[ Yeni yazılar · İstifadəçilər · Forum qaydaları · Axtarış · RSS ]
  • Страница 1 из 1
  • 1
Forum » İslam » Təfsir » QƏSAS SURƏSİNİN 78-CI AYƏSİNİN TƏFSİRİ (BİSMİLLAH)
QƏSAS SURƏSİNİN 78-CI AYƏSİNİN TƏFSİRİ
Muslimah_92Tarix: Cümə, 15.06.2012, 22:56 | Yazı # 1
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
İmam Muhamməd bin Əhməd əl-Qurtubi - rahiməhullah - təfsirində Qasas surəsinin 78-ci ayəsindəki sözü təfsir edərkən deyir:
"وَلَا يُسْأَلُ عَنْ ذُنُوبِهِمُ الْمُجْرِمُونَ أَيْ لَا يُسْأَلُونَ سُؤَالَ اسْتِعْتَابٍ كَمَا قَالَ : وَلَا هُمْ يُسْتَعْتَبُونَ فَمَا هُمْ مِنَ الْمُعْتَبِينَ وَإِنَّمَا يُسْأَلُونَ سُؤَالَ تَقْرِيعٍ وَتَوْبِيخٍ لِقَوْلِهِ : فَوَرَبِّكَ لَنَسْأَلَنَّهُمْ أَجْمَعِينَ قَالَهُ الْحَسَنُ . وَقَالَ مُجَاهِدٌ : لَا تُسْأَلُ الْمَلَائِكَةُ غَدًا عَنِ الْمُجْرِمِينَ ، فَإِنَّهُمْ يُعْرَفُونَ بِسِيمَاهُمْ ، فَإِنَّهُمْ يُحْشَرُونَ سُودَ الْوُجُوهِ زُرْقَ الْعُيُونِ وَقَالَ قَتَادَةُ : لَا يُسْأَلُ الْمُجْرِمُونَ عَنْ ذُنُوبِهِمْ لِظُهُورِهَا وَكَثْرَتِهَا ، بَلْ يَدْخُلُونَ النَّارَ بِلَا حِسَابٍ . وَقِيلَ : لَا يُسْأَلُ مُجْرِمُو هَذِهِ الْأُمَّةِ عَنْ ذُنُوبِ الْأُمَمِ الْخَالِيَةِ الَّذِينَ عُذِّبُوا فِي الدُّنْيَا . وَقِيلَ : أَهْلَكَ مَنْ أَهْلَكَ مِنَ الْقُرُونِ عَنْ عِلْمٍ مِنْهُ بِذُنُوبِهِمْ فَلَمْ يَحْتَجْ إِلَى مَسْأَلَتِهِمْ عَنْ ذُنُوبِهِمْ ."

"Cinayətkarlar öz günahları barəsində soruşulmaz." Yəni, onlar (peşman olub) Allahın razılığını istəmələri məqsədi ilə sorğu-suala çəkilməyəcəklər, necəki Allah deyir: "Onlardan razılıq istəmələri də istənilməz." (ər-Rum, 57) "Nə də ki, onların razılıq istəkləri qəbul olunmaz." Əksinə onlar sadəcə pislənmək və qınanmaq məqsədi ilə soruşulacaqlar, çünki Allah deyir: "Rəbbinə and olsun ki, Biz onların hamısını sorğu-suala çəkəcəyik" Bunu bu şəkildə əl-Həsən (əl-Basri) izah etmişdir. Mucahid isə demişdir: "Sabah mələklərdən cinayətkarların kimlər olub olmaması soruşulmayacaq, çünki onlar artıq simalarından tanınacaqlar, üzləri qara, gözləri göy olacaqdır. Qatadə isə dedi: "Cinayətkar, günahlarının aşkarlığı və çoxluğu səbəbi ilə günahları barəsində soruşulmayacaqlar, əksinə hesabsız cəhənnəmə daxil olacaqlar." Alimlərdən bəziləri də demişdir: "Bu ümmətin cinayətkarları, dünyada daha əvvəl əzab görmüş keçib-getmiş ümmətlərin günahları barəsində soruşulmayacaqlar." Digər alimlər isə deyirlər: "Həlak olmuş nəsillər Allahın onların günahları haqqında bildiklərinə əsasən həlak edilmişdir, onların günahlarına görə sorğu-suala çəkilmələrinə ehtiyac yoxdur."
"Təfsirul-Qurtubi", 13/291

 
Forum » İslam » Təfsir » QƏSAS SURƏSİNİN 78-CI AYƏSİNİN TƏFSİRİ (BİSMİLLAH)
  • Страница 1 из 1
  • 1
Поиск:


Səhifə başlığına qalx
Əhli Sünnə vəl Camaat © 2024 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru