Niyə cümə namazı kişilərə fərzdir? Cümə namazının bir kimsəyə fərz olması üçün beş vaxt namazdan fərqli olaraq aşağıdakı şərtlərin olması şərtdir: Cabir b. Abdullahdan gələn bir rəvayətə görə Hz. Peyğəmbər (ƏS) belə buyurur: “Allaha və axirət gününə inananlara cümə namazı fərzdir (vacibdir). Ancaq yolçu, kölə, uşaq, qadın və xəstələr bundan müstəsnadır.” (Əbu Davud, Salat, 208,209, I, 644 H no: 1067; İbn Həcər, Təlxisül-Xabir, IV, 603)
Kişilər kimi Qadınlara da fərz olmamasının səbəbi qadınlar evdar və ana özəlliyi daşıdığı üçün hər zaman evdən çıxa bilmirlər. Birdə qadınların ayda bir dəfə adət görməsi də cümə namazının onlara fərz olmamasının dəlildir. Ancaq peyğəmbərimiz qadınlara cümə və bayram namazını imkanları daxilində camaatla qılmalarını təşviq edib.
Добавлено (16.09.2008, 13:40)
---------------------------------------------
CÜMƏ NAMAZI
Cümə namazının əhəmiyyəti
Allahu təala Cümə gününü müsəlmanlara məxsus etmişdir. Cümə günü günorta vaxtında, Cümə namazını qılmaq, Allahu Taalanın əmridir.
Allahu Taala, Cümə surəsində tərcümə olaraq buyurur:
“Ey iman gətirənlər! Cümə günü namaza çağırılanda Allahı yad etməyə tələsin və ticarəti dayandırın. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir! Namaz başa çatdıqdan sonra yer üzünə dağılıb Allahın lütfünü axtarın və Allahı çox zikr edin ki, bəlkə nicat tapasınız. Onlar ticarət və ya əyləncə gördükləri zaman dağılışıb ona tərəf qaçdılar və səni minbərdə ayaq üstə olduğun halda tərk etdilər. De: "Allah yanında qazanacağınız savab əyləncədən də, ticarətdən də xeyirlidir. Allah ən yaxşı ruzi verəndir". /CÜMƏ 9.10.11/
Namazdan sonra, istəyən işinə gedər işləyər, istəyən məsciddə qalıb namaza, ibadətə davam edər. Cümə namazı vaxtı alış-veriş günahdır.
Peyğəmbərimiz "Sallallahu Əleyhi və Səlləm" müxtəlif hədis-i şəriflərində buyurur:
“Bir müsəlman, Cümə günü qüsul dəstəmazı alıb, Cümə namazına gedərsə, bir həftəlik günahları bağışlanar və hər addımı üçün savab qazanar”.
“Cümə namazını qılmayanların qəlbini Allahu Taala möhürləyər”
“Bir kimsə mane yox ikən, üç Cümə namazını qılmasa, Allahu Taala, ürəyini möhürləyər”
“Cümə namazından sonra bir an vardır ki, möminin o anda etdiyi dua rədd olmaz”
“Cümə namazından sonra, yeddi dəfə İxlas və Mu'avvizeteyn yəni Felaq Nas surələrini oxuyanı Allahu təala, bir həftə qəzadan, bəladan və pis işlərdən qoruyar”
“Şənbə günü yəhudilərə, Bazar günü nəsaraya (xristianlara) verildiyi kimi, Cümə günü də Müsəlmanlara verilib. Bu gün, Müsəlmanlara xeyr, bərəkət, yaxşılıq var”
Cümə günü edilən ibadətlərə, başqa gündə edilənlərin, ən az iki qatı savab verilər. Cümə günü işlənən günahlar da iki qat yazılar.
Cümə Namazının Şərtləri
1 – Yerinə yetirilmə şərtləri,
2 - Vaciblik şərtləri.
Cümə namazının düzgün yerinə yetirilməsi üçün 7 şərt var.
1 - Namazın şəhər və şəhər tipli qəsəbədə qılınması. (Kəndlərdə yaşayanlara cümə namazı vacib deyil, ancaq qılına da bilər)
2 – Cümə namazı dövlət rəsmiləri tərəfindən vəzifələndirilən şəxs tərəfindən qıldırılmalıdır.
3 - Cümə namazı zöhr namazının vaxtında qılınmalıdır.
4 - Cümə namazında xütbə oxunmalıdır. (Moizə və ya həftəlik hesabat)
5 - Xütbə namazdan əvvəl oxunmalıdır.
6 - Cümə namazını camaat ilə qılmaq. (Fərdi olaraq cümə namazı qılına bilməz)
7 - Cümə namazı qılınan yer hamıya açıq olmalıdır.
Cümə namazının vacib olması üçün 9 şərt var.
1 - Səfərdə olmamaq. (Yolçulara vacib deyil)
2 - Sağlam olmaq. (cümə namazı xəstəyə, taqətsiz qocalara və xəstəyə baxan səhiyyə işçilərinə vacib deyil)
3 - Azad olmaq. (cümə namazı qulara və əsirlərə vacib deyil)
4 - Kişi olmaq. (cümə namazı qadınlara vacib deyil)
5 - Ağıllı və yetişkin olmaq. (cümə namazı uşaqlara və dəlilərə vacib deyil)
6 - Kor olmamaq. (Gözü görməyən biri başqasının dəstəyi ilə cümə namazına gedə bilər, amma bu ona vacib deyil)
7 - Ayaqları olmaq.
8 - Həbsdə olmamaq.
9 - Hava şərtlərinin uyğun olması.
Cümə Gününün Ədəbləri:
1 - Cümə gününü cümə axşamı günündən qarşılamaq.
2 - Cümə günü qüsul dəstəmazı almaq.
3 - Təraş olmaq, dırnaqları kəsməkvə təmiz paltar geyinmək.
4 - Cümə namazına mümkün olduğu qədər erkən getmək.
5 - Ön sıraya keçmək üçün, camaatı narahat etməmək.
6 - Məsciddə namaz qılanın qarşısından keçməmək.
7 - İmam minbərə çıxdıqdan sonra heç bir şey deməmək, danışana işarələ belə cavab verməmək və azanı təkrarlamaq.
8 - Cümə namazından sonra Fatihə, Kafirin, İxlas, Felak və Nas surələrini yeddi dəfə oxumaq.
9 - Cümə gününü ibadətlə keçirmək.
10 - Cümə günü çoxlu salavat-ı şərif oxumaq.
11 - Quran-ı kərim oxumaq. (Kəhf surəsi oxunmalıdır)
12 - Sədəqə vermək.
13 - Ana-atanı və ya qəbirlərini ziyarət etmək.
14 - Çox namaz qılmaq. Qəzaya qalmış namazı olanlar, qəza namazı qılmalıdır.