[ Yeni yazılar · İstifadəçilər · Forum qaydaları · Axtarış · RSS ]
Страница 1 из 11
Forum » İslam » Zəlalət əhlinə cavab » TƏSAVVUF VƏ SUFİLİK, SUFİLİK ZƏLALƏTDİRMİ? (BİSMİLLAH)
TƏSAVVUF VƏ SUFİLİK, SUFİLİK ZƏLALƏTDİRMİ?
Muslimah_92Tarix: Şənbə, 30.06.2012, 17:22 | Yazı # 1
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
بسم الله الرحمن الرحيم

Azərbaycan və cəhalətin yayğın olduğu bir çox ölkədə "Sufi" kəliməsinin tən və qaralama mənasında işlədildiyi hərkəscə məlumdur. Əynindəki paltarı özündən dəyərli olan bir çox insanın kimisə "cərh" eləmək üçün filankəs sufidir, tasavvufçudur və bənzəri şeylər deməsi yayğın haldır.
Hətta bir çox məhrumun "sufi" kəliməsini "müşrik" sözünə sinonim olaraq işlətdiyini görmək mükündür.

Bəs sufilik, tasavvuf, mutasavvif olmaq doğrudandamı qınanacaq bir şeydir?
İslam alimlərinin tasavvuf elminə, sufilərə baxışı necədir?

Əlbətdəki bu mövzuyla tavassufçular arasında mövcud olan bütün fikirləri müdafiə eləmək fikrim yoxdur. Çünki bu firqə içində mənim özümün belə şəriətə müxalif saydığım görüşlərə sahib olan kimsələr var...
Əhli hədis, Əhli rəy, Müfəssir və bənzəri qruplar arasında xətalı fikirlər ola biləcəyi kimi tasavvufdada xətalı fikirlər ola bilər. Lakin bəzi hədisçilərin, müfəssirlərin xətalarından dolayı təfsir və hədis elmi rədd edilməlidirmi? Və ya müfəssir, muhəddis sözləri qınaq mənasında işlədilməlidir? Yoxsa o insanların şəriətə müxalif sözləri "filan fikir şəriətə müxalifdir" demələri lazımdır? Şəriət tərəzisi hər firqə və hər şəxs üçün quruludur!

Çox təəssüf ki zamanımızda elm tələbələri, mücahidlər və digər qruplar arasında ciddi sıxıntılar olduğu kimi özünü tasavvufa nisbət edənlər arasında da ciddi problemlər mövcuddur. Bir çox ölkədə özünü sufiliyə nisbət edənlər insanların başınının altına yastıq qoymaqla və Allahın dinini ucuza satmaqla məşğuldurlar. Tasavvufdan ən uzaq olan da məhz belələridir.

 
Muslimah_92Tarix: Şənbə, 30.06.2012, 17:23 | Yazı # 2
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
İslam firqələri haqqında ən dəyərli kitablardan birini yazan Alləmə Abdul Qahir Əl Bağdadi (v. 429 h/1037 m) Sufiləri tərifləyir və onları "Əl Firqətun Naciyə"dən yəni qurtulmuş firqədən sayır:

في بيانِ أوصافِ الفرْقةِ الناجيةِ وتحقيقِ النَّجاةِ لها وبيانِ محاسِنها . . .

في بيانِ أصنافِ أهلِ السنةِ والجماعةِ
اعلَموا - أسْعدَكم اللهُ - أن أهلّ السنةِ والجماعةِ ثمانيةُ أصنافٍ مِن الناسِ :

. . . والصنْف السادسُ منهم الزُّهادُ الصُّوفيةُ الذين أبصروا , فأقصروا , واختَبروا , فاعتَبروا , ورَضُوا بالمقدورِ , وقنِعوا بالميْسُورِ , وعلِموا أن السمْعَ والبصَرَ والفؤادَ كلُ أولئكَ مَسئولٌ عن الخيرِ والشرِّ , ومحاسَبٌ على مَثاقيلِ الذرِّ , فأعدُّوا خيرَ الإإعدادِ ليومِ المَعادِ . وجرَى كلامُهم فى طريقِي الْعِبارةِ والإشارةِ على سمْتِ أهلِ الحديثِ دونَ مَن يَشتري لَهْوَ الحديثِ .
لا يعمَلون الخيرَ رِياءً , ولا يترُكونَه حياءً .
دينُهم التوحيدُ ونفْيُ التشبيهِ , ومذهبُهم التفويضُ إلى اللهِ تعالى , والتوكُّلُ عليه , والتسليمُ لأمرِه , والقَناعةُ بما رُزِقوا , والإعراضُ عن الاعْتراضِ عليه . ذَلِكَ فَضْلُ اللَّهِ يُؤْتِيهِ مَنْ يَشَاءُ وَاللَّهُ ذُو الْفَضْلِ الْعَظِيمِ

"Qurtulmuş firqənin (Əl Firqətun Naciyə) vəsflərinin, qurtuluşunun təhqiqinin və gözəl xüsusiyyətlərinin bəyanı haqqında bab:

Əhli Sünnə vəl Camaatın (Əl Firqətun Naciyə) sinifləri haqqında fəsl:

Bilin ki – Allah sizi məsud etsin - Əhli Sünnə vəl Camaat insanlardan (aşağıda sayacağımız) səkkiz sinifdir:

1. Usuluddində dərinləşən Sifətiyyə...
2. Əhli Rəy və Əhli Hədisdən olan fəqihlər...
3. Muhaddislər...
4. Dilçilər...
5. Qurralar...
6. Sufi zahidlər. Bunlar o kimsələrdir ki, bəsirətlə baxıb az danışarlar, (Allahın hikmətlərindən) xəbərdar olub ibrət alarlar, onlara təqdir edilmiş qədərdən razı olarlar, əldə etdikləriylə qənaətlənərlər, qulaq, göz və qəlbin hər üçünün xeyir və şərdən məsul olduduğunu, zərrə miqdarı şeylərdən belə hesaba çəkiləcəyini bilib, Qiyamət günü üçün ən xeyirli şəkildə hazırlanarlar.
İbarə və işarə sahəsindəki dedikləri əhli hədisin metodu üzrədir. Boş sözü satın alanlarınkı kimi deyil.
Xeyir əməlləri riya üçün etməzlər, pis əməldən çəkinmə səbəbləri (insanlardan) həya etmələri deyil.
Dinləri tövhid və təşbihin (Allahı məxluqata bənzətmənin) nəfyidir/rədd edilməsidir.
Məzhəbləri hər şeyi Uca Allaha həvalə eləmək, Ona təvəkkül etmək və Onun əmrinə boyun əymək, ruzi olaraq verilən şeylə qənaətlənmək, Ona etiraz etməməkdir.
"Bu Allahın dilədiyinə verdiyi lütfüdür. Allah böyük lütf sahibidir." (Əl Hədid: 57/21)
7. Sərhəd murabitləri...
8. Doğru etiqadda olan avam."

Qaynaq: Abdul Qahir Əl Bağdadi: Əl Farq Beynəl Firaq: 273-274
Qahirə: Məktəbətu İbni Sina

 
Muslimah_92Tarix: Şənbə, 30.06.2012, 17:23 | Yazı # 3
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
Əhli Sünnətin imamlarından Muhəmməd bin İdris Əş Şafi (150–204 h/767–820 m) şerlərinin birində belə deyir:

فقيهاً وصُوفياً فكُنْ ليسَ واحداً * فإِنِّي - وحَقِّ الله - إِياكَ أنصَحُ
فذلكَ قاسٍ , لمْ يذقْ قلْبُهُ تُقىً * وهذا جَهُولٌ , كيفَ ذو الجهْلِ يصلُح ؟

"(Eyni zamanda) Sufi və fəqih ol! (sadəcə bunlardan) biri olma!
Həqiqətən mən Allah üçün sənə nəsihət edirəm
(Fəqih olub, sufi olmayanın) qəlbi qatıdır, qəlbi təqavanı dadmayıb!
(Sufi olub, fəqih olmayan) Çox cahildir! Cahil necə salah üzrə olar?

Qaynaq: Muhəmməd bin İdris Əş Şafi: Əl Cəvhərun Nəfis fi Şiril İmam Muhəmməd bin İdris: 46
Qahirə: Məktəbətu İbn Sina

--------------------
 
Muslimah_92Tarix: Şənbə, 30.06.2012, 17:24 | Yazı # 4
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
Hənəfi alimlərindən Mulla Əli Əl Qari (v. 1014 h/1606 m) İmam Malikin (93-179 h/715-796 m) tasavvuf haqqında müsbət sözünü zikr edir:

عَنِ الْحَسَنِ قَالَ : الْعِلْمُ عِلْمَانِ : فَعِلْمٌ فِى الْقَلْبِ فَذَلِكَ الْعِلْمُ النَّافِعُ ، وَعِلْمٌ عَلَى اللِّسَانِ فَذَلِكَ حُجَّةُ اللَّهِ عَلَى ابْنِ آدَمَ

وقد يُحمل الأولُ على علْمِ الباطنِ , والثاني على علْمِ الظاهرِ , لكن فيه أنه لا يتحقَّق شيءٌ مِن علْم الباطنِ إلا بعد التحققِ بإصلاح الظاهرِ كما أن علْمَ الظاهرِ لا يتِمُّ إلا بإصلاحِ الباطنِ .
ولذا قال الإمام مالك : مَن تفقَّهَ ولم يتصوَّفْ فقد تفسَّقَ , ومَن تصوَّف ولم يتفقَّهْ فقد تزنْدَقَ , ومَن جمَع بيْنهما فقد تحقَّق

''Həsən Əl Bəsridən belə dediyi nəql edilib:
Elm ikidir: Qəlbdəki elm ki, faydalı olan elm budur. Dildəki elm ki, Allahın insanların əleyhinə hüccəti olan elm budur."

Mulla Əli Əl Qarinin şərhi: ... elmin birinci növü (qəlb elmi) batin elminə, ikinci növu (dildəki elm) isə zahir elminə yozulmuşdur/həml edilmişdir. Lakin, zahir elmi ancaq batinin islahından sonra tamamlanacağı kimi, zahirin islahı reallaşmadan batin elmindən bir şey reallaşmaz/gerçəkləşməz.
İmam Malik bu səbəblə belə demişdir: Kim fiqh (və əqidə) öyrənər, fəqət tasavvufla (nəfs tərbiyəsilə) məşğul olmazsa mütləq fasiqlik edər.
Kim tasavvufla məşğul olar, fəqət fiqh (və əqidə) öyrənməzsə mütləq zındıqlıq edər. Hər kim bu ikisinidə öyrənərsə həqiqətə nail olar."

Qaynaq: Mulla Əli Əl Qari: Mirqatul Məfatih Şərhu Mişkətil Məsabih: 1/478 (Hədis: 270)
Beyrut: Darul Kutubil İlmiyyə: 1422/2001

 
Muslimah_92Tarix: Şənbə, 30.06.2012, 17:25 | Yazı # 5
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
İmam Əbu Hənifənin (80-150 h/699-767 m) tasavvufa nisbəti haqqında Hənəfilərdən Alauddin Əl Haskəfi (1025-1088 h/1616-1677 m) belə deyir:

وقد قالَ الأستاذُ أبو القاسمِ القُشَيْرِي في رِسالته مع صَلابتِه في مذهبِه وتقدُّمِه في هذه الطريقةِ : سمعتُ الأستاذَ أبا عليٍّ الدقَّاقَ يقول : أنا أخذتُ هذه الطريقةَ مِن أبي القاسمِ النَّصْراباذيِّ , وقال أبو القاسمِ : أنا أخذتُها مِن الشِّبْلي ، وهو أخَذها مِن السَّرِي السَّقَطِي ، وهو مِن معروفٍ الكرْخي ، وهو مِن داودَ الطائيِّ .
وهو أخَذ العلْمَ والطريقةَ مِن أبي حنيفةَ ، وكلٌ مِنهم أثْنى عليه وأقرَّ بفضْلِه

"Ustaz Əbul Qasim Əl Quşeyri – məzhəbindəki möhkəmliyi və bu təriqətdəki (tasavvufdakı) öncülüyünə baxmayaraq – öz risaləsində (Ər Risalətul Quşeyriyyə) belə demişdir:
Ustaz Əbu Əli Əd Dəqqaqın belə dediyini eşitdim: Mən bu təriqəti (tasavvufu) Əbul Qasim Ən Nasrabazidən aldım.
Əbul Qasim (Ən Nasrabazi): Mən də onu Əş Şiblidən, o Əs Səri Əs Səqatidən, o Məruf Əl Kərxidən, o Davud Ət Taidən almışdır.
Davud Ət Tai isə elmi və təriqəti (tasavvufu) Əbu Hənifədən almışdır.
Bu saydıqlarımızın hamısı Əbu Hənifəni tərifləmiş və onun fəzilətini iqrar etmişlər."

Qaynaq: Alauddin Əl Haskəfi: Əd Durrul Muxtar: 14
Beyrut: Darul Kutubil İlmiyyə: 1423/2002

Kitaba haşiyə yazanlardan Muhəmməd Əmin bin Ömər Abidin (1238-1307 h/1823-1889 m) bu sözlərlə əlaqəli belə deyir:

هو فارسُ هذا الميْدان ، فإنَّ مبنى علْمِ الحقيقةِ على العلْمِ والعمَلِ وتصفيةِ النفسِ ، وقد وصَفه بذلك عامّةُ السَّلَفِ .
فقال أحمدُ بنُ حنبلٍ في حقِّه : إنه كان مِن العلْمِ والوَرَعِ والزُهْدِ وإيثارِ الآخرةِ بمحَلٍّ لا يُدرِكُه أحدٌ ، ولقد ضُرِب بالسِّياطِ ليَلِيَ القضاءَ فلمْ يفعَل.
وقال عبدُ اللهِ بنُ المباركِ : ليس أحدٌ أحَقَّ مِن أن يُقتدى به مِن أبي حنيفةَ ؛ لأنه كان إمامًا تقيًّا نقيًّا وَرِعًا عالمًا فقيهًا ، كشَف العلمَ كشْفًا لم يكشِفْه أحدٌ ببَصَرٍ وفهْمْ وفِطْنة وتُقًى .
وقال الثوْري لمن قال له "جئتُ مِن عندِ أبي حنيفةَ" : لقد جئتَ مِن عندِ أعبدِ أهلِ الأرضِ

"Əbu Hənifə bu meydanın (tasavvufun) süvarisidir! Çünki həqiqət elminin (tasavvufun) təməli/bünövrəsi elm, əməl və nəfsin təmizlənməsi üzərindədir.
Sələfin ümumu, onu (İmam Əbu Hənifəni) bu şəkildə vəsf etmişlər.
Əhməd bin Hənbəl onun haqqında belə demişdir: O elmdə, vərada, zühddə, axirətə üstünlük verməkdə/tərcih etməkdə heç kimin çata bilmədiyi bir məqamda idi. Qazi olması üçün qamçılandı, ancaq qaziliyi qəbul etmədi.
Abdullah bin Əl Mubarək belə demişdir: Heç kim tabe olunmağa/uyulmağa Əbu Hənifədən daha layiq deyil. Çünki o, imamdı, təqva sahibiydi, safdı, vəra sahibiydi, alim və fəqih idi.
Elmi, heç kimin açıqlamadığı bir bəsirət, anlayış, incə zəka və təqva ilə açıqlamışdır.
Sufyan Əs Səvri, ona "Əbu Hənifənin yanından gəlirəm" deyən birisinə belə söyləmişdir: Şübhəsiz ki sən, yer üzünün ən abidinin (çox ibadət edəninin) yanından gəlirsən."

Qaynaq: İbn Abidin: Rəddul Muxtar aləd Durril Muxtar: 1/156
Daru Aləmil Kutub: 1423/2003

Alauddin Əl Haskəfinin risalədən nəql etdiyi sənəd üçün "Ər Risalətul Quşeyriyyə" adlı əsərə müraciət etsəmdə orada İmam Əbu Hənifənin adı yerinə "tabiun" ifadəsini gördüm.
Mümkündür ki, Haskəfinin əlindəki nüsxədə İmamın adı zikr edilsin. Çünki, Davud Ət Tainin məhz Əbu Hənifənin uzun müddət tələbəsi olduğu məşhurdur.
Bəzi kitablarda isə bu sənədin Həsənul Basriyə, ondan isə möminlərin əmiri Əliyə - kərrəm Allahu vəchəh - dayandırıldığını gördüm ki bu, tasavvuf haqqında dediklərimizi daha da dəstəkləyicidir.

 
Muslimah_92Tarix: Şənbə, 30.06.2012, 17:26 | Yazı # 6
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
İmam Əhmədin (164-241 h/780-855 m) Sufilərə və Tasavvufa münasibəti necə idi?
Hənbəli fəqihi Şəmsuddin İbn Muflih (708-763 h/1308-1362) Qalanisidən nəqlən belə deyir:

ونقَل إبراهيمُ بنُ عبدِ اللهِ القلانِسيُّ أنَّ أحمدَ قالَ عن الصوفيّةِ : لا أعلمُ أقوامًا أفضلَ منهم

"İbrahim bin Abdillah Əl Qalanisi, Əhmədin Sufilər haqqında belə dediyini nəql etmişdir: Onlardan daha fəzilətli olan topluluq tanımıram!"

Qaynaq: İbn Muflih: Əl Furu: 1319
Beytul Əfkarid Dəvliyyə

Bu rəvayət eyni zamanda Hənbəlilərin digər fiqh kitablarında da mövcuddur: "Mətalibu Ulin Nuhə" (5/253), "Kəşşəful Qina", "Ğizəul Əlbəb Şərhu Mənzumətil Ədəb".
 
Ehli_muslimTarix: Cümə, 14.12.2012, 01:58 | Yazı # 7
Qrup: İstifadəçi
Yazı: 16
Reputasiya: 0
Status: Saytda deyil
salamun aleykum. Muasir sufilik esl zelaletdir. buna subutlar lazim deyil cunki her göz qabagindadi.
 
XANDEZTarix: Bazar ertəsi, 08.07.2013, 17:33 | Yazı # 8
Qrup: İstifadəçi
Yazı: 1
Reputasiya: 0
Status: Saytda deyil
Salam aleykum. Kim mene deye biler men nece riket qilim bu gun teravih namazini İnshee Allah

Yazını XANDEZ - Bazar ertəsi, 08.07.2013, 17:34
 
Forum » İslam » Zəlalət əhlinə cavab » TƏSAVVUF VƏ SUFİLİK, SUFİLİK ZƏLALƏTDİRMİ? (BİSMİLLAH)
Страница 1 из 11
Поиск:


Səhifə başlığına qalx
Əhli Sünnə vəl Camaat © 2017 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru