[ Yeni yazılar · İstifadəçilər · Forum qaydaları · Axtarış · RSS ]
Страница 1 из 11
Forum » İslam » Tədris » ƏBU SAİD OSMAN ƏD-DƏRİMİ (BİSMİLLAH)
ƏBU SAİD OSMAN ƏD-DƏRİMİ
Muslimah_92Tarix: Çərşənbə, 25.07.2012, 04:14 | Yazı # 1
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
Əbu Said Osman bin Said bin Xalid bin Said əd-Dərimi ət-Təmimi əs-Sicistəni məşhur imam və alimdir. Böyük “əl-Müsnəd” kitabının və bir çox digər kitabların sahibidir. Tarixi əsərlər onun dəqiq doğum tarixi barəsində hər hansı bir məlumat vermir, lakin onun hicri 200-cü ildən bir az öncə dünyaya gəldiyi qeyd olunur. əd-Dərimi ölkələri gəzərək hədis toplamış, həmin ölkələrdəki şeyxlərdən elm öyrənmiş bir zat idi. Əbul-Yəmən, Said bin Əbi Məryəm, Muslim bin İbrahim, Süleyman bin Hərb, Nueym bin Həmməd, Abdullah bin Saleh, İmam əl-Leysinin katibi, Əhməd bin Hənbəl, Yəhya bin Main, Əli bin əl-Mədini, İshaq bin Rahəveyh, Əbu Bəkr bin Əbi Şeybə və sayları çox olan Harameyn, Şam, Misir, İraq, Cəzirə və başqa əcəm ölkələrinin alimlərindən hədis eşitmişdir. Zamanında bidət əhlinin imamlarından biri olan Bişr əl-Mərisi’yə qarşı onun və əs-Səlci’nin davamçıları ilə münazirə etdikdən sonra “ər-Raddu alə Bişr əl-Mərisi” adlı bir rəddiyə yazmışdır, həmçinin onun “ər-Raddu aləl-Cəhmiyyə” adlı kitabı da vardır. Hədis elmini və hədis illətləri elmini Əli bin əl-Mədini, Yəhya bin Main və Əhməd bin Hənbəldən öyrənmişdi. əl-Hakim deyir: “Muhamməd bin əl-Abbas əd-Dabi’ni eşitdim: Əbul-Fədl Yaqub bin İshaq əl-Qarrab’ı belə deyərkən eşitdim: “Osman bin Said kimi birisini görmədik və nə də Osman özü kimi birini görməmişdir. Ədəb elmini İbn əl-Arabi’dən, fiqh elmini Əbu Yaqub əl-Buveyti’dən, hədis elmini İbn Main və İbn əl-Mədini’dən öyrəndi və bu elmlərdə önə keçdi. Allah ona rəhm etsin!” əd-Dərimi Herat şəhərinin şeyxi olaraq bilinir. Zamanında Herat şəhərində kərramilərin başçısı İbn Kərramı şəhərdən qovanın əd-Dərimi olduğu deyilir. əl-Həsən bin Sahib əş-Şəşi deyir: “Əbu Davud əs-Sicistəni’dən Osman bin Said haqqında soruşdum və dedi: “Biz hədis elmini ondan öyrənmişik.” Əbu İshaq Əhməd bin Muhamməd bin Yunus deyir: Osman əd-Dərimi 280-ci ildə zul-hiccə ayında vəfat etdi. Əbu Abdilləh əd-Dabi’nin öz şeyxlərindən onun hicri 282-ci ildə vəfat etməsi barədə nəql etdikləri isə əz-Zəhəbi’nin dediyi kimi xətadır. Doğru olan onun hicri 280-ci ildə vəfat etməsidir. Allah ona rəhmət etsin!
 
Forum » İslam » Tədris » ƏBU SAİD OSMAN ƏD-DƏRİMİ (BİSMİLLAH)
Страница 1 из 11
Поиск:


Səhifə başlığına qalx
Əhli Sünnə vəl Camaat © 2017 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru