[ Yeni yazılar · İstifadəçilər · Forum qaydaları · Axtarış · RSS ]
Страница 1 из 11
Forum » İslam » Fiqh » TƏRAVİH NEÇƏ RÜKƏTDİR?, FİQHİ MƏZHƏBLƏRİN GÖRÜŞLƏRİ (BİSMİLLAH)
TƏRAVİH NEÇƏ RÜKƏTDİR?, FİQHİ MƏZHƏBLƏRİN GÖRÜŞLƏRİ
Muslimah_92Tarix: Şənbə, 30.06.2012, 17:09 | Yazı # 1
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
بسم الله الرحمن الرحيم


Azərbaycanın bir çox yerində təravih namazı 11 rükət (8 tərəvih 3 vitr) olaraq qılınır. Bundan başqa görüşlər isə qəribsənir… Bəs fiqhi məzhəblərdə təravih neçə rükətdir? 11 rükət qılınması fəqihlər arasında məşhur və mötəbər görüşdürmü?
Böyük müctəhidlərin, fəqihlərin bu barədə görüşü nədir?
Uca Allahın izni və yardımıyla bu mövzuda sizə elm əhlinin təravihdə neçə rükət olduğu haqqındə görüşlərini təqdim edəcəm.
 
Muslimah_92Tarix: Şənbə, 30.06.2012, 17:09 | Yazı # 2
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
Hədis imamlarından Əbu İsa Ət Tirmizi (209-279 h/824-892 m) "Əl Camiul Kəbir" adlı əsərində bu barədə deyir:

واختلَف أهلُ العلْمِ فى قيامِ رمضانَ , فرأى بعضُهم أن يصلِّيَ إحدى وأربعينَ ركعةً مع الوتْرِ . وهو قولُ أهلِ المدينةِ والعمَلُ على هذا عندهم بالمدينةِ .
وأكثرُ أهلِ العلْمِ على ما رُوي عن عمرَ وعليٍّ وغيرِهما مِن أصحابِ النبيِّ - صلى الله عليه وسلم - عشرينَ ركعةً . وهو قولُ سفيانَ الثوْري وابنِ المباركِ والشافعي .
وقالُ الشافعي : وهكذا أدْركتُ ببَلدنا بمكةَ يُصلُّون عشرينَ ركعةً . وقال أحمدُ : رُوي فى هذا ألوانٌ . ولم يقضِ فيه بشىءٍ .
وقال إسحاقُ : بل نختارُ إحدى وأربعينَ ركعةً على ما رُوي عن أبيِّ بنِ كَعْبٍ

"Elm əhli, ramazanda qılınacaq namaz (təravih rükətlərinin sayı) haqda ixtilaf etmişlər:
Bəzilərinə görə vitrlə bərabər 41 rükət qılınmalıdır. Bu Mədinəlilərin görüşüdür və onların tətbiqatı da bu şəkildədir.
Elm əhlinin əksəriyyəti Ömər, Əli və Nəbinin – sallallahu aleyhi və səlləm – digər səhabələrindən rəvayət edildiyi üzrə 20 rükət qılınması görüşündədirlər.
Bu həmçinin Sufyan Əs Səvri, İbnul Mubərək və Şafinin görüşüdür.
Şafi belə demişdir: "Şəhərimiz Məkkədə onları beləcə 20 rükət qılan gördük".
Əhməd bu barədə çeşidli rəvayətlər olduğunu demiş və qəti bir rəqəm müəyyən etməmişdir.
İshaq demişdir: "Əksinə biz Ubeyy bin Kabdan rəvayət edildiyi üzrə 41 rükət görüşünü seçirik"."

Qaynaq: Əbu İsa Ət Tirmizi: Əl Camiul Kəbir: 2/159-160
Darul Ğarbil İslami: 1416/1996

 
Muslimah_92Tarix: Şənbə, 30.06.2012, 17:10 | Yazı # 3
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
Alləmə İbn Abdil Bərr (368-463 h/978-1071 m) “Əl İstizkar” adlı əsərində təravih haqqında rəvayətləri analiz etdikdən sonra deyir:

وهذا كلُّه يشهَد بأنَّ الروايةَ بإحدى عشرةَ ركعةً وهْمٌ وغلَطٌ ، وأنَّ الصحيحَ ثلاثٌ وعشرونَ وإحدى وعشرونَ ركعةً ، والله أعلم .
وقد روى أبو شيْبةَ - واسمُه إبراهيمُ بنُ عُلَيّةَ بنِ عثمانَ - عن الحَكَمِ ، عن ابنِ عباسٍ :أنَّ رسولَ اللهِ - عليه السلام - كان يُصلِّي في رمضانَ عشرينَ ركعةً والوترَ .
وليس أبو شيْبةَ بالقويِّ عندهم . ذكَره ابنُ أبي شيْبةَ ، عن يزيدَ بنِ رُومانَ ، عن أبي شيْبةَ إبراهيمَ بنِ عثمانَ.

وروي عشرونَ ركعةً عن عليٍّ ، وشُتَيْرِ بنِ شَكَلٍ ، وابنِ أبي مُلَيْكَةَ ، والحارثِ الهَمْدانيِّ ، وأبي البَخْتَريِّ .
وهو قولُ جمهورِ العلماءِ ، وبه قال الكوفيُّونَ ، والشافعيِّ ، وأكثرِ الفقهاءِ .
وهو الصحيحُ عن أبي بنِ كعبٍ مِن غيرِ خلافٍ مِن الصحابةِ .
وقال عطاءٌ : أدْركتُ الناسَ وهم يُصلُّون ثلاثًا وعشرينَ ركعةً بالوتْرِ .

وكان الأسودُ بنُ يزيدَ يُصلِّي أربعينَ ركعةً ويُوتِر بسبْعٍ .
وذكَر ابنُ القاسمِ ، عن مالكٍ : تسْعٌ وثلاثونَ ، والوترُ ثلاثٌ . وزعَم أنه الأمرُ القديمُ .
وذكر ابنُ أبي شيْبةَ ، قال: حدّثنا عبدُ الرحمنِ بنُ مهْديِّ ، عن داودَ بنِ قيْسٍ ، قال: أدْركتُ الناسَ بالمدينةِ في زمنِ عمرَ بنِ عبدِ العزيزِ وأبانَ بنِ عثمانَ يُصلُّون ستًّا وثلاثينَ ركعةً ، ويُوتِرون بثلاثٍ .
وقال الثوريُّ ، وأبو حنيفةَ ، والشافعيُّ ، وأحمدُ بنُ داودَ : قيامُ رمضانَ عشرونَ ركعةً سوى الوترِ , لا يُقام بأكثرَ منها استحبابًا

"Bütün bunlar "11 rükət" rəvayətinin vəhm və səhf və doğru rəvayətin "23 və 21 rükət" olduğunu göstərir. Allah daha gözəl bilir.
Əbu Şeybə - onun adı belədir: İbrahim bin Uleyyə bin Usman – Əl Hakəmdən o da İbn Abbasdan Rəsulullahın – aleyhissalam - Ramazanda 20 rükət və (əlavə olaraq) vitr qıldığını rəvayət etmişdir.
Əbu Şeybə onlara görə (hədisdə) güclü deyil.
Bunu İbn Əbi Şeybə, Yezid bin Ruman – Əbu Şeybə İbrahim bin Usman kanalıyla rəvayət etmişdir.

20 rükət qılınması Əli (bin Əbi Talib), Şuteyr bin Şəkəl, İbn Əbi Muleykə, Əl Haris Əl Həmdani və Əbul Bəxtəridən rəvayət edilmişdir.
Bu alimlərin cumhurunun görüşüdür. Kufəlilər (Əhlur Rəy), Şafi, və fəqihlərin əksəriyyəti bu görüşdədir.
Bu tətbiqat səhabə arasında hərhansı bir xilaf/etiraz olamadan Ubeyy bin Kabdan səhih olaraq rəvayət edilmişdir.
Ata demişdir: "İnsanların (səhabələrin) vitrlə bərabər 23 rükət qıldıqlarını gördüm".

Əl Əsvəd bin Yezid 40 rükət (təravih), 7 rükət də vitr qılardı.
İbnul Qasim, İmam Malikdən 39 rükət görüşünü nəql etmişdir. (Bundan) üçü vitrdir. İmam Malik bunun (səhabə zamanından tətbiq edilən) qədim bir tətbiqat olduğunu zən etmişdir.
İbn Əbi Şeybə - Abdur rahman bin Mehdi - Davud bin Qeys: "Ömər bin Abdil Aziz və Əbən bin Usman zamanında Mədinədə insanların 36 rəkət (təravih) və 3 rükət vitr qıldığını gördüm".
(Sufyan Əs) Səvri, Əbu Hənifə, Şafi, Əhməd bin Davud demişlər: Ramazandakı namaz (təravih) vitr xaric 20 rükətdir, müstəhəb olaraq bundan artıq qılınmaz."

Qaynaq: İbn Abdil Bərr: Əl İstizkar: 5/156-157
Qahirə: 1414/1993

 
Muslimah_92Tarix: Şənbə, 30.06.2012, 17:11 | Yazı # 4
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
Əndəlus alimlərindən İbn Ruşd (520-595 h/1126-1198 m) "Bidəyətul Muctəhid" adlı kitabında belə deyir:

واختلفوا في المختارِ مِن عَدَدِ الرَّكْعاتِ التي يَقوم بها الناسُ في رمضانَ , فاختارَ مالكٌ في أحدِ قولَيْه , وأبو حنيفةَ , والشافعيُ , وأحمدُ , وداودُ القيامَ بعشرينَ ركعةً سِوى الوتْرِ .
وذكَر ابنُ القاسمِ عن مالكٍ أنه كان يستحْسِن ستًّا وثلاثينَ ركعةً والوتر ثلاثٌ .

وسببُ اختلافِهم اختلافُ النقْلِ في ذلك . وذلك أنَّ مالكًا روى عن يزيدَ بنِ رُومانَ قال : كان الناسُ يَقومونَ في زمانِ عمرَ ابنِ الخطابِ بثلاثٍ وعشرينَ ركعةً .
وخرَّج ابنُ أبي شيبةَ عن داودَ بنِ قيْسٍ قال : أدْركتُ الناسَ بالمدينة في زمانِ عمرَ بنِ عبدِ العزيزِ وأبانَ بنِ عثمانَ يصلُّون ستًّا وثلاثينَ ركْعةً ويُوتِرون بثلاثٍ .
وذكَر ابنُ القاسمِ عن مالكٍ أنه الأمرُ القديمُ , يعني القيامَ بستٍ وثلاثينَ ركعةً

"İnsanların ramazanda qıldığı namazın (təravihin) rükətlərinin sayında muxtar/üstün görüşün nə olduğu haqda alimlər ixtilaf etmişlər.
İki görüşündən birində Malik, Əbu Hənifə, Şafi, Əhməd və Davud - vitr xaric - 20 rükət qılınacağı görüşünə üstünlük vermişlər.
İbnul Qasim, Malikin 36 rükət (təravih) və (əlavə olaraq) 3 rükət vitr qılınmasını uyğun gördüyünü rəvayət etmişdir.

Onların ixtilaf etməsinin səbəbi bu barədə müxtəlif rəvayətlərin olmasıdır.
Malik, Yezid bin Rumandan belə rəvayət etmişdir: "Ömər bin Əl Xattab zamanında insanlar 23 rükət (20 təravih, 3 vitr) qılardılar".
İbn Əbi Şeybə, Davud bin Qeysin belə dediyini rəvayət etmişdir: "Ömər bin Abdil Aziz və Əbən bin Usman zamanında Mədinədə insanların 36 rəkət (təravih) və 3 rükət vitr qıldığını gördüm".
İbnul Qasim, Malikin 36 rükət qılınma şəklinin qədim tətbiqat olduğunu söylədiyini rəvayət etmişdir."

Qaynaq: İbn Ruşd: Bidayətul Muctəhid: 2/473
Darus Salam: 1416


Yazını Muslimah_92 - Şənbə, 30.06.2012, 17:12
 
Muslimah_92Tarix: Şənbə, 30.06.2012, 17:12 | Yazı # 5
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
İmam Muhyiddin Ən Nəvəvi (631-676 h/ 1233-1277 m) "Əl Məcmu" adlı əsərində təravih haqqında deyir:

فَرْعٌ في مذاهبِ العلماءِ في عَدَدِ ركْعاتِ التراويحِ

مذهبُنا أنها عشرونَ ركعةً بعشْرِ تسليماتٍ غيرُ الوترِ , وذلك خمسُ ترويحاتٍ , والترويحةُ أربعُ ركْعاتٍ بتسليمتينِ .
هذا مذهبُنا , وبه قال أبو حنيفةَ وأصحابُه , وأحمدُ , وداودُ , وغيرُهم . ونقَله القاضيُّ عياضٌ عن جمهورِ العلماءِ , وحكي أن الأسْودَ بنَ يزيدَ كان يَقوم بأربعينَ ركعةً ويُوتِر بسبْعٍ .
وقال مالكٌ : التراويحُ تسْعُ ترويحاتٍ , وهي ستةٌ وثلاثونَ ركعةً غيرُ الوترِ . واحتجَّ بأنَّ أهلَ المدينةِ يفعَلونها هكذا .
وعن نافعٍ قال : أدْركتُ الناسَ وهم يَقومونَ رمضانَ بتسْعٍ وثلاثينَ ركعةً يُوتِرون منها بثلاثٍ .

واحتجَّ أصحابُنا بما رواه البيهقيُّ وغيرُه بالإسنادِ الصحيحِ عن السائبِ بنِ يزيدَ الصحابيِّ - رضي الله عنه - قال : كانوا يقومونَ على عَهْدِ عمرَ بنِ الخطابِ - رضي الله عنه - في شهْرِ رمضانَ بعشرينَ ركعةً , وكانوا يقومونَ بِالمِئِينَ ، وكانوا يتوكَّؤونَ على عِصِيِّهِمْ في عَهْدِ عثمانَ مِن شِدَّةِ القيامِ .
وعن يزيدَ بنِ رُومانَ قال : كان الناسُ يقومون في زمَنِ عمرَ بنِ الخطابِ - رضي الله عنه - بثلاثٍ وعشرينَ ركعةً .
رواه مالكٌ في "الموَطَّأ" عن يزيدَ بنِ رُومانَ , ورواه البيهقيُّ , لكنَّه مُرْسَلٌ , فإنَّ يزيدَ بنَ رُومانَ لم يدرِكْ عمرَ .
قال البيهقيُّ : يُجمَع بينَ الرَّوايتينِ بأنهم كانوا يَقومون بعشرينَ ركعةً ويُوتِرون بثلاثٍ .
وروى البيهقيُّ عن عليِّ - رضي الله عنه - أيضًا قيامَ رمضانَ بعشرينَ ركعةً .

وأما ما ذكَروه مِن فعْلِ أهلِ المدينةِ , فقال أصحابُنا : سبَبُه أنَّ أهلَ مكةَ كانوا يطُوفونَ بين كلِّ ترويحتينِ طوافًا , ويصلُّونَ ركعتينِ , ولا يطُوفون بعدَ الترويحةِ الخامسةِ , فأرادَ أهلُ المدينةِ مُساواتَهم , فجعَلوا مكانَ كلِّ طوافٍ أربعَ ركعاتٍ , فزادُوا ستَّ عشرةَ ركعةً وأوتَرُوا بثلاثٍ , فصارَ المجموعُ تسعًا وثلاثينِ

"Təravihin rükət sayı haqqında alimlərin görüşləri bölümü:

Məzhəbimizə (Şafilərə) görə təravih, vitr xaric 10 salamla (2 rükətdəndən bir) olmaq surətiylə 20 rükətdir. Bu 5 "tərviha" deməkdir. "Tərviha" 2 salamla 4 rükətdir.
Məzhəbimizin görüşü budur. Əbu Hənifə və əshabı, Əhməd, Davud və başqalarının görüşü də belədir.
Qazi İyaz bunu alimlərin cumhurundan nəql etmişdir. Əl Əsvəd bin Yezidin 40 rükət təravih, 7 rükət vitr qıldığı rəvayət edilmişdir.
Malik demişdir: Təravih 9 "tərviha"dır, bu da vitr xaric 36 edər. Malik Mədinəlilərin belə etdiklərini dəlil olaraq gətirmişdir.
(Malikin digər dəlili isə budur) : Nafidən belə rəvayət edilmişdir: İnsanların Ramazanda 3 - ü vitr olmaq üzrə 39 rükət təravih qıldıqlarını gördüm.

Əshabımız (Şafilər) Beyhaqi və digərlərinin səhih isnadla səhabə olan Saib bin Yeziddən - Allah ondan razı olsun - rəvayət etdiyi bu hədisi dəlil gətirmişlər:
"Onlar (səhabələr) Ömər bin Əl Xattab - Allah ondan razı olsun - zamanında Ramazanda 20 rükət təravih qılardılar və bu namazda 200 ayə oxuyardılar.
Osman zamanında isə namazın ağırlığından/uzunluğundan dolayı əsalarına söykənərdilər."
Həmçinin Yezid bin Rumandan belə dediyi rəvayət edilmişdir:
"İnsanlar (səhabələr) Ömər bin Əl Xattab - Allah ondan razı olsun - zamanında 23 rükət təravih qılardılar".
Bunu Malik "Əl Muvatta" əsərində Yezid bin Rumandan rəvayət etmişdir. Bu hədisi Beyhaqidə rəvayət etmişdir. Lakin hədis mürsəldir. Çünki, Yezid bin Ruman Öməri görməmişdir.
Beyhaqi dedi: Bu iki rəvayət, onların 20 təravih 3 vitr qıldığı şəklində uzlaşdırılar/cəm edilər.
Beyhaqi həmçinin Əlidən - Allah ondan razı olsun - təravihin 20 rükət olduğunu rəvayət etmişdir.

Mədinəlilərin tətbiqatına gəlincə əshabımız (Şafilər) bunu belə açıqlayırlar: Onların belə etməsinin səbəbi budur ki, Məkkəlilər hər iki "tərviha" arasında bir tavaf edib, 2 rükət namaz qılırdılar. Beşinci "tərviha"dan sonra tavaf etmirdilər və Mədinəlilər də onlarla musəvi olmaq istəyirdilər.
Beləcə, hər tavaf yerinə 4 rükət qılırdılar və 16 rükət əlavə etmiş olurdular. Əlavə olaraq da 3 rükət vitr qılardılar ki, bu toplamda 39 rükət olardı."

Qaynaq: Muhyiddin Ən Nəvəvi: Əl Məcmu: 3/527
Məktəbətul İrşad

 
Muslimah_92Tarix: Şənbə, 30.06.2012, 17:13 | Yazı # 6
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
Hənəfi fəqihlərindən Alauddin Əl Kəsəni (v. 587 h/1191 m) "Bədəius Sanəi fi Tərtibiş Şərai" adlı nəfis əsərində deyir:

وأما قدْرُها فعِشرونَ ركعةً في عَشْرِ تسليماتٍ ، في خمْسِ ترْويحاتٍ , كلُّ تسليمتينِ ترويحةٌ , وهذا قول عامّةِ العلماء
وقال مالكٌ في قولٍ : ستةٌ وثلاثونَ ركعةً ، وفي قولٍ ستةٌ وعِشرونَ ركعةً ، والصحيحُ قول العامةِ لما رُوي أن عُمرَ رضي الله عنه جمَع أصحابَ رسول الله صلى الله عليه وسلم في شهرِ رمضانَ على أبيِّ بنِ كعْبٍ , فصلَّى بهم في كلِّ ليلةٍ عشرينَ ركعةً ، ولم يُنكرْ أحدٌ عليه فيكونُ إجماعًا مِنهم على ذلك

"Təravihin sayına gəlincə 20 rükətdir. 10 salam (hər iki rükətdə bir), 5 tərvihayla qılınır. Hər iki salamla qılınan (4 rükət) bir tərvihadır.
Bu alimlərin əksəriyyətiin görüşüdür.
İmam Malik isə bir görüşündə təravihin 36, digər görüşündə isə 26 rükət olduğunu söyləmişdir.
Doğru olan əksəriyyətin görüşüdür. Çünki, rəvayət edilmişdir ki, Ömər - Allah ondan razı olsun - Ramazan ayında Rəsulullahın - sallallahu aleyhi və səlləm - əshabını Ubeyy bin Kabın arxasında toplamış, o da onlara hər gecə 20 rükət qıldırmışdır.
(Səhabədən) heç kim ona etiraz etməmiş və beləcə bu görüş onların icması olaraq formalaşmışdır."

Qaynaq: Alauddin Əl Kəsəni: Bədəius Sanəi: 2/274-275
Beyrut: Darul Kutubil İlmiyyə: 1424/2003



Yazını Muslimah_92 - Şənbə, 30.06.2012, 17:13
 
Muslimah_92Tarix: Şənbə, 30.06.2012, 17:14 | Yazı # 7
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
Hənəfi alimlərindən Şihəbuddin Əş Şibli (v. 1021 h/1612 m) "Təbyinul Həqaiq" üzərinə yazdığı haşiyədə, şarihin "təravih 20 rükətdir" sözlərini izah mahiyətində deyir:
أي عندَنا , وبه قال الشافعي وأحمدُ , ونقَله القاضي عياض عن جمهورِ العلماء

"Yəni: Bizə (Hənəfilərə) görə. İmam Şafi və Əhməd də bu görüşdədir. Qadi İyad bu görüşü alimlərin cumhurundan nəql etmişdir."

Qaynaq: Fəxruddin Əz Zeyləi: Təbyinul Həqaiq: 1/178
Qahirə: Əl Mətbəatul Kubra: 1313

 
Muslimah_92Tarix: Şənbə, 30.06.2012, 17:15 | Yazı # 8
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
Hənəfi alimlərindən İbn Abidin (1238-1307 h/1823-1889 m) "Əd Durrul Muxtar Şərhu Tənviril Əbsar" isimli əsərə yazdığı haşiyədə bu haqda deyir:

قوله وهي عشرونَ ركعةً : هو قولُ الجمهور , وعليه عمِل الناسُ شرقاً وغرباً , وعن مالكٍ ستٌ وثلاثونَ

"Haskəfi dedi: Təravih 20 rükətdir.
İbn Abidinin haşiyəsi: Bu cumhurun görüşüdür. Şərqdə və qərbdə insanlar/müsəlmanlar bu görüşlə əməl etmişlər. İmam Malikdən 36 rükət olduğu görüşü rəvayət edilmişdir."

Qaynaq: İbn Abidin: Rəddul Muxtar aləd Durril Muxtar: 2/495
Daru Aləmil Kutub: 1423/2003

Burada söylənənlərin eynisi Hənəfilərin "Əl Məbsut" və "Əl Bəhrur Raiq" kimi məşhur kitablarında da mövcuddur.
 
Muslimah_92Tarix: Şənbə, 30.06.2012, 17:16 | Yazı # 9
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
Şafi məzhəbinə mənsub alimlərdən Əbu Muhəmməd Əl Bəğavi (436-510 h/1044-1117 m) "Şərhus Sunnə" adlı əsərində Mədinə əhlinin görüşünü nəql etdikdən sonra deyir:

وأما أكثرُ أهلِ العلم ، فعلى عشرينِ ركعةً , يُروى ذلك عن عمرَ وعليٍّ وغيرِهما مِن أصحاب النبي صلى الله عليه وسلم ، وهو قولُ الثوريِّ ، وابنِ المبارك ، والشافعيِّ ، وأصحابِ الرأي
قال الشافعي : وهكذا أدركتُ ببلدنا بمكةَ يصلُّون عشرينَ ركعةً

"Elm əhlinin əksəriyyəti təravihin 20 rükət olduğu görüşündədir. Bu görüş Ömərdən, Əlidən və Nəbinin – sallallahu aleyhi və səlləm – digər səhabələrindən rəvayət edilmişdir.
Bu həmçinin Səvri, İbnul Mubərək, Şafi və rəy əshabının (Kufə fəqihlərinin) görüşüdür.
İmam Şafi belə demişdir: Şəhərimiz Məkkədə onları beləcə 20 rükət qılan gördüm."

Qaynaq: Əbu Muhəmməd Əl Bəğavi: Şərhus Sunnə: 4/123
Məktəbətul İsləmi: 1403/1983

 
Muslimah_92Tarix: Şənbə, 30.06.2012, 17:16 | Yazı # 10
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
Hənəfi alimlərindən, böyük mühəddis Muhəmməd Ənvər Əl Kəşmiri (1292-1352 h) Tirmizi şərhində deyir:

وأما عشرون ركعةً الآن إنما هو سنةُ الخلفاء الراشدين ، ويكون مرفوعاً حكماً وإن لم نجِد إسنادَه قوياً ، وفي التاتارخانيةِ سأل أبو يوسف أبا حنيفةَ : هل كان لعمرَ عهدٌ عن النبي - صلى الله عليه وسلم - حين قرَّر التراويحَ عشرينَ ركعةً وأعلَن بها ؟ قال أبو حنيفةَ : لم يكنْ عمرُ مبتدعاً , أي لا بدَّ مِن كوْنِ عشرينَ ركعةً مرفوعةً

"Günümüzdə təravihin 20 rükət olmasında gəlincə bu sadəcə rəşidi xəlifələrin sünnətidir və - güclü bir isnadına vaqif olmasaq belə - hökmən mərfudur (dolayısıyla Nəbinin sünnəti kimidir).
(Hənəfi kitablarından) "Ət Tətərxaniyyə"də deyilir: Əbu Yusuf İmam Əbu Hənifədən soruşdu:
- Ömər təravihi 20 rükət olaraq müəyyən etdikdə bunu Nəbinin – sallallahu aleyhi və səlləm – sözünə dayanaraqmı etmişdi?
- Əbu Hənifə: Ömər bidət çıxarmamışdı!
Yəni: 20 rükətin mərfu (Nəbidən duyulmuş) olması qaçınılmazdır."

Qaynaq: Muhəmməd Ənvər Əl Kəşmiri: Əl Arfuş Şazi: 1/412
Hindistan: Muəssəsətud Duha

Təliq: İmam Əbu Hənifə bu cavabıyla önəmli bir nöqtəyə toxunmuşdur. Səhabələr təravih rükətlərinin sayında özbaşınalıq və Rəsulullaha müxalifət etməmişlər. Əksinə bunu məhz Rəsulullahdan gördükləri üçün etmiş və bu say üzərində fikir birliyinə varmışlar.

 
Muslimah_92Tarix: Şənbə, 30.06.2012, 17:17 | Yazı # 11
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
Yekun: Təravih namazının neçə rükət qılınacağı haqda qısa olaraq fəqihlərimizin görüşü bu şəkildədir. Əlbətdəki bu siyahını daha da uzatmaq olardı. Lakin, bu uzatma sadəcə mücərrəd təkrardan ibarət olar.
Beləliklə dörd məzhəbdən olan fəqihlərin, sələfdən olan mötəbər alimlərin görüşünü qaydalaşdırarsaq bu nəticəyə vararıq: Dörd məzhəb fəqihləri və - bizə məlum olduğu qədərilə - ilk nəsil alimləri, təravih namazının 20 rükətdən az olmadığı üzərində ittifaq etmişlər.
Dolayısıyla ölkəmizdə özünün sələfə nisbət edənlərin təravihi 11 rükət qılmaları və müxalifləri bidətçiliklə ittiham etmələri sadəcə onların çoxsaylı şazz görüşlərdən biridir.
Allah dilərsə Əhli Sünnətə müxalif qaldıqları halda özlərini bu ada ən layiqli sayan bu firqənin fiqhdə və əqidədə həqiqi Əhli Sünnətə müxalif olduqları bir çox məsələyə toxunacayıq.
Bizlər elm tələbəsi olaraq bu tərcümə və xəbərdarlıqıa öz üzərimizə düşəni etdik. Sıradan müsəlmanlara gəlincə, hədəfə varılması üçün onların da etməli olduqları şeylər vardır. Onlara düşən bu və yekunlaşdırılmış digər materialları sosial şəbəkələrdə və yazıçıdan çıxarılmış şəkildə İslami toplantı yerlərində və məscidlərdə yaymaqdır. Beləcə hər kəs öz üzərinə düşəni edər və haqqın nüsrətində əlindən gələn vasitələrlə rol oynamış olar. Haqq, əhlinin onu ucaltmaq üçün əmək sərf etməsiylə ucalar. Müvəffəqiyyət Allahdandır.
 
Forum » İslam » Fiqh » TƏRAVİH NEÇƏ RÜKƏTDİR?, FİQHİ MƏZHƏBLƏRİN GÖRÜŞLƏRİ (BİSMİLLAH)
Страница 1 из 11
Поиск:


Səhifə başlığına qalx
Əhli Sünnə vəl Camaat © 2017 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru