[ Yeni yazılar · İstifadəçilər · Forum qaydaları · Axtarış · RSS ]
Страница 1 из 11
Forum » İslam » Tədris » FƏRZİ AYN ELMLƏR (BİSMİLLAH)
FƏRZİ AYN ELMLƏR
Muslimah_92Tarix: Cümə, 13.07.2012, 22:33 | Yazı # 1
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
بسم الله الرحمن الرحيم


Elmlərdən üzərimizə öncəlikli şəkildə fərzu ayn olanlar hansılardır?
Bu mövzu günümüzdə ciddi önəm kəsb edir. Çünki, elm tələbələri bir tərəfə, elmdə şeyx sayılan bir çox kimsələr belə, tələbələrə öncəlikli fərzu ayn olan elmləri öyrətmək yerinə onları hədis əzbərləmək, müəyyən elmlərdə müxtəlif kitablar oxumaq və s. şeylərlə məşğul edərək onları elmi mənada şikəst edirlər.
Halbuki, mükəlləfə öncəliklə fərzu ayn olan elmlər əldə edilməli, daha sonra isə ehtiyaca görə digər elmlərə baş vurulmalıdır.
İnsanlarımız arasında "elm tələbəsi" təsbiti o qədər absurdlaşıb ki, müəyyən bir qardaşın elmdə dərinləşdiyinə dəlil olaraq "qardaş ciddi elm sahibidir. İbn Kəsir tarixinin tamamını oxuyub" şəklində vahim sözlər eşitmək mümkündür...
Beləliklə mükəlləfə fərzu ayn olan elmlər hansılardır? Hansı elmlərə öncəlik verilməlidir?


Yazını Muslimah_92 - Cümə, 13.07.2012, 23:46
 
Muslimah_92Tarix: Cümə, 13.07.2012, 22:34 | Yazı # 2
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
Şafi fəqihlərindən Əbu Həmid Əl Ğazali (450-505 h/1058-1111 m) "Minhəcul Abidin ilə Cənnəti Rabbil Aləmin" adlı qiymətli əsərində bu barədə deyir:

فاعْلَم أنّ العُلومَ الّتي طلبُها فرضٌ في الجملة ثلاثة :
عِلمُ التوحيد , وعِلم السِّر , أعني ما يتعَلّق بالقَلب ومَساعيه , وعِلمُ الشّريعة
وأمّا حَدُّ ما يجِب مِن كُلّ واحِد مِنها , فالّذي يتَعَيّن فرضُه مِن عِلم التّوحيد , مِقدارُ ما تعرِف به أصولَ الدين , وهوَ أنْ تعلَم أنّ لك إلهاً عالِماً قادِراً حَيّاً مُريداً متكَلِّماً سميعاً بصيراً واحِداً لا شَريكَ لَه متّصِفا بصِفاتِ الكَمالِ مُنزَّهاً عن دَلالاتِ الحُدوثِ مُنفَرداً بالقِدَم عن كُل مُحدَث , وأنّ محمّداً صلى الله عليه وآله وسلّم عبدُه ورسولُه , الصّادق فيما جاء به عن الله سبْحانَه , وفيما ورَد على لِسانِه مِن أمورِ الآخِرة . ثُمّ مَسائِل في شَعائر السنّة تجِب معرِفتُها , وإياكَ أنْ تبتَدِعَ في دينِ اللهِ تعالى ما لمْ يأتِ به كِتابٌ ولا أثَرٌ , فتكُونَ مع الله سُبحانَه على أعظَم خَطَرٍ
وجَميعُ أدِلّة التوحيد موْجودٌ أصْلُها في كِتابِ الله تعالى , وقد ذكرَها شُيوخُنا رحِمهم الله في كتُبِهم الّتي صنّفوها في أصولِ الدّيانات
وعلى الجُملة كُلُّ ما لا تأمَن الهَلاكَ مع جهلِه فطَلبُ عِلمه فرضٌ لا يسوغ لك تركُه , فهذه هذه , وبالله التوْفيق
وأمّا الّذي يتَعيّن فرضُه مِن عِلم السِّر فمعْرِفة مواجِبهِ ومَناهيه , حتّى يحصُلَ لك تعظيمُ الله سُبحانَه والإخْلاصُ له والنيّة وسلامَة العَمل , وعامّة ذلك يأتي في أثْناء كِتابِنا هذا إنْ شاء الله تعالى
وأمّا ما يتعَيّن مِن عِلم الشريعَة , فكُلّ ما تعيّن عليْك فرضُ فِعله وجَب عليْك معرِفتُه لتُؤَدّيَه , كالطّهارة والصّلاة والصيامِ , أمّا الحجّ والجِهاد والزكاة إنْ تعَيّن عليْك وجَب عليْك عِلمُها لِتُؤدِّيَها وإلا فلا . فهذا حَدُّ ما يلزَم العبْدَ تحصيلُه مِن العِلْم لا مَحالَةَ , ويتعَيّن فرضُه بحَيْثُ لا بُدّ له مِن ذلك
فإنْ قلتَ : فهل يُفترض علي أنْ أتعلّمَ مِن عِلم التوحيد ما أنقُضُ بِه جميعَ مِلَلِ الكُفرِ وأُلزِمهم حُجّةَ الإسلام , وأنقُض به جَميعَ البِدَع وألزِمهم حجّةَ السُّنة ؟
فاعلَمْ أنَ هذا فرضٌ على الكِفاية , وإنّما يتعَيّن عليْك ما تُصَحِّح بِه اعتِقادَك في أصولِ الدّينِ لا غيرُ
وكذلك لا يتعَيّن عليك معرفة فُروع عِلم التوحيد ودقائقِه والإتيانُ على جميع مسائِله نعَم إنْ ورَدت عليك شُبهة في أصولِ الدّين , تَخاف أن تقدَحَ في اعتِقادِك فيتعَيّن عليْك حَلُّ تِلك الشُّبهة بِما أمْكَن مِن الكَلام المُقنِع . وإيّاك والمُماراةَ والمُجادَلةَ , فإنّها داءٌ محْضٌ لا دواءَ له , فاحتَرِز مِنه جُهدَك , فإنّ مَن ارتَداه لمْ يُفلِح إلا أنْ يتغَمّدَه الله تعالى برحمَتِه وفضْلِه ولُطْفه
ثُم اعلَم أنّه إذا كان في كُلِّ قُطْرٍ داعٍ مِن دُعاةِ أهْلِ السنّة يحِل الشُّبَهَ , ويرُدُّ على أهْلِ البِدَع , ويشتَغِل بهذا العِلم , ويُصفّي قُلوبَ أهْلِ الحَق عن وساوِس المُبتدِعة فقدْ سقَط الفرضُ عمّن سِواه
وكذالك لا يلزَمك مِن معرِفة دقائِق عِلم السِّر وجميعِ شرْحِ عَجائِب القَلبِ إلا ما يُفسِد عليك عبادتَك , فتجِب معرفتُه لتجتَنِبَه
وما يلزَمك فعلُه , كالإخلاص والحَمْدِ والشكْرِ والتّوكُّل ونحو ذلك , فيلزَمك معرِفته لتُؤَدّيَه , وأمّا ما سِواه فلا
وكذالك لا يلزَمك معرِفة سائر أبواب الفقه مِن البُيوع والإجاراتِ والنّكاح والطّلاق والجِنايات . وإنّما كُل ذلك فرضٌ على الكِفاية

"Bil ki tələb olunması/öyrənilməsi fərz (ayn) olan elmlər ümumi olaraq üç növdür:

1. Tövhid/Əqidə elmi.
2. Sirr/tasavvuf elmi. Bununla qəlb və əməlləriylə bağlı olan şeyləri qəsd edirəm.
3. Şəriət/Fiqh elmi.

Bu elmlərin hər birindən vacib olan miqdara gəlincə:

A ) Tövhid elmindən fərzu ayn olan, onunla üsuluddini (dinin təməl prinsiplərini) biləcəyin miqdardır. O (miqdar) da sənin Alim, Qadir, Həyy/diri, Murid/iradə sahibi, Mütəkəllim/danışan, eşidən, görən, tək olub şəriki olmayan, kamillik sifətləriylə vəsf olunan, yaradılmışlığa dəlalət edən şeylərdən münəzzəh, öz Qidəmi/əzəliliyi iləbütün məxluqatdan seçilən bir İlahının olduğunu, Muhəmmədin – sallAllahu aleyhi və əlihi və səlləm – Onun qulu və rəsulu olduğunu, nöqsandan münəzzəh olan Allahın qatından gətirdiyi hər şeydə və onun diliylə gəlmiş Axirət məsələlərində sadiq/doğru sözlü olduğunu bilmən/inanmandır.
Sonra isə Sünnət/etiqad şüarlarından sayılan məsələləri bilmən lazımdır. Allahın dini haqda, Quranda və Əsərdə/Sünnətdə gəlməyən bir şey icad etmə ki, nöqsanlardan münəzzəh Allah barədə böyük bir təhlükəyə düşməyəsən!
Tövhidin bütün dəlillərinin əsli, Uca Allahın kitabında mövcuddur. Onları şeyxlərimiz – rahiməhumullah – üsuluddin/əqidə haqda yazdıqları kitablarında zikr etmişlər.
Bir sözlə, cəhaləti səbəbiylə həlak olmaqdan əmin olmadığın hər şeyin elmini tələb etmək/öyrənmək, sənin üçün tərki caiz olmayan bir fərzdir. Bu belə, müvəffəqiyyət ancaq Allahdandır.

B ) Sirr/tasavvuf elmindən fərzu ayn olan miqdara gəlincə, Allahı təzim etmək, Ona qarşı niyyəti ixlaslı olmaq, əməllərin (riyadan) salim olması kimi vəsflərin səndə hasil olması üçün bundan (qəlb hallarından) vacib və qadağan olunan şeyləri bilməkdir. Bütün bunlar – uca Allah dilərsə - bu kitabımız əsnasında qeyd ediləcəkdir.

C ) Şəriət/Fiqh elmindən fərzu ayn olan miqdara gəlincə, təharət, namaz və oruc kimi yerinə gətirilməsi sənin üzərinə fərzu ayn olan şeyləri əda etmən üçün, onların elmini (hökmlərini) də bilmək sənin üzərinə (fərzu ayn olaraq) vacibdir. Həccə, cihada və zəkata gəlincə, əgər bunlar sənin üzərinə fərzu ayn olarsa, bunları əda etmən üçün elmini (hökmlərini) də bilmək sənə (fərzu ayn olaraq) vacib olar, əks təqdirdə isə olmaz.
Bu miqdar, hər qulun elmdən təhsil etməsi lazım olan miqdardır. Bunda şübhə yoxdur. Bu qaçınılmaz olduğu üçün, Onun üzərinə bu bilgiləri təhsil etmək fərzu ayndır.

"Tövhid elmindən, bütün küfr millətlərini nəqz edə bilib, İslami hüccətləri onlara isbat edəcəyim, eləcə də onunla bütün bidətləri nəqz edib sünnət hüccətlərini isbat edə biləcəyim miqdarı bilmək mənim üzərimə fərzdirmi?" deyə soruşsan, bil ki bu fərzu kifayədir. Sənə fərzu ayn olan, sadəcə üsuluddində/əqidə onunla inancını düzəldəcəyin miqdardır, başqası deyil!
Eləcədə Tövhid elminin füruatı və incəliklərini bilib, hər məsələsinə vaqif olmaq da sənə fərzu ayn deyil. Bəli, əgər üsuluddində sənə etiqadını zədələyəcəyindən qorxduğun bir şübhə gələrsə, imkan daxilində qane edici bir şeylə bu şübhəni həll etmən sənə fərzu ayndır.
Mübahisə və cədəldən çəkin! Çünki bu, heç bir dərmanı olmayan xalis bir dərddir. Bacardığın qədər ondan qaç! Uca Allahın, rəhməti, fəziləti və lütfü ilə bürümədiyi kəs istisna, bu şeydən xoşlanan qurtulmaz!
Daha sonra bil ki, əgər hər bir bölgədə şübhələri dəf edən, bidət əhlinə rəddiyyə verən və bu elmlə məşğul olan, haqq əhlinin qəlblərini bidətçilərin vəsvəsələrindən təmizləyən Əhli Sünnə dəvətçilərindən bir dəvətçi olarsa, (bu iş fərzu kifayə olduğu üçün) digərlərindən fərz hökmü düşmüş olar.
Eləcədə sənə sirr elminin/tasavvufun incəliklərindən və qəlbin əcaibliklərinin açıqlamalarından, ancaq ibadətini ifsad edəcək şeyləri bilməz lazımdır. Bunlardan çəkinmən üçün bunları bilməyin vacibdir.
İxlas, həmd, şükr, təvəkkül və bunlara bənzər şeylər kimi sənə vacib olan şeyləri əda etmək üçün elmini də bilmən vacib olar. (İbadətləri ifsad etməyən) Digər şeyləri bilmən isə vacib deyil.
Eləcədə sənə alver, icarələr, nikah, talaq cə cinayətlər kimi, fiqhin digər bablarını da bilmək (bunlarla məşğul olmadığın zaman) vacib deyil. Bütün bunlar fərzu kifayədir."

Qaynaq: Əbu Həmid Əl Ğazali: Minhəcul Abidin ilə Cənnəti Rabbil Aləmin: 64-66
Beyrut: Muəssəsətur Risələ: 1409/1989

 
Forum » İslam » Tədris » FƏRZİ AYN ELMLƏR (BİSMİLLAH)
Страница 1 из 11
Поиск:


Səhifə başlığına qalx
Əhli Sünnə vəl Camaat © 2017 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru