقسم الله بنفسه أنه لا يؤمن،

Allah təala цz nəfsinə and iзib ki, o iman gətirmiş sayılmır.

وأما من كان ملتزماً لحكم الله ورسولة باطناً وظاهراً، لكن عصى واتبع هواه؛ فهذا بمنزلة أمثاله من العصاة.
وهذه الآية مما يحتج بها الخوارج على تكفير ولاة الأمر الذين لا يحكمون بما أنزل الله،

Kim Allahın və Rəsulunun hökmlərinə batinən və zahirən etiqad edərsə, lakin asi olub nəfsi istəyinə tabe olarsa digər günahkarların misalındadır. Xəvariclər bu ayəni götürüb, Allahın hökmü ilə hökm verməyən əmr sahiblərini təkfir ediblər. [36]

Həmзinin İbn Teymiyyə buyurur:

قَالَ ابْنُ عَبَّاسٍ وَأَصْحَابُهُ فِي قَوْله تَعَالَى { وَمَنْ لَمْ يَحْكُمْ بِمَا أَنْزَلَ اللَّهُ فَأُولَئِكَ هُمُ الْكَافِرُونَ } قَالُوا : كَفَرُوا كُفْرًا لَا يَنْقُلُ عَنْ الْمِلَّةِ
وَقَدْ اتَّبَعَهُمْ عَلَى ذَلِكَ أَحْمَد بْنُ حَنْبَلٍ وَغَيْرُهُ مِنْ أَئِمَّةِ السُّنَّةِ .

İbn Abbas və başqaları (Allahın hokmu ilə hokm verməyən kafirdir) ayəsi haqqında- “Onlar insanı dindən cıxarmayan kufr etdilər.”- demişdir. Eləcə də İmam Əhməd və Əhli sunnənin digər imamları da onların bu sozunə muvafiq olmuşdur. [37]

11- İbnul Qeyyim

İbnul Qeyyim buyurur:

والصحيح:
أن الحكم بغير ما أنزل الله يتناول الكفرين: الأصغر والأكبر بحسب حال الحاكم،

Səhih olan budur ki: Allahın hökmü ilə hökm verməmək hakimin halından asılı olaraq fərqlənir. Bəzən kiçik küfr, bəzən isə böyük küfr olur.

Əgər Allahın hökmünün vacibliyinə etiqad edərsə, fəqət asilik edib üz döndərsə və bu cür edənin aqibətinin pis olduğunu bilərsə (فهذا كفر أصغر.) bu kiзik kьfrdьr.

وإن اعتقد أنه غير واجب، وأنه مُخيّر فيه، مع تيقُنه أنه حكم الله، فهذا كفر أكبر.

Fəqət kimsə Allahın hökmünün vacib olmadığına, eləcə də, seçimin özündə olduğuna etiqad edərsə və bu hökmün dəqiq olaraq Allahın olduğunu bilərsə, bu artıq böyük küfrdür, hansı ki, insanı İslamdan çıxardır. [38]

[31]- Təmhid, 5/74
[32]- Təfsir, 2/42
[33]- Zədul Məsir, 2/366
[34]- Əhkəmul Qur’an, 2/624”
[35]- Mufhəm, 5/117
[36]- Minhəcus-Sunnə, 5/130
[37]- Məcmuul Fətava, 7/312
[38]- Mədəricus-Səlikin, 1/336
 
Ehli_muslimTarix: Cümə axşamı, 03.01.2013, 01:21 | Yazı # 6
Qrup: İstifadəçi
Yazı: 16
Reputasiya: 0
Status: Saytda deyil
12- İbn Əbil İzz

İbn Əbil İzz (rahiməhullah) buyurur:

أن الحكم بغير ما أنزل الله قد يكون كفراً ينقل عن الملة، وقد يكون معصية: كبيرة أو صغيرة، ويكون كفراً: أما مجازاً؛ وإما كفراً أصغر،
وذلك بحسب حال الحاكم:

Allahın hökmü ilə hökm verməmək bəzən böyük küfr, bəzən isə asilik olur. Bu da hakimin halından asılıdır. Əgər Allahın hökmünün vacib olmadığına, seçimin özünün olduğuna etiqad edərsə və bunun dəqiq olaraq Allahın hökmü olduğunu bilərsə, bu artıq böyük küfrdür, hansı ki, sahibini İslamdan çıxardır.

Fəqət, Allahın hökmünün vacibliyinə etiqad edərsə, lakin asilik edərək üz döndərərsə, və bunu edənin aqibətinin pis olduğunu bilərsə, bu insan asi sayılır. [39]

13- AbdulLətif ibn Abdurrahmən Aluş- Şeyx

Şeyx buyurur:
- Quran və Sьnnənin əksi ilə- batil qanunlarla hцkm verənlər, (цz rəyləri və nəfsi istəkləri ilə qurulmuşdur yunan və tatar əhkamları kimi uydurma hökmlərlə hökm verənlər) bu hökümlərini HALAL SAYARSA kafirdir. [40]

14- Şeyx Abdurrahmən ibn Nəsr əs-Səadi

İmam əs-Səadi (rahiməhullah) buyurur:

فالحكم بغير ما أنزل الله من أعمال أهل الكفر، وقد يكون كفرً ينقل عن الملة، وذلك إذا اعتقد حله وجوازه،
وقد يكون كبيرة من كبائر الذنوب،

Allahın hökmü ilə höüm verməmək küfr əhlinin əməlləridir. Bu isə bəzən böyük küfr, yəni insanı İslamdan çıxaran küfr olur, bəzən isə böyük günahların sırasında olur. Əgər halal və ya caiz görərsə bu İslamdan çıxardan küfrdür.[41]

15- Siddiq Həsən Xan

Siddiq Həsən Xan buyurur:
- Maidə sьrəsinin 44-cь ayəsi Allahın hökmü ilə hökm verməyənləri küfrlə çağırır. Bu Allahın hökmü ilə hökm verməyənlərin hər birinə aiddir.

Fəqət bunu ikrah halında edənlər, həmçinin halal görməyənlər üzrlüdür. Çünki bu qeydlər olmasa, yəni “istihləl”- halal sayma qeydi olmasa, o zaman heç kim özünü küfrdən qurtara bilməz. (Yəni, insan halal saymadıqca küfrə düşmür.)[42]

16- Muhəmməd ibn İbrahim Aluş Şeyx

Kimsə qeyri qanunların caizliyinə və düzgünlüyünə etiqad edib hökm verərsə artıq böyük küfr etmişdir.

فإن فعل ذلك بدون اعتقاد ذلك وجوازه؛ فهو كافر الكفر العملي الذي لا ينقل عن الملّة

Lakin bunu etiqad etmədən edərsə, yəni uydurma qanunların caizliyinə etiqad etmədən hökm verərsə o insan islamdan çıxmır. [43]

17- Muhəmməd Əmin əş-Şinqiti

İmam əş-Şinqiti buyurur:

وَمَنْ لَمْ يَحْكُمْ بِمَا أَنْزَلَ اللَّهُ ، مُعَارَضَةً لِلرُّسُلِ وَإِبْطَالًا لِأَحْكَامِ اللَّهِ ، فَظُلْمُهُ وَفِسْقُهُ وَكُفْرُهُ كُلُّهَا كُفْرٌ مُخْرِجٌ عَنِ الْمِلَّةِ ،
وَمَنْ لَمْ يَحْكُمْ بِمَا أَنْزَلَ اللَّهُ مُعْتَقِدًا أَنَّهُ مُرْتَكِبٌ حَرَامًا فَاعِلٌ قَبِيحًا فَكُفْرُهُ وَظُلْمُهُ وَفِسْقُهُ غَيْرُ مُخْرِجٍ عَنِ الْمِلَّةِ

Allahın hökmü ilə hökm verməyən, Allahın hökmünü batil edərək və onun Rəsulundan üz döndərərək bunu edərsə, onun zülmü, fasiqliyi və küfrü onu İslamdan çıxardır.
Fəqət, Allahın hökmü ilə hökm verməyən haram iş gördüyünə və etdiyinin çirkin bir əməl olduğuna etiqad edərsə, bu zaman onun zülmü, fasiqliyi və küfrü onu İslamdan çıxartmır.[44]

18- AbdulAziz ibn Abdullah İbn Bəzz

İbn Bəzz (rahiməhullah) buyurur:

الحكام بغير ما أنزل الله أقسام , تختلف أحكامهم بحسب اعتقادهم وأعمالهم
فمن حكم بغير ما أنزل الله يرى أن ذلك أحسن من شرع الله فهو كافر عند جميع المسلمين ,
وهكذا من يحكم القوانين الوضعية بدلا من شرع الله ويرى أن ذلك جائز
أما من حكم بغير ما أنزل الله اتباعا للهوى أو لرشوة أو لعداوة بينه وبين المحكوم عليه أو لأسباب أخرى وهو يعلم أنه عاص لله بذلك وأن الواجب عليه تحكيم شرع الله فهذا يعتبر من أهل المعاصي والكبائر

Allahın hökmü ilə hökm verməyənlər müxtəlifdir, yəni onlar etiqadlarına və əməllərinə görə fərqlənirlər.

Kim Allahın hökmü ilə hökm verməzsə və verdiyi qeyri qanunu Allahın şəriətindən daha yaxşı hesab edərsə, o bütün müsəlmanlara görə kafirdir. Həmçinin, Allahın şəriətinin əvəzinə uydurulub təyin olunmuş qanunlarla hökm verənlər bunu caiz sayarsa o zamin kafir olar.

Lakin kim nəfsinə uyaraq, yaxud rьşvətə görə, yaxud məhkumla arasında olan düşmənçiliyinə görə və ya başqa bu cür səbəblərə görə Allahın hökmü ilə hökm verməzsə, həmçinin bununla özünü günahkar sayarsa və deyərsə “Bəli, Allahın hökmü ilə hökm vermək vacibdir” bu, zaman o insan asi sayılır.[45]

19- Şeyx Muhəmməd Nasiraddin əl-Albani

Şeyx Albani oz kitabında bu barədə etraflı danışır və bu ayədəki kufrun İslamdan cıxarmayan kufr olduğunu bildirir.[46]

20- Şeyx Muhəmməd İbn Salih əl-Useymin

Şeyx Useyminə bu haqda sual verdikdə, o bu cur cavab verir:

- Əgər bir kişi Allahın hökmü ilə hökm verməli olduğu bildiyi halda, nəfsi istəyinə tabe olaraq Allahın hökmü ilə hökm verməzsə o kəs təkfir olunmur, (لكنه بين فاسق وظالم،) lakin fasiq və zalım olur.

وأما إذا كان يشرع حكماً عاماً تمشي عليه الأمة يرى أن ذلك من المصلحة وقد لبس عليه فيه فلا يكفر أيضاً،
لأن كثيراً من الحكام عندهم جهل بعلم الشريعة ويتصل بمن لا يعرف الحكم الشرعي، وهم يرونه عالماً كبيراً،

Həmзinin bir insan ьmumi bir hцkmlə hцkm verərsə, hansı ki, ümmət o hökm ilə gedəcək, və ona elə gəlsə ki, bunu etmək məsləhəyə daha uyuğundur, bu insan da təkfir olunmur. Çünki əksər hakimlər şərii elmdən cahildirlər və şəriətdən anlayışı olmayan hakimin alim olduğunu düşünür.

فيحصل بذلك مخالفة،
وإذا كان يعلم الشرع ولكنه حكم بهذا أو شرع هذا وجعله دستوراً يمشي الناس عليه؛

Bununla da şəriətə müxalif hökm verilir.

Əgər şəriətdən anlayışı olsa və buna baxmayaraq yenə o hökmlə hökm versə, və ya o hökmü insanların tabe olacağı bir düstur etsə, yəni öz uydurma qanunlarını qoyub ortalığa və bunu bir düstur edib və insanları da o qoyduğu qanuna tabe etdirirsə (أننا لا نستطيع أن نكفر هذا،) biz o insanı təkfir edə bilmirik.

وإنما نكفر من يرى أن الحكم بغير ما أنزل الله أولى أن يكون الناس عليه، أو مثل حكم الله عز وجل فإن هذا كافر لأنه يكذب بقول الله تعالى: ﴿ أَلَيْسَ اللَّهُ بِأَحْكَمِ الْحَاكِمِينَ ﴾
Biz o kəsi təkfir edirik ki, o kəs qoyduğu qeyri hökmləri Allahın hökmündən üstün və ya bərabər sayır. [47]

21- AbdulMuhsin əl- Abbəd əl-Bədr

Şeyx Abbada sual olunur :

هل استبدال الشريعة الإسلامية بالقوانين الوضعية كفر في ذاته؟ أم يحتاج إلى الاستحلال ؟
وهل هناك فرق في الحكم مرة بغير ما أنزل الله، وجعل القوانين تشريعاً عاماً مع اعتقاد عدم جواز ذلك؟

Ya Şeyx islam şəriətini dəyişib əvəzində qoyulmuş uydurma qanunlarla hökm vermək özü özlüyündə küfrdür yoxsa burada da istihlələ (yəni, halal görməyə) ehtiyac var? Qeyri hökmlər ilə bir dəfə hökm vermək ilə caizliyinə etiqad etmədən bütövlükdə şəriəti dəyişməkdə fərq varmı?

Şeyx cavabında buyurur:

يبدو أنه لا فرق بين الحكم في مسألة، أو عشرة، أو مئة، أو ألف – أو أقل أو أكثر – لا فرق؛ ما دام الإنسان يعتبر نفسه أنه مخطئ، وأنه فعل أمراً منكراً، فهذا كفر دون كفر.

Xeyr, hцkm verməkdə fərq yoxdur, istər qeyri qanunlarla bir dəfə hцkm ver, istər on dəfə ver, istər yьz dəfə, istər min dəfə və ya bundan az və ya bundan зox, burada fərq yoxdur. İnsan özünü xətakar sayarsa və onun etdiyi əməlin munkər bir əməl olduğunu bilərsə, bu İslamdan çıxartmayan küfrdür. [48]

[39]- Şərhut-Tahaviyyə, 14/791
[40]- Minhəcut-Tə’sis, 71
[41]- Təfsir kitabı
[42]- əd-Dinul Xalis, 3/305
[43]- Fətava, 1/80
[44]- Təfsir, 2/104
[45]- Fətava, 4/416
[46]- ət-Təhzir min Fitnətit Təkfir, 56
[47]- “ət-Təhrir fil Məsələtit-Təkfir” dərsi
[48]- “Sunən Əbi Davudun şərhi” dərsi
 
muallimTarix: Cümə axşamı, 31.01.2013, 09:06 | Yazı # 7
Qrup: İstifadəçi
Yazı: 32
Reputasiya: 0
Status: Saytda deyil
Əhli sünnə vəl-cəmaatın Allahın nazil etdiyi ilə hökm etməyən barəsində fətvası

فتنة التكفير

للشيخ المحدث العلامة محمد ناصر الدين الالباني رحمه الله
تقريظ سماحة الشيخ العلامة عبد العزيز بن باز رحمه الله
تعليق الشيخ العلامة محمد بن صالح العثيمن رحمه الله

كلمة العلامة الالباني رحمة الله في مسألة التكفير

ان الحمد لله نحمده و نستعينه و نستغفره و نعوذ بالله من شرور انفسنا و من سيئات أعمالنا من يهده الله فلا مضل له و من يضلل فلا هادي له و أشهد ان لا اله الا الله وحده لا شريك له و اشهد ان محمدا عبده و رسوله اما بعد
فان مسالة التكفير عموما لا للحكام فقط بل و للمحكومين ايضا هي فتنة عظيمة قديمة تنبتها فرقة من الفرق الاسلامية القديمة و هي المعروفة بالخوارج و مع الاسف الشديد فان البعض من الدعاة او المتحمسين قد يقع في الخروج عن الكتاب والسنة ولكن باسم الكتاب والسنة والسبب في هذ يعود الى امرين اثنين والامر الاخر -وهو مهم جدا- انهم لم يتفقهوا بالقواعد الشرعية والتي هي اساس الدعوة الاسلامية الصحيحة التي يعد كل من خرج عنها من تلك الفرقة المنحرفة عن الجماعة التي اثنى عليها رسول الله صلى الله عليه و سلم في غير ما حديث بل والتي ذكرها ربنا عز و جل و بين ان من خرج عنها يكون قد شاق الله و رسوله و ذلك في قوله عز و جل

Muhəddis əllamə Muhamməd Nasir əd-din əl-Əlbaninin (ra) "Təkfir fitnəsi" (risaləsi)
Əllamə Şeyx Abdullah bin Baz(ra) həzrətlərinin rəyi
Şeyx Əllamə Muhamməd bin Salih əl-useyminin (ra) şərhi

Həmd Allaha məxsusdur ondan yardım diləyirik və ondan məğfirət diləyirik.Və Nəfslərimizin şərrlərindən və əməllərimizin pisliklərindən Allaha sığınırıq.Kimi Allah hidayət edərsə onu azdıran olmaz və kimi azdırarsa onu hidayət edən olmaz.Mən şəhadət verirəm ki şəriki olmayan yeganə Allahdan başqa heç bir ilah yoxdur və şahədət edirəm ki Muhamməd onun qulu və rəsuludur.Və sonrasına gəlincə

"Umumiyyət ilə təkfir məsələsi --təkcə hakimlər üçün yox həm də məhkumlar üçün (qeyd:yəni üzərində hakimlik olunan məmləkətin ictimai təbəqəsi )--xəvaric ismi ilə tanınan qədim islam firqələrindən bir firqənin bina etdiyi qədim və böyük bir fitnədir.Çox təəssüflər olsun ki bəzən emosional insanlardan və dəvətçilərdən bəziləri kitab və sünnədən uzaqlaşırlar .Lakin (bu uzaqlaşma) Kitab və sünnənin adı altında (olur) .Buna səbəb isə iki şey ilə bağlıdır .O iki (səbəbdən)dən bir dənəsi elmin dayazlıqı digəri isə -bu olduqca mühümdür-onların dürüst və islam dəvətinin əsası olan şərii qaydaları başa düşməmələridir.Elə bir qaydalar ki bunlardan uzaq düşənlər Allah rəsulunun (sas) digər bir hədisdə təriflədiyi camaatdan kənara sapmışlar həm də Allah azzə və cəll bəyan etmişdir ki bu şərii qaydalardan kənara çıxanlar Allah və onun rəsuluna qarşı zidd olacaqlar .

وذلك في قوله عز وجل: } ومن يشاقق الرسول من بعد ما تبين له الهدى ويتبع غير سبيل المؤمنين نوله ما تولّى ونصله جهنم وساءت مصيراً } النساء 115

). فإن الله – لأمر واضح عند أهل العلم – لم يقتصر على قوله } ومن يشاقق الرسول من بعد ما تبين له الهدى … نوله ما تولى … { وإنما أضاف إلى مشاقة الرسول اتباع غير سبيل المؤمنين، فقال: { ومن يشاقق الرسول من بعد ما تبين له الهدى ويتبع غير سبيل المؤمنين نوله ما تولّى ونصله جهنم وساءت مصيراً } (115 – النساء).
فاتباع سبيل المؤمنين أو عدم اتباع سبيلهم أمر هام جداً إيجاباً وسلباً، فمن اتبع سبيل المؤمنين: فهو النّاجي عند رب العالمين، ومن خالف سبيل المؤمنين: فحسبه جهنم وبئس المصير.
من هنا ضلت طوائف كثيرة جداً – قديماً وحديثاً – ، لأنهم لم يكتفوا بعدم التزام سبيل المؤمنين حَسْبُ، ولكن ركبوا عقولهم، واتبعوا أهواءهم في تفسير الكتاب والسنة، ثم بنوا على ذلك نتائج خطيرة جداً، خرجوا بها عما كان عليه سلفنا الصالح رضوان الله تعالى عليهم جميعاً.
وهذه الفقرة من الآية الكريمة: } ويتبع غير سبيل المؤمنين } أكدها عليه الصلاة والسلام تأكيداً بالغاً في غير ما حديث نبوي صحيح.
وهذه الأحاديث – التي سأورد بعضاً منها – ليست مجهولة عند عامة المسلمين – فضلاً عن خاصتهم – لكن المجهول فيها هو أنها تدل على ضرورة التزام سبيل المؤمنين في فهم الكتاب والسنة ووجوب ذلك وتأكيده.
Bu da Allah təalənin sözündə belə (ifadə edilib) Hər kəs doğru yol ona bəlli olduqdan sonra Peyğəmbərə qarşı çıxsa və möminlərin yolundan başqa bir yola tabe olsa , onu üz tutduğu yola yönəldər və Cəhənnəmdə yandırarıq. Ora nə pis dönüş yeridir.(nisa 115 ) .Elm əhlinin yanında bilinən bir faktdır ki Allah "Hər kəs doğru yol ona bəlli olduqdan sonra Peyğəmbərə qarşı çıxsa ... onu üz tutduğu yola yönəldər " sözü ilə kifayətlənmədi Peyğəmbərə qarşı çıxmaq (sözünə) möminlərin yolundan başqa bir yola tabe olmaq sözünü əlavə etdi və dedi .Hər kəs doğru yol ona bəlli olduqdan sonra Peyğəmbərə qarşı çıxsa və möminlərin yolundan başqa bir yola tabe olsa , onu üz tutduğu yola yönəldər və Cəhənnəmdə yandırarıq. Ora nə pis dönüş yeridir.(nisa 115 )

Mömünlərin yoluna tabe olmaq və ya onların yoluna tabe olmamaq müsbət və mənfi halda çox mühüm bir məsələdir.Kim Mömünlərin yoluna tabe olarsa o aləmlərin rəbbinin yanında nicat tapmışdır və kim mömünlərin yoluna müxalif olarsa ona cəhənnəm yetər və o nə pis müqəddaratdır.Buradan qədim və müasir zamanda əksər tayfalar (məzhəblər) zəlalətə düşmüşlər.Çünki onlar möminlərin yoluna tabe olmaqda təkcə iltizamsızlıq (riayətsizlik ) ilə kifayətlənməmişlər (üstəlik) bir özbaşnalıq da edib kitabın və sünnənin təfsirində öz havalarına tabe olmuşlar və onun da üzərində onun ilə saleh sələfimizin (ra.ə) üzərinə olduqu yoldan çıxacaqları təhlükəli nəticələr bina etmişlər.
Qiymətli ayənin bu abzasını " və möminlərin yolundan başqa bir yola tabe olsa" digər səhih nəbəvi hədislərdə üzərinə salat və salam olsun (rəsulullah) böyük bir təkid ilə vurğulamışdır .Və bu hədsilər -onlardan bəzisini gətirəcəm- müsəlmanların qeyri avam təbəqəsindən başqa avam təbəqəsi nəznində də məchul (bilinməz) deyil.Lakin hədsilərdə məchul olan (bir çox insan tərəfindən bilinməyən) şey onların (hədsilərin) kitab və sünnənin fəhmində mömünlərin yoluna iltizamlı olmağın (ayrılmazcasına sarılmaqın) zərurətinə və bunun vacibliyinə və təkidinə işarət etməsidir.

Digər alimlərin Allahin hokmu ile hokm etmeyenler ayesi baresinde olan sozlerini zikr etmək istərdim

imam Qurtubi öz kitabında ayə barəsində nə deyib.

قيل فيه اضمار اى و من لم يحكم بما انزل الله ردا للقران وجحدا لقول رسول عليه الصلاة والسلام فهو كافر قاله ابن عباس ومجاهد فالاية عامة على هذا .قال ابن مسعود والحسن هي عامة في كل من لم يحكم بما انزل الله من المسلمين واليهود والكفار اى معتقدا ذلك و مستحلا له فاما من فعل ذلك و هو معتقد انه راكب محرم فهو من فساق المسلمين امره الى الله تعالى ان شاء عذبه و ان شاء غفر له

---Burda ellipsisin(nəzərdə tutulub yazıdan çıxarılan) olduqu deyilmişdir.Yəni kim Quranı və rəsulun (sas) sözünü rəd edərək Allahın endirdiyi ilə hökm verməzsə o kafirdir.İbni Abbas ilə Mücahid bunu söyləmişdir.Buna görə ayə ümumidir.İbni Məsud və Hasən "bu (ayə) buna (yəni Allahdan başqasının hökmü ilə hökm etməyin doğru olduquna) etiqad edən və bunu halal sayan müsəlmanlardan yahudilərdən və nəsranilərdən olan hər kəsə aiddir "söyləmişlər
Ancaq özünün haram işlədiyini bildiyi halda bu günahı edən isə müsəlamların fasiqlrəindən sayılır.Onun işi Allah təaləyə qalıb istəsə əzab edər istəsə baqişlayar. (Əl-Camii liəhkam əl-Quran)-

Şeyxulİslam İbni Teymiyyə yazır.

واذا كان من قول السلف ان الانسان يكون فيه ايمان و نفاق فكذلك في قولهم انه يكون فيه ايمان و كفر ليس هو الكفر الذي ينقل عن الملة كما قال ابن عباس و اصحابه في قوله تعالى -ومن لم يحكم بما انزل الله فاولئك هم الكافرون -قالوا كفروا كفرا لا ينقل عن الملة و قد اتبعهم على ذلك احمد بن حنبل و غيره من ائمة السنة

"Beləliklə insanda iman ilə birlikdə nifaqın olması sələfin sözündəndir .Həmçinin onların(sələfin) sözündə insanda iman ilə birlikdə - İbni Abbas və Əshabının Allah təalənin "Kim Allahın nazil etdiyi ilə hökm verməzsəməhz onlar kafirlərdilər " sözü barəsində dediyi kimi - onu millətdən çıxarmayan küfrun olması (etiqadı vardır).(İbni Abbas və Əshabı) Onları dindən çıxarmayan küfr etdiklərini dedilər .Və bu (söz) üzrə Əhməd bin Hənbəl və əhli sünnənin başqa alimləri onlara (ibni Abbas və əshabına) tabe oldular.(Məcmua əl-Fətava 7:312)

İbni Hacər elə həmin səhifədə yazır.
لكن لما تقرر من قواعد الشريعة ان مرتكب المعصية لا يسمى كافرا ايضا ظالما لان الظلم قد فسر بالشرك
Lakin şəriət qaydalarından sabit olan (həqiqət) budur ki asi əməllər işləyən günahkar bir kimsə kafir adlanmaz.Zülm şirk ilə təfsir edilmiş olduqu üçün zalım da adlandırılmaz.

İmam Tahavinin ولا نكفر احدا من اهل القبلة بذنب ما لم يستحله ولا نقول لا يضر مع الايمان ذنب لمن عمله "Biz qiblə əhlindən heç bir kəsi halal görmədikcə etdiyi heç bir günahından dolayı təkfir etmirikimanına zərər verməyəcəyini də demirik" .sözü

Teymiyyə bu ayə barəsində deyir.أى هو المستحل للحكم بغير ما أنزل الله -Yəni Allahın nazil etdiyindən qeyrisi ilə hökm etməyi halal bilən(kafirdir) .(məcmu əl-fətava 3:268)

عن ابي الاحوص عن ابن مسعود قال الرشوة في الحكم الكفر و هي بين الناس سحت
Əbi əl-Ahvas İbni Məsuddan rəvayət edir (ki) İbni məsud dedi : O ( rüşvət vermək) insanlar arasında haram olduqu halda hökmdə rüşvət (vermək) küfrdür .

Təkfirçilər İbni Abbasdan gələn əsərin sənədində Hişam bin Huceyr olması səbəbi ilə əsəri zəif sayır .Amma unutmayın ki hədis alimlərindən İbni Hibban , Əl-Acli , İbni Sad, və Zəhəbi bu ravini təvsiq etmişlər(güvənli hesab etmişlər).Həmçinin Əbu Hatim bu Ravi barəsində يكتب حديثه -"hədisi yazılar" demişdir. Bu o yana qalsın bu ravidən Buxari və Muslim hədis rəvayət etmişlər.İmam Zəhəbi "Muqaza" əsərində Hişam bin Huceyr barəsində demişdir -فكل من روى له البخاري ومسلم فقد جاوز القنطرة -"Buxari və Müslimin hədis rəvayət etdiyi hər bir kəs qəntəranı atlamışdır( düz danışan olması barəsində şübhə yoxdur) .Əl-Hafiz hədis elmində Qəntəra sözünün verdiyi mənanı belə açıqlamışdır-يعني أنه لا يلتفت الى ما قيل فيه -"Yəni (dürüst danışmaqı qəti şəkildə bilndiyi üçün) barəsində (başqalarının) nə deyildiyinə baxılmaz "
Bu hədisi həmçinin Şueyb Əl-Arnaut hasən (isnadını yaxşı ) hesab etmişdir.
Lap tutaq ki İbni Abbasdan gələn hədis zəifdir.Ancaq unutma ki bu hədis tək ibni Abbasdan yox başqalarından da səhih yol ilə rəvayət edilib.
Bu hədisi Təbəri Sufyanın yolu ilə o da İbni Cərihdən o da Atadan səhih isnad ilə rəvayət etmişdir .كفر دون كفر فسق دون فسق ظلم دون ظلم "Küfr olmayan küfr Zülm olmayan zülm fasiqliq olmayan fasiqliq "
Həmçinin Tavusdan bu sözlər rəvayət olunmuşdur -ليس بكفر ينقل عن الملة "Millətdən çıxaran küfr deyildir" اسناده صحيح " isnadı səhihdir"
İkramə(ra) və İbni Abbas(ra) kimi sahabələrdən həmçinin Cabir bin Zeyd, və İbni əbi Zaidə, və İbni Şabrama, və İmam Şabi, və Tavusdan və sairlərindən gələn rəvayətlərdə bu küfrün növü açıqlandı və halal görülmədikcə insanı dindən çıxaran küfr olmadıqı təsbit edildi.

روى علي بن طلحة عن ابن عباس من جحد ما أنزل الله فقد كفر و من أقر به لم يحكم به فهو ظالم فاسق
Əli bin Talha İbni Abbasdan rəvayət edir: Kim Allahın nazil etdiyini inkar edərsə o kafirdir.Kim Allahın hökmü ilə hökm vermədiyi halda Allahın hökmünü təsdqi edərsə o zalımdır vı fasiqdir.
Tabəri : Cami əl-bəyan 6:106 (isnadı səhihdir)

Digər bir rəvayət
قال طاووس عن ابن عباس قال ليس بالكفر الذي يذهبون اليه
Tavus İbni Abbasdan rəvayət edir."Bu onların iddia etdikləri küfr deyil."
Əl-Mərvəzi "Təzim qadr əs-salə 2:522-574

İbni Abbasdan gələn "əsəri" səhih hesab edib onun ilə istidlal edən alimlərin siyahısı.

1)Əl-Hakim - əl-Mustədrak :2-393
2)Əl-Hafiz ibni Kəsir öz təfisirində (2-64) demişdir صحيح على شرط الشيخين -Şeyxeynin (Buxari və Muslimin ) şərtinə görə səhihdir
3)İmam Əbu əl-Muzaffər əs-Samani öz təfsirində (2-42)
4)İmam əl-Bəğavi -Məalim ət-tənzil (3-61)
5)əl-İmam Əbu Bəkr bin əl-Arabi -Əhkam əl-Quran (2-624)
6)İmam əl-Qurtubi -Əl camii liəhkam əl-quran (6-190)
7)İmam əl-Bəqai -Nazm əd-Durar (2-460)
8)Əl-Vahidi - Əl-vasit (2-191)
9)Alləmə Sadiq Hasən Xan Neyl əl-Məram (2-472)
10)əl-Əllamə Muhamməd əl-Əmin əş-Şintiqi - Ədva əl-Bəyan (2-101)
11)əl-Əllamə Əbu Ubeyd əl-Qasim bin Səlam - İman (45)
12)əl-Əllamə Əbu Hayyan - əl-Bəhr əl-Muhit (3-492)
13Əl-İmam İbni Batta -Əl-İbanə (2-723)
14)İmam İbni Abd əl-Bərr - ət-Təmhid (4-273)
15) əl-Alləmə əl-Xazin - öz təfsirində (1-310)
16)əl-Allamə əs-Sadi - təfsir cəlaleyn (2-292)
17)Şeyxul islam İbni Temiyyə - Məcmu əl-Fətava (7-312)
18) əl-Əllamə İbni Əl-Qeyyim əl-Cövziyyə - Məadir əs-Salikin (1-355)
19) Muhamməd ən-Nasir əl-Albani - Əs-Sahiha (6-109)

Bu hədisi zəif hesab edən təkfirçilər barəsində Şeyx Useymin belə demişdir
لكن لما كان هذا الاثر لا يرضى هؤلاء المفتونين بالكفر صاروا يقولون هذا الاثر غير مقبول ولا يصح عن ابن عباس فيقال لهم كيف لا يصح و قد تلقاه من هو اكبر منكم افضل و اعلم بالحديث و تقولون لا نقبل فيكفينا ان علماء جهابذة كشيخ الاسلام ابن تيمية و ابن القيم و غيرهما كلهم تلقوه بالقبول و يتكلمون به و ينقلونه فالاثر صحيح

Lakin Küfr dəli-divanələri (təkfirçilər) bu "əsər" ilə razı olmadıqları zaman bu "əsərin" məqbul (olmadıqını) və İbni Abbasdan Səhih olmadıqını söyləməyə başladılar.Onlara deyilər : "Əsəri" sizdən fəzilətli böyük və hədisi daha yaxşı bilənlər qəbul etdiyi halda nəcə yəni (əsər) səhih deyil? Deyirsiniz ki biz qəbul etmirik.(O təkfirçilərə cavab olaraq deyirik)Bizə kifayətdir (ki) Şeyxulislam İbni Teymiyyə və İbni Qeyyim kimi və o ikisindən başqa bütün görkəmli alimlər bunu qəbul ediblər bunun barəsində danışıblar və bunu nəql ediblər və "əsər"səhihdir.

سألت أحمد ما هذا الكفر قال كفر لا يخلرج عن الملة
İsmail bin Sad (deyir ki) İmam Əhməddən (maidə 44) barəsində soruşdum .Dedim bu nə küfrdürdür? Dedi:Millətdən çıxarmayan küfr.
İsmail Bin Sad "Suələt ibni Hani" (2-192)

Əl-Mərvəzinin Təzim əs-salə kitabında bu sözləri nəql etmək yerinə düşərdi.
ولنا في هذا قدوة بمن روى عنهم من أصحاب رسول الله صلى الله عليه و سلم والتابعين اذ جعلوا للكفر فروعا دون اصله لا تنقل صاحبه عن الملة الاسلام كما ثبتوا للايمان من جهة العمل فرعا للاصل لا ينقل تركه عن ملة الاسلامة من ذلك قول ابن عباس في قوله وَمَن لَّمْ يَحْكُم بِمَا أَنزَلَ اللّهُ فَأُوْلَـئِكَ هُمُ الْكَافِرُونَ
Peyqəmbərin(sas) sahabələrinin və tabiinlərindən olan ravilərdə bizim üçün bu xususda nümunə vardır.Belə ki onlar gövdədən(əsasdan) əlavə İman üçün tərki ilə islam millətindən xaric olunması (hesab edilməyən) budaqlar (ikinci dərəcəli hissə) təsbit etdikləri kimi küfrü də gövdədən (əsasdan) əlavə sahibini millətdən çıxarmayan budaqlar(ikinci dərəcəli hissə) kimi (bir növü olduqunu da) qəbul etmişlər.İbni Abbasın (Allahın)"Kim Allahın nazil etdiyi ilə hökm etməzsə kafirdir" sözü barəsindəki bu sözü bu qəbildəndir.
İbni Batta özünün əl-İbanə kitabında 2-ci cild 723 cü səhifədə belə bir fəsl açıb.باب ذكر الذنوب التي تصير بصاحبها الى كفر غير خارج به من الملة -"Sahibini, bu küfr səbəbi ilə islam millətindən xaric etməyən günahlar babı "Kitabın bu babında İbni Batta ayədəki küfrün kiçikliyindən danışır və bu barədə sahabə və tabiinlərdən əsərlər gətirir.

İmam ibni abd əl-Bərr yazır
"وأجمع العلماء على أن الجور في الحكم من الكبائر لمن تعمد ذلك عالما به، رويت في ذلك آثار شديدة عن السلف، وقال الله عز وجل: ﴿ وَمَن لَّمْ يَحْكُم بِمَا أَنزَلَ اللّهُ فَأُوْلَـئِكَ هُمُ الْكَافِرُونَ ﴾،﴿ الظَّالِمُونَ ﴾،﴿ الْفَاسِقُونَ ﴾ نزلت في أهل الكتاب، قال حذيفة وابن عباس: وهي عامة فينا؛ قالوا ليس بكفر ينقل عن الملة إذا فعل ذلك رجل من أهل هذه الأمة حتى يكفر بالله وملائكته وكتبه ورسله واليوم الآخر روي هذا المعنى عن جماعة من العلماء بتأويل القرآن منهم ابن عباس وطاووس وعطاء".

Alimlər bir kimsənin bilərəkdən hökmdə öz başnalıq etməsini o kəs üçün böyük günahlardan olmasını icma etmişlər .Bu xüsusda sələfdən möhkəm əsərlər rəvayət edilmişdir.Allah azzə və cəll " Kim Allahın nazil etdiyi ilə hökm etməzsə onlar kafirlərdir (digər ayədə) Zalimlardır (digər ayədə) fasiqlərdir "buyurmuşdur.Ayə Əhli kitab barəsində nazil olmuşdur.Huzeyfə və İbni Abbas bu bizə də aiddir demişlər.(həmçinin) Onlar bu ümmətin əhlindən bir nəfər belə edərsə (Allahın hökmü ilə hökm etməzsə) Allah mələklərə kitablara rəsullara qiyamət gününə küfr etdiyi kimi millətdən xaric edici küfr etmədiyini söyləmişlər.Quranın yozumunu bilən bir toplum alim -İbni Abbas , Tavus , Ata ,-bu mənanı rəvayət etmişlər
ət-Təmhid (cild:5 səh:74)
-------------------------------------------------------------------------------------------------------------------------------------------- ------------------------------------------------------------------------------------------

İmam əs-Samani yazır
واعلم أن الخوارج يستدلون بهذه الآية، ويقولون: من لم يحكم بما أنزل الله؛ فهو كافر، وأهل السنة قالوا: لا يكفر بترك الحكم
Bil ki Xəvariclər bu ayə ilə istidlal edib Allahın nazil etdiyi ilə hökm etməyənin kafir olduqunu söyləmişlər .Əhli sünnə (Allahın nazil etdiyi ilə ) hpkm etməyi tərk etmək ilə (insanlar) təkfir olunmaz deyib.
-------------------------------------------------------------------------------------------------------------------------------------------- -----------

İbni əl-Cövzi yazır

): وفصل الخطاب: أن من لم يحكم بما أنزل الله جاحداً له، وهو يعلم أن الله أنزله؛ كما فعلت اليهود؛ فهو كافر، ومن لم يحكم به ميلاً إلى الهوى من غير جحود؛ فهو ظالم فاسق، وقد روى علي بن أبي طلحة عن ابن عباس؛ أنه قال: من جحد ما أنزل الله؛ فقد كفر، ومن أقرّبه؛ ولم يحكمم به؛ فهو ظالم فاسق".

Məlumat fəsli: Allahın nazil etdiyini bildiyi halda Yahudilərin etdiyi kimi (Allahın hökmünü) danıb Allahın nazil etdiyi ilə hökm etməyən kəs kafirdir.Kim danmadan (öz nəfsinin) havasına meyl edib onun (Allahın nazil etdiyi ilə) hökm etməzsə o zalımdlr və fasiqdir.Fəqəd Əli bin Talha İbni Abbasdan rəvayət etmişdir : Kim Allahın nazil etdiyini danarsa o kafirdir .Kim danmadan onun ( Allahın nazil etdiyi ) ilə hökm etməzsə o zalımdır və fasiqdir.

Zad əl-Məsir( 2:366)

Həmçinin təkfirçilər günah üzrə israrın bu günahı halal hesab etmək mənasını verdiyi kimi bir şübhə ortaya atmışlar
O ki qaldı günahlar üzərində israr etmək məsələsinə bu barədə Şeyx Muhamməd Salih əl-Münəccidə belə bir sual veriblər .
هل بعض أوجه الإصرار على المعصية تؤدي إلى استحلال المعصية ؟ Asi əməl üzərində israr etməyin bəzi növləri asi əməlin halal görülməsinə aparıb çıxarırrmı.
Cavabdan bir parça
والإصرار ليس دليلا على الاستحلال ، لكنه قد يقود إليه ،
İsrar etmək halal görməyə dəlil deyil.Lakin bəzən buna aparıb çıxara bilər.
http://islamqa.info/ar/ref/142392
Təkfirçilər cəhaləti üzr görmürlər .
İbni Teymiyyə cəhalətin üzr olmasını deyir.
إني دائماً - ومن جالسني يعلم ذلك مني - من أعظم الناس نهياً عن أن يُنسب معيَّن إلى تكفير ، وتفسيق ، ومعصية إلا إذا علم أنه قد قامت عليه الحجة الرسالية التي من خالفها كان كافراً تارة ، وفاسقاً أخرى ، وعاصياً أخرى ،
Həqiqətən mən həmişə-mənim ilə bir məclisdə əyləşənlər bunu məndən duyub-insanları, əleyhində risaləvi hüccət - hansı ki ona müxalif olan kafirdir fasiqdir həm də asidir - qalxmış kəslər istisna olmaq şərti ilə, hər hansı müəyyən bir kəsi təkfirə fasiqliyə və məsiyətə nisbət etməkdən çəkindirmişəm. əl-Fətava 3:229

Muhamməd bin AbdulVahhab kimi təkfir edəcəyi barəsində deyir

وأما التكفير : فأنا أكفِّر مَن عرف دين الرسول ، ثم بعدما عرفه سبَّه ، ونهى الناس عنه ، وعادى من فعله فهذا هو الذي أكفره
Təkfirə gəlincə isə mən peyqəmbərin dini ilə tanış olub məlumatlandıqdan sonra onu söyən və insanları onun (peyqəmbərin yolundan ) nəhy edən və onun etdiyinə düşmənçilik edən kimsəni təkfir edirəm.Bu mənim təkfir etdiyim şəxs-(vəsfi)-dir .əd-durar əs-səniyyə 1:56

Həmçinin Muhamməd bin Abdulvahhab deyir
ان الشخص المعين إذا قال ما يوجب الكفر، فإنه لا يحكم بكفره حتى تقوم عليه الحجة التي يكفر تاركها
əgər müəyyən bir şəxs küfr olması qaçınılmaz olan bir söz deyərsə əleyhində qəbul edilməməsi küfrə aparan hüccət qalxmadıqca (dediyi küfr sözə görə ) ona kafir hökmü verilməz


jjksdkjsdkjsdhkdshskdjhksdjhsdkjdshk
 
Forum » İslam » Təfsir » MAİDƏ 44 (BİSMİLLAH)
  • Страница 1 из 1
  • 1
Поиск:


Səhifə başlığına qalx
Əhli Sünnə vəl Camaat © 2024 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru