[ Yeni yazılar · İstifadəçilər · Forum qaydaları · Axtarış · RSS ]
  • Страница 1 из 2
  • 1
  • 2
  • »
Forum » İslam » Müxtəlif məsələlər » MÖMİN QADIN (Hicab nəyə lazimdır?)
MÖMİN QADIN
TeraneTarix: Çərşənbə, 03.10.2012, 22:49 | Yazı # 1
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
Örtünmək (hicab geymək) Uca və Qüdrətli Allaha, həmçinin Onun Peyğəmbərinə (s.a.v.) itaət deməkdir.
Uca Allah Özünə və Rəsuluna (s.a.v.) itaət etməyi hamıya buyurmuşdur: «Allah və Peyğəmbəri bir işi hökm etdiyi zaman heç bir mömin kişiyə və qadına öz işlərində başqa yol seçmək (ayrı cür hərəkət etmək) yaraşmaz. Allah və Onun Peyğəmbərinə asi olan kəs, şübhəsiz ki, haqq yolundan açıq-aydın azmışdır» (əl-Əhzab, 36).

Uca və Qüdrətli Allah deyib: «Amma xeyr! (Ya Məhəmməd!) Sənin Allahına and olsun ki, onlar öz aralarında baş verən ixtilaflarda səni hakim (münsüf) təyin etməyincə və verdiyin hökmlərə görə özlərində bir sıxıntı duymadan sənə tam bir itaətlə boyun əyməyincə (həqiqi surətdə) iman gətirmiş olmazlar» (ən-Nisa, 65).
Uca Allah qadınlara hicab geyməyi əmr edib: «Mömin qadınlara de ki, gözlərini haram buyrulmuş şeylərdən çevirsinlər (naməhrəmə baxmasınlar), ayıb yerlərini (zinadan) qorusunlar (və ya örtülü saxlasınlar): öz-özlüyündə görünən (əl, üz) istisna olmaqla, zinətlərini (zinət yerləri olan boyun, boğaz, qol, ayaq və s. naməhrəmə) göstərməsinlər; baş örtüklərini yaxalarının üstünə çəksinlər...» (ən-Nur, 31).
Uca Allah həmçinin deyib: «Evlərinizdə qərar tutun. İlkin Cahiliyyət dövründəki kimi açıq- saçıq olmayın (Bər-bəzəyinizi taxaraq evdən çıxıb özünüzü, gözəlliyinizi yad kişilərə göstərməyin!) (əl-Əhzab, 33).
Allah təala deyib: «...Onlardan (Peyğəmbərin zövcələrindən) bir şey soruşduqda, pərdə arxasından soruşun. Bu həm sizin, həm də onların ürəklərinə daha çox təmizlik bəxş edər...» (əl-Əhzab, 53).
Qadir Allah həmçinin deyib: «Ya Peyğəmbər! Zövcələrinə, qızlarına və möminlərin övrətlərinə de ki, (cariyələrə oxşamasınlar deyə, bədənlərini başdan ayağa gizlədən) çarşablarını örtsünlər...» (əl-Əhzab, 59).
Allah Rəsulu deyib: “Qadın– övrətdir”. Bu, o deməkdir ki, onun üstünü örtmək lazımdır.

HİCAB – İSMƏTDİR

Uca Allah hicabı qadınlar üçün paklıq simvolu etmişdir: «...Bu onların tanınması (cariyə deyil, azad qadın olduqlarının bilinməsi) və onlara əziyyət verilməməsi üçün daha münasibdir...» (əl-Əhzab, 59).
Uca və Xeyirxah Allah yaşlarının çoxluğuna görə şəhvət hissi doğura bilməyən ahıl qadınlara örtüklərini çıxarmağa, üzlərini və əllərini açmağa izn vermişdir. Uca Allah deyib: «Ərə getməyə ümidi qalmayan yaşlı qadınların qadağan olunmuş zinət yerlərini (naməhrəmə) göstərmədən üst paltarlarını (çarşab, niqab və s.) çıxarmasında günah yoxdur...»
Ardıyca Allah təala onlar üçün daha xeyirlisini dəqiq göstərir: «...Bununla belə, (həmin geyimləri soyunmaqdan) çəkinmələri onlar üçün daha yaxşıdır. Allah (hər şeyi) eşidən və bilindir! (ən-Nur, 60).
Beləliklə Allah təala hicabın ismət rəmzi olduğunu elan edir və onu hətta yaşlı qadınlara da məsləhət görür. Əgər belədirsə, cavanlar haqqında nə demək olar?

HİCAB - TƏMİZLİKDİR

Uca Allah deyib: «...Onlardan (Peyğəmbərin zövcələrindən) bir şey soruşduqda, pərdə arxasından soruşun (evlərinə daxil olməyın). Bu həm sizin, həm də onların ürəklərinə daha çox təmizlik bəxş edər ...» (əl-Əhzab, 53).
Allah təala hicabı mömin kişilərin və mömin qadınların qəlblərinin təmizliyi kimi təsvir etmişdir, belə ki, göz görməsə könül istəməz. Əgər göz nəyisə görürsə, könül istəyə də bilər, istəməyə də. Belə çıxır ki, nə qədər az görsən qəlbin bir o qədər təmiz olar. Hicab da qəlblərində mərəz olanların şəhvətlərinin qarşısını alır: «...Yad kişilərlə yumşaq (əzilə-əzilə) danışmayın, yoxsa qəlbində mərəz olan tamaha düşər (əl-Əhzab, 32).

HİCAB – ÖRTÜKDÜR

Peyğəmbər (s.a.v.) deyib: “Uca Allah həyalı, örtülüdür və O, həyalı və örtülüləri sevir”. O, həmçinin demişdir: “Uca və Qüdrətli Allah paltarlarını öz evlərindən başqa yerdə soyunan qadınları lənətləmişdir”.

HİCAB – TƏQVADIR

Uca Allah deyib: «Ey Adəm övladları ! Sizə ayıb yerlərinizi örtəcək bir geyim və bir də bəzəkli bir libas nazil etdik. Lakin təqva libası daha yaxşıdır. Bu, Allahın ayələrindəndir ki, bəlkə, öyüd-nəsihətə qulaq asasınız» (əl-Əraf, 26).

HİCAB – İMANDIR

Qüdrətli və Uca Allah hicab haqda buyurarkən yalnız mömin qadınlara müraciət edirdi. O deyib: «Mömin qadınlara de ki...» (ən-Nur, 31). «...və möminlərin övrətlərinə de ki...» (əl-Əhzab, 59).
Bəni Tamim qəbiləsindən olan qadınlar möminlərin anası Aişənin (r.a.) yanına nazik paltarlarda gəldikdə Aişə onlara dedi: “Əgər siz möminsinizsə bu paltar möminlər üçün deyil. Yox əgər siz mömin deyilsinizsə onda onlardan həzz alın”.

HİCAB - HƏYADIR

Rəsulullah (s.a.v.) deyib: “Hər bir dinin öz xüsusiyyəti var. İslamın xüsusiyyəti– həyadır”
O, həmçinin deyib: “Həya imandandır, iman isə Cənnətdədir...”.
Peyğəmbər (s.a.v.) deyib: “Həya ilə iman bir-biriylə qırılmaz əlaqədədir əgər bunların birini yox etsən, o birisi özbaşına yox olar”.
Möminlərin anası Aişə (r.a.) belə rəvayət edirdi: “Mən Rəsulullahın (s.a.v.) və atamın dəfn olunduqları evə girəndə öz üst paltarımı çıxarıb deyərdim: “Bunlar mənim ərim və atamdır”. Amma Ömər də burada dəfn edildikdən sonra mən evə çarşabla girirdim, çünki Ömərdən utanırdım”. Bu onu göstərir ki, hicab qadın xilqətində olan utancaqlıqla uzlaşır.

HİCAB QADININ NAMUSUNU QORUYUR

Hicab həmçinin, arvadına və ya qızına dikəlmiş günahkar baxışları qəbul etməyən normal, sağlam düşüncəli kişinin qadının namusunu qorumaq kimi təbii hissləri ilə də təmamilə uzlaşır. Qadın namusunun qorunması və onun toxunulmazlığı cahiliyyət dövründə də, İslam dövründə də neçə-neçə qanlı konfliktlərin səbəbi olmuşdur! Əli (r.a.) demişdir: “Mən eşitmişəm ki, sizin arvadlarınız topa-topa xaricdən gəlmiş gənc kafir tacirlərin yanına gedir və bazarlarda onlarla sürtüşürlər. Məgər bu sizi heç utandırmır?”. Öz arvadının namusunu qorumayan nakişidir!

ÖZÜNÜ NÜMAYİŞ ETDİRMƏYİN ZİYANLARI
Özünü nümayiş etdirmə Allaha və Onun Rəsuluna (s.a.v.) asi olmaq deməkdir.
Həqiqətən, Allaha və Onun Rəsuluna (s.a.v.) tabe olmayan yalnız özünə zərər vurur, bunun Allaha heç bir ziyanı yoxdur. Rəsulullah (s.a.v.) demişdir: “Mənim bütün ümmətim Cənnətə düşəcək, yalnız bundan imtina edənlərdən başqa”.
Ondan soruşurlar: “Ya Peyğəmbər! Bundan kim imtina edəcək ki?” Allahın Rəsulu (s.a.v.) belə cavab verir: “Kim mənə tabe oldusa Cənnətə düşəcək, kim ki, itaət etmədi- Cəhənnəmlikdir”.

ÖZÜNÜ NÜMAYİŞ ETDİRMƏK BÖYÜK GÜNAHDIR

Uməymə bint Ruqəyqə şahadət gətirmək üçün Rəsulullahın (s.a.v.) yanına gəlir. Peyğəmbər (s.a.v.) deyir: “Mən sənin Allaha heç bir şərik qoşmayacağına, oğruluq etməyəcəyinə, zinakar olmayacağına, uşaqlarını öldürməyəcəyinə, böhtan atmayacağına, qeybət etməyəcəyinə, qəbrlərin üzərində ağı deməyəcəyinə və özünü nümayiş etdirməyəcəyinə körə gətirdiyin şəhadəti qəbul edirəm”.
Bununla Peyğəmbər (s.ə.v) özünü nümayiş etdirməyi ən böyük günahlara aid etdi.

ÖZÜNÜ NÜMAYİŞ ETDİRƏNİ ALLAH ÖZ MƏRHƏMƏTİNDƏN MƏHRUM EDİB LƏNƏTLƏYİR

Rəsulullah (s.a.v.) deyib: “Axırda (qiyamət yaxınlaşanda) mənim ümmətimdə başları dəvənin əyilmiş donqarlarına oxşar geyimli və eyni zamanda geyinmiş çılpaq qadınlar olacaq. Onları lənətləyin, çünki onlar lənətlənmişlər”.

ÖZÜNÜ NÜMAYİŞ ETDİRMƏK CƏHƏNNƏM ƏHLİNİN XÜSUSİYYƏTİDİR

Allahın Rəsulu (s.a.v.) deyib: “Mənim görmədiyim iki cür cəhənnəm əhli var: əllərində inəyin quyruğuna oxşayan qamçı ilə insanları vuran kişilər və başları dəvənin əyilmiş donqarlarına oxşar süslənmiş geyimli, lakin çılpaq qadınlardır ki, başqalarını da bu işə dəvət edirlər. Onlar Cənnətə düşməyəcəklər və hətta onun xoş qoxusu uzaqdan hiss olunduğu halda onlar onu duymayacaqlar».

ÖZÜNÜ NÜMAYİŞ ETDİRMƏK AXİRƏT GÜNÜ QARANLIQ VƏ ZÜLMƏT DEMƏKDİR

Peğəmbər (s.a.v.) demişdir: “Öz gözəlliyini özgəlirnə göstərən qadın Axirət Günü işıq üzü görməyən vahiməli zülmətə bənzəyir” .
Hədisin mənası budur ki, həyasız və paltarını təkəbbürlə geyinən qadının Axirət günü siması qara olacaq, sanki o vahiməli zülmətdən yaranmış kimi onu təcəssüm etdirəcək. Bu hədis səhihliyinə görə zəif olsa da, onun mənası təmamilə düzgündür. İş burasındadır ki, günahlı ləzzətin əvəzi zülm, rahatlığın-əziyyət, bolluğun-aclıq, firvanlığın- məhrumiyyət, ətrin-çürümə (leş iyi), işığın isə, - zülmətdir. Və əksinə, oruc saxlayanın ağzından gələn xoşagəlməz qoxu və şəhid qanı Axirətdə müşk iyindən üstün tutulacaq.

ÖZÜNÜ NÜMAYİŞ ETDİRMƏK RİYAKARLIQDIR

Rəsulullah (s.a.v.) deyib: “Sizin qadınlarınızdan ən yaxşıları – sevənlər, gülərüzlülər, doğanlar, yumşaq xasiyyətlilər və dərdə şərik olanlardır, əgər Allahdan qorxandırlarsa. Qadınlarınızdan ən pisləri isə özlərini nümayiş etdirənlər və təkəbbürlü yalançılardır və Cənnətə onlar ağ qarğalar tək düşə bilərlər”.
Ağ qarğa ifadəsini Peyğəmbər (s.a.v.) məcazi mənada ona görə işlədib ki, belə qadınların Cənnətə nadir hallarda düşə biləyəcəyini vurğulasın, çünki təbiətdə ağ qarğalar- albinoslar tək-tükdür.

ÖZÜNÜ NÜMAYİŞ ETDİRMƏK ƏDƏBZİZLİKDİR

Yuxarıda dediyimz kimi qadın-övrətdir, övrəti isə açıb göstərmək alçaq və iyrənc bir işdir. Uca Allah deyib: «Ədəbsizlik etdikləri zaman: “Atalarımızı belə gördük. Bunu bizə Allah əmr etmişdir” - deyərlər. De ki, Allah ədəbsizlik əmr etməz. Allaha qarşı bilmədiyiniz şeyimi deyirsiniz?» (əl-Əraf, 28).
İnsanı alçaq işlərə sövq edən məhz şeytandır: «Şeytan sizi yoxsulluqla qorxudaraq alçaq işlərə sövq edər...» (əl-Bəqərə, 268).
Özünü nümayiş etdirən qadın islam cəmiyyətində ədəbsizlik toxumu səpən qorxulu və ziyanverici bir virus daşıyıcısıdır. Uca Allah deyib: «Möminlər arasında pisliyi yaymaq istəyənlənri dünyada və axirətdə şiddətli əzab gözləyir. Allah bilir, siz bilməzsiniz!» (ən-Nur, 19).

ÖZÜNÜ NÜMAYİŞ ETDİRMƏK ŞEYTANIN YOLUDUR

Adəmlə Həvvanın şeytanla münasibətləri tarixi, bizə Allahın düşməni olan İblisin ayıb yerləri açmaq, geyimləri çıxartmaq və hər yerdə ziyankarlıq etmək kimi niyyətlərini açıb göstərir. Qüdrətli Allah deyib: «Ey Adəm oğulları! Ayıb yerlərini özlərinə göstərmək üçün libaslarınızı soyundurub valideyninizi (Adəm və Həvvanı) Cənnətdən qovdurduğu kimi, şeytan sizi də aldadıb yoldan çıxartmasın» (əl-Əraf, 27).
Beləliklə, özünü nümayiş etdirmək və libası soyunmaq çağırışının banisi İblisdir. Məhz o, indi «azad qadın» adlandırılan hərəkatın rəhbəridir. Şeytan Rəhimli Allaha asi olmqda ona tabe olanların hamısının başçısıdır. Bu, ilk növbədə özünü nümayiş etdirən, müsəlmanlara ziyan vuran və onların gənclərini yoldan çıxaran əxlaqsız qadınlardır. Peyğəmbər (s.a.v.) deyib: “Mən özümdən sonra kişiləri yollarından azdıra bilən qorxulu bir şey saxlamamışam– qadınlardan başqa”.

ÖZÜNÜ NÜMAYİŞ ETDİRMƏK ƏVVƏLKİ ÜMMƏTLƏRİN METODUDUR

Yəhudilər xalqların dağıdılmasında qadın gözəlliyindən istifadə etməkdə böyük təcrübələri var. Bütün dünyaya səpələnmiş çoxsaylı yəhudi təşkilatlarının ən etibarlı silahlarından biri də qadın cazibədarlığıdır. Axı, hələ Peyğəmbər (s.a.v.) deyib: “Fani dünyaya və qadınlara münasibətdə ehtiyatlı olun, belə ki, israil övladlarının arasında ilk fitnəyə səbəb qadınlar olmuşdu”.
Onların kitablarında göstərilir ki, Qüdrətli Allah Sionun qızlarını nazlanmaqlarına və öz gözəlliklərini nümayiş etdirdiklərinə görə cəzalandırmışdı. İsayi(vi) kitabının üçüncü bölməsində deyilir: «Həqiqətən Allah Sionun qızlarını nazlandıqlarına, ayaqlarındakı halqaları və bilərziklərini təkəbbürlə cingildətdiklərinə görə cəzalandıracaq. Allah onların bütün halqalarını və bilərziklərini qoparıb, hörüklərini və saç düzümlərini açaraq sırğalarını, boyunbağlarını, örtüklərini, zolaq və sarğılarını çıxaracaq».
Rəsulullahın (s.a.v.) kafirlərə (müşrüklərə) oxşamamaq və qadınlara münasibətdə onların qaydalarıyla getməmək nəsihətinə baxmayaraq, müsəlmanların çoxu bu xəbərdarlığa fikir vermədi. Beləliklə, Rəsulullahın (s.a.v.) dediyi həyata keçdi: “Siz öz sələflərinizin yolunu ciddi-cəhdlə davam edəcəksiniz. Hətta, onlar kərtənkələ yuvasına girsələr belə siz onların ardınca gedəcəksiniz”. Camaat soruşur: “Bu, yəhudilər və xaçpəmrəstlərdir?». Peyğəmbər (s.a.v.) cavab verir: “Başqa kim olacaq?”.
Allaha və Onun Rəsuluna (s.a.v.) asi olub, yəhudilərin və xaçpərətlərin yoluyla gedən qadınlar, Allahın hökmünü «Eşidirik və itaət etmirik» sözləriylə qarşılayaraq Allahın qəzəbinə tuş gəlmiş qadınlara necə də oxşayırlar! Onlar Allahın əmrini eşidərək «Eşidirik və itaət edirik» deyən əsl müsəlman qadınlardan necə də uzaqdırlar!
Uca Allah deyib: «Hər kəs özünə doğru yol aşkar olandan sonra Peyğəmbərdən üz döndərib möminlərdən qeyrisinin yoluna uyarsa, onu istədiyi (özünün yönəldiyi) yola yönəldər və Cəhənnəmə varid edərik. Ora necə də pis yerdir!» (ən-Nisa, 115).

ÖZÜNÜ NÜMAYİŞ ETDİRMƏK CAHİLİYYƏTİN ÜFUNƏTİDİR

Uca Allah deyib: «Evlərinizdə qərar tutun. İlkin Cahiliyyət dövründəki kimi açıq-saçıq olmayın» (əl-Əhzab, 33).
Peyğəmbər (s.a.v.) Cahiliyyət dövrünün imdad haraylarını (Cahiliyyət dövründə təhqir olunmuş adam öz tayfasını və ya müttəfiqlərini (şüvən salıb) uca səslə köməyə çağırırdı, onlar isə səsə hay verib onun müdafiəsinə qalxırdılar ki, bu da qəbilələr arasında uzun müddətli müharibələrə səbəb olurdu) murdar və iyrənc adlandırmış və bizə bu dövrü rədd etməyi əmr etmişdi. Quranda Rəsulullah (s.a.v.) barədə deyilir: «...onlara yaxşı işlər görməyi buyurar, pis işləri qadağan edər, təmiz (pak) nemətləri halal, murdar (napak) şeyləri haram edər...» (əl-Əraf, 157).

Buna uyğun olaraq, ilkin Cahiliyyət dövründə adi bir şey sayılan özünü nümayiş iyrənclik və murdarçılıqdır. Peyğəmbər (s.a.v.) bunu bizə qadağan edərək deyib: “Mən Cahiliyyətdən qalan hər şeyi məhv etmişəm”.
Bura Cahiliyyətdəki kimi özünü nümayiş etdirmə, imdad harayları, mülahizə və fikirlər, təkəbbürlük və israfçılıq aiddir.

ÖZÜNÜ NÜMAYİŞ ETDİRMƏK ALÇAQLIQ, GERİLİK VƏ POZĞUNLUQDUR

Açıq-saçıq və çılpaq olmaq istəyi yalnız heyvanlara məxsus təbii xüsusiyyətdir. İnsanlar arasında isə buna aludəçilik yalnız Allahın xilqətinə, hicaba və paklığa məhəbbət xususiyyəti əta etmək şərəfinə nail olanlardan inkişaf səviyyəsinə görə çox geridə olan alçaq adamda ola bilər. Özünü nümayiş etdirməyin, əxlaqsızlıq və namussuzluğun gözəllik sayılması insanın təbii xüsusiyyətlərinin pozulması, zövqsüzlük, gerilik əlaməti və pozğunluqdan başqa bir şey deyil. İnsanın mənəvi yüksəlişi onun bədən örtüyünün inkişafı ilə sıx əlaqəlidir. İnsanın örtünmək istəyi həmişə inkişafın nəticəsi olub, qadınların hicabla örtünməsi isə, gücünü insan mənəviyyatından alan namus qorumaq instinktindən başqa bir şey deyil. Bədənin örtülməsindən azad olmağa gəldikdə isə, bu, gücünü şəhvətdən alan instinktdir ki, gözəlliyi nümayiş etdirməyə və iki cinsi qovuşmağa sövq edir. Kim ki, ikinciyə əmin olub, ona can atırsa o, öz qəlbindəki namus qorumaq hissini boğmaq üçün birincini mütləq qurban verməlidir. Belə çıxır ki, özünü nümayiş etdirmək və əzilib-büzülmək insanın anadangəlmə xüsusiyyətlərinin - həyasızlığın, laqeyidliyin, hissiyyatın kütləşməsinin və ölüm hissinin pozulmasının əlamətidir.
GÖZƏLLİYİ NÜMAYİŞ ETDİRMƏK
ŞƏR QAPILARINI DAHA GENİŞ AÇIR
Şəriət və tarixin dərslərini diqqətlə öyrənən, gözəlliyin nümayiş etdirilməsinin qüsurlu olduğuna, onun dinə və ümumiyyətlə bütün dünyaya ziyan verməsinə əmin olur. Bu, iki cinsin dəlicəsinə bir-birinə qovuşmasıyla müşayiət olunursa, vəziyyət daha ağır olur. Bunun acı nəticələrini belə əsaslandırmaq olar:
- işvəkarlar kişilərin nəzər və diqqətlirini özlərinə cəlb etmək üçün qadağan olunmuş zinətlərdən istifadə etməkdə bir-birini üstələmək istəyirlər. Bu isə mənəviyyatsızlığa və israfçılığa aparır. Nəticədə qadın hər kəsin istədiyi vaxt görə bilməsi üçün istənilənə təklif olunan dəyərsiz bir əşyaya (əmtəəyə) çevrilir;
- kişilərin, xüsusiylə gənclərin və ilk növbədə yeniyetmələrin mənəvi pozğunluğu, bunlar da onları əxlaqsızlığa və günah sayılan digər əməllərə sövq edir;
- ailə münasibətlərinin dağılması, ailədə qarşılıqlı inamın itməsi və boşanmaların sayının çoxalması;
- kommersiya strukturlarında və s-də reklam predmeti və ya müştəriləri cəzb etmək vasitəsi kimi qadının alınıb-satılması;
- qadının hörmətdən düşməsi, onun bəd niyyətli və qaniçən elan edilməsi, bu da onu cinayətkarların və sırtıqların təcavüz obyektinə çevirir;
- xəstəliklərin yayılması, bu barədə Allahın elçisi (s.a.v.) deyib: “Hər hansı bir qəbilədə əxlaqsızlıq yaranıb açıq-aşkar baş alıb gedərsə, onların arasına, heç əcdadlarının görmədiyi, vəba və digər xəstəliklər düşür”;
- nəzərlə (baxmaqla, baxışla) zinanın geniş yayılması. Rəsulullah (s.a.v.) deyib: “Gözlər baxmaqla zina edirlər”.
Belə bir şəraitdə Qüdrətli və Uca Allahın iltifatını qazanmaq üçün özgə qadınlara baxmamaq əmrinə əməl etmək çətinləşir.
Allahın bütün xalqı kütləvi şəkildə cəzalandırmaq qorxusu əmələ gələndə isə onun nəticələri atom silahından və zəlzələlərdən daha qorxuludur. Axı Allah təala deyib: «Biz bir məmləkəti məhv etmək istədikdə onun naz-nemət içində yaşayan başçılarına əmr edərik. Lakin onlar pis-pis işlər törədərlər. Beləliklə, hökm vacib olar və onu yerlə yeksan edərik» (əl-İsra, 16). Peyğəmbər (s.a.v.) deyib : “Əgər insanlar haqsızlığı görüb, onun qarşısını almırlarsa, onda onlar Allahın onlara göndərdiyi ümumi cəzanın astanasında dururlar”.

LİBASIN ŞƏRİƏT TƏLƏBLƏRİNƏ CAVAB
VERMƏSİ ÜÇÜN LAZIM OLAN ŞƏRTLƏR
1. Hicab qadının bütün bədənini örtməlidir.
2. Hicab öz-özlüyndə bəzək vasitəsi olmamalıdır, belə ki, Uca Allah deyib: «...Öz – özlüyündə görünən istisna olmaqla zinətlərini göstərməsinlər» (ən-Nur, 31). O, həmçinin demişdir: «İlkin Cahiliyyət dövründəki kimi açıq-saçıq olmayın» (əl-Əhzab, 33).
Allah hicabı qanuniləşdirdi ki, o, qadının gözəlliyini gizlətsin, buna görə də onun özü-özlüyündə bəzək olması məntiqsizdir.
3. Hicab sıx və qalın parçadan düzəldilməli, baxış üçün şəffaf olmamalıdır, belə ki, qadının həqiqətən örtülməsinə yalnız bu cür nail olmaq olar. Şəffaf hicab isə qadını yalnız nominal şəkildə örtür, faktiki isə o, çılpaqdır. Rəsulullah (s.a.v.) deyib: “Axırda mənim Ümmətimdə başları dəvənin əyilmiş donqarlarına oxşar, geyimli, lakin çılpaq qadınlar olacaq. Onları lənətləyin, çünki onlar lənətlənmişlər”. Başqa bir hədisdə deyilir: “Onlar Cənnətə düşməyəcəklər, hətta onun xoş qoxusu uzaqdan hiss olunduğu halda belə onlar onu duymayacaqlar”. Göstərilən hədislər sübut edir ki, qadınların bədən cizgilərini gizlədə bilməyən nazik və şəffaf hicab geymək ən böyük günahlardan biridir.
4. Hicab dar və bədənə yapışan deyil, sadə və geniş olmalıdır, çünki onun məqsədi şəhvətin qarşısını almaqdır. Dar hicab isə qadının əzalarını göstərir və qadına baxarkən kişi onun qamətini tam təsəvvür edə bilir. Artıq bunda müəyyən əxlaqsızlıq pozğunluq var.
Usamə İbn Zeyd deyib: “Rəsulullah (s.a.v.) mənə Dihya əl-Qəlbinin ona bağışladığı çiyinliyi mənə verdi. Mən isə öz növbəmdə onu öz arvadıma bağışladım. Sonra Peğəmbər (s.a.v.) məni görüb soruşdu: “Bəs çiyinliyi niyə geymirsən?”. Mən cavab verdim: “Mən onu arvadıma vermişəm”. Peyğəmbər (s.a.v.) dedi: “Onun yanına qayıdıb de ki, əzaları görsənməsin deyə çiyinliyin altından göynək geyinsin”.
5. Hicabdan siqaret, ətir və s. qoxusu gəlməməlidir. Rəsulullah (s.a.v.) deyib: “Evindən özünə ətir vurub onun xoş qoxusunu kişilərə hiss etdirmək üçün çıxan qadın– zinakardır”.
6. Hicab kişi geyiminə oxşamamalıdır. Rəsulullah (s.a.v.) deyib: “Özlərini kişilərə bənzədən qadınlar və qadınları bənzədən kişilər bizdən deyil”.
Bu isə Əbu Hüreyranın sözləridir, o deyib: “Peyğəmbər (s.a.v.) kişi paltarı geyən qadınları və qadın paltarı geyən kişiləri lənətləyib”.
Rəsulullah, həmçinin deyib: “Üç cür insan Cənnətə düşməyəcək və Qiyamət Günü Allaha onlara baxmayacaq. Bu, valideynlərinə münasibətdə hörmətsiz olanlar, özünü kişilərə bənzədən qadınlar və öz qadınlarının nasusunun qorunmasına laqeyid olan kişilər”.
7. Hicab– müşrük qadınların paltarlarına öxşamamalıdır. Rəsulullah deyib : “Kimsə, özünü hər hansı bir xalqa oxşadarsa, o, onların biri olar”.
Abdullah İbn Ömər deyib: “Bir dəfə Rəsulullah (s.a.v.) məni sarımtıl boyanmış zəfəran rəngli paltarda görüb dedi: “Bu, kafirlərin libasıdır, bir də bunu geyinmə”.
8. Hicab seçilməməli və ətrafdakıların diqqitlərini cəlb etməməlidir. Rəsulullah (s.a.v.) deyib: “Allah bu dünyada diqqəti cəlb edən paltar geyənə Qiyamət Günü biyabırçı bir libas geydirəcək, sonra isə onu yandıracaq”.
Seçilən və nəzərləri cəlb edən paltar onu geyən üçün insanların diqqətini özünə yönəltmək vasitəsidir. Bu həm, insanlar arasında özünü yüksək tutan təkəbbürlü insanın dəbdəbəli və bahalı libası, həm hamıya özünün zahidliyini (tərkidünyalığını) göstərmək istəyənin cındır paltarı, həm də təəccüb doğurub bununla öz əhəmiyyətliliyini qeyd edən və ətrafdakılar üçün qeyri–adi rəngə malik geyim ola bilər.

PƏRDƏLƏNMİŞ İŞVƏKARLIQDAN QORUNUN
Ey mənim müsəlman bacım, əgər sən yuxarıda göstərilən şərtləri lazımınca anladınsa, hicablı sayılan qızların çoxunun həqiqi mənada bu cür olmadıqlarını da başa düşməlisən, belə ki, onlarda hicabdan əsər-əlamət qalmayıb. Onlar gözəlliyin nümayiş etdirilməsini hicab geymək, Allaha asiliyi isə itaət adlandıran yalançıdırlar.
İslam dirçəlişinin düşmənləri bunu hələ rüşeyim halında ikən boğmaq üçün öz repressiv aparatlarının tam gücündən istifadə edirdilər. Amma, Uca Allah onların arzularını puça çıxardı və mömin kişilər mömin qadınlarla birgə Böyük və Qüdrətli Allaha itaətdə sadiq qaldılar.
Açıq mübarizədə qalib gələ bilməyən İslam düşmənləri onun dirçəlişini yıxıb haqq yolundan döndərmək üçün ən qanlı və hiyləgər üsullardan istifadə edərək gizli hərəkət etmək qərarına gəldilər. Onlar böyük canfəşanlıqla elə özlərinin icad etdikləri hicabın bütpərəst formalarını yaymağa başladılar və bunu «kompramis» adlandırıb elan etdilər ki, guya bu, Allahı razı salacaq və eyni zamanda cəmiyyəti qane edib, qadın «zərifliyini» qoruyacaq.
Şəriət qaydalarına uyğun olan hicabların geniş yayılmasıyla əlaqədar və ticarətdə tələbatın yoxluğu ucbatından ciddi iqtisadi çətinliklərə məruz qalmış moda evləri, bazarları hicab məvhumunun mənasını təhrif edən və gözəllik nümayişinin pərdələnmiş forması olan saxta-hicab nümunələriylə doldurdular. Eyni zamanda bu saxta örtüklər gurultulu – «müasir hicab» adı aldılar ki, əvvəlcə onlar ittiham və narahatçılıqla qarşılandılar.
Şəriət hicabı işvəkarların müəyyən hissəsini çətin vəziyyətə salmışdı, belə ki, hicabın geniş yayılması nəticəsində özləri üçün yaranmış sosial çətinlikləri aradan qaldırmaq istəyi onları «kompromis» hicaba daha çox sövq edir. Zaman keçdikcə «müasir hicab» adlanan «pərdələnmiş işvəkarlıq» daha geniş yayılır, bu üzdəniraq «hicabı» geyənlər isə özlərini nümunəvi qız və ya arvad hesab etməyə başladılar. Əgər bu cür qadınlar özlərini hicablı sayırlarsa – səhv edirlər.
Ey «müasir hicab» yiyəsi!
Öz hicabının Böyük və Qüdrətli Allahı və Onun Rəsulunu (s.a.v.) razı saldığına kor-koranə inamından çəkin. Sənin bütün bu əməllərini tərifləyib xeyirli bir nəsiət verməyənlər tərəfindən aldadılmağından qorx. «Mənim vəziyyətim açıq-aşkar işvəkarlardan daha yaxşıdır, axı yaxşı işlərin də, pis işlərin də müəyyən həddləri var»- deməklə özünü azdırma. Sən gərək bilavasitə şəriətin hicaba qoyduğu qaydalara ciddi və şərtsiz riayət edən mömin bacılarından nümunə götürəsən.
Allahın Rəsulu (s.a.v.) deyib : “Dünya işlərində sizdən aşağı, dində isə yuxarıda olana baxın. Və bu, Allahın sizə nazil etdiyi nemətə xor baxmamaq üçün ən xeyirlisidir”.
Ömər İbn əl–Xəttab Böyük və Qüdrətli Allahın kəlamlarını oxuyub: «Şübhəsiz ki: «Rəbbiniz Allahdır!»- deyən, sonra da (sözündə) düz olan kəslərə (ölüm ayağında) mələklər nazil olub belə deyəcəklər: «Qorxmayın və kədərlənməyin! Sizə vəd olunan Cənnətlə sevinin!» (Fussilət, 30).
Həsənin (r.a.) belə dediyi rəvayət edilir: “Əgər şeytan baxıb görsə ki, sən Allaha itaətdə möhkəmsən, onda o səni yalnız bir-iki dəfə çağıracaq, sonra isə səndən əl çəkib bir daha narahat etməyəcək. Əgər ki, şeytan sənin Allaha itaət etməyib, ona tabe olduğunu görsə öz meylini sənə salıb, sənə ümid bəsləyəcək”.
Elə isə Allaha itaətdə möhkəm və dəyanətli olun və haqq yolunda dönməz olun. Səmimi qəlblə tövbə edərək, zərrə qədər də itaətsizlik göstərməyin.
«...Ey möminlər! Hamınız Allaha tövbə edin ki, bəlkə, nicat tapdınız!» (ən-Nur, 31).
Biz tabe olur və itaət edirik.
Böyük və Qüdrətli Allahın əmrini eşidən əsl müsəlman İslama məhəbbət və ehtiram, həmçinin Tanrının şəriətindən fərəh hissiylə aşıb-daşaraq, həmən an onu həyata keçirməyə başlayır. Bu zaman müsəlman, özlərini itirib yollarını azmış, real vəziyyətlərini qiymətləndirə bilməyən və gələcəkdə onları gözləyən talelərini inkar edən kütlələrə heç cür fikir vermədən insanların ən yaxşısının (s.a.v.) Sünnəsinə tabe olub, ona əməl edir.
Böyük və Qüdrətli Allah Özünün və Rəsulunun (s.a.v.) əmrlərindən yayılanların ibadətini (imanlarını) qəbul etmir.
Uca Allah deyib: «(Münafiqlər): «Allaha, Peyğəmbərə iman gətirdik, itaət etdik!» - deyər bundan sonra isə onlardan bir dəstə (Peyğəmbərdən) üz çevirər. Belələri mömin deyillər. (Münafiqlər) aralarında hökm etmək üçün Allahın (Allahın kitabının) və Peyğəmbərin yanına çağırıldıqda onlardan bir dəstə dərhal üz çevirər. Əgər haqq onların tərəfində olsa, itaət edib onun yanına gələrlər. Onların qəlblərində xəstəlikmi vardır? Yaxud Allahın və Peyğəmbərin Onlara cövr, haqsızlıq edəcəyindən qorxurlar? Xeyr, onlar özləri zülmkardırlar! Aralarında hökm vermək üçün Allahın və Peyğəmbərin yanına çağırıldıqları zaman möminlərin sözü ancaq: «Eşitdik və itaət etdik!» - deməkdən ibarətdir. Nicat tapanlar da məhz onlardır! Allaha və Onun Peyğəmbərinə itaət edənlər, Allahdan qorxub çəkinənlər – məhz belələri uğura çatanlardır. (ən-Nur, 47-52).
Safiyyə bint Şeybə deyib: “Biz Aişənin (r.a.) yanında olarkən Qureyşin qadınları və onların ləyaqəti haqda söhbət edirdik. Aişə (r.a.) dedi: “Qureyş qadınlarının ləyaqəti var, amma Allaha and olsun ki, ənsarların qadınlarından yaxşılarını görməmişəm. Allahın Kitabına və ilahi vəyhlərə onlardan çox inanan yoxdur”.
Ən-Nur surəsində deyilir: «...baş örtüklərini yaxalarının üstünə çəksinlər..» (ən-Nur, 31).
Bu ayə nazil olandan sonra kişi ənsarlar öz arvadlarının yanına qayıdıb Allahın göndərdiyini onlara oxuyurlar. Hər bir ənsar kişi bu ayəni öz zövcəsinə, qızına, bacısına və bütün qadın qohumlarına oxuyurdu. Bunu eşidən hər bir qadın Allahın vəyhinə iman gətirib Onun hökmünə tabe olaraq başlarını örtdülər
Beləliklə, Allahın əmrlərinə heç bir alternativ yoxdur və Onun hökmünü zərrə qədər tərəddüd etmədən yerinə yetirmək vacibdir. Ey mənim müsəlman bacım, elə isə tövbə et! «Nə vaxtsa tövbə edib, namaz qılıb, hicab geyəcəm» sözlərindən çəkin. Tövbəni təxirə salmaq özü də bir günahdır ki, o da tövbə tələb edir. Elə isə Musanın dediklərini təkrar et: «Onlar arxamca gəlirlər. Pərvərdigara! Məndən razı qalasan deyə hüzuruna tələsdim!» (Taha, 84).
«Biz Onun Peyğəmbərləri arasında fərq qoymuruq. (Allahın hökmlərini) eşitdik və itaət etdik. Ey Rəbbimiz , bizi bağışla, (axırda) Sənin dərgahına qayıdacağıq!» (əl-Bəqərə, 285).
Həmd olsun Allaha, aləmlərin Rəbbinə!



انّا للہ و انّا الیہ راجعون
Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
 
TeraneTarix: Çərşənbə, 03.10.2012, 22:53 | Yazı # 2
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
Cəmiyyətin cövhəri olan xanımlara
Oğurlanan, itən və ya sınan cövhərləri bərpa etmək mümkün olsa da bil ki, sən bərpa olunmayan və yeri verilməyən əvəzsiz bir cövhərsən!
Çünki qadın ciddiliyinin bəzi saxta yollarla ayaq altına atıldığı və Allaha xidmət kimi hər şeydən üstün olan həqiqi məqsəddən uzaqlaşdırıldığı bu dövrdə özünü Allah üçün qorumaq ləyaqəti göstərən çalışqan xanım cəmiyyətin və ümmətin göz nuru və cövhəridir...

İslamı düşmənlərindən müdafiə edəcək, onu təhrif, bidət və fəsad bataqlığından qoruyacaq bir nəsili yetişdirir xanımlar. İlk və əsas tərbiyəni anasından alır gələcəyin mücahid və qoruyucuları... Bu məsuliyyətə heç vaxt laqeyd qalmaq olmaz. Buna görə də onlara lazımınca qiymət verilməlidir.
Elə bu məqamdan çıxış edərək bir çox vəzifələrini yerinə yetirməklə ətrafına işıq və parlayan bir nur olma yolunda çalışan xanımların diqqət etməli olduqları bəzi məsələlərə nəzər yetirməyi məqsədəuyğun hesab etdik.
Əlbəttə ki, burada qeyd etdiklərimiz bu mövzunu tam təfərrüatı ilə izah etmək üçün kifayət deyil, lakin ümid edirik ki, buna az da olsa nail olacağıq. Allahdan bütün bu etdiklərimizdən razı olmasını diləyirik. Şübhəsiz ki, uğur Ondandır.

NÜMUNƏVİ NƏSİLLƏR YETİŞDİRƏCƏK ÇALIŞQAN XANIMIN XÜSUSİYYƏTLƏRİ

* Əqidəsi: Bu ümmət üçün nümunə və əsas olan inanc sisteminin Rəsulullahın (s.a.v.) öyrətdiyi həqiqi əqidə olduğu düşüncəsi ilə əshabə, tabiin və ətbau-tabiin, yəni əməli saleh sələfin əqidəsini özü ilə tamamlandığı Əhli Sünnə vəl-camaat metodunu anlamaq və dərk etməkdir.
* Metodu: Yalnız və yalnız Allahın, Rəsulunun -səllallahu aleyhi va səlləm-, əshabələrin və qiyamətə qədər onların yoluna tabe olanların getdiyi yolu hədəf etmiş, bunu yeganə yol kimi seçmişdir.
* Əxlaqı: yüksək İslam əxlaqıdır.
* Əlaməti: hicab və təsəttürdür.
* Ədəbi: həya, iffət və təmizlikdir.
* Nümunə saydığı: möminlərin anaları, əshabə xanımları və bütün salehə xanımlardır.
* Sevgisi: yalnız Allah, Rəsulu -səllallahu aleyhi va səlləm- və İslam qanunlarına bağlı olan hər kəs üçündür.
* Gizli düşüncəsi: axirət həyatını xatırlamaq, özünü qəbrin qaranlıq və darlığından rahatlığa çatdıracaq, ona sakit bir həyat tərzi verəcək yaxşı əməllər görməkdir.
* Dostları: Allahın dininə bağlı olan bütün müvəhhid (Allahın təkliyini qəbul edən), mömin və bütün müsəlman xanımlardır...
* Nifrəti: düşmən yəhudilərə, xristianlara, münafiqlərə, ateistlərə, "qadın azadlığı" və "feminizm" deyə uca səslə bağıran gizli çağırışçılaradır.
* Düşmənləri: çirkin mahnılar, harama yol açan musiqi alətləri, açıq-saçıq və azğın fikirləri nümayiş etdirməyə çalışan bütün curnal və qəzetlər, eşqbazlıq və həddi aşan bütün serial və filmlər, bundan başqa əxlaqsız, namussuz qadınlar, qısası, Allah-Təalanın qəzəbini öz üzərində toplayan hər şeydir.
* İstəyi: çox bağışlayıcı olan "əl-Ğafur" və hala acıyan "ər-Rəhim" Allaha bütün şərtlərə bağlı olmaqla səmimi bir şəkildə tövbə etməkdir.
* Evlilik mərasimi: İslami bir evlilikdir. Toyunda musiqi, içki və s. yoxdur. Dəvət edilmiş qadın və kişi qarışıqlığına yol verilməz. İslama zidd olan geyimlərə də yer verilməz.
* Məqsədi: müsəlman ailəsi qurmaq, beləliklə də bütün insanlığın ehtiyacı olan həqiqi İslam cəmiyyətinin sağlam təməlini meydana gətirmək, ümmətə xeyirli nəsillər yetişdirmək.
* İstirahəti: faydalı elm öyrənmək, Qurani-Kərimi əzbərləmək, din çərçivəsində dincəlib istirahət etməklə keçir.
* Səyahəti: incə düşünər və təfəkkür edər, eyni zamanda dincələrək özünü rahat edən işlərdən də geri qalmaz. Beləliklə, bezginlik və yorğunluqdan uzaq olur, dinamikliyini təmin etmiş olur.

HİCAB VƏ TƏSƏTTÜRÜN ŞƏRTLƏRİ

Əhli-sünnə alimləri bu mövzuda səkkiz ən əsas məqamı qeyd etmişlər. Bunlar aşağıdakılardır:
1. Paltar bədənin hər tərəfini örtməlidir. Bundan başqa üz, əl və ayaqların örtülməsinə də xüsusi diqqət göstərilməlidir. Çünki xüsusilə bir çox baxımdan fəsada uğramış cəmiyyətimizdə fitnəyə səbəb verməkdən uzaq olmaq şərtdir:
«Ya Peyğəmbər! Zövcələrinə, qızlarına və möminlərin övrətlərinə de ki, çarşablarını örtsünlər» ("əl-Əhzab" surəsi, 59);
«Mömin qadınlara de ki, gözlərini haram buyrulmuş şeylərdən çevirsinlər, ayıb yerlərini qorusunlar (və ya örtülü saxlasınlar)» ("ən-Nur" surəsi, 31).
2. Paltarı bər-bəzəkli olub şəxsən özü zinət kimi olmamalıdır. Bundan əlavə, ətrafındakıların baxışlarını özünə cəlb edəcək şəkildə rəngli, naxışlı, qızıl və gümüş əşyalardan da uzaq olmalıdır (bax: əl-Buxari, "Ədəbu əl-mufrəd"; əl-Hakim, "Müstədrək").
«Evlərinizdə qərar tutun. İlkin cahiliyyə dövründəki kimi açıq-saçıq olmayan. Namaz qılın, zəkat verin, Allaha və Rəsuluna itaət edin» ("əl-Əhzab" surəsi, 33).
3. Paltarları bədən cizgilərini bildirəcək şəkildə incə və şəffaf olmayıb qalın və möhkəm olmalıdır (bax: Əhməd, "Müsnəd"; Beyhaqi, "Sunən").
4. Geyimi dar deyil, geniş və enli olmalı, fitnəyə səbəb olacaq bir yeri müəyyən etməməlidir (Əbu Davud, "Sunən").
5. Müşk və buna bənzər diqqətçəkici qoxular vurulduğu zaman naməhrəm yanına çıxmaq haramdır. Rəsulullah (s.a.v.):"Bir qadın qoxudan istifadə edərək bir topluluğun arasına çıxdığı zaman onlar bunu hiss edərsə, həmin qadın zina etmişdir" (səhihdir, İmam Əhməd) buyurur.
6. Qadın geyimi kişi geyiminə bənzəməməlidir. İbn Abbas -radıyallahu anhuma- belə demişdir: "Kişilər arasında qadınlara, qadınlar arasında da kişilərə bənzəyənə Rəsulullah səllallahu aleyhi və səlləm lənət etmişdir" (əl-Buxari).
7. "Bir qövmə bənzəyən onlardandır" (səhihdir, Əbu Davud) hədisinə görə, müsəlman xanımın paltarının kafir qadınların paltarına bənzəməsi də haramdır.
8. Örtülməsi uyğun olsa da fərqli olduğuna görə insanların müəyyən edəcəyi halda olmamalıdır. Çünki Rəsulullah (s.a.v.): "Kim bədənini bəlli edən bir paltar geyərsə, Allah qiyamət günündə ona zillət paltarı geyindirər. Bu da onun üçün atəş olar" (səhihdir, Əbu Davud) buyurmuşdur.

QƏBİR ƏMƏLLƏRİN SANDIĞIDIR!

Ey müsəlman övladı olan gənc qız!
Allahdan qorx! Və unutma ki, sən hər zaman Allahın nəzarətindəsən! Bu gün hesabsız əməl günü olduğu kimi şübhəsiz ki, sabah da əməlsiz hesab günü olacaq. Daim oyun və əyləncə içində olan insan övladı əlbəttə ki, ölümü yaxınlaşan o gün ayılacaqdır... Canımız boğazımıza gəldiyi zaman halımız necə olacaq?
Ey Allahın zərif qulu!
O gün artıq sən ailən, övladların və dostlarından ayrılmış olacaqsan. Tabutda daşınıb torpağa, o qaranlıq yerə qoyulacağın günü düşün. Əgər yaxşı bir şey aparmamısansa, tükənməz sayılan günlərin axırında - Allah qorusun - qəbrin dəhşətli sıxıntısı ilə baş-başasan. Hesab mələkləri gəlib səndən suallarına cavab vermək istədikləri zaman halın necə olacaq?!
İnsanların dirildiləcəyi gün qəbirdən çıxıb məhşərə yola salınacağın gün... Hesab dəftərlərinin açıldığı gün... Sırat körpüsü və mizanın (tərəzinin) qoyulduğu zaman...
Bax, o gün, ey Allahın zərif qulu, sənin yerin hara olacaq?! Səni nələr gözləyəcək və ya bir ömrün ardından nələri qazanacaqsan?
«Nəhayət, (müşriklərdən) birinin ölümü gəlib çatdığı zaman o, belə deyər: "Pərvərdigara! Məni geri qaytar! Bəlkə zay etdiyim ömrün müqabilində yaxşı bir iş görüm!" Xeyr, bu, onun dediyi boş (faydasız) bir sözdür. Onların önündə dirilib duracaqları günə qədər maneə vardır» ("əl-Muminun" surəsi, 99-100).
EHSAN XƏZİNƏSİNƏ

Allahın düşmənləri İslam toplumunu daxildən çökdürmək üçün ilk olaraq analıq xüsusiyyətləri ilə cəmiyyətin tərbiyəçisi olan qadınları hədəfə götürmüş, bu mövzuda hər cür fəsad törətməkdə əlindən gələni etmişlər. Çünki qadının fəsadı cəmiyyətin fəsadı deməkdir. Bunun üçün bir çox saxta ideyalar ortaya atmış, qadını onun öz həqiqi azadlığının olduğu dinindən çıxarmağa çalışmış və hər şeyini səfərbər edərək qeyri-insani bir əşya halına gətirmək üçün yollar axtarmışlar. Əlbəttə ki, ağıllı bir müsəlman qadın bütün bunları dərk edir, ətrafındakıları Quran və sünnə yoluna dəvət edir və onları düşmənlərin hiylələri barədə qətiyyətlə xəbərdar edirlər.
Eyni zamanda bütün qadınlar üçün bundan əlavə tövsiyələri verə bilərik. Allahdan bizi sevdiyi və xoşladığı hər şeydə müvəffəq etməsini diləyir, bu dediklərimizə görə bizi qınamamasını arzu edirik.
* İslami anlayışlara laqeyd yanaşma! Və dində olmayan hər cür bidətdən çəkin, bunları ortaya da çıxarma. Bütün bidətlərdən uzaq ol və bunları təşviq etmə.
* Namazdan heç vaxt imtina etmə. Yuxuya gedib namazı unutma. Namazı daim vaxtında qıl. Buna çox həssaslıq göstər!
* Heç vaxt açıq-saçıq geyinmə və bədəninin örtülməsinə çox diqqət et! Ayələrin mənasından başqa açıq mənalara meyl etmə!
* Bəzi insanların ailənə mənfi təsir edəcək sözlərinə fikir vermə. Allahdan daim ailən üçün dua etməyi yaddan çıxarma və ailədə din mövzusunda həyat yoldaşına kömək et.
* Evinin və həyat yoldaşının məhrəm cəhətlərini ifşa etmə, açıb demə, həyatın çətinliklərinə qarşı səbrli ol. Allah yolunda səbr etməyi özün üçün bir vərdişə çevir. Unutma ki, Allah yolunda etdiyin heç bir əməl mükafatsız olmayacaq!
* Dinə əməl edən qızlarla rəfiqəlik et, onlarla yaxın ol! Aralarında köməyə ehtiyacı olanlara yardım et.
* Qeybət və dedi-qodu etmə, söz gəzdirmə!
* İstər qərbli olsun, istərsə də yerli olsun, heç bir kafiri təqlid etmə, onlara qarşı sevgi bəsləmə, onlara heyran olma!
* Xüsusilə din biliyini artırmağa çalış.
* Fitnə-fəsadı göz önünə alaraq lüzumsuz olaraq küçəyə çıxmamağa çalış, Rəbbindən səbr və dözümlülük dilə.
* Axirət hayatını heç vaxt yaddan çıxarma!
* Allaha və Rəsuluna (s.a.v.) qarşı üsyana çağırmasalar, həyat yoldaşına, ailənə, ana və atana qarşı çıxma!
* Moda curnallarından və uyğun olmayan musiqilərdən uzaq ol! Quran oxumağa, öyrənməyə və əgər bilirsənsə, öyrətməyə çalış.
* İstər telefonla olsun, istərsə də başqa bir yolla olsun eşqbazlıqdan uzaq ol.

Əhəmiyyətsiz sayılmaması zəruri olan hallar

* Allaha həqiqi şəkildə iman gətir və iman əsaslarına bağlı ol. Rəsulullahın (s.a.v.) həyat tərzinə diqqət etməyə laqeyid yanaşma!
* Namazına, zinət əşyalarının zəkatına, oruc və həccə laqeyid yanaşma!
* Allahın dininə bağlı olan qadınlarla yaxınlıq etməyə laqeyid yanaşma!
* Allaha hər zaman dua edib Ona üz tutmağa, Ondan bağışlanma diləməyə və axirət üçün hazırlıq etməyə də əsla etinasızlıq göstərmə.

SALEHƏ BİR HƏYAT YOLDAŞI

Allahın quluna verdiyi iman kimi bir nemət yoxdur. Bu, eyni zamanda Allahın Öz qulları üzərində bir haqqıdır. Allahın qullarına verdiyi bir çox nemətlər arasında dünyanın ən xeyirli neməti də salehə həyat yoldaşıdır. Çünki Rəsulullah (s.a.v.) vida xütbəsində qadınların Allahın əmanəti olduğunu bildirmiş, "Sizlərin ən yaxşısı öz həyat yoldaşlarınıza qarşı ədalətli davranandır" buyuraraq bu incə varlığın qorunmasını nəsihət etmişdir.
Belə olduğu halda bu nemətə yaxınlaşan böyük bir əxlaqla rəftar etməlidir.
Rəsulullah (s.a.v.) belə buyurmuşdur: "Bir qadın namazlarını qılsa, namusunu qorusa və ərinə bağlı olsa, cənnət qapılarının istədiyindən içəri girər" (Əhməd, Təbərani).
Ümmi Sələmə isə Rəsulullahın (s.a.v.) "Həyatı boyunca öz ərini razı edərək ölən qadın cənnətə girər" dediyini bildirmişdir.
Qadını cəhənnəmə sürükləyən ən böyük səbəb ərinə qarşı çıxması və ona edilmiş yaxşılıqları inkar etməsidir. İbn Abbasın -radıyallahu anhu- bildirdiyinə görə, Buxarinin rəvayətlərində Rəsulullah (s.a.v.) belə buyurmuşdur: "Cəhənnəm mənə göstərildi. Oradakıların çoxunun qadınlar olduğunu gördüm. O qadınlar ərlərinə qarşı nankordurlar. Çünki qadınlardan birinə uzun müddət yaxşılıq etsən, daha sonra səndən bir pislik görsə, "səndən heç bir yaxşılıq görmədim" deyəcək".
Əməli saleh sələfdən birinin öz xanımına belə tövsiyə etdiyi nəql olunur: "Məni bağışla ki, sevgimiz davam etsin. Əsəbiləşdiyim zaman mənimlə danışma, əsəblərimə toxunma. Gələcəyin necə olacağını bilməzsən. Çox şikayət etmə, qüvvən gedər. Çox şikayət etsən, qəlbim sənə nifrət edər. Çünki qəlblər dönükdür. Mən gördüm ki, qəlbdə həm sevgi, həm də nifrət yerləşir. Hər ikisi bir yerdə olduğu zaman sevgi davam etməz" (Seyyid Sabiq, “Fıqhu əs-Sunnə”).
Əbu Dərda -radıyallahu anhu- isə öz xanımına belə deyirdi: "Əsəbiləşdiyim zaman məni beləcə də təbii qəbul et. Mən də sən əsəbiləşəndə səsimi çıxarmaram" (Seyyid Sabiq, “Fıqhu əs-Sunnə”).

NƏTİCƏ

Evlilik həyatı birgə yaşamaqdır, qadın və kişinin birgə olaraq Allahın bizləri məsul etdiyi "ilahi kəlimətullah"ı yerinə yetirməklə vəzifə daşıması deməkdir. Bu birgə həyat bir müsəlmana Rəbbinə qarşı vəzifələrini yerinə yetirməkdə başqa bir dinamikliyi təmin edər. Bu baxımdan evlilik bir-birinə bağlı olan iki insanın yenə də bir-birinin zəifliklərini aradan qaldıraraq daha güclü bir təməl meydana gətirməsi kimi də izah edilə bilər.
Elə isə cəmiyyətdəki bəzi tənəzzül edən ailələr İslamın təqdim etdiyi ölçülərlə yenidən qurulmalıdır. Qadın ağıllı olmalı, dinini yaşamalı, ətrafındakılara bu mövzuda nümunə olmağa çalışmalı, həmçinin şüurla uşaqlarını tərbiyə etməlidir. Əri də ona bu işlərdə kömək etməli və Rəsulullahı (s.a.v.) özünə örnək kimi görməlidir. Ailə Quran və səhih sünnə nuru ilə bir məktəbi xatırlamalıdır. Ümid edirik ki, Allah bizi Öz rəhməti ilə bağışlayar və bizləri salehlərin sırasına aid edər...



انّا للہ و انّا الیہ راجعون
Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
 
TeraneTarix: Çərşənbə, 03.10.2012, 22:54 | Yazı # 3
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
Səhabi qadınların həyatından
Möminlərin anası Xədicə Xuveylid qızı
(Allah ondan razı olsun!)

O, Peyğəmbərin (s.a.v.) ilk həyat yoldaşı, ona inanan ilk insan və Qureyşin Peyğəmbəri (s.a.v.) təkzib etdiyi, ona qarşı düşmən mövqeyində durduğu zaman onu dəstəkləmiş və dediklərini təsdiq etmiş nəcib qadındır.
Onun, peyğəmbərin yanında olmaqla Allahın dininin qələbəsi naminə nümayiş etdirdiyi əzəmətli mövqeləri saysızdır və belə bir balaca kitabçanın onları ehtiva etməsi qeyri mümkündür. Buna görədə burada onun Peyğəmbərə –səlləllahu aleyhi və səlləm- mağarada ikən ilk dəfə vəhy olunduğu zaman nə baş verdiyini ona bildirdiyi anda onun hansı mövqe nümayiş etdirdiyini qeyd etməklə kifayətlənirəm.

İmam əl-Buxari “əs-Səhih” əsərində və digər rəvayətçilər möminlər anası Aişədən (Allah ondan razı olsun!) rəvayət edir: «Allah elçisi –səlləllahu aleyhi və səlləm- ona Hira mağarasında ilk dəfə vəhy nazil olduqdan sonra evə qayıdaraq Xədicə Xuveylid qızının (Allah ondan razı olsun!) yanına gəlib demişdir: “Üstümü örtün, məni bürüyün”.
Onun üstünü örtdükdən sonra qorxu keçmişdir. O, baş verənləri Xədicəyə danışaraq demişdir: “Özümə görə qorxdum”. Cavabında Xədicə belə buyurmuşdur: “Əsla! And olsun Allaha ki, O, səni heç vaxt rəzil etməz. Həqiqətən sən qohum-əqraba ilə daimi ünsiyyətdə olan, kimsəsizlərin əlindən tutan, yoxsulun ehtiyacını ödəyən, qonağın qulluğunda duran və məzluma yardım edənsən.”
Sonra Xədicə onu cahiliyyə dövründə nəsraniliyi qəbul etmiş əmisi oğlu Varaqə bin Nofəl bin Əsəd bin Abdul-Uzzanın yanına gətirərək ona: “Ey əmi oğlu, qardaş oğluna qulaq as!”
Varaqə ona dedi: “Ey qardaş oğlu nə bilirsən?”. Allahın elçisi (s.a.v.) mağarada gördüklərini ona danışır.
Varaqə deyir: “Bu Allahın Musaya nazil etdiyi vəhydir. Kaş ki, mən sənin qohum-əqrabanın (qövmünün) sənə təzyiq göstərəcəkləri (səni qovacaqları) zaman sağ olaydım”. Allahın elçisi (s.a.v.) buna təəccüb edərək: “Onlar mənə təzyiq göstərəcəklər (məni qovacaqlar)?- deyir”. Varaqə: “Bəli, sənin qarşılaşdığın vəziyyətlə qarşılaşan hər kəs təzyiqə məruz qalmış, düşmənçiliklə üzləşmişdir. Əgər mən o günü görsəm səni var gücümlə dəstəkləyəcəyəm”- deyir».
Möminlər anası xanım Xədicə (Allah ondan razı olsun!) Qureyşin sərtliyinə, inadkarlığına və gücünə bələd idi. Bununla belə o, Allah elçisinin qohum-əqrabasının ona qarşı müharibəyə başlayacaqlarını, ona təzyiqlər edəcəklərini eşitdiyi halda gözlənilən fırtınaya qarşı duraraq Allah yolunda hər cür əziyyət və məşəqqətlərə, Qureyşə qarşı çıxmaq kimi çətin vəzifənin öhdəsindən gəlmək qərarına gəlir.
Bütün bunlar mömin, sadiq qadınların möminlər anası Xədicənin (Allah ondan razı olsun!) həyat yoldaşı Allahın elçisini, (s.a.v.) Allahın köməyi ilə islam dinini ilk olaraq öz qövmü arasında, sonra isə dünyanın hər yerində yaymaq və islam dövləti qurmaq naminə dəstəkləmək və onun arxasında durmaqla hər cür əziyyət və məşəqqətlərə dözüm nümayiş etdirməsi baxımından özləri üçün bir rəhbər, öndər qərar vermələrinə dəlalət edən ən əzəmətli nümunələrdən biridir.
Buna görə də Allahın elçisi (s.a.v.) onu Allahın izni ilə cənnətlə mücdələmişdir. Belə ki, İmam əl-Buxari “əs-Səhih” əsərində və digər rəvayətçilər Əbu Hureyrədən (Allah ondan razı olsun!) rəvayət edirlər: «Cəbrail peyğəmbərin yanına gələrək: “Ey Allahın elçisi bu Xədicədir, onunla sənə içərisində yağ (qatıq), yemək və içmək olan bir qab gəlmişdir. O, yanına gələndə Uca və Əzəmətli Rəbbindən və məndən ona salam de, onu cənnətdə səs-küysüz, dərd-sərdən uzaq möhtəşəm bir ev ilə mücdələ”- demişdir».
İndi isə peyğəmbərin həyat yoldaşı Xədicənin onu və Allahın dinini necə dəstəklədiyini Allahın elçisinin (s.a.v.) özündən eşidək. O, belə buyurmuşdur: «O, insanların küfr etdiyi zaman iman gətirmiş, insanların məni təkzib etdikləri zaman mənə dəstək vermiş və insanların məni öz mal-dövlətindən məhrum etdikləri zaman məndən öz var-dövlətini əsirgəməmişdir».
“Xədicə (Allah ondan razı olsun!) Allah və Rəsuluna inanan və dediklərini təsdiq edən ilk insan olmuşdur. Bununlada Allah peyğəmbərə təskinlik vermişdir. Allahın elçisi (s.a.v.) ona qarşı çıxmaq kimi sevmədiyi bir şey eşitdiyi zaman o, onu təsbit edər və insanların bu kimi əməllərini onun gözündə yüngülləşdirərdi”.
Xədicə (Allah ondan razı olsun!) möhtəşəm mömin, əməli saleh qadın nümunəsi və mömin qız və qadınların özlərinə rəhbər, öndər edə biləcək layiqli və ən münasib rəhbər olmuşdur. Allah ona qəni-qəni rəhmət eləsin!

Möminlərin anası Aişə Siddiq qızı
(Allah ondan razı olsun!)

O, peyğəmbərin (s.a.v.) həyat yoldaşları içərisində ən çox sevdiyi və onlar arasında peyğəmbər haqqında daha çox məlumata malik qadın idi. O, (Allah ondan razı olsun!) islam təlimini mükəmməl bilənlərdən biri idi.
Əz-Zuhri onun haqqında demişdir: “Əgər Aişənin və bütün möminlərin analarının, eləcədə bütün qadınların elmi bir araya gətirilsə Aişənin elmi daha üstün olar”.
Allah razı olmuş həyatda zahid (tərki dünya), dünyəvi hislərdən uzaq bir qadın idi. İbn Səd Ummu Durrədən belə rəvayət edir: «Aişənin yanına yüz minlə gəldim. O, pulu ehtiyacı olanlara payladı. Həmin gün oruc tutmuşdu. Ona dedim: “Payladığın puldan bir dirhəmə ət alıb iftar edə bilməzdinmi?” O, isə: “Yadıma salsaydın edərdim”- dedi».
Hişam bin Urva əl-Qasim bin Məhəmməddən belə rəvayət edir: «İbn əz-Zubeyrin: “Ömrümdə Aişə və Əsmadan daha comərd qadın görmədim. Onların comərdliyi müxtəlifdir. Aişəyə gəlincə o, əlinə gələni yığar, müəyyən həddə çatdıqdan sonra lazımi yerə sərf edərdi”- dediyini eşitdim».
Allahın elçisi (s.a.v.) Aişənin (Allah ondan razı olsun!) fəziləti, üstünlüyü barəsində: «Aişənin digər qadınlarda üstünlüyü sərid yeməyinin digər yeməklərdən üstünlüyü kimidir»- buyurmuşdur.

Möminlərin anası Zeynəb Cəhş qızı
(Allah ondan razı olsun!)

O, Allahın elçisinin (s.a.v.) əmisi qızı və peyğəmbərin (s.a.v.) kəməkçisi Zeydin arvadı olmuşdur. Zeyd onu boşadıqdan sonra Allah təbarəkə və taala Quran ayəsilə şahidsiz, vəlisiz (cavabdeh şəxs-tərc.) onu öz peyğəmbəri ilə evləndirmişdir.
O, (Allah ondan razı olsun!) əməli saleh, Allahdan qorxan, sadiq qadın olmuşdur. Bütün bunlara şahid olan möminlər anası xanım Aişə onun barəsində bunları söyləmişdir: “Zeynəb olduqca bacarıqlı qadın idi. O, dəri aşılayar, emal edər, Allah yolunda sədəqə verərdi… O, tərifə layiq, saf, dindar, yetimlərin və kimsəsizlərin sığınacaq yeri kimi dünyasını dəyişdi”.
Həmçinin Müslimin “əs-Səhih” əsərində möminlər anası Aişədən rəvayət olunmuşdur: «Zeynəb Cəhş qızı mənimlə Allah elçisi –səlləllahu aleyhi və səlləm- yanında hansımızın daha yüksək mərtəbəyə malik olmağına görə rəqabət aparırdı. Mən Zeynəbdən yaxşı, Allahdan daha çox qorxan, düz danışan, qohum-əqraba ilə daha yaxşı münasibətdə olan və daha çox sədəqə verən qadın görmədim. allah ondan razı olsun».
Rafi qızı Bərzə demişdir: «Günlərin birində Ömər Zeynəbə öz payını göndərir”. Zeynəb: “Allah Öməri bağışlasın, bu paya başqaları məndən daha çox möhtacdır”- deyir. Ona bildirirlər ki, hamısı sənindir.
O: “Subhənallah”- deyib hicabını geyərək deyir: “Boşaldın, üzərinədə bir parça atın”. Sonra isə özü bu payı qohum-əqrabası və kimsəsizlər arasında bölməyə başladı. Artıq qalanını da mənə verdi. Qalıq səksən beş dirhəm idi. Sonra əllərini göyə qaldıraraq: “Ey Allahım mənə bu ildən sonra Ömərin payını almağı qismət eləmə”- dedi».
Beləliklə o, növbəti ilin payına yetişmədən vəfat etdi. Allah rəhmət eləsin.

Möminlərin anası Ummu Həbibə Rəmlə Əbu Sufyan qızı
(Allah ondan razı olsun!)

O, Allahın elçisinin (s.a.v.) əmisi qızı və həyat yoldaşıdır. Allah razı olmuş sadiq, islam dininə və təliminə son dərəcə bağlı və onları hər şeydən, hətta özünə ən yaxın, doğma olanlardan belə üstün nəcib qadın idi.
Əz-Zuheyridən rəvayət olunur ki: «Əbu Sufyan (Rəmlənin atası, o zaman kafir idi) Mədinəyə gəldiyi zaman Peyğəmbər (s.a.v.) Məkkəni fəth etmək istəyirdi. Əbu Sufyanla atəşkəsi uzatmaq üçün söhbət edir. Bu təkliflə razılaşmayan Əbu Sufyan ayağa qalxaraq qızı Ummu Həbibənin yanına gəlir. O, peyğəmbərin (s.a.v.) yatağı üzərində oturmaq üçün ona tərəf gəldiyi zaman qızının kəskin etirazı ilə üzləşir. Bundan təəccüblənən Əbu Sufyan: “Ey qızım bu yatağı məndən, yoxsa məni ondan çox istəyirsən?”- deyir. Qızı isə öz növbəsində: Bəli, bu Allah elçisinin yatağıdır, sən isə murdar müşrikin birisən- deyir».
Allah razı olmuş vəfatından əvvəl möminlərin analarına xəbər göndərmiş, bəlkə onunla onlar arasında kin-kudurət və s. kimi xoşa gəlməz halların olmasından ehtiyat edərək onlardan halallıq istəmişdir. Bu onun güclü təqvaya, Allah qorxusuna malik olmasından irəli gəlirdi.
Avf bin əl-Haris Aişədən (Allah ondan razı olsun!) eşitdiklərini belə rəvayət edir: «Ummu Həbibə vəfat etdiyi zaman məni çağırdı və dedi: “Ola bilsin ki, aramızda bir kişiyə məxsus qadınlar arasında baş verə biləcək bəzi xoşa gəlməz hallar olmuş olsun. Allah bizim belə səhvlərimizi bağışlasın”. Mən isə ona: “Allah bütün bunları sənə bağışlasın və halal etsin”- dedim. O, öz növbəsində: “Məni sevindirdin, Allah da səni sevindirsin”- dedi.
O, Ummu Sələməyə də xəbər göndərmiş, ona da bu sözləri demişdir».

Əbu Bəkr əs-Siddiq qızı Əsma
(Allah hər ikisindən razı olsun!)

O, Allah elçisinin (s.a.v.) dostu Əbu Bəkr əs-Siddiqin (Allah ondan razı olsun!) qızı və möminlər anası Aişənin atadan doğma bacısıdır.
Allah razı olmuşu həm də “zat ən-nitaqeyn”- iki kəmərli, iki qurşaqlı- kimi çağırırdılar.
Əl-Buxarinin rəvayətinə görə o, Allahın elçisi (s.a.v.) Əbu Bəkr əs-Siddiq ilə Məkkədən Mədinəyə hicrət etdiyi gün ona yemək-içmək apararkən kəmərini iki parçaya bölərək istifadə edir. Onun bu hərəkətini görən peyğəmbər ona “zat ən-nitaqeyn” ləqəbini verir.
Əsma (Allah ondan razı olsun!) öz həyat yoldaşının yanında böyük yüksək mövqeyə malik olmuşdur. O, əməllərinin qarşılığını Allahdan umaraq onunla bərabər kasıblığa, qıtlığa dözmüşdür. O, tanınmış, varlı tacir Əbu Bəkr əs-Siddiqin qızı idi. Ata evindən ər evinə köçür və onun qulluğunda oturur, ehtiyaclarını ödəyir. Hansı ki, bundan öncə ona qulluq olunar, ehtiyacları ödənilərdi.
Bütün bunlar bizə imam Müslimin “əs-Səhih” əsərində Əsma Əbu Bəkr əs-Siddiq qızından olan rəvayətdə izah edilir: «Zubeyr mənimlə evləndiyi zaman nə mal-dövlətə sahib idi, nə də xidmətçisi var idi. O, bir atdan başqa heç nəyə malik deyildi. Mən onun atını yemləyər, qulluğunda durar, idarə edər, dəvəsi üçün xurma çəyirdəklərini üyüdər, onu yemləyər, Zeydin paltarlarını tikər, xəmir yoğurardım. Çörək bişirməyi yaxşı bacarmadığımdan mənim üçün bu işi ənsar qonşularım görərdilər. Onlar çox yaxşı, sadiq qadınlar idi. Həmçinin mən, Zubeyrin Allahın elçisi (s.a.v.) tərəfindən ona ayrılmış sahəsi Fərsəxin üçdə ikisini təşkil edən ərazisindən xurma çəyirdəklərini başım üzərində daşıyırdım.
Əsmanın (Allah ondan razı olsun!) növbəti dəfə səbr etməsi o, Məkkədə ikən atası Əbu Bəkr əs-Siddiqin (Allah ondan razı olsun!) bütün var-dövlətini götürərək Məkkəni tərk etməsi zaman müşahidə olunur. Belə ki, o, səbr edərək babasına heç nəyi hiss etdirmir.
İbn Hişam “əs-Sira” və eləcədə əz-Zəhəbi “Siyər ələm ən-Nubəla” əsərində İbn İshaqa istinadən bildirmişlər ki, Əsma (Allah ondan razı olsun!) bunları söyləmişdir: «Peyğəmbər –səlləllahu aleyhi və səlləm- Məkkədən çıxdığı zaman Əbu Bəkr (Allah ondan razı olsun!) altı-yeddi min civarında olan bütün mal-dövlətini özü ilə götürdü. Bu hadisələrdən sonra gözərinin nurunu itirmiş babam Əbu Quhafə bizə gəldi və həzrəti Əbu Bəkrə (Allah ondan razı olsun!) eyham vuraraq: “Bu sizi var-dövləti və canı ilə pərişan etdi”- dedi. Mən isə: “Əsla, o, bizim üçün çoxlu faydalı şeylər qoyub gedib”- dedim.
Niyyətimdə daşları tutmuşdum. Bu niyyətlə daşlara tərəf getdim və onları evin bir küncünə yığaraq üzərinə bir parça atdım. Sonra onun əlindən tutaraq parçanın üzərinə qoydum və dedim: “O, bizim üçün bunları qoyub gedib”. O, isə öz növbəsində: “Bunları qoyub gedibsə çox yaxşı”- dedi».
Allah razı olmuş əməli saleh, səbrli olması ilə yanaşı daim özünü günahkar hesab edər, təvazöarlıq nümayiş etdirərdi.
İbn Səd Əbu Məlikəyə isnadən belə rəvayət etmişdir: Əsma başı ağrıdığı zaman əlini başına qoyub: “Mənim öz günahımdır. Allahın bağışladığı isə daha çoxdur- deyərdi”.
Allah razı olmuş belə deməklə sadəlik, təvazökarlıq, səhvini etiraf etmək və bir daha ona qayıtmamaq kimi yüksək əxlaqi dəyərləri özündən başqalarına aşılayırdı. Çünki Allah təbarəkə-taala: «Sizə üz verən hər bir müsibət öz əllərinizlə qazandığınız günahların [etdiyiniz əməllərin] ucbatındandır!…»- buyurmuşdur.
Əsma (Allah ondan razı olsun!) sadə həyat sürməsinə rəğmən çox əliaçıq, comərd,varını möhtaclardan əsirgəməyən, səxavətli bir qadın idi.
İbn Səd Usamə bin Zeyddən, o da Məhəmməd bin əl-Munkədirdən rəvayət etmişdir ki: “Əbu Bəkrin qızı Əsma verdiyinə peşiman olmayan qadın idi”.
Hişam bin Urva əl-Qasim Bin Məhəmməddən İbn əz-Zubeyrin bu sözləri deməsini eşitmişdir: «Ömrümdə Aişə və Əsmadan daha comərd, daha əliaçıq qadın görmədim. Onların comərdliyi müxtəlifdir. Aişə əlinə gələni yığar, müəyyən həddə çatdıqdan sonra lazımi yerə sərf edərdi. Əsmaya gəlincə o, sabaha bir şey saxlamazdı».
Müslimin “əs-Səhih” əsərində Əbu Bəkrin qızı Əsma (Allah hər ikisindən razı olsun!) haqqında belə bir rəvayət də öz əksini tapmışdır: «O, Peyğəmbərin yanına gələrək deyir: “Ey Allahın peyğəmbəri mən Zubeyrin mənə verdiklərindən savayı bir şeyə malik deyiləm, mənə gələn gəlirdən çox az sədəqə verməyimdə bir qəbahət varmı?” Allahın elçisi cavabında: “Bacardığın qədər ver, olanı verməkdən çəkinmə, əks halda Allah da sənə verməz”- dedi».
Beləcə Allah razı olmuş hətta çox az şeyə malik olduğu zaman belə səxavət, fədakarlıq nümayiş etdirən nümunəvi qadın olmuşdur.

Ummu Səlim Məlhan qızı
(Allah ondan razı olsun!)

O, Məlhan bin Xalid bin Zeyd bin Hiram Cundub bin Amir bin Udey bin ən-Nəccarın qızı Ummu Səlim ər-Rumeysadır. Ənsarlardandır, Xəzrəc qəbiləsinə mənsubdur.
O, əri tərəfindən müqavimətlə rastlaşan ilk qadınlardan olmuşdur. Belə ki, onun əri Malik evə döndüyündə onun islamı qəbul etdiyini bildiyi zaman hiddətlənir, qan beyninə vurur və ona həddən artıq əsəbi halda: “Küfürmü etdin?”- deyir. O, isə cavabında qəti olaraq tam əminliklə: “Küfür etmədim, lakin iman gətirdim”- deyir. Bu arada o, oğlu Ənəsə “lə ilahə illəllah, Muhəmmədən rəsulullah” deməsini öyrədirdi. Ənəs də anasının dediklərini yerinə yetirirdi. Atası ona: “Oğlumu pis yola sövq etmə, onu məndən uzaqlaşdırma”- deyir. O, isə: “Mən onu pis yola sövq etmirəm”- cavabını verir. Arvadının “əşhədu ən lə ilahə illəllah və əşhədu ənnə Muhəmmədən rəsulullah” kəliməsini israrla, kəskinliklə təkrar etməsini eşidən Malik qəzəbli halda evdən çıxır. Bu hadisədən az sonra onunla rastlaşan düşmənlərindən biri onu qətlə yetirir. Ərinin qətlə yetirilməsindən xəbər tutan Ummu Səlim səbrlə: “Qəti şəkildə bildirirəm ki, Ənəs özü döşü buraxmayana qədər onu süddən kəsməyəcək və onun razılığı olmadan evlənməyəcəyəm”- deyir.
Günlərin birində Ənəsin anası Allah elçisinin (s.a.v.) yanına gələrək utana-utana oğlunu onun yanında qulluqçu qoymaq niyyətində olduğunu bildirir. Onun bu təklifini gülər üzlə qarşılayan Allah elçisi (s.a.v.) ona heçnədən narahat olmamağı tövsiyə edir.
Günlər keçir camaat Ənəs bin Malik və anasından heyranlıqla, şərəf hissi duyaraq söhbət açır. Olub keçənlərdən xəbərdar olan Əbu Təlha Ummu Səlim ilə evlənmək qərarına gəlir. Bu məqsədlə o Ummu Səlimə yüksək dəyərli mehr təklif edir. Lakin gözləmədiyi halda Ummu Səlimin: “Müşriklə evlənməyə məcbur deyiləm. Ey Əbu Təlha, sizin ilahların filankəsin ailəsi tərəfindən düzəldildiyini bilmirsinizmi? Əgər onları oda atsanız yanıb kül olar”- deməklə izzət, comərdlik və müdriklik nümayiş etdirərək bütün bunları rəd etməsi onu heyrətləndirir, dili tutulur.
Əbu Təlha güclü sıxıntı keçirərək geri dönür. O, görüb eşitdiklərinə inanmaq istəmir. Ertəsi gün o, Ummu Səlimin yumşalmasına və təklifini qəbul etməsinə nail olmaq məqsədi ilə ona daha böyük mehr və bolluq içində firavan, rahat həyat vəd edir. Lakin dəvətçi, çox anlayışlı və zəkalı qadın olan Ummu Səlim, dünyanın onun gözləri qarşısında var-dövlət, şan-şöhrət və gənclik kimi üstünlükləri ilə sanki rəqs etməsinə rəğmən qəlbindəki islam qalasının dünyanın hər cür xoşbəxtliyindən, naz-nemətindən üstün olduğunu hiss edir. O, yüksək ədəblə: “Ey Əbu Təlha and olsun Allaha ki, sənin kimisi ələ düşməz, lakin sən kafirsən mən isə müsəlman qadınam. Mənə səninlə evlənmək olmaz. Sənin müsəlman olmağın, islam dinini qəbul etməyin mənim mehrimdir. Səndən başqa şey istəmirəm”- deyir.
Bu sözlər onu dəhşətə gətirərək məğlub edir. Beləliklə Ummu Səlim onun qəlbini bütünlüklə ələ almağı bacarır. Əlbəttə ki, o, var-dövlət və s. kimi dünyəvi ehtiyaclar qarşısında əyilən oyunbaz qadınlardan deyildi. O, özünü təsdiq etmiş ağıllı qadın idi. Əbu Təlha ona həyat yoldaşı, övladlarına isə ana ola biləcək ondan daha yaxşısını tapa bilərdimi??!
Beləliklə o, özündən asılı olmadan: “Mən də sənin qəbul etdiyin dini qəbul etdim, “əşhədu ən lə ilahə illəllah və əşhədu ənnə Muhəmmədən rəsulullah”- deyir.
Allahın Əbu Təlhanı onun vasitəsi ilə hidayət etməsindən yüksək fərəh hissi duyan Ummu Səlim üzünü oğlu Ənəsə tutaraq: “Ey Ənəs qalx ayağa Əbu Təlhanı evləndir (kəbinini kəs)”- deyir. Ənəs anasının tələbini yerinə yetirir. Bununla Ummu Səlimin mehri özünün tələb etdiyi kimi ərinin islam dinini qəbul etməsi olur.
Sabitin Ənəsdən rəvayət etdiyi hədisdə deyilir: “Ömrümdə Ummu Səlimdən daha qiymətli mehrə sahib qadın görmədim. Onun mehri islam dini idi”.
Ummu Səlim ərinin təlabatını ən yüksək şəkildə ödəyən əməli saleh nümunəvi qadın, eləcə də nümunəvi şəfqətli ana və mükəmməl dəvətçi, tərbiyəçi olmuşdur.
Beləliklə Əbu Təlha əziz həyat yoldaşının vasitəsilə islam dinini qəbul edərək peyğəmbər bulağından faydalananlar cərgəsinə qoşulur və Ummu Səlimə layiqli ər olur.
Uca Allah bu cütlüyə bir oğlan uşağı ehsan edir. Onlar onun gəlişinə həddən artıq sevinirlər və xoş-hal olurlar. Uşaqdan və hərəkətlərindən xüsusi həz alan ata-ana onu Əbu Umeyr adlandırır. Əbu Umeyrin bir quşu var idi. O, onunla oynayardı. Günlərin birində bu quş ölür. Bu hadisədən bərk kədərlənən Əbu Umeyr ağlayır. Allahın elçisi (s.a.v.) onun yanından keçərkən könlünü almaq və təsəlli vermək məqsədilə zarafatla deyir: “Ey Əbu Umeyr, nə etdi nuğeyr ?”- deyir.
Uca Allah onları bu gözəl, sevimli uşaqla imtahana çəkmək istəyir. Mömin ər-arvadın imtahanı əziz körpələri Əbu Umeyrin xəstələnməsi ilə başlayır. Ata-ananın başı ona qarışır. Atası Əbu Təlha bazardan qayıtdığı zaman ev əhlini salamladıqdan sonra dərhal oğlunun səhhəti barəsində soruşardı və onu görməyənə qədər rahatlıq tapmazdı.
Bir gün Əbu Təlha növbəti dəfə məscidə getmək məqsədi ilə evdən çıxır. Bu ərəfədə uşaq ölür. Səbirli mömin ana bu hadisəni razı, səmimi əhval ruhiyə ilə qarşılayır. O: “İnnə lilləhi və innə ileyhi raciun” - deyərək uşağı yatağındaca bükür. Ailəsinə də israrla tapşırır ki, məndən öncə Əbu Təlha ilə oğlu barəsində söhğət etməsinlər.
Əbu Təlha qayıtdığı zaman Ummu Səlim gözərindən rəhmət, şəfqət yaşlarını silmiş, ərini qarşılamaq və onun adət halını almış sualına cavab vermək üçün əhval-ruhiyyəsini bərpa etmişdir.
Əbu Təlha: “Oğlum nə edir, necədir?”- soruşur.
Ummu Səlim: “O, indi ən sakit vəziyyətdədir”- deyir.
Əbu Təlha elə zənn edir ki, o, yaxşılaşmış, sağalmışdır. Uşağın sakit və rahat olmasına sevinir, onun sakitliyini pozmamaq üçün ona yaxınlaşmır. Bütün bunlardan sonra Ummu Səlim ona şam yeməyini verir. Əbu Təlha yeyib içir. Ona əvvəlkindən daha yaxşı qulluq edən Ummu Səlim ən gözəl paltarını geyinir, bəzənib-düzənir, ətirlənir və onunla yatır. Əbu Təlha Təlha onunla cinsi əlaqədə olur.
Ummu Səlim onun doyduğunu və onunla cinsi əlaqədə olduğunu gördükdən sonra belə, söz açmır, gözləyir o, dərin yuxuya dalır. Gecənin sonunda ona deyir: “Ey Əbu Təlha əgər bir qövm (xalq, camaat) bir evə əmanət verərsə və sonra öz əmanətini geri istəyərsə ev sahiblərinin həmin əmanəti geri verməməyə haqları varmı?” Əbu Təlha: “Xeyir”- deyir.
Ummu Səlim:
-Bəs onda istifadə etdikləri həmin əmanəti onlardan geri almaq istəyən sahibi böyük çətinliklə üzləşərsə, buna nə deyirsən?
Əbu Təlha:
-İnsafsız davranmış olarlar.
Ummu Səlim:
-Oğlun Allahın əmanəti idi, geri götürdü. Oğlunu itirməyinlə barış, savabını Allahdan gözlə.
Əbu Təlha: “İnnə lilləhi və innə ileyhi raciun”- deyərək Allaha həmd edir.
Ertəsi gün Əbu Təlha Allah elçisinin (s.a.v.) yanına gələrək olub keçənləri ona danışır. Allahın elçisi (s.a.v.): “Allah gecənizə bərəkət versin”- deyir.
Həmin gecə Ummu Səlimin Abdullah bin Əbu Təlhaya hamilə qaldığı gecə idi. O, körpəsini də gecə vaxtı dünyaya gətirir. Uşağı Ənəs ilə Allah elçisinin (s.a.v.) yanına göndərir. Ənəs Allah elçisinə: “Ummu Səlir bu gecə körpəsini dünyaya gətirdi”- deyir. Allahın elçisi (s.a.v.) bir neçə xurmanı çeynəyib barmağı ilə təzə doğulmuş uşağın ağzına sürtür.
Ənəs: “Ey Allahın elçisi Ona ad qoy”- deyir. Allah elçisi cavabında: “O, Abdullahdır”- deyir.
Hədisin sənədində iştirak edən (məlumatı araşdıran) Ubabə deyir: “Mən həmin oğlanın hər biri Quranı başa çıxmış (xətm etmiş) yeddi oğlunu görmüşəm”.
Bu kamil qadın və mömin ərinin qəhrəmanlığı üzündən Allah onlar barəsində ayə nazil etmişdir ki, insanlar onu oxumaqla Allaha ibadət etmiş oluolar.
Əbu Hureyrə (Allah ondan razı olsun!) belə buyurmuşdur: “Günlərin birində bir kişi Allah elçisinin (s.a.v.) yanına gələrək: “Mən acam”- deyir. Allah elçisi onu arvadlarından bəzilərinin yanına göndərir. Onlardan biri: “Həqiqətən səni göndərən Allaha and olsun ki, sudan başqa heç nəyim yoxdur”- deyir. Sonra digərinin yanına göndərir. O, da eyni sözləri təkrarlayır. Bir sözlə Allah elçisinin bütün qadınları eyni sözü deyir. Allahın elçisi (s.a.v.): “Bu kişini qonaq aparanın üzərinə Allahın rəhməti olsun”- deyir.
Ənsarlardan olan Əbu Təlha adlı bir kişi ayağa qalxaraq: “Mən apararam ey Allahın elçisi”- deyir. O, kişini evinə gətirir. Arvadından: “Bir şeyin varmı”- soruşduqda, onun: “Uşaqların yeməyindən başqa heç nəyim yoxdur”- cavabını alır.
Əbu Təlha arvadına: “Uşaqların başını bir şeylə qarışdır və yatızdır. Qonaq içəri daxil olduğu zaman özünü elə göstər ki, biz də şam edirik. Qonaq əlini uzadıb yemək yeyərkən ayağa qalx guya ki, çırağı düzəldirsən, onu söndür”- deyir. Ummu Səlim ərinin dediyi kimi də edir. Onlar otururlar, qonaq isə yeməyini yeyir. Beləliklə ər-arvad ac yatırlar. Səhər açıldığı zaman Əbu Təlha Allah elçisinin (s.a.v.) yanına gəlir. Allah elçisi (s.a.v.): “Allah filan kişi və filan qadına təəccüb etdi (və ya güldü)”- deyir.
Digər rəvayətdə bu hədis belə varid olmuşdur: “Allah sizin bu gecə qonağa etdiklərinizə təəccübləndi”.
Başqa hədisdə: “Allah «…özləri ehtiyac içində olsalar belə, onları özlərindən üstün tutarlar…» ayəsini nazil etdi”- deyilir.
Fərəhindən özünü ələ ala bilməyən Əbu Təlha arvadına Allahın onlar barəsində ayə nazil etməsi xəbərini vermək və onu sevindirməyə, rahatlaşdırmağa tələsir.
Beləliklə Ummu Səlim Allah elçisinin –səlləllahu aleyhi və səlləm- yanında yüksək mərtəbəyə malik bir qadın idi. O, Ummu Səlimin evindən başqa heç bir evə girməzdi. Allahın salamı və salavatı olmuş peyğəmbəri onu cənnətlə mücdələyərək demişdir: “Cənnətə girəcəkdir!”. Bu səsi qəflətən qulağı çalan Ummu Səlim: “Kimdir cənnətə girən?”- deyir. Ona bildirirlər ki, bu ər-Rumeysa Məlhan qızı Ənəs bin Malikin anasıdır.
Bütün bunlar sənə halal olsun ey Ummu Səlim. Sən səmimi nəsihət verən, əməli saleh qadın, elmli dəvətçi və uzaq görən tərbiyəçi anasan. Sən oğlunu hələ on yaşında ikən dünyanın tanınmış olduğu ən möhtəşəm mədrəsəyə, peyğəmbər məktəbinə daxil etmisən. Sənə halal olsun,... sənə halal olsun!

Ummu Sələmə

Ummu Sələmə, bilirsənmi kimdir, Ummu Sələmə?!
Atası Məxzum qəbiləsinin tanınmış ağalarından, ərəblərin nadir cəngavərlərindən biridir. Hətta onun haqqında deyərdilər: «O, müsafirlərin ərzaq təminatçısıdır». Beləki, onun mülkündən keçən və ya ona qonaq olan müsafirlər özlərilə yol azuqəsi götürməzdilər.
Əri Abdullah ibn Əbdül Əsəddir ki, İslamı qəbul edən ilk on nəfərdən biridir. Ona qədər yalnız Əbu Bəkr Siddiq və az miqdarda adam müsəlman olmuşlar. Onları da barmaqla saymaq olardı.
Adı Hinddir. Künyəsi Ummu Sələmədir. Bu künyəsiylə də tanınır.
Ummu Sələmə əriylə birgə İslamı qəbul etdi. İlk müsəlman qadınlardan biri idi.
Ummu Sələmənin və ərinin İslamda olması xəbəri yayılan kimi Qüreyşin təlatümü başladı. Onları başqalarına dərs olsun deyə söyüb danladılar. Elə sözlər deyirdilər ki, qayalar belə titrəyirdi. Onlarsa zəifləmədilər, qorxmadılar və heç tərəddüd belə etmədilər.
Verilən əzab və əziyyət son həddə çatdıqda Peyğəmbər (s.a.v.) onlara mühacirlərin ilk sırasında Həbəşistana getmək icazəsi verdi. Ummu Sələmə Məkkədə təmtəraqlı bir imarət, şan-şöhrət, tanınmış əsil-nəcabət qoyaraq bütün bunların əvəzinə Allahdan mükafat və Onun rizasını qazanmaq diləyilə qürbət həyatı sürdülər.

Ummu Sələmənin və onun yol yoldaşlarının Həbəşistanda Allahın Cənnətə sakin etdiyi və üzünə nur saldığı Nəcaşidən hər cür hörmət və qayğı görmələrinə baxmayaraq vəhy vətəni olan Məkkənin şövqində idilər. Onlar hüda mənbəyi olan Allah Peyğəmbəri üçün də darıxırdılar. Onun və ərinin ürəyi bu şövqlə yanırdı.
Həbəşistana çatan xəbərlərdən aydın oldu ki, Məkkədə müsəlmanların sayı getdikcə artır. Həmzə ibn Əbdül Müttəlibin və Ömər ibn Xəttabın müsəlman olması onların gücünü artırmışdı, Qüreyşin təzyiqini müəyyən qədər zəiflətmişdi. Mühacirətdə olanlardan bir dəstə Məkkəyə qayıtmaq qərarına gəldi. Şövq və vüsal hissi onları çəkirdi.
Ummu Sələmə və əri geri dönənlərin başında idilər.
Lakin tezliklə geri dönənlərə aydın oldu ki, onlara çatan məlumatlar mübaliğəli imişlər. Həmzə və Ömərdən sonra müsəlmanların irəli atdıqları hər addım Qüreyşin daha şiddətli müqavimətiylə qarşılaşdı.
Müşriklər müsəlmanlara əzab vermək, onları incitmək, ən pis əziyyətlərə məruz qoymaq və əvvəllər heç görmədikləri pislikləri etmək işində çox ustalaşmışdılar.
Belə olduqda Peyğəmbər (s.a.v.) müsəlmanlara Mədinəyə hicrət etmək icazəsi verdi. Ummu Sələmə və əri öz dinlərini qoruyaraq və Qureyşin əziyyətlərindən xilas olaraq hicrət edənlərin ön sırasında idilər.
Lakin Ummu Sələmənin və ərinin səfəri heç də onların düşündükləri qədər asan olmadı. Bu hicrət son dərəcə ağrılı-acılı oldu, bu səfər ağla batmaz bir faciə ilə müşayət olundu.
İndi də sözü Ummu Sələməyə verək ki, öz faciəsindən danışsın.
Onun keçirtdiyi hisslər çox dərin, yaratdığı təsəvvür çox aydın və hərtərəflidir.
Ummu Sələmə deyir:
«Əbu Sələmə Mədinəyə getmək qərarına gəldi. Bunun üçün dəvəni hazırladı. Məni dəvəyə mindirdi. Övladımız Sələmədə qucağımda idi. O heç nəyə baxmadan qatırın cilovundan yapışaraq irəli keçdi.
Məkkəni tərk etməmişdən biz mənim mənsub olduğum Bəni Məxzum qəbiləsinin adamları ilə üzləşdik. Onlar qabağımızı kəsib Əbu Sələməyə dedilər:
-Öz həyatını puç edirsən, bəs bu arvadın günahı nədir?
O bizim qızımızdır. Nə üçün onu özünlə götürüb bizdən ayıraraq başqa ölkəyə gedirsən?!
Onlar Əbu Sələmənin üstünə atıldılar və məni ərimin qəbiləsi olan Bəni Əbdül Əsəd gördü. Onlar görəndə ki, məni və oğlumu Əbu Səlmənin əlindən aldılar bərk qəzəbləndilər və dedilər:
-Yox, vallah, biz uşağı sizin qızınızın yanında qalmağa qoymarıq, siz onu öz ərindən ayırmısınız. O bizim oğlumuzdur, biz onu müdafiə edəcəyik.
Onlar uşağı dartışdırmağa başladılar. Uşağın bir qolunu parçaladılar, gözümün qarşısında onu yaralı halda özləri ilə apardılar. Bir an özümün tək-tənha, qolu-qanadı qırılmış bir vəziyyətdə gördüm. Ərim canını və dinini xilas edərək Mədinəyə üz tutdu. Yaralı oğlumu Bəni Əbdül Əsəd qəbiləsi aparıb gizlətdi. Məni isə qəbiləm Bəni Məxzum apardı. Mən onlarla qaldım. Məni ərimdən və oğlumdan ayırdılar, bu ayrılıq bir ilə qədər davam etdi. Hər səhər mən faciəm baş vermiş yerə gəlir, orada otururdum, mənim, ərim və oğlumun başına gələnləri xatırlayırdım. Səhərdən axşama qədər günüm ağlamağla keçirdi.
Bir ilə qədər biz bu vəziyyətdə qaldıq. Bir gün əmi oğullarımdan biri yanıma gəldi, mənim halımdan xəbərdar oldu, mənə rəhmi gəldi və qəbiləmə dedi:
-Bu yazığı niyə buraxmırsınız? Onu ərindən və uşağından ayırmısınız.
Nəhayət onların ürəyi yumşaldı və rəhmə gəlib mənə dedilər:
-İstəyirsən ərinin yanına get.
Lakin mən necə oğlumu, ciyər paramı Məkkədə Bəni Əbdül Əsədin əlində qoyub Mədinəyə ərimin yanına gedə bilərdim! Mənim bu narahatçılığım necə sakitləşə bilərdi, Gözümün yaşf necə quruya bilərdi. Mən hicrətdə, körpə oğlum Məkkədə, onun haqqında heç nə bilmirdim!!
Bəziləri mənim nə qədər acılar çəkdiyimi, qəm və kədərə qərq olduğumu gördülər, mənə yazıqları gəldi, ürəkləri parçalandı. Onlar Bəni Əbdül Əsədlə mənim barəmdə danışdılar. Onların da mənə rəhmi gəldi və uşağı mənə qaytardılar. Mən mənimlə Məkkəyə səfərə çıxa biləcək bir şəxsi axtarmaq üçün Məkkədə qalıb gözləyə bilməzdim. Qorxurdum ki, gözlənilməz bir hadisə baş verər və ərimlə görüşümə mane olar. Buna görə dəvəni yola hazırlamağa başladım. Oğlumu qucağıma alıb yola çıxdım Mədinəyə əriminn yanına üz tutdum. Tək-tənha idim, heç kəs yanımda yox idi. Məkkə yaxınlığını Tənim adlı yerə çatanda Osman ibn Təlha ilə rastlaşdım. O soruşdu:
-Yolçuların təminatçısının qızı hara gedir?
-Mədinəyə, ərimin yanıma getmək istəyirəm.
-Səninlə heç kəs getmir?
-Yox, Vallah, mənimlə olan yalnız Allahdır, bir də bu körpə uşaq.
-Yox, Vallah, səni tək qoymaram. Özüm səni Mədinəyə çatdıraram.
Allaha and olsun mən ərəblər arasında ondan nəcib və şərafətli bir kişi görmədim. Bir mənzil başına çatanda dəvəmi otuzdurar, gözləyərdi ki, mən dəvənin belindən düşüm, sonra dəvənin yükünü yerə qoyub onu ağac kölgəsinə aparıb bağlayardı.
Bundan sonra məndən aralanıb başqa bir ağac kölgəsində yerə uzanardı. Səfər vaxtı çatanda dəvəni yenidən hazırlayar və mənə verərdi. Sonra mənim dəvəyə miniyimi gözləyib deyərdi:
-Min!
Mən minib dəvənin belində rahatlanandan sonra gəlib cilovu tutardı və dəvəni aparardı. Mədinəyə çatana kimi hər gün mənimlə bu cür davranardı. Mədinə yaxınlığındakı Quba kəndində Bəni Əmr ibn Aufun adamları arasında axtarıb ərimi tapdı və mənə dedi:
-Ərin bu kənddədir. Allahın xeyir və bərəkətilə qal!
Bundan sonra o, Məkkəyə qayıtdı».
Parçalanmış bir ailənin üzvləri uzun ayrılıqdan sonra birləşdilər. Ummu Sələmənin gözləri ərini görəndə yaşardı. Əbu Sələmə də arvadını və uşağını görüb çox sevindi. Bundan sonra hadisələr inkişaf edərək bir göz qırpımında dəyişilirdilər.
Əbu Sələmə Bədr döyüşündə iştirak edib böyük zəfərlə bütün müsəlmanlarla birlikdə qayıtdı.
Uhud döyüşündə ən qızğın çağında iştirak etdi, qəhrəmanlıq göstərdi. Lakin bu döyüşdən sonra ağır yaralı halda qayıtdı. Onu müalicə etdilər, sanki yaralar sağalırdı. Lakin bu zahirən belə idi. Daxildən isə yara ağır idi. Tezliklə yaralar açıldı və Əbu Sələmə yatağa düşdü. Əbu Sələmə yaraları müalicə edilə-edilə arvadına dedi:
-Ya Ummu Sələmə, mən Peyğəmbərin (s.a.v.): «Birinə bir müsibət baş verəndə deyilməlidir: “İnnə lilləhi və innə ileyhi raciun”» (Biz Allaha məxsusuq və Ona da qayıdırıq). Pərvərdigara, mənim bu müsibətimi də nəzərə al. Pərvərdigara, məndən sonra ona (arvada-tərc.) məndən daha yaxşı olanı qismət elə.
Allah onu da qismət elədi.
Əbu Sələmə bir neçə gün yataqda qaldı. Bir gün səhər vaxtı Peyğəmbər (s.a.v.) onun yanına gəldi. Peyğəmbərin (s.a.v.) ziyarəti bitməmişdi ki, o hələ qapı ağzında olarkən Əbu Sələmə həyatla vidalaşdı. Peyğəmbər (s.a.v.) mübarək əlləriylə öz dostunun gözlərini yumdu. Peyğəmbər (s.a.v.) əllərini göyə qaldırıb dedi:
-Pərvərdigara, Əbu Sələməni bağışla, onu Özünə daha çox yaxınlaşdır. Onun övladları və ailəsi üzərində Özün nəzarətçi ol. Bizi və onu bağışla, ya Rəbbil aləmin! Qəbrini genişləndir, onu nurlandır.
Ummu Sələmə Əbu Sələmənin Peyğəmbər (s.a.v.) haqqında dediklərini yada saldı və dedi:
-Allahım, mənim bu müsibətimi nəzərə al.
Lakin o, aşağıdakı sözləri deməyi lazım bilmədi: «Pərvərdigara, məndən sonra ona (arvadıma-tərc.) məndən daha yaxşı olanı qismət el!» Axı onun üçün Əbu Sələmədən daha yaxşı kim ola bilərdi.
Lakin çox keçmədi ki, dua müstəcəb oldu. Müsəlmanlar Ummu Sələmənin dərdinə əvvəllər heç kəslə olmayan bir şəkildə şərik çıxdılar. Ona «Ərəblərin dul qadını» adı verdilər.
Onun Mədinədə körpə uşaqdan başqa bir yaxını qalmamışdı. Bu uşaqsa körpə cücəni xatırladırdı.
Mühacirlər və ənsarlar Ummu Sələmənin onlar üzərindəki haqqını başa düşdülər. Əbu Sələmənin yas müddəti bitən kimi Əbu Bəkr onun yanına gəlib onunla evlənmək istədiyini bildirdi, lakin o razı olmadı. Sonra Ömər ibn Xəttab gəlib eyni təklifi verdi, lakin Ummu Sələmə yenə də razı olmadı. Daha sonra Peyğəmbər (s.a.v.) gəlib evlənmək təklifini etdi. Ummu Sələmə ona dedi:
-Ya Rəsulullah! Mənim xasiyyətimdə üç əlamət vardır: Mən çox qısqanc qadınam, qorxuram məndən səni qəzəbləndirən bir hərəkət görəsən və buna görə Allah mənə əzab versin.
Mən artıq yaşı ötmüş qadınam. Mən həm də ailəli, uşaqlı qadınam.
Peyğəmbər (s.a.v.) ona dedi:
-Sənin qısqanc olmağın barədə deməliyəm ki, Allaha dua edəcəyəm ki, səni ondan xilas etsin. Qaldı sənin yaşına, mən də elə sənin kimiyəm. Uşaq, ailə isə sənin uşağın, ailən elə mənimkidir.
Peyğəmbər (s.a.v.) Ummu Sələmə ilə evləndi. Allah onun duasını eşitdi və ona Əbu Sələmədən yaxşı bir adamı qismət elədi.
Bu gündən etibarən Məxzumiyyəli Hind yalnız Sələmənin anası olmadı, o bütün möminlərin anası oldu.
Allah-təala Ummu Sələmənin üzünü Cənnət mehi ilə sərinləşdirdi. Ondan razı qaldı və onu da razı saldı!



انّا للہ و انّا الیہ راجعون
Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
 
TeraneTarix: Çərşənbə, 03.10.2012, 22:55 | Yazı # 4
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
Mömin qadın
İslam qadına elə bir hüquq və üstünlüklər vermişdir ki, bunları ona heç vaxt heç bir ictimai və konstitusyon quruluş verməmişdir. Bu məsələ ayrı-ayrı deyil, bütöv bir şəkildə müqayisə yolu ilə öyrənildikdə aydın olur. Qadının hüquq və məsuliyyəti kişinin qanunlarına bərabər, ancaq bunlar mütləq eyni deyil. Bu fərq aydındır, çünki kişi və qadın eyni deyil, ancaq bərabər yaranıblar.

Bərabərlik və oxşarlıq arasındakı bu fərq birinci dərəcəli əhəmiyyətə malikdir. Bərabərlik arzu olunandır, ədalətlidir, oxşarlıq isə yox. İnsanlar eyni yaranmayıblar, ancaq onlar bərabər yaranıblar. Bu fərqi başa düşərək, qadının kişidən alçaqda durmasını təsəvvür etmək olmaz. Qadının hüquqları, kişinin hüququqlarına bənzəmədiyindən onun kişidən az əhəmiyyət kəsb etməsini təsdiqləməyə əsas yoxdur.
İslamın qadına eyni yox, ancaq bərabər hüquq verməsi faktı göstərir ki, İslam ona lazımi diqqət yetirir, onu tanıyır və həmçinin onun şəxsiyyətinin müstəqilliyini təsdiqləyir. İslamın qadının mövqeyinə olan münasibətində aşağıdakıları göstərmək olar.
1. İslam qəbul edir ki, insan nəslinin ardıcıllığının təmin edilməsi prosesində qadın və kişinin hüquqları bərabərdir.
2. Şəxsi və ictimai məsuliyyət daşımaqda və öz əməllərinə görə mükafatlandırılmaqda qadın kişiyə bərabərdir.
3. Qadın təhsil və bilik almaqda kişiyə bərabərdir. İslam müsəlmanlara bilik almağı məsləhət görəndə kişi və qadına fərq qoymur.
4. Qadın kişi kimi öz fikrini azad ifadə etmək hüququna malikdir. Onun fikir ifadə etməsi nəzərə alınır və ancaq qadın cinsinə məxsusu olduğu üçün bu fikrə etinasızlıq göstərilmir. Bundan əlavə elə hallar olurdu ki, müsəlman qadınları dövlət əhəmiyyətli qanunvericilik məsələlərində də öz fikirlərini bildirirdilər. Xəlifələr qadınların sağlam məsləhətlərini qəbul edirdilər. Belə hallar Ömər İbn Xəttabın xəlifəliyi dövründə olmuşdur.
5. İslamda qadının həyatı, onun mülkiyyəti, onun namusu kişinin namusu kimi müqəddəsdir. Əgər o, hansı bir cinayət edərsə, onun cəzası kişinin cəzasından nə azdır, nə də çoxdur. Əgər ona bir ziyan vurularsa o kişinin belə vəziyyətə düşdükdə aldığı qədər müvafiq ödəniş alır.
6. Qadını müstəqil insan, insanın varlığı üçün vacib qəbul etməkdən əlavə, İslam əmlakın bir hissəsinə varislik hüququ vermişdir. İslama qədər bu varislikdən məhrum olaraq qadın kişinin əmlakı sayılırdı. Əsas etibarilə, həm kişi və həm də qadın öz ölmüş qohumlarının əmlakına bərabər hüquqlu varisdirlər. Ancaq onların alacağı payın miqdarı müxtəlifdir. Bəzi hallarda kişi əmlakın iki hissəsini, qadın isə ancaq bir hissəsini alır. Bu o demək deyil ki, kişiyə, qadına nisbətən üstünlük verilir. Kişinin bu halda çox alması səbəbləri aşağıdakı kimi təsnif edilə bilər!
Birincisi, kişi öz arvadı, ailəsi və hər bir ehtiyacı olan qohumları qarşısında tam kömək göstərməkdə məsuliyyət daşıyan bir şəxsdir. Bütün maliyyə xərcləri onun üzərinə düşür.
İkincisi, kişidən fərqli olaraq qadın xırda xərclərdən başqa heç bir şeyə maliyyə məsuliyyəti daşımır. O, maliyyə cəhətdən qorunur və təmin olunur.
Üçüncüsü, əgər qadın kişidən az qazanırsa, o əldə etməyə can atdığı çalışdığı şeylərdən həqiqətdə məhrum edilmir. Varisilikdə əldə edilmiş əmlak onun qazancı və istəyinin nəticəsi deyil. Bu əlavə üstəlik gəlirdir.
Beləliklə, maliyyə məsuliyyəti daşıyan varis (kişi) İslama görə ədalətli olaraq heç bir maliyyə məsuliyyəti olmayan varisdən (qadın) çox pay alır.
7. Qadın kişiyə məxsusu olmayan müəyyən üstünlüklərə malikdir. O, bəzi dini xidmətlərdən azaddır (məsələn, aybaşı və doğuş zamanı namaz və orucdan).
O, cümə günləri mütləq məscidə getməkdən azaddır. O, bütün maliyyə vəzifələrindən azaddır. Ana kimi, Allah qarşısında o, daha çox tanınır və yüksək tutulur. «Biz insanı ata-anasına yaxşılıq etməyə (valideynə yaxşı baxmağı, onlarla gözəl davranmağı) tövsiyə etdik. Anası onu (bətnində) çox zəif bir halda daşımışdı. Uşağın süddən kəsilməsi isə iki il ərzində olur. (Biz insana buyurduq:) «Mənə və ata-anaya şükr et! Axır dönüş Mənədir!». Əgər ata-anan bilmədiyin bir şeyi Mənə şərik qoşmağına cəhd göstərsələr, (bu işdə) onlara itaət etmə. Dünya işlərində onlarla gözəl keçin (onlara itaət et). Tövbə edib Mənə tərəf dönənlərin (islamı qəbul edənlərin) yolunu tut. Sonra (qiyamət günü) Mənim hüzuruma qayıdacaqsınız. Mən də (Dünyada) nə etdiklərinizi (bir-bir) sizə xəbər verəcəm!» (Loğman, 14-15).
«Biz insana ata-anasına yaxşılıq etməyi tövsiyə etdik. Çünki, anası onu (9 ay bətnində) zəhmətlə gəzdirmiş, əziyyətlə doğmuşdur. Onun (ana bətnində) daşınma və süddən kəsilmə müddəti 30 aydır. Nəhayət (insan) kamillik həddinə yetişib 40 yaşa çatdıqda belə deyər: «Pərvərdigara! Mənə və ata-anama əta etdiyin nemətə şükr etmək və Sənə xoş gedəcək yaxşı əməl etmək üçün ilham ver, nəslimi əməli saleh et. Mən sənə tövbə etdim və şübhəsiz ki, mən müsəlmanlardanam!». (əl-Əhqaf, 15).
8. Qadının namaz zamanı kişidən arxada dayanması heç zaman onun kişidən alçaqda dayanmasına ifadə etmir. Bu namazın qaydasıdır. Əhəmiyyətliliyi xarakterizə etmir. Kişi sıralarında hökümət başçısı kasıbla çiyin-çiyinə dayanır. Cəmiyyətdə yüksək vəzifə tutan kişilər, məsciddə aşağı təbəqədən olan başqa kişilərlə yan-yana dayanır. Namaz zamanı sıraların yerləşməsi elə təyin edilir ki, bütün ibadət edənlərə öz fikirlərini cəmləşdirməyə imkan yaransın. Namaza müxtəlif hərəkətlər, ayaq üstə dayanmaq, əyilmək, üzü üstə düşmək və s. daxildir. Odur ki, əgər kişilər qadınlarla bir sırada ibadət edirlərsə, bu ibadətə mane olar və diqqəti yayındırar.
Müsəlman ibadətlərinin təbiəti və təyinatı ilə azacıq anlayışı olan hər bir kəs mömin sıralarının belə təşkilində asanlıqla müdrikliyi anlaya bilər.
Anaların gələcək nəsillərin tərbiyə edilməsində rolu əvəzedilməzdir. Analar Allah və cəmiyyət qarşısında uşaqların tərbiyəsi sahəsində böyük məsuliyyət daşıyırlar. Allah-Təala Qurani-Kərimdə buyurmuşdur: «Ey iman gətirənlən! Özünüzü və ailənizi oddan qoruyun....» (Təhrim, 6).
uşaqların islami qayda-qanunlarına uyğun tərbiyəsini lazımi səviyyədə yerinə yetirmək üçün analar özlərini bütün ibadətlərdə və həyat tərzində şəriəti əsas götürməlidirlər. uşaqların tərbiyəsində aşağıdakılara xüsusi diqqət yetirilməlidir:
1) Uşaqlara «Lə iləhə illəllah və Muhəmmədən Rəsulullah» şəhadət kəlməsini öyrətmək və uşaq böyüdükcə bu şəhadətin mənasını ona izah etmək.
2) Uşağa Allahın yeganə Xaliq - Yaradan olmasını, ibadətlərin yalnız vahid Allaha aid olmasını öyrətmək.
3) Uşaqlara yeddi yaşa çatdıqda namaza biganə münasibət bəslədikdə hətta onları cəzalandırmaq və yataqlarını ayırmaq lazımdır.
4) Allaha çoxlu dua etməyi, cənnət arzulamağı, yalan danışmamağı, ata-anaya hörməti öyrətmək lazımdır.
5) Qız uşaqlarını kiçik yaşlardan hicaba və İslami libasa vərdiş etdirməli, qısa paltara icazə verilməməlidir.
6) Uşaqlara bir iş gördükdə məsələn, bir əşyanı bir nəfərə verdikdə və ya ondan aldıqda, yemək yedikdə və içdikdə sağ əldən istifadə etməyi öyrətmək lazımdır.
7) Hər hansı bir işə başladıqda uşağı, məsələn, yemək yedikdə «Bismilləh» kəliməsini deməyi öyrədin.

HİCAB VƏ LİBASIN ŞƏRTLƏRİ

Müsəlman qadını həmişə «çadra» kimi məlum olan köhnə ənənələr çərçivəsində təsəvvür edilir. Bu təmiz İslam ənənəsidir. Həmin ənənəyə əsasən qadın özünü namus, ləyaqət, ismət, təmizlik və toxunmazlıq çadrası ilə, örtüyü ilə bəzəməlidir.
O, öz ərindən qeyri başqa kişilərdə ehtiras doğuran əməl və hərəkətlərindən çəkinməli, onun mənəvi təmizliyinə şübhə yaranmasına yol verməməlidir. Qadına xəbərdarlıq edilib ki, o cəlb edici baxışla baxmamalı və ya özgə qarşısında özünün fiziki cazibədarlığını göstərməməlidir. Onun örtüyü nəfsinə əsir olmaqdan, ağlını öz istəklərinə yol verməkdən, gözlərini ehtiraslı baxışlardan və şəxsiyyətini düşkünlükdən xilas edə bilər.
Allah Sübhənəhu və Təala bu barədə Qurani Kərimdə belə əmr edir: «Mömin qadınlara de ki, gözlərini haram buyurulmuş şeylərdən çevirsinlər (naməhrəmə baxmasınlar), ayıb yerlərini (zinadan) qorusunlar, öz özlüyündə görünən (əl və üz) istisna olmaqla, zinətlərini (zinət yerləri boyun, boğaz, qol, ayaq, və s. naməhrəmə) göstərməsinlər; baş örtüklərini yaxalarının üstünə çəksinlər (boyunları və sinələri görünməsin). Zinət yerlərini ərlərindən, yaxud öz atalarından, yaxud ərlərinin atalarından, yaxud öz oğullarından, yaxud ərlərinin oğullarından, yaxud öz qardaşlarından, yaxud qardaşlarının oğullarından, yaxud bacılarının oğullarından, yaxud öz (müsəlman) qardaşlarından, yaxud sahib olduqları cariyələrdən, yaxud kişiliyi qalmamış xidmətçilərdən, yaxud qadınların mərhəm yerlərini hələ anlamayan uşaqlardan başqasına göstərməsinlər; gizlətdikləri bəzək şeylərini (xalxallarını) göstərmək üçün ayaqlarını (yerə və bir-birinə) vurmasınlar. Ey möminlər! Yalnız Allaha tövbə edin ki, bəlkə nicat tapasınız» (Nur, 31).

«Ya peyğəmbər! Zövcələrinə, qızlarına və möminlərin övrətlərinə de ki, (evdən çıxdıqda cariyələrə oxşamasınlar deyə, bədənlərini başdan ayağa gizlədən) çarşablarını örtsünlər. Bu onların tanınması (cariyə deyil, azad qadın olduqlarının bilinməsi) və onlara əziyyət verilməməsi üçün daha münasibdir. Allah bağışlayan rəhm edəndir» (Əzhab, 59).
a) Örtünmənin bütün qadınlara fərz (vacib) olması haqqında.
Artıq bu ayələr sübut edir ki, islamda olan hər bir müsəlman qadın bu ayələrə tabe olub, öz üst geyimindən əlavə başına hicab örtməlidir. (Hicab örtünmək deməkdir). Çünki, Allah təala Peyğəmbərin zövcələrinə, qızlarına və möminlərin qadınlarına özlərini yad nəzər və naməhrəmdən qorumaq üçün hicab örtmələrini əmr edir. Bu əmr kafir qadınlara aid deyil. Bizim onların işlərinə qarışmağa haqqımız yoxdur. Hicab (örtünmə) bir ibadətdir. Çünki, bunda Allah təalanın əmrini yerinə yetirmək var. Deməli, örtünmə müsəlman bir qadına namaz, oruc kimi vacib əməldir.
Demək, hər hansı bir müsəlman qadın Allah təalanın əmrini yerinə yetirmirsə, artıq o qadın mürtəd olur, yəni dindən çıxmış sayılır. Lakin bir müsəlman qadın bunları inkar etmir, lakin pozğun cəmiyyətlərə qoşulub onların yolu ilə gedirsə bu qadın mürtəd deyil; Allaha qarşı asilik etmiş olur ki, bu hərəkəti ilə də Qurani Kərimin ayələrinə qarşı müxalifət etmiş olur. Bu cür qadınlar üçün Allah təala Əzhab surəsinin 33-cü ayəsində belə deyir: «Evlərinizdə qərar tutun. İlkin cahiliyyət dövründəki kimi açıq-saçıq olmayın (Bər-bəzəyinizi taxaraq evdən çıxıb özünüzü, gözəlliyinizi, yad kişilərə göstərməyin). Namaz qılın, zəkat verin, Allaha və Rəsuluna itaət edin».
Bir iş də var ki, müsəlman olmayan qadının cəmiyyəti pozacaq şəkildə ortalıqda gəzməsi də düzgün deyil. Çünki, elə ictimai ədəblər var ki, bunlara müvafiq əməl etmək hər bir insan üçün vacibdir. Cəmiyyəti bu cür ədəbsizliklərdən qorumaq baxımından həm müsəlmanlar, həm də qeyri-müsəlmanlar eyni dərəcədədirlər.
Bu cür ictimai ədəblər İslamın şəriət siyasətidir ki, bunları hər bir müsəlman ölkəsində tətbiq etmək o ölkənin hakiminin borcudur. Müsəlmanların daha başqa bir borcu da 10 yaşına girən qız uşaqlarının başlarını örtməyə alışdırmaqdır. Bu da tərbiyə baxımından gərəklidir. Çünki, namazda da belədir. Məsələn: Rəsulullah (s.a.v.) «Uşaqlarınız 7 yaşına girdikdə onlara namaza əmr edin. 10 yaşına girdikdə namaz qılmazlarsa onları cəzalandırın» (Səhih).

b) Örtünmənin şəkli:
Allah təala mömin qadınlara izzət və şərəflərini qorumaq üçün yad kişilərin qarşısına çıxdıqda uzun bir örtük ilə paltarlarının üstündən örtünmələrini əmr etmişdir. Bu örtünmə barədə alimlər bir neçə fikir söyləmişlər.
1. Təbəri ibn Sirindən belə rəvayət edir. Abidə əs-Səlmaniyədən (Allah ondan razı olsun) bu ayə barəsində soruşanda, o, böyük bir çadra götürərək onunla bütün vücudunu örtdü. Başını da qaşlarına qədər örtdü. Üzünü də örtdü, yalnız sol gözünü açıq qoydu. Beləcə ayəni təfsir etdi. (Təbəri).
2. Təbəri və Əbu Həyyam ibn Abbasdan (Allah ondan razı olsun) belə rəvayət edirlər: «Qadın çadrasını alnının üzərinə endirər və oradan sıxar, altdan da burnunun üzərinə qədər örtər. Yalnız gözləri çöldə qalar. Üzünün qalan hissəsi ilə sinəsini tamamən örtməlidir». (Əbu Həyyam 7-ci cild, səh. 250).
3. Üzünü örtmək barədə Suyutidən belə rəvayət edilir: «Sol gözdən başqa bütün üz örtülməlidir». Əbu Həyyan belə deyir: «İspaniyada da adət Suyutinin rəvayət etdiyi kimi idi. Qadın bütün üzünü örtür, yalnız tək gözü bayırda qalırdı. (Əbu Həyyan, 3-cü cild, səh 372).
4. Abdurrəzzaq və bir camaatın rəvayətinə görə Peyğəmbərimizin (s.a.v.) zövcəsi və möminlərin anası Ümmu Sələmə (Allah ondan razı olsun) belə demişdir: «Bu ayənin enişindən sonra Mədinə qadınları qara çadralara büründülər, sanki hamının başına qarğa qonmuşdur» (Cəssas, 3-cü cild, səh. 372).
v) Şəri örtünmənin şərtləri:
Şəri örtünmənin zəruri şərtləri vardır ki, bunları belə sıralamaq olar:
1. Örtük bütün vücudu örtməlidir. Çünki, Allah təala ayədə qadınlara: «Cilbablarını geyinsinlər» buyurmuşdur. Cilbab bütün bədəni örtən geyim deməkdir. Ayədəki “yudnina” kəlməsi “idna” kökündən gələn bir feldir. “İdna” örtüyü aşağıya buraxmağı, yəni bütün bədəni örtməyi göstərir. Cələbib deyəndə bunun tək çadra yox, yəni baş, üz lazımi qaydada bağlanandan sonra, bədənin cizgilərini bəlli etdirməyən palto, manto, plaş və s. bu kimi geyimlər nəzərdə tutulur.
2. Örtük altdakı geyimi göstərəcək qədər nazik, şəffaf olmamalıdır. Çünki, hicab örtməkdə məqsəd bədəni gizlətməkdir. Nazik örtük isə altdakı paltar və bədən cizgilərini gizlədə bilməz. Baxışlara da mane ola bilməz. Bir dəfə: «Əbu Bəkrin (Allah ondan razı olsun) qızı Əsma (Allah ondan razı olsun) incə bir paltarda Rəsulullahın (s.a.v.) qarşısından keçdikdə Rəsulullah (s.a.v.) ondan üzünü çevirmişdir». (Bu hədisi Əbu Davud «Libas», Tirmizi «Fitən» səh. 24 kitablarında qeyd ediblər).
3. Örtüyün özü bir zinət əşyası və rəngli qumaşlardan olmamalıdır. Çünki, Allah təala deyir: «Zinət yerlərini göstərməsinlər». Deməli, əgər qadın bər-bəzəkli və rəngli örtük örtürsə ki, bu da yadların nəzərini cəlb edirsə, buna hicab demək olmaz və bu örtük ilə örtülməyə icazə verilmir. Çünki, örtülməkdə məqsəd zinət yerlərinin başqaları tərəfindən görünmənin qarşısını almaqdır. Rəsulullah (s.a.v.) demişdir: «Hər kim cəlbedici, bəlli edici paltar geyərsə Allah da ona Qiyamət günündə zillə paltarı geyindirər. Bu da atəşdir» (Səhihdir, Abu Daud).
4. Örtük vücud xətlərini bəlli edəcək və fitnəyə səbəb olacaq qədər dar olmamalıdır.
Çünki, Rəsulullah (s.a.v.) «Görmədiyim iki sinif insan vardır ki, onlar cəhənnəmin əhlidirlər. İnəklərin quyruğuna oxşayan dəyənəkl insanları döyənlər və geyinmiş lakin çılpaq görünən, pisliyə meyl edən və meyl etdirən, başları xorasan dəvəsinin əyri güvəclərinə bənzəyən qadınlardır. Bu sinif insanlar cənnətə girməyəcək, heç qoxusunu da duymayacaqlar».
Başqa bir hədisdə rəvayət olunur ki, «Cənnətin iyi beş yüz illik məsafədən gəldiyinə baxmayaraq, bu insanlar onu duymaz». (Müslim, «Cənnət van-Nər» 2-ci cild, səh. 128).
Bu hədisi-şərif Rəsulullaha (s.a.v.) Allah taala tərəfindən göstərdiyi bir möcüzədir. Çünki, özündən 1400 il sonra gələn bir şeyi açıqlayıb başa salmışdır.
5. Örtükdən gözəl qoxu gəlməməlidir. Çünki, gözəl qoxu kişiləri cəlb edir və şəhvət hissi oyadır.
Rəsulullah (s.a.v.) «Harama baxan göz və gözəl ətir vurub kişilərin arasına çıxan qadın zina etmişdir» demişdir.
Digər bir rəvayətdə: «Bir qadın gözəl qoxu sürtüb kişilərin arasından keçər və kişilər bu qoxunu duyarlarsa, o qadın zina etmiş sayılır» (Əbu Davud, Tirmizi-ədəb. Əhməd ibn Hənbəl, Müsnəd 400-4).
Musa bin Yəsardan belə rəvayət edilmişdir: «Gözəl ətir sürtmüş bir qadın keçirdi. Əbu Hureyrə (r.a) ona: «Ey Cabbarın anası hara gedirsən?» - deyə soruşdu. Qadın: «Məscidə» cavabını verdi. O zaman Əbu hureyrə (r.a): «Evinə dön. Qoxu gedənə qədər yuyun». Çünki, mən Rəsulullahdan (s.a.v.): «Allah taala sürtdüyü qoxunu ətrafa yayaraq, məscidə gedən bir qadının namazını, evə dönüb yumayana qədər qəbul etməz» dediyini eşitdim. (Tərğib və Tərhib, 3-cü cild, səh. 85).
6. Qadın nə kişi paltarı geyməməlidir, nə də geydiyi paltar kişi paltarına bənzəməlidir.
Çünki Əbu Hureyrə (r.a) «Rəsulullah (s.a.v.) kişi paltarı geyən qadını lənətləmişdir» - buyurmuşdur. (Əbu Davud, Libas 4098).
Digər bir hədisdə isə Rəsulullah (s.a.v.) «Allah özlərini qadınlara bənzədən kişilər və özlərini kişilərə bənzədən qadınlara lənət etmişdir» deyə buyurmuşdur.
7. Kafir qadınların paltarlarına bənzəyən paltarlardan istifadə etmək haramdır. Rəsulullah (s.a.v.) demişdir: «Bir qövmə bənzəyən onlardandır» (Səhih Əbu Davud).
8. İslami qanunlara uyğun olaraq paltarda hər hansı bir bütpərəstlik simvolu və ya çoxallahlıq ənənələrinə müvafiq cizgilər olmamalıdır. Belə simvollardan xaç, hindilərin müxtəlif şəkilləri, insan və heyvan surətlərini göstərmək olar.
Bütün göstərdiyimiz ayə və hədislər göstərir ki, qadının örtünməsi vacibdir. Bu örtünmə bütün şübhəli yolları kəsir. Qadın və kişilərin qəlbinə şeytanın vəsvəsə verməsi üçün şərait yaratmağa imkan verir. Qadınların namus və izzətlərinin qorunması, onlara əziyyət edilməsinə səbəb olur.
Həqiqətən də hal-hazırda qadın və kişilər Allah təalanın dilindən, Rəsulullahın (s.a.v.) yolundan uzaqlaşdıqca, insanlara bəlalar gəlir. Cəmiyyətdə pozğunluq yaranır. Kişilər evlənmir, qadınlar ərə getmir. Evlənənlər də, az müddət yaşayıb ayrılırlar. Çünki, onların dünyaya məhəbbətləri, axirət-cənnət məhəbbətindən daha güclüdür. Bu cür qadınlar dünyanın keçici bər-bəzəyini, naz-nemətini, axirətin əbədi həyatına satırlar. Həqiqətən də, əgər qadın əri üçün yox, yadlar üçün bəzənib-düzənirsə, o qadın kimə lazımdır. Mömin qadın isə ancaq əri üçün bəzənər. Bu barədə gözəl hədis var: «Dünya keçici nemətlərlə doludur. Ən gözəl neməti saleh qadındır. Ona baxanda səni fərəhləndirir. Əmr edəndə yerinə yetirir. Evdə olmayanda namus, izzət və malını qoruyur» (Səhih).
Bir ət parçası asıb, onu örtməyəndə ona çoxlu milçək qonub, onu bulaşdırıb murdar edir. Qadın da açıq gəzib bədənini yadlara göstərəndə, yad nəzərlər o qadına şəhvət hissi ilə baxıb, ondan həzz alanda, bu baxışlar da o qadını həmən ət parçası kimi çirkləndirib murdarlayır. O ət parçasını heç kəs almadığı kimi bu cür qadınlara da heç kəs evlənməz. Bu cür qadınlar cəmiyyət üçün də qorxuludur. Çünki, bu qadınların beynində ancaq, bəzənib-düzənmək, özünü kiməsə göstərmək fikri olduğu üçün, onlar nə ərlərini, nə də övladlarını fikirləşir. Ondan törənən uşaq da nəzarətsiz qalıb, avara adamlara qoşulub, içki içib, narkomanlıq edirlər. Cəmiyyət də belə pozulur. Amma bir alim deyir: «Qadın incidir, inci isə sədəf içində olar. Qadının sədəfi isə onun örtüyüdür».

MƏSULİYYƏT TƏLƏB EDƏN XÜSUSLAR

Hər bir müsəlman qadın Allahın verdiyi fitrətə (yəni Allahın yaratdığı kimi) tabe olmalıdr.
1) Onlar kəsilmiş və təmiz olmalıdır. Çünki, onlar uzun olanda insan vəhşi heyvana bənzəyir, onların arasına çirk yığılır, onları yumaq olmur. Bəzi müsəlman qadınlar indi kafirləri təqlid edib onlar kimi uzun dırnaq buraxırlar.
2) Qadın fitrətdən olan qoltuq altındakı və övrət yerlərinin tüklərini təmizləməlidir. İmkan daxilində bu həftədə bir dəfə, ən geci qırx gündə bir dəfə olmalıdır.
3) Üçüncü qadınların saçlarının tam qırxılması haramdır və yaxud kişi kimi qısaldılması da haramdır. Lakin yumağa çətinlik törədirsə bu vaxt və ya başqa bir səbəbdən bir az qısaltmaq olar. Qadınların saçı, kişinin saqqalı kimi, onun xarici görünüş və gözəlliyini tamamlayır. Saçı bu cür kəsmək ona görə haramdır ki, qadın nə kafirə, nə də kişiyə bənzəməsin. Qadın öz saçlarının qeydinə qalıb, onlara qulluq etməlidir. O, onları hörməlidir, lakin, onları başı üzərində və boyun ardında toplamamalıdır. Böyük İslam alimi Şeyx İbn Teymiyyə deyir ki, «özünüzü pis yola gedən qadınlara bənzətməyin, onlar kimi tək hörük hörüb ortadan sallatmayın». Qadınlar saçlarına əlavə edə bilməzlər, çünki, Peyğəmbərimiz (s.a.v.) başına saç qoyanı və qoyduranı lənətləyib.
4) Qadınların qaşlarının alınması haramdır. Peyğəmbərimiz (s.a.v.) bunu edən və etdirənləri də lənətləyib. Çünki, bununla qadın Allahın yaratdığını dəyişmiş olur. Allah Sübhənəhu və Təala Nisa surəsinin 119-cu ayəsində deyir: «Şeytan deyir:...«Allahın yaratdıqlarına dəyişiklik verməyi əmr edəcəyəm». Əgər kim bunları edirsə şeytana qulluq etmiş olur.
5) Musiqiyə qulaq asmaq da şeytanın hiylələrindən biridir və haramdır. Çünki insanın imanını aşağı salır, ağlını sərxoş edib, qəlbini Qurandan uzaqlaşdırır, günahlara və üsyana qaldırır. Musiqi şeytanın Quranıdır və insan ilə Allah arasında qalın pərdədir. Musiqi həm də iki tərəfdən fitnə oyadır. Qadının səsi və cəlbedici sözlər.
6) Qadının yad kişilərlə səfərə çıxması barədə Peyğəmbər (s.a.v.) demişdir: «Qadına məhrəmi yanında olmadan bir gün bir gecəlik yola səfərə çıxmaq haramdır».
7) Ümumiyyətlə şəriət kişi və qadının bir yerdə olmasına icazə vermir. Bir hədisdə deyilir: «Bir kişi, bir qadınla tək qalsa, üçüncüsü şeytan olur»
8) Peyğəmər (s.a.v.) demişdir: «Mən qadınlarla əllə salam vermirəm».
9) Bədənə şəkil çəkdirmək və ya yazı yazdırmaq da haramdır. Bu da Peyğəmbər (s.a.v.) tərəfindən lənətlənib. Biz də bilirik ki, o şeyə ki, Peyğəmbər (s.a.v.) lənət edir, demək bu böyük günahlara daxildir. Böyük günahlar isə mütləq cəhənnəm odu ilə cəzalandırılır.
10) Ərli qadınların əllərini və ayaqlarını xına ilə boyanmasına icazə verilir. Əgər saçları ağarıbsa onları boyamağa icazə verilir, amma qara rəngdən çəkinmək lazımdır. Bu rəng həm kişi, həm də qadınlar üçün bəyənilmir. Əgər saç qaradırsa bunu boyamaq olmaz, çünki qara saç gözəllik deməkdir.
11) Qadınlara qızıl və gümüş əşyalardan bəzək üçün istifadə etmək olar. Lakin naməhrəm kişi onları görməməlidir, çünki, Nur surəsinin 31-ci ayəsində belə deyilir: «Gizlətdikləri bəzək şeylərini göstərmək üçün ayaqlarını (yerə və bir-birinə) vurmasınlar».

SAVAB ƏMƏLLƏR XƏZİNƏSİNƏ

• İslami qanunlara məsuliyyətsiz yanaşma! Dində olmayan hər cür bidətlərdən uzaqlaş!
• Namazı tərk etmə! Yuxuya qalıb namazı buraxma (belə olduqda isə yuxudan duran kimi dərhal namazı yerinə yetir ki, buna kəffarət olsun)! Namazı vaxtlı-vaxtında qıl, buna xüsusi fikir ver!
• Bədənin paltarla örtülməsində diqqətli ol.
• Mültəzim müsəlman qızlarla dostluq et!
• Qeybət və boş sözlərdən əl çək!
• Heç bir kafirə təqlid etmə, onlara sevgi və heyranlıq göstərmə.
• Fitnə fəsadı gözünün qabağına gətirərək, lazımi hallar istina olaraq, evdən bayıra, küçəyə çıxma. Rəbbindən səbr və qətiyyət niyaz et!
• Axirət həyatını heç vax unutma!
• Allaha və Rəsuluna (s.a.v.) qarşı çıxmadıqları zaman həyat yoldaşına, ana və ataya qarşı çıxma!
• Dəbdəbəli jurnallardan, əyləncəli müsiqidən uzaq dur! Quran oxumağa, öyrənməyə və bildiyin təqdirdə öyrətməyə çalış.
• İstər telefonla, istər başqa bir yolla pərəstişkar kişilərdən son dərəcədə uzaq dur.
• Allaha ixlasla iman et və imanın əsasalarına, şərtlərinə bağlı qal. Rəsulullahın (s.a.v.) həyat tərzinə diqqət et.
• Namazda, zəkatda, oruc və həcdə səhlənkər olma.
• İslam dininə bağlı xanımlara yaxınlıq etməyə ciddi fikir ver.
• Allaha hər zaman dua edib Ondan bağışlanmağını diləməkdə və axirət üçün hazırlıqda məsuliyyətli ol. Şübhəsiz sən öz həyat yoldaşın üçün dünyada ən xeyirli bir nemətsən. Ona görə də buna layiq olmaq üçün çalışmalısan. Rəsulullah (s.a.v.) demişdir: «Dünya bir faydalanmadan ibarətdir. Bunun ən xeyirlisi də saleh əməlli bir həyat yoldaşıdır» (Müslim).

EY ALLAHIN ZƏRİF QULU!

O gün sən artıq həyat yoldaşından, ailəndən, övladlarından və dostlarından ayrılmış olacaqsan. Tabutla aparılıb torpağa, o qaranlıq yerə qoyulacağın günü bir düşün. Əgər xeyirli əməllər aparmırsansa (Allah bizləri qorusun) qəbrin dəhşəti ilə rastlaşacaqsan. Hesab mələkləri gəlib səndən suallara cavab verməyini istədikləri zaman sənin halın necə olacaq?
Qəbirlərdən çıxıb məhşərə çəkildiyin zaman, hesab dəftərin açıldığı zaman, sırat körpüsü və mizanın qurulduğu zaman onda həmin gün, ey Allahın qulu, sənin yerin hara olacaq?
Səni nələr gözləyir, bir ömürdən sonra nələr qazandın?
Allah Qurani-Kərimdə buyurur: «Nəhayət onlardan birinə ölüm gəlib çatdığı zaman belə deyər: «Rəbbim, yalvarıram, məni geri (dünyaya) qaytar! Bəlkə zay etdiyim ömrün müqabilində yaxşı iş görüm» Xeyir! Onun söylədiyi boş, faydasız bir sözdür. Onların önündə yenidən diriləcək günə qədər bir bərzaq aləmi var» (Muminun, 99, 100).

Allah səndən və bütün müsəlman xanımlarından razı olsun!
Bil ki, hicab sənin həyandır, ismətindir. Sən isə atanın, qardaşının, ərinin, oğlunun ismətisən, namususan! Geyindiyin hicab analarımızın, nənələrimizin əsrlər boyu qoruduğu həya və iffət rəmzidir, milli adətimizdir və ən başlıcası isə Uca Allahın əmridir, dinidir!
Allahın adını, dinini uca tut, az da olsa hələ qalmaqda olan, yaşayan əmrini yerinə yetir, qoru, gələcək nəslə ötür ki, Allahın razılığını qazana biləsən, Məryəm, Asiya, Xədicə, Aişə, Fatimə ilə görüşəsən!



انّا للہ و انّا الیہ راجعون
Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
 
TeraneTarix: Çərşənbə, 03.10.2012, 22:57 | Yazı # 5
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
Mömin qadınlar
Salam olsun sizə, ey Allahın savabını diləyərək mələklərin qanadları altında məscidlərə gələn qadınlar!
Allah sübhanəhü təala belə qadınları tərifləyib buyurur:
«Allahın evlərinizdə oxunan ayələrini və hikməti xatırlayın» (əl-Əhzab, 34).
Allahın ayələri Quran, hikməti – Peyğəmbərinın (Allahın salamı və salavatı ona olsun! – s.ə.v.) Sünnəsidir. Peyğəmbərin (s.a.v.) zamanında qadınlar səhih hədisdə deyildiyi kimi idilər: «Bir qadın Peyğəmbərin yanına gəlib dedi: “Kişilər cümə və camaat namazlarında səninlə birlikdə olurlar. Sən özündən bizim üçün də bir gün ayır, ey Allahın elçisi!” Peyğəmbər də bazar ertəsi gününü onlara xas etdi».

Ey hörmətli bacılarım! Bu kəlməni çoxları deyir, lakin çox az adam ona əməl edir. Bu kəlmədə imanın dünya və axirət səadəti var. Bu kəlmədən üz döndərən adamlar isə Allahın yolundan azmış adamlardır. Bu kəlmə bizdən əvvəlki kişi və qadınlara və bizə - axırıncılara Allahdan gələn bir tövsiyədir. Allah təala buyurur:
«…Biz sizdən əvvəl Kitab verilənlərə də, sizə də Allahdan qorxmağınızı tövsiyə etdik…» (ən-Nisa, 131)
Bu kəlmə təkcə xütbələrdə, minbərlərdə eşidilən bir kəlmə deyil. Həqiqətən, bu kəlmə səadət və əmin-amanlıqdır. Bəli, bu kəlmə səadəti bədbəxtlikdən ayıran bir kəlmədir, əziz bacılarım. Biz bu cür sizin kimi bacıların mövcud olmasına heç şübhə etmirik.
Allah-təala buyurur:
«Rəbbi də onların dualarını qəbul edərək cavab verdi: “İstər kişi, istərsə də qadın olsun, Mən heç birinizin əməlini puça çıxarmaram. Siz bir-birinizdənsiniz”» (Ali-İmran, 195).
Allah-təala başqa bir kəlamda isə belə buyurur:
«Mömin kişilərlə mömin qadınlar bir-birinə dostdurlar. Onlar yaxşı işlər görməyi əmr edər, pis işləri yasaq edər, namaz qılıb zəkat verər. Allaha və Peyğəmbərinə itaət edərlər…» (ət-Tövbə, 71).
Yenə başqa bir kəlamda Allah-təala buyurur:
«Allah və Peyğəmbərləri bir işi hökm etdiyi zaman heç bir mömin kişiyə və qadına öz işlərində başqa yol seçmək yaraşmaz» (əl-Əhzab, 36).
Bu, «qadın azadlığını çağıran günahkarlarla aydın və sərt bir cavabdır. Doğrusu, bu azadlıq deyil, əksinə, bu, qadının, onun iffətini, onun həyasını, onun fikrini xarab etməsidir.
Əziz bacılarım! Biz indi yer üzündə islah etməyənlərə və fəsad törədənlərə etiraz edəcəyik: “Siz qadının xeyrinimi güdürsünüz! Siz qadınımı müdafiə edirsiniz? Siz istəyirsiniz ki, o, öz həyasını tapdalasın? İstəyirsiniz ki, o, öz namusunu ləkələsin? İstəyirsiniz ki, o, öz evindən, ləyaqətindən və məişətindən uzaqlaşsın? Özündən başqa tanrı olmayan Allaha and olsun ki, sizin qəlbləriniz canavar qəlbidir, cildiniz isə qoyun cildidir. Dilləriniz baldan da şirindir, icərinizdə isə alovlanan bir atəş var. Bu günahkarlara bizim cavabımız budur. Onlar deyilər ki, cəmiyyət bir ciyərlə nəfəs alır və deyirlər ki, cəmiyyətin yarısı fəaliyyətsizdir! Ey pozğunluğa çağıranlar, bilirsinizmi qadın kimdir? Həqiqətən, bu müsəlman qadın kişilərin anası, kişilərin bacısı, kişilərin qızı, kişilərin nənəsi, bibisi, xalasıdır! Ey münafiqlər! Məgər unutdunuzmu ki, bu qadın peyğəmbərlərin, elçilərin, alimlərin və saleh adamların anasıdır? Şübhəsiz ki, bu qadın bütün böyük kişilərin anasıdır və hər bir böyük kişi bilir ki, o, bu qadından törənmişdir”.
Ey Allahın Quranda zikr etdiyi qadın! O qadın ki, Allah-təala onu başqalarına misal gətirir:
«Allah iman gətirənlərə Fironun zövcəsini (Asiyə bint Məzahimi) məsəl çəkir» (ət-Təhrim, 11).
Bəli, Fironun zövcəsi, bu saleh qadın Asiyə bint Məzahimdir. O Cənnət qadınlarından, xanımlarından biridir. Bəli, Fatimə bint Muhəmməd, Məryəm bint İmran, Xədicə bint Xüveylid və Asiyə bint Məzahim. Onların dördü də Cənnətdəki qadınlar, xanımlardırlar. Bəli, bu, o günahkarların gözələrinə bir zərbədir. Çünki, onlar qadının haqqını azaldırlar. Qadın öz iffətində, evində, dinində, həyasında necə də yaxşıdır.
Müslim öz «Səhih» əsərində rəvayət edir ki, Allahın elçisi (s.a.v.) belə buyurdu: «Dünya keçici bir şeydir. Onun içindəki ən yaxşı şey isə saleh qadındır».
İbn Hibbanın rəvayət etdiyi səhih bir hədisdə Peyğəmbər (s.a.v.) buyurur: «Kişinin səadəti dörd şeydən ibarətdir:…». Peyğəmbər (s.a.v.) belə şeylərdən saleh qadını da qeyd etdi.
Ət-Təbəraninın səhih isnadla rəvayət etdiyi bir hədisdə Peyğəmbərə (s.a.v.) ən yaxşı qadın haqqında sual verirlər: O (s.a.v.) da buyurdu: “Ən çox doğan və sevən bir qadındır, hansı ki, əri ona qəzəblənəndə öz əlini onun əlinin içinə qoyub deyir: “Allaha and olsun ki, sən razı olmayınca bir an da yatmaram”. Allahu əkbər!!!
İndi isə mömin qadına, Allah-təalanın bizim üçün məsəl çəkdiyi Asiyə bint Məzahimə qayıdaq ki, bütün qadınlar da onun kimi olsunlar. O saleh qadın ki, əzab çəkdi, parçalandı və çarmıxa çəkildi, onun haqqında nə fikirləşirsiniz, əziz bacılarım?!
Baxın tovhidə, baxın yəqinliyə, baxın o imana ki, qadınları kişilərin edə bilmədiyi şeylərə vadar edir! Allahu əkbər! Lə iləhə illəllah!
Bu hekayəti tarixçilər qeyd edib deyirlər ki, Fironun (Allah ona lənət eləsin!) onun qızının saçlarını darayan bir qulluqçu qadını var idi. Bir gün o qadın, Fironun qızının başını darayanda əlindən daraq düşdü və o dedi: “Bissimilləh”, yəni, “Allahın adı ilə”. Qız da ona tərəf dönüb soruşdu: “Allah atammı?”. Mömin qadın isə dedi: “Yox, Allah mənim Rəbbim, Fironun Rəbbi və sənin Rəbbindir”. Qız da dedi: “Məgər sənin atamdan başqa bir tanrın var?” Çünki, Firon rübubiyyət iddia edirdi. Mənim müsəlman bacıların. O, məgər Quranda deyildiyi kimi demədi:
«Həqiqətən, mən sizin ən uca rəbbinizəm!» (ən-Naziat, 24).
Məgər o demədimi:
«Ey qövmüm! Məgər Misir səltənənti, altından axan bu çaylar mənim deyilmi!?» (əz-Zuxruf, 51).
Görün bu günahkar nə deyir!
Bu qız Firona o qadının dedikləri haqqında xəbər verdi. Firon da bu qadının iki oğluna işkəncə verdi. O, qazanı yandırıb, qadının iki uşağını toyuğu qoyduğu kimi, yanar qazanın içinə qoydu. Uşaqların əti yandı!!! Onların nə günahı var idi? Onldar nə kimi cinayət etmişlər? Bütün bunlar onların anasının “günahı” idi. Bu qadın səbr etdi və öz övladlarını Allaha qurban etdi. Lə iləhə iilləllah! O bizə səbri, dözməyi, yəqinliyi öyrədir. O bizə öyrədir ki, Cənnət bahadır və ona ancaq qeyd olunmuş şeyi fəda etməklə nail olmaq olar. Və o qadın da öz uşaqlarını Allaha bağışlayır, dinindən dönmur və səbr edir. Bacılarım, o qazana yaxınlaşanda dedi: «Siz məndən əl çəkəndə mənim və övladlarımın sümüklərini bir qəbrdə basdırın». Allahu əkbər! Allahu əkbər!
Allah-təala da qadını və onun cənnətdəki əcrini Fironun zövcəsi olan Aisyə bint Məzahimə göstərir. Bacıların! O da Allah-təalanın tovhidini qəbul edib deyir: «Əşhədu ən lə iləhə illəllah», yəni, şəhadət edirəm ki, Allahan başqa tanrı yoxdur.
Bacılarım! Firon biləndə ki, onun zövcəsi iman etdi, onu tutub çarmıxa çəkir. Onun əllərini və ayaqlarını bağlayıb onu tikə–tikə parçalamağa başlayır. O isə gülürdü! Bacılarım! Bilirsinizmi o niyə gülürdü? Alimlər deyirlər ki, onun bədəni əzab çəkirdi, lakin onun ruhu bədənindən qabaq cənnətdəki çaylara və saraylara daxil olmuşdu. Buna görə də, o, Allahdan elə bir şeyi istədi ki, bu şey bizim üçün bir qayda oldu. O dedi:
«Ey rəbbim! Mənim üçün öz dərgahında Cənnətdə bir ev tik» (ət-Təhrim, 11).
O, bunu deyərək Allah-təalanın dərgahını axirətdən qabaq istədi. Demək, qayda da budur. Onlar ona əzab verəndə o gülürdü. Firon da dedi: «Siz bu dəlini görmürsünüzmü? Görmürsünz ki, o gülür?» Onlar onun bədənini kəsəndə, o deyirdi: «Allaha and olsun ki, məni tikə-tikə doğrasanız da mənim Rəbbimə olan məhəbbətim daha da artacaq!».
«Ey Rəbbim! Mənim üçün Öz dərgahında – Cənnətdə bir ev tik. Məni Firondan və onun əməlindən qurtar. Məni zalım qövmdən xilas et» (ət-Təhrim, 11).
Bəli, bacılarım! Bu isə İmranın qızı Məryəmdir. Allah mömin qadınlara onu belə tövsiyə edir:
«(Allah mömin qadınlara) həmçinin namusunu möhkəm qoruyub saxlamış İmranın qızı Məryəmi də məsəl çəkir…» (ət-Təhrim, 12).
Allah onun oğlunun dili ilə buyurdu:
«Xurma ağacını özünə tərəf silkələ, üstünə təzə yetişmiş (xurma) tökülsün!» (Məryəm, 25).
O saleh qadın da Allaha dua edib buyurur:
«…Kaş ki, mən bundan əvvəl ölüb qurtaraydım və ya tamami ilə unudulub getmiş olaydım!» (Məryəm, 23).
Allah da onun oğlunu danışdırdı və oğlan dedi:
«Mən, həqiqətən, Allahın quluyam. O mənə Kitab verdi, özümü də peyğəmbər etdi» (Məryəm, 30).
Bəli, bu o qadındır ki, qövmü onu namussuzluqda ittiham etdi və dedi:
«Ey Harunun bacısı! Atan pis kişi, anan da zinakar deyildi!» (Məryəm, 28).
Allah-təala da onun oğlunu beşikdə danışdırmaqla Məryəmin günahsız olduğunu bildirmişdir:
«(Məryəm onun özü ilə danışın, deyə) ona (uşağa) işarə etdi. Onlar: “Beşikdə olan uşaqla necə danışaq?” –dedilər. (Allahdan bir möcüzə olaraq körpə dilə gəlib dedi): “Mən, həqiqətən, Allahın quluyam. O mənə Kitab verdi, özümü də peyğəmbər etdi”» (Məryəm, 29-30).
Allah-təala bunu belə buyurur:
«Şübhəsiz ki, Biz Öz elçilərimizə və iman gətirənlərə həm bu dünyada, həm də şahidlərin şəhadət verəcəyi gündə yardım edəcəyəm! Elə bir gün ki, zalımlara üzrxahlıqları heç fayda verməyəcəkdir. O gün onları lənət və axirət yurdunun pis əzabı gözləyir» (əl-Mumin, 51-52).
Allah-təala oğlanı ona görə danışdırdı ki, onlar bu saleh qadından soruşdular:
«…Bunlar sənin üçün haradandır?…» (Ali-İmran, 37).
Yəni, bu yemək, bu meyvələr haradandır? O isə dedi:
«…Bu Allah tərəfindəndir! Həqiqətən, Allah istədiyi şəxsə hədsiz ruzi verər!» (Ali-İmran, 37).
Bəli, bacılarım! Siz də bu qadınlara oxşamalısınız. Çünki, bu qadınlar Allahı tanıyıb, onun əmrinə tabe olublar. Buna görə siz də onlara oxşamalısınız, onları özünüzə gözəl bir nümunə olaraq götürməlisiniz. Çünki, Allah-təala o qadınlardan razı olub və onları da Özündən razı edib.
Bu isə İbrahim əleyhissəlamın zövcəsi olan Saradır. əl-Buxari (Allah ona rəhmət etsin!) öz «Səhih»əsərində rəvayət edir ki, bu qadın Misirin zalım bir hökmdarının yanına zorla gətiriləndə, o, suyu götürüb dəstəmaz aldı, namaz qıldı və byöük bir duanı oxudu. Onun səmimi qəldbən dediyi bu duaya diqqət yetirin! O dedi: «Allahım! Əgər bilirsənsə ki, mən Sənə Sənin Elçinə iman gətirdim və namusumu qorumuşam, onda məni bu kafirə tabe etmə!» Bu kafirin də ayaqları yerə girdi. O ikinci dəfə qalxdı, qadın isə həmin duanı yenə oxudu, o təzədən batdı. Üçüncü, sonra isə dördüncü dəfə də qalxmağa çalışdı. Sara isə bu duanı təkrarlayırdı. Hökmdar ərafdakılara dedi: «Siz mənə şeytanı göndərdiniz. Onu İbrahimə qaytarın, həm də Həcəri ona verin». O, İbrahim əleyhisəlamın yanına qayıdanda dedi: «Görürsən, Allah-təala bu kafiri taptaladı və onun cariyəsini də verdi».
Həqiqətən, bu səmimiyyətdir, ixlasdır bacılarım! Həqiqətən, bu Allaha pənah gətirməkdir. Alllah-təala buyurur:
«…Allah Ona yardım edənlərə, şübhəsiz ki, yardım edər. Həqiqətən Allah yenilməz qüvvət və qüdrət sahibidir! O kəslər ki, əgər onları yer üzündə yerləşdirsək namaz qılar, zəkat verər, yaxşı işlər görməyə əmr edib, pis işlər görməyi qadağan edərlər. Bütün işlərin sonu Allaha aiddir» (əl-Həcc, 40-41).
Bu qadınlardan biri də Həcərdir. Yenə də əl-Buxari (Allah ona rəhmət etsin!) rəvayət edir ki, Allah İbrahimə zövcəsi Həcəri və oğlu İsmail əleyhissəlamı əkinbitməz bir vadidə qoymağını əmr etdi. Orada adam, su, yemək və başqa həyat nişanəsi olan bir şey yox idi. Lakin İbrahim Allahın əmrinə tabe oldu. O onları qoyanda Həcərlə dönməyərək vidalaşdı. Həcər isə dedi: “Ey İbrahim! Ey İbrahim! Ey İbrahim! Sən bizi kimin üçün qoydun? Sən bizi kimin üçün qoydun? Sən bizi kimin yüçün qoydun? Allahın sənə əmr etdi?” O da dönüb dedi: “Bəli!” Həcər dedi: “Ey İbrahim! Həqiqətən, Allah bizi məhv etməz”. Lə iləhə illəllah! Allah da onu saxladı və onun gəzib (su axtararırkən- red.) etdiyi hərəkətləri Həccin rüknlərindən etdi. Bu rükn həm kişilərə, həm də qadınlara vacibdir. Lə iləhə illəllah! Qadın Allaha bağlananda, onun köməyinə inananda, öz işini Allaha həvalə edəndə necə də yaxşıdır. Allah-təala buyurur:
«Mən öz işimi Allaha həvalə edirəm, həqiqətən, Allah bəndələri Görəndir!» (əl-Mumin, 44).
Bu isə möminlərin anası Aişədir (Allah ondan razı olsun!). O, Allahın əmrinə tabe oldu. Allah da münafiqlərin iftirasından qorudu və onun günahsız olduğu haqqında Qiyamət gününə kimi oxunan Quran ayələrini nazil etdi.
Bu isə Ummu Sələmədir (Allah ondan razı olsun!). O və Aişə (Allah onlardan razı olsun!) əshabələrin alimlərindəndirlər. İndiki zamanda isə bizə və xüsusi ilə qadınlara Aişə və Ümm Sələmə kimi Quran və hadisələri əzbərləməyə mane olan nədir?
Bu isə Ummu Səlimdir (Allah ondan razı olsun!) Bilirsinizmi o kim idi? Onun mehri İslamda ən baha bir mehr idi. Əbu Təlhə onunla evlənmək istəyəndə, o dedi: «Ey Əbu Təlhə! Mənim mehrim İslamdır!» Əbu Təlhə də dedi: «Əşhədü ən lə iləhə illəllah və əşhədü ənnə Mühəmmədən rəsulullah»! (Şəhadət verirəm ki, Allahdan başqa tanrı yoxdur və şahədət verirəm ki, Məhəmməd Onun Elçisidir). Ummu Səlim (Allah ondan razı olsun!) də onunla buna görə evləndi. Ummu Səlim haqqındakı qəribə rəvayətlərdən biri də budur: Onun oğlu xəstələndi, əri isə o vaxt səfərə getmişdir. Oğlu vəfat etdi. O biləndə ki, əri qayıdır onun üçün ətir vurdu və bəzəndi. Əri oğlu haqqında soruşdu. Ummu Səlim cavab verdi ki, oğlun çox sakitdir. Doğru söylədi, həqiqətən o, sakit, – ölü idi. O bəzəndi, ətir vurdu və öz hüzn və kədərini qəlbində gizlətdi. Sonra isə ərinə xidmət etmək üçün qalxdı və ona o dəqiqə bu acı xəbəri çatdırmadı. Əbu Təlhə istirahət edəndən sonra ona oğlu haqqında danışdı. O da soruşdu ki, niyə mən gələndə dərhal xəbər vermədin. Ummu Səlim də cavab verdi ki, onu rahat etməsini istəyirdi. Səhər olanda isə Allah Öz elçisinə (s.a.v.) bu iki səbrli ər-arvad haqqında vəhy göndərdi. Peyğəmbər (s.a.v.) Əbu Təlhənin yanına gəlib buyurdu: «Allah sənin bu gecəni bərəkətli etsin!».
Bundan sonra da Allah-təala Əbu Təlhəyə on oğul verdi. Onların hamısı Qurani əzbər bilirdilər və Peyğəmbər (s.a.v.) və onun əshabələri ilə birlikdə cihad edirdilər. Həqiqətən, bu saleh qadın öz övladlarını Quran və Sünnə əsasında tərbiyə etmişdir. Ana bir məktəbdir. Onu hazırlasan, demək, yaxşı bir nəsil hazırlamış olarsan.
Biz görəndə ki, qadınların çoxu öz övladları haqqında ancaq yeməkdə, içməkdə, geyinməkdə və başqa dünya işlərində fikirləşirlər, qəlbimiz ağrayır. «Oğlum çörək yedinmi? Təzə paltarını geyindinmi? Səhhətin yaxşıdırmı?» Biz belə şeylərə etiraz etmirik. Lakin o maraqlanmır ki, oğlu sübh namazını camatla qılıb, ya yox? Yaxşı, saleh yoldaşlarla oturub-durur, ya pis yoldaşlarla? O, Quran daşıyır, ya siqaret? O, əshabə kişi və qadınlar haqqında kitablar oxuyur, ya pozğunçuluğa çağıran curnallar? O, özünü Peyğəmbərə (s.a.v.) oxşadır, ya Firona və Qaruna? Bəli, biz Ummu Səlim kimi qadınlara möhtacıq.
Bu isə başqa bir əsabə qadın. Səhih rəvayətdə deyildiyi kimi, onun yanına bir qonaq gəlir, o da ərinə deyir: «Vallahi, uşaqların yeməyindən başqa bir yemək yoxdur». Əri də deyir: «Uşaqları yatırt!». Qadın uşaqları yatızdırdıqdan sonra əri qonağa yemək verdi və arvadına dedi: «Get çırağı söndür, guya onu düzəldirsən!». Qonaq da elə hesab edirdi ki, kişi onunla yeyir, lakin qonaq tək yeyirdi. Bu əshabə Peyğəmbrin (s.a.v.) yanına gələndə o buyurdu: «Allah dünən qonağınızla etdiyiniz hərəkətinizə təəccbləndi!».
Allahu əkbər! Əziz bacılarım! Şüşhəsiz ki, bu qadınlar saleh qadınlar üçün gözəl nümunədir.
Bu isə ənsar qadınlardan biridir. Peyğəmbər Ühüd döyüşündən qayıdanda o qadına dedilər: «Ərin döyüşdə öldürüldü!» O da onlara dedi: «Allahın elçisi haradadır?» Onlar dedilər: «Oğlunda öldü». O dedi: «Allahın Elçisi haradadır?» Dedilər: «Qardaşında öldürüldü». Dedi: «Allahın elçisi haradadır?» O Peyğəmbəri görəndə gözlərindən sevinc və məhəbbət yaşları töküldü və o dedi: «Hər bir müsibət səndən soqra yüngüldür, ey Allahın Elçisi!».
Allahıu əkbər, bacılarım! Baxın, Allahı, Peyğəmbəri sevən bu qadınların məhəbbətinə! Bütün bunlar dünənki qadınlar haqqındadır. Bəs indiki qadınlar haqqında nə deyək? Biz sizə deyirik bacılarım. Allah – təalə buyurur: «İmam gətirənlərin qəlblərini Allahın zikri və haqdan nazil olan üçün yumşalması vaxtı gəlib çatmadımı? (əl-Hədid, 16).
Alllah-təalə həm də buyurur:
«Allah münafiq kişiləri və qadınları, müşrik kişi və qadınları əzaba uğratsın, mömin kişilərin və qadınların tövbələrini qəbul buyursun deyə...» (əl-Əhzab, 73).
Bizə, Allah – təalaya tövbə etmək vaxtı gəlib çatmayıbmı? Sizə Allah qorxusundan sonra birinci vəsiyyətim: Allahın Kitabı olan Qurandan yapışın! Bu Kitabda sizin dünyada və axirətdə ki səadətiniz var. Bəli:
«Sən Allahın Kitabından möhkəm yapış, Çünki o sənə yeganə dayaqdır!»
Nə üçün biz Qurana tabe olmuruq. Halbu ki, Allah-təala buyurur:
«Onlar Quran barəsində düşünməzlərmi yoxsa ürəklərinə gəlib vurulmuşdur» (Məhəmməd, 24).
Biz bilirik ki, cəmiyyətdə saleh qadınlar var. Bilirik ki, o qadınların xeyirli işləri var. Bilirik ki, o qadınlar xeyirli işlərdə bir-birini ötməyə çalışrılar. Lakin biz artıığını istəirik və saleh qadınlara deyirik: Allah təala buyurur:
«Tədarük gördün. Ən yaxşı tədarük isə təqvadır» (əl-Bəqərə, 197), yəni Allahdan qorxmaqdır. Saleh əməlləri az olanlara isə deyirik: Qurana əməl edin. Çünki onda sizin sağlamlığınız var.
Allah təala buyurur:
«Mömin olub yaxşı işlər görən kişi və qadına xoş həyat nəsib edəcək və gördükləri yaxşı işlərin müqabilində onlara daha yaxşı mükafat verəcəyik!» (ən-Nəhl, 97).
Ey bacım! Ey Allahın bəndəsi! Hamamız xöşbəxt yaşamaq, şəhid kimi ölmək və qiyamət günü yaxşı dirilmək istəyirik. Allah təala buyurur:
«…yaxşı işlər görən…»
Bu isə şərtdir ki, əməl saleh bir əməl olsun. Bu isə şərtə uyğun olan, bidət və haram olmayan bir işdir. Həm də Allah-təala buyurur:
«Mömin olub…»
Bu isə ikinci şərt kimi, əməl mütləq şirk və riyadən azad olan tovhidə (yəni Allahın birliyinə) düzgün imanla olmalıdır. Əməli saleh, imanı düzgün olan kimsənin əvəzi nədir? Əvəzi odur ki, dünyada yaxşı, xöşbəxt bir həyat, sonra isə axirətdə onun üçün bütün etdiyi saleh əməllərə görə böyük əcr gözləyir. Qyran oxumaq, zəkat, namaz, oruc, sədəqə, yaxşı söz, yaxşı kasetlərə qulaq asmaq, Allaha dəvət etmək, hicab geymək, kişilərlə qarışmamaq, övladlara yaxşı tərbiyə vermək, əri ilə yaxşı davranmaq, qonşulara yaxşılıq etmək, Allah yolundakı əziyyələrə səbr etmək, Allahı zikr etmək, musiqiyə qulaq asmamaq, yalan danışmamaq, qeybət və söz gəzdirəndən uzaq olmaq, bütün müsəlmanlara dua etmək, insanlarla gözəl əxlaqla davranmaq və büğün bu işlərdə Allah-təalaya ixlaslı olmaq (yəni, işi ancaq Allah-təalanan razılığı üçün etmək). Bütün bu əməllər istənilən əməllərdir, onların Allah dərgahında əvəzi böyükdür. Kim saleh əməllərinə nöqsanlıq etsə, onun nəticəsi əks nəticə olur. Çünki, Allah-təala buyurur:
«Hər kəs Mənim öyüd-nəsihətimdən üz döndərsə, güzaranı daralar və biz qiyamət günü məhşərə kor olaraq gətirərik! O belə deyər: “Ey rəbbim! Nə üçün məni məşhərə kor olaraq gətirdin. Halbuki mən görürdüm!”»
Allah-təala buyurur:
«Elədir, amma sənə ayələrimiz gəldi, sən isə onları unutdun. Bu gün eləcə də sən unudulacaqsan!».
Bəli, Allahın və Peyğəmbərin kəlamlarını eşidən və lakin ona fikir verməyən, ona əməl etməyən adamı problemlərələ və kədərlə dolu olan ürək sıxıcı bir həyat gözləyir. Sonra isə axirətdə Allah onu məşhərə kor olaraq gətirəcək, necəki bu dünyada kor idi və haqqı görmürdü. Sonra isə Allah-təala onu Cəhənnəmə atar və ona heç bir fikir verməyəcəkdir, çünki o, bu dünyada Allahın kəlamını və ayələrini tərk etdi, onun cəzası etdiyi əməllərə görədir. Bizə ibrət almaq vaxtı gəlmədimi? Bizə tövbə etmək vaxtı gəlmədimi? Bizə qayıtmaq vaxtı gəlmədimi? Allah-təala buyurur:
«De: “Ey mənim özlərinə zülm etməkdə həddi aşmış bəndələrim! Allahın rəhmindən ümüdsiz olmayın. Allah bütün günahları bağışlayır. Həqiqətən, O bağışlayandır, rəhm edəndir! (Tövbə edib) Rəbbinizə dönün. Əzab sizə gəlməmişdən əvvəl Ona təslim olun. Sonra sizə heç bir kömək olunmaz! Qəfil əzab özünüzdə bilmədən başınızın üstünü almamışdan əvvəl Rəbbinizdən sizə nazil edilmiş ən gözəl sözə tabe olun!” Bir kəs: “Allaha itaət etdiyi təqsirlərə görə vay halıma! Həqiqətən, mən istehza edirdim!” -deməsin» (əz-Zumər, 53-56).
Lə iləhə illəllah! Mənim müsəlman bacım! «… bir kəs: “Allaha itaət etdiyim təqsirlərə görə vay halıma!” -deməsin!».
Lə iləhə illəllah! Müsəlman bacım! Səni məsciddə meyit namazı qalmıq üçün aparanda, məgər sən zən edərsən, mühazirə üçün gedirsən? Ya namaz qılmaq üçün gedirsən? Ya da bir şeyə qulaq asmaq üçün məscidə girirsən? Vallahi yox. Sən məscidə ömründə axrıncı dəfə girirsən, girirsən ki, imam qabağında sənin namazın qılınsın. Müsəlman bacım! Sən beş nəfərin parçasına bürünəndə, dilin tutulanda ən balaca balan sənin üstündə ağlayanda, sən vəsiyyət etmək, danışmaq istəyəcəksən. «Oğlumu öpmək istəyirəm!». «Qızımla danışmaq istəyirəm!». Lakin Allah-təala buyurur:
«Onlarla istədikləri şeylər arasında əngəl törədilmişdir» (Səba, 54).
Bu şeydən biz hamımız keçəciyik. Müsəlman bacım! Bu gün sən sevinc içində ərinlə birlikdəsən və uşaqlarınla oynayırsan, sabah isə sən tək qəbirdə oturacaqsan. Bu gün ən gözəl paltarları geyinirsən. Sabah isə kəfən geyinəcəksən! Bu gün gülürsən, sabah isə ola bilər ki, ağlayacaqsan! Bu gün yataqda yatırsan, sabah isə torpaqda yatacaqsan! Bü gün nemətləri yeyirsən, sabah isə qurdlar səni yeyəcək! Allahın zikrindən ruh şiddətli bir əzaba düçar olar. Bu əzabdan bərzəx aləmində, qəbr aləmində qaçmaq mümükün deyil. Çünki bu aləm bizim dünyamızdan çox fərqlidir. Onlar isə əzab çəkirlər! Onları eşitmirik. Onlar isə qışqırırlar. Onlar şiddətli əzab çəkir və elə qışqırırlar ki, onları cin və insanlardan başqa hər kəs eşidir. Əgər biz onları eşitsək, onları qəbrə apara bilmərik, qorxudan qaçardıq. Bəli, müsəlman bacım! Bütün səhih hədislərində Peyğəmbər (s.a.v.) xəbər verdi. Amma Allahın əmrinə tabe olanların qəbrləri Peybəmbərin (s.a.v.) buyurduğu kimi cənnət bağçaları olur. Onlar orada nemətlər içində olacaqlar. Biz onları görmürük. Bizimlə onlar arasında əlaqə yoxdur. Onlar orada nemət içində olacaqlar. Bizimlə onlar arasında əlaqə yoxdur, onlar bizi, bizdə onları eşitmirik. Bu Allahın hikmətidir. O, bununla bizi sınağa çəkir.
Həqiqi mömin qeybə inanır və Allahın kitabında olan və Peybəmbərin (s.a.v.) dediyi bütün qeyb işlərinə inanır. Cənnətə, Cəhənnəmə və s. inandığı kimi. Əgər bütün bu işlər acıq olsa idi, hər kəs də onları görsə idi, möminlə münafiqin arasında fərq qalmazdı və bu möminlə münafiqi ayırmaq üçün imtahan olmazdı! Hanı qorxan qəlb? Hanı yaşlanan gözlər? Vallahi bu Quranı eşitsəydi parçalanardı.
Müsəlman bacım! Fikirləş ki, sən sabah Allah-təalanın hüzuruna gedəcəksən və səninlə sənə şahidlik edəcək əməllərdən başqa heç bir şey qalmayacaq! O gün insanlar lüt, ayaqyalın və qorxu içində olacaqdır. Qurani tərk edən qızın halına vay olsun! Vay olsun namazı zay edənə, vay olsun musiqiyə qulaq asana, vay olsun filmlərin qabağında oturana, vay olsun öz namusunu ləkələyənə! Vay olsun camaatın qabağına bəzənmiş, hicabsız çıxana, Vay olsun ətirlənib evdən çıxana! Vay olsun valideynlərinə qarşı pis olana! Vay olsun öz ərinə xəyanət edənə! O, Allahın qabağında duranda onun əleyhinə onun öz bədən üzvləri şahidlik edəcəklər! O, Allahın qabağında nə deyəcək?!
Ey müsəlman bacım! Məgər eşitməmisən ki, Cəhənnəmdəkilərin çoxu qadınlardır?! Sən atəşə dözə bilərsən? Vallahi dözə bilməzsən! Sən Allahın qabağında dayanıb nə deyəcəksən? Allah-təala buyurur:
«Bu gün onların ağızlarını möhürləyəcəyik. Etdikləri əməllər barəsində onların əlləri Bizimlə danışar, ayaqları isə şəhadət verər» (Yasin, 65).
Buna görə də Allaha tərəf dönüb tövbə etmək lazımdır. Bacılarım! Deyin: «ya Allah, ya Allah! Ya Allah! Sənə tövbə etdik! Sənə tərəf qayıtdıq! Sənə pənah gətirdik!» bir bunları deyin, inşallah, Allah-təala bizə cavab verər, bəlkə O, bizə tərəf dönər, blkə O, bizə nəfslərimizə qarşı kömək edər. Ey, bacılarım, nə vaxta kimi? Bu neçənci moizə? Neçənci xütbə? Neçənci kəlmə? Neçənci nəsihətdir? Tövbə etmək və ibrət almağın vaxtı gəlib çatmayıbmı? Sadiq bir tövbə lazımdır, bacılarım, mən sizə bunu nəsihət edirəm. Qəlblərdə olanı isə Allah ən yaxşı biləndir.
Allahım, bizi, hamımızı bağışla! Allahım, biz Səndən hidayət diləyirik. Bizim bərk qəlblərimizi təmizlə, onları Quranla yumşalt! Allahım, qəlblərimizi nifaqdan, gözlərimizi xəyanətdən, qulaqlarımızı qeybətdən, dillərimizi yalan və böhtandan təmizlə, ey Aləmlərin Rəbbi!



انّا للہ و انّا الیہ راجعون
Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
 
TeraneTarix: Çərşənbə, 03.10.2012, 22:58 | Yazı # 6
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
Salih Qadlnların Həyatından İbrətlər(Ummu Harisə Rubeyyə bint ən-Nadr )
Başqa bir səbr qalası:
Bu qadın Ummu Harisə Rubeyyə bint ən-Nadrdır. O, Ənəs ibn Malikin bacısıdır. Allah onların hər ikisindən razı olsun. Ummu Harisə Bədr döyüşü günü Peyğəmbərin yanına gələrək dedi: Ey Allahın Peyğəmbəri: mənə Harisə haqda danışarsanmı? –O bədr günü ona dəyən oxla ölmüşdü- əgər o Cənnətdədirsə səbr edər, yox əgər elə deyilsə o zaman ağlayaraq onun üçün çalışaram. Peyğəmbər ona Allahın salavatı və salamı olsun buyurdu: Ey Ummu Harisə o Cənnətdə olan bağçalardır. Sənin oğlun Firdovs əl-Ələyə (yüksək Firdovsə) nail olmuşdur. (Buxari Rəvayət etmişdir.)
Harisə öz anasına yaxşılıq edən idi.

O öz anasına hansı yaxşılığı edərdi?
O anasını öz əli ilə yedizdirirdi.
Onun yaxşılığı onu haralara yetişdirdi?
Onu Firdovs əl-Ələyə yetişdirdi.
Peyğəmbər ona Allahın salavatı və salamı olsun buyurmuşdur: "Mən Cənnətdə gəzib dolaşırdım. Birdən bir Qarinin səsini duydum və dedim: Bu kimdir? Dedilər: Harisə ibn ən-Nömandır. Peyğəmbər ona Allahın salavatı və salamı olsun buyurdu: Yaxşılıq belədir. Yaxşılıq belədir. O anasına ən xeyirxah insan idi." Imam Əhməd, ibn Hibban və Hakim rəvayət etmişdir.
Bu ona yaxşılıq edən oğlunu itirmiş Ummu Harisədir. Buna baxmayaraq o tam sakit halda belə dedi: " əgər o Cənnətdədirsə səbr edər, yox əgər elə deyilsə o zaman ağlayaraq onun üçün çalışaram."
O necədə səbirli qadın idi. Oğlunun Allah yolunda ölümünə səbr edirdi. Onun oğlu artıq ölmüşdü. Onu maraqlandıran isə oğlunun öldükdən sonrakı halı idi. Əgər oğlu Cənnətdədirsə o səbr edər, yox əgər elə deyilsə o zaman onun üçün ağlayaraq çalışar. Bunu onu itirdiyinə görə yox, əksinə onun aqibəti və halına acıyaraq etmək istərdi. Allahım sən ondan razı qal!



انّا للہ و انّا الیہ راجعون
Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
 
TeraneTarix: Çərşənbə, 03.10.2012, 22:58 | Yazı # 7
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
Salih Qadlnların Həyatından İbrətlər(Səfiyyə bint əbd əl-Müttəlib )
Bu qadın səhabə bir səbr dağı və qalası idi. O, Peyğəmbərin ona Allahın salavatı və salamı olsun bibisidir. Onun adı Səfiyyə bint əbd əl-Müttəlib idi.

Bəs onun həyatı necə idi?!
Imam Əhməd Zübeyir ibn əl-Əvvamdan onun belə dediyini rəvayət edir: "Uhud döyüşü günü bir qadın sürətlə hərəkət edərək ölənlərin yanına yetişmişdi. Bunu görən Peyğəmbər ona Allahın salavatı və salamı olsun qadının ölüləri müşahidə etməməsi üçün: Qadın, qadın deyərək səsləndi. Zübeyir dedi ki, mən onun anam Səfiyyə olduğunu təxmin etdim və o ölülərə yetişmədən öncə, ona yetişdim. O məni öz sinəsinə sıxdı. O, şücaətli bir qadın idi.
Mən ona dedim: Peyğəmbər ona Allahın salavatı və salamı olsun səni gördü.
Mən onunla dayandım və iki paltar çıxartdım. O mənə dedi: Bu iki paltarı kəfən olaraq qardaşım Həmzə üçün gətirmişəm. Onu bununla kəfənləyin. Biz kəfənləri gətirib Həmzəni kəfənləmək istədikdə onun yanında ənsarlardan bir kişi gördük. Ona da Həmzəyə edilən işgəncə edilmişdi. Biz ənsarinin kəfəni olmadığından Həmzəni iki paltarda kəfənləməkdən utandıq və belə dedik: Bir kəfən Həmzənin, digəri isə ənsarinin olsun. Biz hər iki kəfəni ölçdük, onların biri böyük digəri isə kiçik idi. Buna görə də biz püşk ataraq kəfənləri bölüşdürdük və hərəni öz payına düşən kəfənində basdırdıq."
Bu qissədə olan ibrətlər:
1. Bu qadın səhabənin Allah ondan razı olsun qardaşı Həmzənin ölümünü və ona edilən işgəncəni bildiyi halda etdiyi səbr.
2. Onun, qarşılaşacağı şeyi bildiyi halda oğlunu öz bağrına basması ilə güclü şəxsiyyətinin təzahürü.
3. Oğlu onu geri qaytarmaq istədikdə təlaşa düşməyərək, Allaha və Onun Peyğəmbərinə ona Allahın salavatı və salamı olsun mütilik və Peyğəmbərə xüsusi itaəti ilə öz nəfsinə sahib çıxması.
Peyğəmbərin ona Allahın salavatı və salamı olsun əmri ona yetişdikdə dayandı. Peyğəmbər ona Allahın salavatı və salamı olsun səni gördü dedikdə isə yerindən tərpənmədi, hətta bir-iki addım atmağa belə cəhd etmədi əksinə özü ilə gətirdiyi kəfənləri çıxartdı. O, necə də səbirli, itaətkar, Allaha və Rəsuluna müti idi.
4. Həmzəni Peyğəmbərin ona Allahın salavatı və salamı olsun əmisi olduğu halda onu ənsaridən üstün tutmayaraq kimin hansı kəfəndə basdırılması üçün püşk atdılar.
Ey qardaş! Bizim hamımız üçün bu qissədə ibrət, dərs, örnək və xüsusən də ibrət vardır.



انّا للہ و انّا الیہ راجعون
Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
 
TeraneTarix: Çərşənbə, 03.10.2012, 22:59 | Yazı # 8
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
Dünya qadınlarının seyidinin həyatı(Fatimə Anamız)
Əgər qız atası ilə fəxr edəsi olsaydı dünya qadınlarının seyidinə onun müttəqilərin imamının ona Allahın salavatı və salamı olsun qızı olması kifayət edər.
Əgər bir kəs öz nəsəbi ilə fəxr edəsi olsa dünya qadınlarının seyidi bununla onlara qalib çıxardı.
Əgər bir kəs özü ilə fəxr etsəydi dünya qadınlarının seyidinə bu ləqəb kifayət edərdi.
Dünya qadınlarının seyidi Fatimə binti Məhəmməddir ona Allahın salavatı və salamı olsun.

Imam Zəhəbi demişdir: O, öz zamanında Peyğəmbərin ona Allahın salavatı və salamı olsun vaxtında dünya qadınlarının seyidi idi. O, Həsən və Hüseynin anası, Peyğəmbərin ona Allahın salavatı və salamı olsun ən kiçik və sevimli qızı idi. Peyğəmbərlikdən az öncə doğulmuşdur.
Onun fəzilətlərindən: Atasından hədislər rəvayət etmişdir. Ondan isə oğlu Hüseyn, Aişə, Ummu Sələmə, Ənəs ibn Malik və başqaları rəvayət etmişlər. Onun rəvayəti əl-Kutub əl-Sittədədir. Peyğəmbər ona Allahın salavatı və salamı olsun onu sevər və ona ikram edərdi. Onun üstün cəhətləri çoxdur: O, səbirli, xeyirxah, Allaha şükr edən və dinini mühafizə edən idi.
Əbu əl-Həsən, Əbu Cəhlin qızını almaq istədikdə bu xəbər Peyğəmbərə ona Allahın salavatı və salamı olsun yetişdi və o belə buyurdu: Allaha and olsun ki, Peyğəmbərin qızı ilə Allahın düşməninin qızı bir evdə cəm olmazlar. Fatimə məndən bir qismədir ona əziyyət verən şey mənə də əziyyət verər. (Buxari və Müslüm rəvayət etmişlər). Əli Əbu Cəhlin qızı ilə evlənməyi Fatiməyə görə tərk etdi. Hətta Fatimənin sağlığında onun üzərinə nə evləndi nə də ki kəniz tutdu. Amma onun vəfatından sonra isə evləndi və kəniz tutdu.
Peyğəmbər ona Allahın salavatı və salamı olsun vəfat etdikdə onun ölümünə həzin oldu və ağlayaraq belə dedi: Ey onu çağıran Rəbbinə cavab verən, yeri Firdovs cənnəti olan atam!
Peyğəmbərin vəfatından sonra isə belə buyurdu: Ey Ənəs! Sizin Peyğəmbərin üzərinə torpaq tökməyə necə əliniz gəlir!
Peyğəmbər xəstəliyi zamanı Fatiməyə belə buyurmuşdu: Mən bu xəstəliyimdə vəfat edəcəyəm. Fatimə ağlayırdı. Və Peyğəmbər ona ondan sonra ilk vəfat edəcək kimsənin Fatimə olduğunu, onun bu ümmətin qadınlarının seyidi olduğunu söylədi. Bunu eşidən Fatimə güldü və bu sirri gizli saxladı. Peyğəmbərin vəfatından sonra Aişə ondan soruşduqda bu sirri ona açdı.
Aişə belə rəvayət edir: Peyğəmbər ona Allahın salavatı və salamı olsun arvadlarının hamısı bir yerə toplaşmışdılar. Fatimə yürüyərək onların yanına gəldi. Onun gəzişi Peyğəmbərin ona Allahın salavatı və salamı olsun gəzişinə oxşayırdı. Peyğəmbər ona qızımı xoş gördüm deyərək onu sağ və ya sol tərəfinə oturtdu. Sonra Peyğəmbər ona gizli sözlər söylədi və Fatimə ağladı. Bunun ardından Fatiməyə xoş söz söylədi və o gülümsədi. Aişə Fatiməyə dedi: Səni nə ağlatdı. Fatimə dedi: Mən Peyğəmbərin sirrini açan deyiləm. Aişə dedi: Fatimə ağladıqda mən ona dedim: Peyğəmbər ona Allahın salavatı və salamı olsun bizi deyil səni öz sözü ilə təxsis etdiyi halda ağlayırsanmı? Ondan Peyğəmbərin dediyi haqda soruşdum. O mənə dedi: Mən Peyğəmbərin sirrini açan deyiləm. Peyğəmbər vəfat etdikdən sonra yenə də ondan bu haqda soruşdum. Fatimə dedi: Peyğəmbər mənə bunları söylədi: "Cəbrail mələk hər il mənə Quranı bir dəfə təkrar etdirərdi, bu il isə mənə iki dəfə təkrar etdirdi. Mənə elə gəlir ki, artıq mənim əcəlim gəlib çatmışdır və mənim əhlimdən mənə ilk yetişən sən olacaqsan. Mən sənin üçün necə də gözəl sələfəm" Mən buna görə ağladım o isə məni sevindirərək dedi: "Sən möminlərin qadınlarının və ya bu ümmətin qadınlarının seyidi olmağa razı deyilsənmi." Mən buna görə güldüm. (Buxari və Müslüm rəvayət etmişlər).
Peyğəmbər ona Allahın salavatı və salamı olsun onun üçün, o da Peyğəmbər üçün ayağa qalxardı. Peyğəmbər onu öpər o da Peyğəmbəri öpərdi. Allah ondan razı olsun
Fatimənin evlənməsi:
Onu imam Əli ibn Əbu Talib Allah ondan razı olsun hicrətin ikinci ili, Bədr döyüşündən sonra Zülqədə ayında evlənmişdir. (Bunu imam Əz-Zəhəbi söyləmişdir). O Əli üçün Həsəni, Hüseyni, Möhsini, Ummu Kulsumu(Həzrəti Əli Ummu Kulsumu Ömər bin Xətaba ərə vermişdir) və Zeynəbi dünyaya gətirmişdir.
Ona verilən mehir:
Əli Allah ondan razı olsun ona Əl-Hütəmiyyə zirehini mehir olaraq vermişdir.
Ərinin evində etdiyi xidmətlər:
Fatim Allah ondan razı olsun ərinin evində işləyirdi hətta bu ona çətinlik yaratdı. Əli Allah ondan razı olsun deyir: Fatimə ev işlərindən gördüyü çətinliklər üzündən şikayətləndi və Peyğəmbərin yanına yola düşdü, amma onu evdə tapa bilmədi. Bunu Aişəyə xəbər verdi. Peyğəmbər evə gəldikdə Aişə Fatimənin gəlişini söylədi. Peyğəmbər bizim yanımıza gəldi. Mən ayağa qalxmaq istədikdə o bizə, yerinizdə oturun deyərək ikimizin arasında oturdu. Peyğəmbər buyurdu: "Sizi istədiyinizdən daha xeyirlisinə yönəltimmi? Yerinizə girdikdə 34 dəfə Allahu əkbər, 33 dəfə Sübhənəllah, 33 dəfə Əlhəmdulillah söyləyin. Bu sizin üçün xadimədən daha xeyirli olar." (Buxari və Müslüm rəvayət etmişlər)
Baxın bizim Anamız Fatimə(Allah ondan razı olsun) peyğəmbərin qızı olmasına baxmayaraq nəqədər təvazükar idi.



انّا للہ و انّا الیہ راجعون
Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
 
TeraneTarix: Çərşənbə, 03.10.2012, 23:00 | Yazı # 9
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
Hicabın şərtləri
1) Hicab – dar olmayan, qadının bədənini başdan ayağa örtən, üzündən, əllərindən başqa bədənin hər yerini örtən geyimdir. Allah buyurur: Ya Peyğəmbər! Zövcələrinə, qızlarına və mö’minlərin övrətlərinə de ki, (evdən çıxdıqda cariyələrə oxşamasınlar deyə, bədənlərini başdan-ayağa gizlədən) örtüklərini örtsünlər. Bu onların tanınması (cariyə deyil, azad qadın olduqlarının bilinməsi) və onlara əziyyət verilməməsi üçün daha münasibdir. Allah bağışlayandır, rəhm edəndir! (Əhzab:59)

Hicabın özü də zinət kimi olmamalıdır, yəni paltarın üstündə bəzəkli naxışlar, cürbəcür rənglər olmamalıdır. çünki bu, naməhrəmlərin onun naxışlı və bəzəkli paltarına baxmasına səbəb ola bilər və onları cəlb edə bilər və elə hicabın özü də zinət kimi olar, halbuki Allah deyir, "zinətlərini gizlətsinlər!".

3) Geyim qalın olmalıdır. Nazik, aydın və ya şəffaf olmamalıdır. Əgər geyim nazik(dar) olarsa, o zaman qadının geyiminin altındakı əzələsi aydın sezilər və bu naməhrəmləri cəlb edə bilər. Peyğəmbər (s.ə.s) demişdir: “Ümmətimin son hissəsində elə qadınlar olacaq ki, onlar geyinmələrinə baxmayaraq çılpaq kimi görsənəcəklər. Onların dəvə hörgüzü kimi hündür saçları var. Lənət olsun onlara, onlar lənətlənmişlər. Onlar cənnətə girməyəcək, qoxusunu da hiss etməyəcəklər. Halbuki onun qoxusu filan-filan məsafədən duyulur” (Səhih Muslim)

4) Hicab ətirli olmamalıdır, çünki bu, naməhrəmlərdə həvəs oyadar və onları şirnikləndirər. Aşağıda bəzi hədislər var ki, ətirli halda çölə çıxmaq qadağandır (haram). Biz onlardan bəzilərini deyəcəyik:

1) Əbu Musa əl-Əşəri rəvayət edir ki, Peyğəmbər (s.ə.s) demişdir: "«Bir qadın gözəl qoxu sürtüb kişilərin arasından keçər və kişilər bu qoxunu duyarlarsa, o qadın zina etmiş kimi sayılır» (əbu Davud, Tirmizi-ədəb, Əhməd ibn Hənbəl, Müsnəd 400-4).
2) Musa bin Yəsardan belə rəvayət edilmişdir: «Gözəl ətir sürtmüş bir qadın keçirdi. Əbu Hureyrə (r.a.) ona: «Ey Cabbarın anası hara gedirsən» — deyə soruşdu. Qadın: «Məscidə» cavabını verdi. O zaman əbu Hureyrə (r.a.): «Evinə dön. Qoxu gedənə qədər yuyun». Çünki, mən Rəsulullahdan (s.ə.s): «Allah təala, sürtdüyü qoxunu ətrafa yayaraq, məscidə gedən bir qadının namazını, evə dönüb yumayana qədər qəbul etməz» dediyini eşitdim. (Səhih Müslim, Əbu Davud, ən-Nəsai).

6) Qadın nə kişi paltarı geyməlidir, nə də geydiyi paltar kişi paltarına bənzəməlidir. Çünki Əbu Hureyrə (r.a.) «Rəsulullah (s.ə.s) kişi paltarı geyən qadını lə'nətləmişdir» — buyurmuşdur (Əbu Davud, Libas 4098). Digər bir hədisdə isə Rəsulullah (s.ə.s) “Allah özlərini qadınlara bənzədən kişilərə və özlərini kişilərə bənzədən qadınlara lə'nət etmişdir” deyə buyurmuşdur.

7) Hicab kafir qadının geyiminə bənzəməməlidir."Hər kim özünü kiminsə tərzinə bənzədərsə, o da onlardan biri olur" (Əbu Davud)
Şəriətdə qeyd edilir ki, müsəlmanlar, qadınlar və kişilər, ibadətlərdə, bayramlarda, həmçinin geyimlərdə özlərini kafirlərə bənzətməməlidir. Bu çox vacib bir məsələdir ki, müasir zəmanədə bu, çox müsəlmanlar tərəfindən edilir. Bu, ya cahillikdən, ya öz arzularından, nəfsindən, ya da müasir Avropanı yamsılamaqdan irəli gəlir. Bu, müsəlmanların qəbul edilməməzliyi və zəifləməsinə səbəb olan amillərdən biridir. Allah buyurur: "...Hər hansı bir tayfa öz tövrünü (nəfsində olanları) dəyişmədikcə (pozmadıqca) Allah onun tövrünü (onda olanları, onun əhvalını) dəyişməz..." (ər-Rəd, 11)

8) Paltar şöhrətpərəstlik paltarı olmamalıdır.

İbn Ömər (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (s.ə.s) buyurmuşdur: "Kim ki, bu dünyada şöhrət, məşhurluq üçün paltar geyinərsə, Allah onu Qiyamət günü hörmət salan bir paltar geyindirtdirəcək"

Allah daha yaxşı bilir!

Şeyx Məhəmməd Nəsirəddin əl-Əlbaninin “Hicab əl-Mərah əl-Muslimə” kitabından seçmələr, səh 54-57.



انّا للہ و انّا الیہ راجعون
Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
 
TeraneTarix: Çərşənbə, 03.10.2012, 23:00 | Yazı # 10
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
Müsəlman qadınlar haqqında hədislər (ı hissə)
) Peyğəmbər (s.ə.s) buyurmuşdur: "Müsəlmanın əməlisaleh xanımına baxdığında fərəhlənməsi, ona bir şey əmr etdiyində itaət etməsi, özünün yoxluğunda iffətini qoruması kişinin faydalandığı şeylərin ən xeyirlilərindəndir" (İbn Macə, Əbu Davud, Nəsai)
2) Peyğəmbər (s.ə.s) buyurmuşdur: "Özümdən sonra kişilər üçün qadından daha zərərli fitnə buraxmadım" (Səhih Buxari və Müslim, Tirmizi, İbn Macə, Nəsai və başqaları)

3) Peyğəmbər (s.ə.s) buyurmuşdur: "Diqqət edin! Sizə qadınlarınızdan Cənnətlik olanlarını xəbər verimmi? Biz dedik: "Əlbəttə, Ya Allahın Rəsulu". Buyurdu ki: "Onlar sevən və doğar qadınlardır. Xəta etdiyi zaman əlini ərinin əlinin üzərinə qoyar və deyər: "Məndən razı olmayınca yatmayacağam" (Təbarani, Səhihdir)

4)Peyğəmbər (s.ə.s) buyurmuşdur: "Qadınlar 4 xislətinə görə nigahlanar: onun var-dövlətinə, əsli-nəcabətinə, gözəlliyinə və dindarlığına görə. Ona görə də dindar qadınla evlənməlisiniz, yoxsa uduzanlardan olarsınız" (Səhih Buxari)

5)Peyğəmbər (s.ə.s) buyurmuşdur: "Qadını sırf zənginliyinə görə nigahlamayın! Ola bilər ki, xeyrini görməzsiniz. Dindar və güvənilən bir xanımla evlənin. Qadını sırf gözəlliyi ilə nigahlamayın! Gözəlliyi yox ola bilər. Dindar bir cariyə ondan daha fəzilətlidir. Sizə dindar xanımla evlənməyinizi tövsiyə edirəm" (İbn Macə, Beyhəqi)

6)Peyğəmbər (s.ə.s) buyurmuşdur: "Qiyamət günü insanlar arasında Allahın nəzərində ən çirkin kişi və qadın öz həyat yoldaşları ilə cinsi əlaqədən həzz aldıqdan sonra onlardan biri gedib digərlərinə öz cinsi əlaqələri haqqında danışanlardır" (Səhih Müslim, Nigah kitabı)

7)Peyğəmbər (s.ə.s) buyurmuşdur: "Özümdən sonra kişilər üçün qadından daha zərərli fitnə buraxmadım" (Səhih Buxari və Müslim, Tirmizi, İbn Macə, Nəsai və başqaları)

8)Peyğəmbər (s.ə.s) buyurmuşdur: "Ərləri yanında olmayan qadınların evlərinə girməyin. Şübhəsiz şeytan hər birinizin damarlarında qanın dolaşdığı kimi dolaşır. Dedilər ki: "Sənin də mi ey Allahın Rəsulu?" Buyurdu: "Bəli, mənim də. Lakin Allah mənə kömək etdi və o, müsəlman oldu" (Buxari, Müslim, Tirmizi)

9)Əbu Hureyrə rəvayət edir ki: "Rəsulullah (s.ə.s) kişi paltarı geyinən qadınlara, qadın paltarı geyinən kişilərə, özünü kişilərə bənzədən qadınlara və özünü qadınlara bənzədən kişilərə lənət etdi" (Səhih Buxari, Əbu Davud, Tirmizi və başqaları)

10)Peyğəmbər (s.ə.s) buyurmuşdur: “Ümmətimin son hissəsində elə qadınlar olacaq ki, onlar geyinmələrinə baxmayaraq çılpaq kimi görsənəcəklər, onlar yollarını azmışlar və digərlərini də sapdıracaqlar. Lənət olsun onlara, onlar lənətlənmişlər. Onlar cənnətə girməyəcək, heç qoxusunu da hiss etməyəcəklər. Halbuki onun qoxusu filan-filan məsafədən hiss edilir” (Səhih Buxari və Müslim)

11)Rəsulullah (s.ə.s) buyurmuşdur: "Parik taxana və taxdırana, qaş alana və aldırana, tatuirovka edənə və etdirənə lənət olsun!" (Səhih Buxari və Müslim, Əbu Davud və başqaları)

12)Rəsulullah (s.ə.s) buyurmuşdur: "Ey insanlar! Qadınlarınızı ətirlənməyə (bu halda çölə çıxmağa) icazə verməyin, çünki şübhəsiz İsrailoğullarının qadınları ətirlənərək məscidlərə çıxmaları səbəbilə lənətləndilər" (Tirmizi, Əbu Davud, Nəsəi, Əhməd)

13)Peyğəmbər (s.ə.s) buyurmuşdur: "Hər hansı bir qadın səbəbsiz olaraq ərindən özünü boşatmasını istərsə, Cənnət ona haram olar" (Tirmizi, Əbu Davud, İb Macə)

14)Peyğəmbər (s.ə.s) buyurmuşdur: "(Səbəsiz) Özünü boşatdırmaq istəyən qadınlar münafiqdirlər" (Tirmizi, Nəsai)

15)Rəsulullah (s.ə.s) buyurmuşdur: "Qadınlar haqqında Allahdan qorxun! Çünki onlar sizin yanınızda yardımçılardır. Allahın kitabı ilə onları özlərinizə halal qıldınız və onları əmanət olaraq aldınız. Onları döyməyin. Əgər döyərsəniz, incitici şəkildə döyməyin! Sizin xeyirliləriniz qadınlarınıza qarşı xeyirli olanlarınızdır. Şərliləriniz də qadınlarınıza qarşı şərli olanlardır. Mən qadınlarıma qarşı ən xeyirli olanınızam" (İbn Macə, Tirmizi)

16)Rəsulullah (s.ə.s) buyurmuşdur: "Bunlar qadının əri üzərindəki haqlarıdır: qarnını doyurması, paltarını geydirməsi və Allahın Kitabını öyrətməsi"

17)Qays qəbiləsindən biri soruşdu: “Zövcəmim mənim üzərimdə haqqı nədir? Rəsulullah (s.ə.s) dedi: Yediyindən yedirmən, geyindiyindən geyindirmən, üzünə vurmaman və ona "Çirkinsən!" deməmən, (ədəbləndirmək üçün) yatağını ayırdığın zaman yalnız evin içində ayırmandır" (Əbu Davud, İbn Macə)

18)Rəsulullah (s.ə.s) buyurmuşdur: "Əgər bir insanın başqa bir insana səcdə etməsini əmr etsəydim, qadının ərinə səcdə etməsini əmr edərdim. Məhəmmədin canı əlində Olana and içirəm ki, qadın ərinin haqqını ödəməyincə Rəbbinin haqqını ödəyə bilməz. Əgər əri zövcəsi ilə cinsi əlaqədə olmaq istəsə, qadın dəvənin üstündə olsa belə, enib onun arzusunu yerinə yetirməli və bu işi ondan mən etməməlidir" (Əhməd, İbn Macə, səhihdir)

19)Rəsulullah (s.ə.s) buyurmuşdur: "Onunla (ərinlə) necə davrandığına diqqətli ol, çünki o, sənin Cənnət və Cəhənnəmindir" (Əhməd, Nəsai, səhihdir)

20)Aişə (ra) buyurmuşdur: "Hər hansı bir qadın ərindən başqasına övrətini açarsa, Allah onu Qiyamət günündə çılpaq və əlləri önündə olduğu halda həşr edər!" (Əlbani, "Səhihu Camiis Sağir, 2708")

Tərcümə etdi: Əli Zülfüqar
Allah Əli Zülfüqar qardaşımızdan razı olsun



انّا للہ و انّا الیہ راجعون
Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
 
TeraneTarix: Çərşənbə, 03.10.2012, 23:03 | Yazı # 11
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
Qadın ərini necə xoşbəxt edə bilər
1) Gözəl qarşılamaq

Ərin işdən, səfərdən və ya başqa bir yerdən evə gələndə onu gözəl qarşıla

a) Onu gülərüzlə qarşıla
b) Özünü bəzə və ətir vur
c) Yaxşı xəbərlərlə başla və pis xəbərləri sonraya saxla
d) Onu gözəl və həsrət çəkici sözlərlə qəbul et
e) Yeməyin əla olması üçün ciddi cəhd göstər və onu vaxtında hazırla

2) Özünü bəzəmək və yumşaq səs

a) Ancaq öz ərin üçün belə etməlisən

3) Yaxşı qoxulanmaq və fiziki gözəllik

a) Öz bədəninə yaxşı qayğı göstərmək və sağlam olmaq
b) Gözəl və cəlbedici paltarlar geyin və ətir vur
c) Müntəzəm olaraq yuyun və heyzdən sonra üzərindən qan ləkələrini və pis qoxuları kənar et
d) Ərinin səni çirkli paltarlarda və kobud formada görməsindən çəkin
e) Haram olan bər-bəzəkdən və ifrat dərəcədə bəzənməkdən çəkin (xüsusilə kosmetika, pudra, tatuirovka və s.)
f) Ərinin xoşladığı ətirlərdən, rənglərdən və paltarlardan istifadə et

4) Cinsi əlaqə

a) Ərinin cinsi əlaqəyə girmək istəməsini biləndə buna görə tələs
b) Cinsi əlaqə zamanı ərinə gözəl sözlər de
c) Bədənini təmiz saxla və gözəl qoxulan
d) Ərini həyəcanlandırmaq üçün münasib vaxtlar və yaxşı şərait seç və onu cinsi əlaqəyə girməyə həvəsləndir. Məs: Səfərdən gələndə, həftə sonu və s.

5) Allahın verdiyi ilə qənaətlənmək

a) Ərinin kasıb və ya sadə işi olmasından dolayı sıxılmamalısan
b) Sən kasıb, xəstə və əlil olan insanlara baxıb Allahın sənə verdiyinə şükür etməlisən
c) Sən bilməlisən ki, əsl var-dövlət iman və möminlikdir

6) Dünya mallarına laqeydlik

a) Sən bu dünyanı öz marağına və ümidinə çevirməməlisən
b) Sən ərindən lazımsız şeylərin alınmasını istəməməlisən
c) Tərki dünyalıq o demək deyil ki, sən yaxşı və halal şeylərdən faydalanmamalısan, lakin bu o deməkdir ki, sən gələcəyə baxmalısan və Cənnəti qazanmaq üçün Allahın verdikləri ilə faydalanmalısan.
d) Ərinə xərcə qənaət etməyi və kasıb insanlara yemək və zəkat vermək üçün pulu saxlamağı həvəsləndir.

7) Ehtiram (hörmət)

a) Peyğəmbərin hədisinə görə ərlərinə qarşı naşükür olduqları ucbatından Cəhənnəmdə insanların çoxluğunu qadınlar təşkil edəcək.
b) Ərinə qarşı minnətdar olmağın ərinin səni çox sevməsinə və səni razı salmaq üçün yaxşı işlər görməsinə həvəsləndirəcək
c) Ərinə qarşı naşükür olmağın isə onu narazı salacaq və özünə belə suallar verməyə başlayacaq: "Mən nəyə görə ona yaxşılıq etməliyəm, halbuki heç birini qiymətləndirmir?

8) Sədaqət və vəfalılıq

a) Ərinin sağlamlığına və ya işinə ziyan dəydiyi zaman, məs: hadisə və ya bankrot olduğu zaman sədaqətlilik

9) Onunla razılaşmaq

a) Onun hər bir sözünə itaət et. Əlbəttə ki, haramdan başqa
b) İslamda ər ailənin əmiridir. Zövcə isə ailənin dayağıdır

10) Hirsləndiyi zaman onunla xoş davranmaq

a) İlk öncə onun qəzəbinə səbəb olacaq sözlərdən və ya hərəkətlərdən çəkin
b) Lakin əgər bu baş verərsə, onda onu sakitləşdirməkdən ötrü aşağıdakı vasitələrdən istifadə et:
1) Əgər sən səhvsənsə, onda üzr istə.
2) Əgər o səhvdirsə onda:
a) Mübahisə etməkdənsə, sakit dayan
b) Ona de ki, sən düzgünsən
c) Onun sakitləşəcəyinə qədər gözlə və məsələni gözəl yolla müzakirə et
c) Əgər o, xarici (bayır) səbəblərə görə hisrlənibsə onda:
1) Hirsi gedənə qədər sakit dur
2) Onun üçün bəhanələr tap. Məs: yorğunluq, işdə problemlər, kimsə onu təhqir edib və s.
3) Çoxlu suallar vermə və nəyin baş verdiyini təkidlə soruşma. Məs: Mənə nə baş verdiyini deməlisən. 2) Sənin nəyə görə hirsləndiyini bilməliyəm. 3) Məndən nəyisə gizlədirsən və bunu bilməyə haqqım var və s. Belə suallar verməyin.

11) Onun yoxluğunda iffəti (isməti) qorumaq

a) Özünü haram əlaqələrdən qoru
b) Ailənin sirlərini saxla, xüsusilə intim əlaqələri və ərinin başqasının bilməsini istəmədiyi şeylər
c) Evin və uşaqların qayğısına qal
d) Onun pulunun və malının qayğısına qal
e) Onun icazəsi olmadan bayıra çıxma və çıxarkən tamamilə hicaba bürün
f) Onun xoşlamadığı insanları evə dəvət etmə
c) Naməhrəmlə hər hansı yerdə olur-olsun, təkbaşına qalmaqdan çəkin!
ç) Onun yoxluğunda valideynləri və qohumları ilə yaxşı davran

12) Onun ailəsinə və dostlarına ehtiram göstərmək

a) Sən onun qonaqlarını yaxşı qarşılamalı və onları razı salmağa çalışmalısan, xüsusilə valideynlərini.
b) Onun qohumları ilə bacardıqca problemlərdən çəkinməlisən
c) Sən onu anası və sənin arasında seçim etmək vəziyyətinə qoymaqdan çəkinməlisən
d) Onun qohumlarına qarşı qonaqpərvərlik nümayiş elə və onları yaxşı yerlərdə yerləşdir. Onlar üçün gözəl yeməklər hazırla, onların zövcələrini yaxşı qarşıla
e) Onu öz qohumları ilə görüşməyi və öz evinə dəvət etməyi həvəsləndir
f) Onun valideynlərinə və bacılarına zəng aç, onlara hədiyyələr al, onları hər bədbəxtlikdən qoru

13) Heyranedici qısqanclıq

a) Ərinə qarşı qısqanclıq zövcənin ona qarşı sevgisinin əlamətlərindəndir, lakin bu, islami hüdudlarda olmalıdır. Məs: başqasının dalınca danışmaq, təhqir etmək, hörmətsizlik göstərmək. Bunları etməyin
b) Sən əsassız şübhələr yaratmamalısan

14) Səbir və emosional müdafiə

a) Kasıblıq və ya gərgin hallarla üzləşəndə səbirli ol
b) Özünə, ərinə, uşaqlarına, qohumlarına və s. bədbəxtlik baş verəndə səbirli ol
c) Əgər ərin səninlə pis rəftar edirsə, onun pis rəftarına qarşı yaxşı rəftarla qarşılıq göstər

15) Evi təmiz saxlamaq

a) Evi təmiz saxla, bəzə və səliqəyə sal
b) Evin quruluşunu vaxtdan-vaxta dəyişdir və sıxıntıdan çəkin
c) Gözəl və sağlam yeməklər hazırla
d) Evin öhdəsindən gəlmək üçün vacib bacarıqları öyrən
e) Uşaqları yetişdirmək üçün xüsusi və islami yolları öyrən

16) Pulu və ailəni saxlamaq

a) Onun pulundan icazəsi olmadan xərcləmə, hətta zəkat verəndə də
b) Onun yoxluğunda evini və s. qoru
c) Uşaqların yaxşı görünüşdə olmasına, paltarlarının təmiz olmasına diqqət elə. Onların qidalanmasına, sağlamlığına, təhsilinə və s. fikir ver. Onlara islamı öyrət və Peyğəmbərin (s.ə.s) və səhabələrinin (raa) həyatından rəvayətlər danış

Şeyx Məhəmməd Abdulhalim Həmid

Tərcümə etdi: Əli Zülfüqar



انّا للہ و انّا الیہ راجعون
Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
 
TeraneTarix: Çərşənbə, 03.10.2012, 23:03 | Yazı # 12
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
Müsəlman qadınlar haqqında hədislər (ıı- hissə)
1-Səid bin əl-Müsəyyəbdən soruşuldu: "İki dəfə evlənmiş bir qadın Axirətdə hansı ərinə aiddir?" O, da cavab verdi ki, Rəsululah (s.ə.s) belə buyurmuşdur: "Qadın son ərinə aiddir" (Əlbani, Səhihul Camiis Sağir, 2704)
2-Rəsulullah (s.ə.s) buyurmuşdur: "Üç nəfər heç zaman Cənnətə girməyəcək: ...., əd-dəyyus" Əd-Dəyyus- öz zövcəsinə və zövcəsini digər kişilərə qısqanmayan zəif ərdir. (Səhih Buxari)

3-Rəsulullah (s.ə.s) buyurmuşdur: "Hər hansı bir qadın ərindən başqası üçün ətir vurarsa, o, zina etmişdir. Onun gözəlliyinə və qoxusunu qəsdən iyləyən də zina etmişdir. Allah, o, tövbə edincəyə qədər ondan əməllərini qəbul etməz" (Nəsai, Əbu Davud, Tirmizi, Əhməd)

4-Peyğəmbər (s.ə.s) buyurmuşdur: "Qadın kişi ilə yanında kişi qohumu (məhrəmi) olmadan təkbaşına qalmamalıdır" (Səhih Buxari)

5-Peyğəmbər (s.ə.s) həmçinin buyurmuşdur: "Əgər bir kişi qadın ilə yalnızdırsa, şeytan onların üçüncüsü olur" (Tirmizi)

6-Peyğəmbər (s.ə.s) buyurmuşdur: "Qadın məhrəmsiz səfərə çıxmamalıdır" (Səhih Buxari və Müslim)

7-Aişə (ra) buyurmuşdur: "Peyğəmbər özünü kişi kimi aparan qadına lənət etmişdir" (Əbu Davud)

8-Peyğəmbər (s.ə.s) belə buyurmuşdur: "Mən dərrakə (anlamaq, fəhm, hafizə) və din sahəsində sizdən (qadınlardan) daha çox çatışmazlığı olan adam görməmişəm" Qadınlar soruşurlar "Ey Allahın Peyğəmbəri! Bizim dərrakə və dinimizdə çatışmamazlıq nədir?" O (s.ə.s) deyir "İki qadının şahidliyi bir kişinin şahidliyinə bərabər deyilmi?" Onlar cavab veririlər "Bəli" O (s.ə.s) dedi: "Bu dərrakə sahəsində sizin çatışmamazlığınızdır. Heyz dövründə qadının nə namaz qılması, nə də oruc tutması həqiqət deyilmi?" Onlar cavab verdilər "Bəli" O (s.ə.s) dedi: "Bu da, sizin dindəki çatışmamazlığınızdır" (Səhih Buxari)

9-Peyğəmbər (s.ə.s) qadınlara buyurmuşdur: "Şübhəsiz ki, siz cəhənnəmin böyük hissəsini təşkil edəcəksiniz" Qadınlar soruşdular "Nəyə görə Ya Allahın Rəsulu?" O (s.ə.s) deyir "Çünki siz bəlaya uğradığnda səbr etməzsiniz, sizə bir şey verildiyində şükr etməzsiniz, bir sirr verildiyində saxlamaz, ətrafa yayarsınız, ərinizə nankorluq edərsiniz və asanlıqla güvənilməzsiniz". (Səhih Buxari)

10-Peyğəmbər (s.ə.s) buyurmuşdur: "Öz qadınlarını başçı edən heç bir millət müvəffəqiyyət qazanmayacaq!" (Səhih Buxari)

11-Peyğəmbər (s.ə.s) buyurmuşdur "Ey qadınlar, sədəqəni çoxaldın! çünki siz cəhənnəmin böyük hissəsini təşkil edəcəksiniz" Qadınlardan biri dedi: "Nə üçün ya Allahın Rəsulu?" O (s.ə.s) cavab verdi: "Şübhəsiz siz nemətə qarşı insanların ən nankorusunuz. dərrakəniz və dininiz nöqsandır. Allahdan qorxun! Allahdan qorxun! İşlərində söz sahibi kişilərin qəlblərini sizlər qədər çevirən yoxdur." buyurdu ki, "Onlardan biri bir kişi ilə evlənir. Kişi bütün həyatı boyu ona yaxşılıq edir, onunla yaxşı davranır, lakin qadın bir dəfə ondan bir sərtlik görən kimi deyəcək: "Mən səndən heç zaman yaxşılıq görməmişəm" (Səhih Buxari)
(Bu hədis əlbəttə ki , bu sifətdə olna qadınlara aiddir)

12-Peyğəmbər (s.ə.s) buyurmuşdur: "Qadınlarınızın məscidə getməsinə mane olmayın, lakin onlar üçün evləri daha xeyirlidir" (Səhih Buxari)

13-Peyğəmbər (s.ə.s) buyurmuşdur: "Əməlisaleh qadının malı, əməlisaleh kişi üçün nemətdir" (Əhməd)

14-Əbu Səid nəql edir: Bir qadın Peyğəmbərin (s.ə.s) yanına gəlib dedi: "Ey Allahın Rəsulu! Ancaq kişilər sənin elmindən faydalanırlar. Ona görə də xahiş edirik ki, bizə də bir gün vaxt ayırasan və Allahın sənə öyrətdikərini bizə də öyrədəsən". Peyğəmbər (s.ə.s) ona dedi: "Filan gündə və vaxtda filan yerdə yığışın". Onlar yığışdılar və Peyğəmbər (s.ə.s) Allahın ona öyrətdiyini onlara öyrətdi. Sonra Peyğəmbər (s.ə.s) onlara dedi: "3 uşaq itirən hər bir qadın uşaqları tərəfindən oddan xilas olunacaq". Onların arasından bir qadın durub dedi: "Ya Rəsulullah! Bəs iki uşaq itirən?". Qadın bu sualı iki dəfə təkrarladı. Peyğəmbər (s.ə.s) buyurdu: "Hətta 2, hətta 2, hətta2!" Əbu Hureyrə əlavə et ki, bu uşaqlar həddi-buluğa çatmamış olmalıdır. (Buxari)

Tərcümə etdi: Əli Zülfüqar



انّا للہ و انّا الیہ راجعون
Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
 
TeraneTarix: Çərşənbə, 03.10.2012, 23:05 | Yazı # 13
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
Ər və zövcənin hüquqları
Zövcənin hüquqları:

1) Mehr.

Allah buyurur:
Qadınlarınızın mehrlərini könül xoşluğuyla verin! Əgər onlar qəlbən, öz razılıqları ilə bundan sizə bir şey bağışlasalar, onu halal olaraq, nuşcanlıqla yeyin! (4:4)

Lakin füqəha alimlərinin böyük əksəriyyətinə əsasən mehr evliliyin şərti və ya zəruri hissəsi deyildir. Əksər alimlərin razılığına əsasən əgər evlilik mehrsiz olsa belə nigah qanunidir, çünki Allah buyurur: "Yaxınlıq etmədiyiniz və mehrini təyin etmədiyiniz qadınları boşasanız, sizə heç bir günah gəlməz..." (əl-Bəqərə, 236)

Lakin əgər mehr kişi qarşısında şərt qoyulubsa, onda mehri vermək vacibdir.

2) Təminat.

Kişi qadını təmin etməyə borcludur və bu onun üçün vacibdir. O, zövcəsini yedizdirməli, geyindirməli və onu sığınacaqla təmin etməlidir. Hətta qadın varlı olsa belə, kişi üçün bu vacibdir.

Anaların yeməyi və geyimi öz qüvvəsi dairəsində (uşağın) atasının üzərinə düşür. Heç kəs gücü çatdığından artıq yüklənməz. Nə bir ana, nə də bir ata uşağına görə zərər çəkməsin! (əl-Bəqərə:233)

Var-dövlət sahibi öz varına görə xərcləsin. İmkanı az olan isə Allahın ona verdiyindən xərcləsin. (əl-Talaq, 7)

Rəsulullah (s.ə.s) buyurmuşdur: “Kişi yediyi zaman zövcəsini yedizdirməli, geyindiyi zaman onu geyindirməlidir (onu yemək və geyimlə təmin etməlidir). Kişi zövcəsinin üzünə vurmamalı, onu eybəcər çağırmamalıdır” (İbn Macə)

Rəsulullah (s.ə.s) buyurmuşdur: "Onların sizin üzərinizdə hüquqları odur ki, siz onları ərzaqla, geyimlə təmin etməlisiniz" (Səhih Müslim, 1218)

3) Sığınacaq (ev, mənzil)

Həmçinin bu da zövcənin hüquqlarından biridir. Əlbəttə ki, kişinin imkanı dairəsində zövcəsini sığınacaqla təmin etməlidir.
Allah buyurur: "Onları (boşadığınız, lakin gözləmə müddətləri sona yetməmiş qadınları) imkanınız çatdığı qədər öz yaşadığınız yerdə sakin edin". (əl-Talaq, 6)

4) Zövcələr arasında ədalətli davranış, ədalətli rəftar. Əlbəttə ki, zövcələr arasında eyni cür rəftar edilməli və hər birini eyni dərəcədə təmin etməlidir, ərzaqla, geyimlə.

5) Yaxşı rəftar.

Kişi zövcəsinə qarşı yaxşı rəftar etməlidi, onunla mehriban olmalıdır və onun ürəyini yumşaltmaq üçün yaxşı olan hər şeyi imkan dairəsində etməlidir.

Allah buyurur: Onlarla gözəl (Allahın buyurduğu kimi) rəftar edin. (Nisa, 19)

Peyğəmbər (s.ə.s) buyurmuşdur: “Sizin xeyirliniz qadınlara qarşı xeyirli olanlarınızdır” (İbn Macə)
Peyğəmbər (s.ə.s) buyurmuşdur: "Onlarla yaxşı davranın" (Səhih Buxari və Müslim)

6) Zövcəyə zərər yetirməmək.

Rəsulullah (s.ə.s) buyurmuşdur: "Qadınlar haqqında Allahdan qorxun! Çünki onlar sizin yanınızda yardımçılardır. Allahın kitabı ilə onları özlərinizə halal qıldınız və onları əmanət olaraq aldınız. Onları döyməyin. Əgər döyərsəniz, incitici şəkildə döyməyin! Sizin xeyirliləriniz qadınlarınıza qarşı xeyirli olanlarınızdır. Şərliləriniz də qadınlarınıza qarşı şərli olanlardır. Mən qadınlarıma qarşı ən xeyirli olanınızam" (İbn Macə, Tirmizi)

7) İslamın öyrədilməsi.

Kişi zövcəsinə islamın öyrədilməsi üçün məsuliyyətlidir. Zövcəsinə dini öyrətməkdə məsuliyyət kişinin üzərindədir. Allah hər bir ailə başçısını öz himayəsi altında olan zövcəsi və uşaqları üçün hesaba çəkəcək, ona görə də kim ki öz zövcəsi və uşaqlarına qarşı etinasızdırsa, onda şübhəsiz ki, o böyük risk altındadır.

Rəsulullah (s.ə.s) buyurmuşdur: "Sizin hər biriniz çobansınız və hər biriniz öz xalqı üçün məsuliyyətlidir. Başçı (əmir) çobandır və o, öz xalqına qarşı məsuliyyətlidir. Kişi öz ailəsinin çobanıdır və onlar üçün məsuliyyətlidir. Qadın ərinin evinin və uşaqlarının çobanıdır və onlar üçün məsuliyyətlidir" (Səhih Buxari və Müslim)

Ey iman gətirənlər! Özünüzü və əhli-əyalınızı (ailənizi) elə bir oddan qoruyun ki, onun yanacağı insanlar və daşlar (daşdan düzəlmiş bütlər), xidmətçiləri isə Allahın onlara verdiyi əmrlərə asi olamayan, buyurduqlarını yerinə yetirən daş qəlbli (heç kəsə zərrəcə rəhm etməyən) və çox sərt təbiətli mələklərdir (zəbanilərdir). (Təhrim: 6)

8) Zövcənin qeyrətini çəkmək.

Kişi zövcənin ehtiramını və qeyrətini qorumaq üçün qısqanc olmalıdır.
Peyğəmbər (s.ə.s) buyurmuşdur: "Üç nəfər heç vaxt Cənnətə girməyəcək: ...., əd-dəyyus" Əd-Dəyyus- öz zövcəsinə və zövcəsini digər kişilərə qısqanmayan zəif ərdir.
Qeyd: Əlbəttə ki, burada ifrata varmaq olmaz!

Ərin hüquqları:

Ərin zövcə üzərindəki hüquqları ən böyük hüquqlardan biridir. Onun hüquqları zövcənin hüquqlarından daha böyükdür, çünki Allah buyurur:
“Kişilərin qadınlar üzərində şəriətə görə hüquqları olduğu kimi, qadınların da onlar üzərində hüquqları vardır. Ancaq kişilər onlardan bir dərəcə üstündürlər”. (əl-Bəqərə, 228)

1) İtaətin vacibliyi.

Allah kişiləri qadınlar üzərində qəyyumlar etmişdir, onların qayğısına qalmağı əmr etmişdir.
Allah buyurur: “Kişilər qadınlar üzərində ixtiyar sahibidirlər (onların hamisidirlər). Bu, Allahın onlardan birini digərinə üstün etməsi və (kişilərin) öz mallarından (qadınlar üçün) sərf etməsinə görədir”. (Nisa, 34)

2) Zövcənin əri üçün həmişə hazır olması. Ərin zövcə üzərində hüquqlarından biri də onunla cinsi əlaqədə olmasıdır. Əgər zövcə onun çağırışına məhəl qoymursa və imtina edirsə, onda o, haram etmişdir və böyük günah işlətmişdir. Lakin əgər qadın heyzli, xəstə olarsa, oruclu (ancaq Ramazan ayında) olarsa, onda bunu ərinə bildirməlidir və buna görə ona günah yoxdur.

Peyğəmbər (s.ə.s) buyurmuşdur: "Kişi istənilən vaxt öz zövcəsini yatağa çağırırsa və zövcəsi isə etiraz edirsə, onda mələklər onu səhərə qədər lənətləyərlər" (Səhih Buxari)

3) Ərinin xoşlamadığı insanları evə dəvət etməmək. Kişinin hüquqlarından biri də odur ki, zövcə onun xoşlamadığı insanları evə dəvət etməməlidir.

Peyğəmbər (s.ə.s) buyurmuşdur: “Əri yanında olan vaxtı qadının onun icazəsi olmadan (nafilə) orucunu tutması qadağandır. Onun icazəsiı olmadan heç kimi evinə dəvət etməməlidir....” (Səhih Buxari və Müslim)

4) Ərin icazəsi olmadan evdən bayıra çıxmamaq.

Kişinin zövcəsi üzərində olan hüquqlarından biri də onun icazəsi olmadan zövcəsinin bayıra çıxmamasıdır.

5) Nizam-intizam, cəza. Əgər zövcə ərinə itaətsizlik göstərərsə, kişinin hüququ var ki, onu cəzalandırsın, lakin bunu Allahın və Peyğəmbərin (s.ə.s) buyurduğu qaydada etməlidir, üzünə vurmamaq, ona zərər yetirməmək və s.

Allah buyurur: (Ey kişilər!) Özbaşınalıq etmələrindən qorxduğunuz qadınlara nəsihət edin, (yola gəlməzsə) onlardan yatağınızı ayırın və döyün! Sizə itaət etdikdə isə daha onlara (əziyyət vermək üçün) başqa yol axtarmayın”. (Nisa, 34)

6) Zövcə ərinə xidmət etməlidir. Hər bir qadın bacardığı işləri etməlidir, yemək hazırlamalı, ev işlərini görməli, uşaqların, ərinin qayğısına qalmalıdır və s.

Bir qadın Peyğəmbərdən (s.ə.s) bir şey soruşmağa gəldi və qadın onunla (s.ə.s) bölüşəndən sonra, Peyğəmbər (s.ə.s) soruşdu: "Həyat yoldaşın varmı?" Qadın dedi: "Bəli" O (s.ə.s) yenə soruşdu: "Sən onunla necə davranırsan?" Qadın dedi: "Mən bacardığım şeylərdə heç vaxt vəzifəmdə səhvə düçar olmamışam" Peyğəmbər (s.ə.s) dedi: "Onunla necə rəftar etdiyinə diqqət et, çünki o sənin Cəhənnəm və Cənnətindir" (Əhməd, Nəsai, Əl-Hakim)

Peyğəmbər (s.ə.s) buyurmuşdur: “Qadın kişinin haqqını bilsə, onun günorta və şam yeməyini hazırlamadan, bütün işlərini görmədən oturmaz” (Təbarani, səhih)

7) Zövcə əri ilə yaxşı davranmalıdır.

Rəsulullah (s.ə.s) buyurmuşdur: "Onunla (ərinlə) necə davrandığına diqqətli ol, çünki o, sənin Cənnət və Cəhənnəmindir" (Əhməd, Nəsai, səhihdir)

8) Zövcə ərindən icazəsiz oruc tutmamalıdır (Ramazan ayından başqa).

Peyğəmbər (s.ə.s) buyurmuşdur: "Ərindən icazəsiz oruc (nafilə) tutmaq qadın üçün icazəli deyil...." (Səhih Müslim)

Hazırladı:
Əli Zülfüqar



انّا للہ و انّا الیہ راجعون
Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
 
TeraneTarix: Çərşənbə, 03.10.2012, 23:06 | Yazı # 14
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
NÜMUNƏVİ QADIN
Allah-təala buyurur: «Əməlisaleh qadınlar (ərlərinə) itaət edib Allahın himayəsi sayəsində gizli şeyləri qoruyub saxlayırlar» (ən-Nisa, 34)

Həmd və səna Allahadır. Biz Ona həmd edir, Ondan kömək diləyir, nəfsimizdəki şərdən və əməllərimizdəki pisliklərdən qorunmaq üçün Ona sığınırıq. Allahın haqq yoluna yönəltdiyi şəxs heç zaman yol azmaz, Onun yoldan çıxartdiğı şəxs heç zaman yola ğəlməz. Mən şəhadət verirəm ki, Vahid Allahdan başqa ibadət haqqına malik tanrı yoxdur. Onun şəriki yoxdur. Şəhadət verirəm ki, Məhəmməd (s.a.s) Onun qulu və elçisidir.
«Ey iman gətirənlər! Allahdan layiqincə qorxun. Yalnız müsəlman kimi ölün!» (Ali-İmran, 102)
«Ey insanlar! Sizi tək bir şəxsdən xəlq edən, ondan zövcəsini yaradan və onlardan da bir çox kişi və qadınlar törədən Rəbbinizdən qorxun! Adı ilə bir-birinizdən bir çox şeylər istədiyiniz Allahdan, həmçinin qohumluq əlaqələrini kəsməkdən həzər edin! Şübhəsiz ki, Allah sizin üzərinizdə nəzarətçidir!» (ən-Nisa, 1)
«Ey iman gətirənlər! Allahdan qorxun və doğru danışın! Əgər belə etsəniz, Allah əməllərinizi islah edər və günahlarınızı bağışlayar. Hər kəs Allaha və Peyğəmbərinə itaət etsə, böyük bir səadətə çatacaqdır» (əl-Əhzab, 70-71)
Əməlisaleh qadın hər tərəfdən cəmiyyətimizin üzərinə ən müxtəlif fitnə-fəsad yellərinin əsdiyi bir vaxtda əməlisaleh kişiyə dayaqdır. Cəmiyyətimizi dərin bir uçuruma sürükləmək üçün ən şiddətli təzyiqlərə əl atılır. Bunda yalnız Allah-təalanın şəriətini öz ğöz bəbəyi kimi qoruyan, hər işdə Onun hökümünü qəbul edən nicat tapa bilər.
İstər keçmişdə, istərsə də indi insan cəmiyyətinin məruz qaldığı ən dağıdıcı fitnə-fəsadlar qadınla bağlı olmuşdur.
Peyğəmbər (s.a.s), bizi bu təhlükədən çəkindirərək, Üsamə bin Zeydin (r.a) rəvayət edtiyi hədisdə demişdir. «Mən özümdən sonra kişi üçün qadın fitnəsindən daha zərərli bir fitnə qoymuram» (Hamılıqla məqbul hədis)
Kişi üçün əməlisaleh qadınla həyat sürməkdən böyük xöşbəxtlik yoxdur.
Əbu İmamənin (r.a) rəvayəti olan hədisdə Peyğəmbər (s.a.s) buyurur: «Kişinin Allahdan qorxmaqdan sonra ğörə biləcəyi ən böyük xeyir - əməlisaleh qadındır. Belə qadın ər əmr etdikdə o itaət edər, ona tərəf baxdıqda sevinər, and içdirsə andı qəbul edər. Kişi onun yanında olmayanda onun adını və malını ğöz bəbəyi kimi qoruyar» (İbn Macə)
Əməlisaleh ər və arvadın ailə həyatı böyük bir nemətdir. Bu, bəşər övladı olan iki şəxs birləşdirən ən dərin, ən davamlı rabitədir. Bu rabitədə incə hisslər hakimdir, onun tərəfləri günah işlərdən qorunmuşlar, bütövlükdə cəmiyyət bu rabitə fitnə-fəsaddan və yol azmaqdan uzaqlaşır. Beləliklə, ərlə arvad ruhi əmin-amanlıq kəsb edir və bununla da Allah-təalanın aşağıdaki ayədə ifadə edilmiş istəyi həyata keçir: «Onlarla ünsiyyətdə olasınız deyə sizin üçün öz içinizdən olan zövcələr yaratması, aranızda dostluq, sevgi və mərhəmət bərqərar etməsi də Onun qüdrətinin ifadəsidir» (ər-Rum, 21)
Nümunəvi qadın mömin xanım, əməlisaleh həyat yoldaşı olub özünü əsil şəriət təlimlərinin, saf dünyagörüşün, ülvi əxlaqın və xoş rəftarın tərcümanına çevirir.
Nümunəvi qadın öz ari ilə əl-ələ verərək evini sarsılmaz islam cəmiyyətinin qurulduğu möhkəm kərpiclərdən birinə çevirir.
Hər bir məhdudiyyətdən azad və yaxud ideoloji təxribata əsaslanan tərbiyə görmüş qadınsa heç nədə ideal ola bilməz, əksinə beləsi öz ailəsinin bədənində bir tikan, ya da xarabalıq bayquşudur. Belə qadın ki.inin himayəsini qəbul etmir, özünün mütləq azadlığı deyilən şeyin hərisi olaraq qalır.
Mənim bu risaləm qızlarımıza ünvanladığım nəsihət, imana çağırış, ailələrimizin çiçəklənməsini istəyən səmimi bir tövsiyədir.
Bu tövsiyə hər hansı bir müsəlman ailəsinin dağılması xəbərini eşidəndə ürəyi ağrıyan və narahatçılıq keçirən bir şəxsə məxsusdur. Bizim istəyimiz bu və ya digər hər hansı müsəlman ailəsini, hər cür bidət və zəlalətin çırpılaraq dağildığı, möhkəm mütləq bir qaya kimi görməkdir.
Bu tövsiyə vahid və yekdil, mətin bünövrəyə əsaslanan, dinin düşmənlərinin bütün cəhdlərinin puç edən möhkəm müsəlman ailəsinin qurulmasına çağırışdır.
Bu nəsihətlər «Məhəmməd nəşriyyat və yayım evi»-nin rəğbətinə uyğun gəldi. Risalənin adı «Nümunəvi qadın» oldu.
Nümunəvi qadın öz mətin əqidəsi və həyat təcrübəsilə öz qadınlıq vəzifəsini uğurla yerinə yetirir, özünə və bütün ailə üzvlərinə səadət təmin edir.
Ər və arvadın heç biri tərəfi mələk, səhv və ya xətaya yol verməyən bir şəxs kimi təsəvvür etməməlidir.
Şərəfli hədisdə deyildiyi kimi: «Səhv edənlər içində ən yaxşıları tövbə edənlərdir» (Etibarlı hədisdir. Onu Əhməd, ət-Tirmiz, əl-Hakim və İbn macə rəvayət etmişlər. Səhih Camius səğir. 1-ci cild, səh.831)
Peyğəmbər (s.a.s) həmçinin demişdir ki, qadınlarda əxlaqi çatışmazlıq başqaları ilə müqayisədə daha çox yayılmışdır.
Əbu Hureyrə (r.a) rəvayət edir: «Peyğəmbər (s.a.s) buyurur: Qadınlarla xoş rəftar edin. Onlar qabırğadan xəlq edilmişlər. Qabırğanın ən əyri yeri, yuxarı hissəsidir. Əgər düzəltmək istəsən, sındırarsan. Düzəltməsən, əyri də qalacaqdır. Qadınlarla xeyirxahlıqla rəftar edin!» (Bu hədisi əl-Buxaridəndir. İbn Həcər Peyğəmbərin (s.a.s) bu kəlamı barədə deyir: «Qabırğanın ən əyri yeri yuxarı hissəsidir» deyimində qadının qabırğanın ən əyri yerindən xəlq olunmasına işarədir. Lakin qadınlar barədə bu keyfiyyətin isbatı mübaliğədir. Çox güman ki, burada misal olaraq qadının ən yüksək yeri, yəni başı və dili nəzərdə tutulur. Bütün bəlalar da qadın üçün onun dilindən gəlir. Fəthül-bari, 9-cu cild, səh.162)
Bu kitabda haqqında danışacağımız obraz hər bir mömin qadının can atdığı nümunəvi qadın obrazıdır. Buna çatmaq üçün getdiyi yolda o maneələrinin birinə toxunub yıxıldıqda belə qadın daha yüksək bir enerji ilə qalxır və onun mətin imanı onu ülviliyə doğru aparır. O, var qüvvəsini Rəbbinin rizasını qazanmağa sərf edir, öz ehtiraslarını cilovlamağa bacarır, onun səltənəti ehtirası dalğalarının dağıdıcı zərbələrinə mətanətlə sinə gəlir.
Mən bu əsərimdə nümunəvi həyat yoldaşı olan qadının keyfiyyətləri və vəzifəsi barədə danışmaqla kifayətlənirəm. Bu heç də kişinin öz həyat yoldaşı ilə bağlı məsuliyyət və öhdəliklərinin olmaması, hər hansı bir vəzifə yerinə yetirməkdən azad olması demık deyildir.
Qüdrətli Allahdan qızlarımıza və bacılarımıza əməldə sabit qədəmlə, məntiqdə haqla ilham verməsini, bu işimizi Öz mübarək simasına layiq bilməsini rica edirəm. O – Eşidən və Cavabverəndir.

Xaula Dərviş



انّا للہ و انّا الیہ راجعون
Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
 
TeraneTarix: Çərşənbə, 03.10.2012, 23:07 | Yazı # 15
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
NÜMUNƏVİ QADIN ( Ərin uğurlu seçimi)
Birincisi: Ərin uğurlu seçimi
Şəriət həyat yoldaşı olan qadının seçilməsi üçün şərtlər və meyarlar müəyyənləşdirmişdir ki, bunlar qadının üzərinə nümunəvi həyat yoldaşı olmaq vəzifəsini qoymaqla onun xoşbəxt gələcəyini təmin etmişdir. Qadınla ailə qurmaq nə keçici bir şıltaqlıq, nə tamahın üstün gəlməsi, nə də ram olmayan ehtiraslara qapılmaqdır. Evlənmək – qadınla mətin dayaqlara əsaslanan ailə həyatı qurmaqla müqəddəs ittifaqa girməkdir.
Ailə həyatını müəyyənləşdirən şərtlər barədə bir hədis:
Əbu hureyrə (r.a) Peyğəmbərə (s.a.s) istinad edərək deyir: «Qadınla dörd şeyə görə evlənirlər: malına görə, əsil-nəcabətinə görə gözəlliyinə görə və dindarlığına görə. Dindar olanı götür, əliboş qalsan da» (Muslimin rəvayəti)

1.Mal-dövlət sahibi, varlı qadın.
Qadının məqbul olan sərvəti onun Allahdan qorxan iman sahibi olmasıdır. Əməlisaleh qadının malı qəlbində yox, əlində olur, onu xeyirxah işlərə, ailəsinin xeyrinə və səadətinə sərf edir. Peyğəmbər (s.a.s) deyir: «Əməlisaleh qadının malı, əməli saleh kişi üçün nemətdir» (Əhmədin rəvayəti. Etibarlı istinadı var. Şərhüs-Sünnə, 1-ci cild, səh.91)
Xeyirxahlıq və təqvadan (Allah qorxusundan-tərc) uzaq olan sərvət qadının təkəbbür və lovğalığına səbəb olur. Bu da ər üçün böyük şər, ailə üçün isə bədbəxtlik deməkdir. Allah-təala buyurur: «Xeyr, insan azğınlıq edər, çzünün dövlətli olduğunu gördüyü üçün» (əl-Ələq, 6)
Pis əxlaqlı, kobud xarakterli, təqvası az olan bir adamın var-dövlətindən nə xeyir?!
Qadının mal-dövlətinə hərislik, onun sərvətinə tamah üzərində qurulan ailə tezliklə dağıla bilər. Kişi qadının sərvətinə tamah edərək evləndikdə və sonra qadın ərinin tamahkarlığını hiss etdikdə həyat mürəkkəbləşir, ər və arvad arasında əlaqə mübahisələr və deyişmələr içində davam edir. Çünki bu əlaqə tacir tamahı üzərində qurulmuşdur: alanda razı qalır, almayanda qəzəblənir.
Kişi qadından yalnız nifrət hissi gördükdə getdikcə ondan uzaqlaşır.
O, qadın yalnız sərvətinə görə həyat yoldaşı seçir...
Burada həyat sona yetir, sonu heçlik olan uğursuz ticarət başlayır...
Lakin qadın varlı və iman sahibi olduqda, var-dövlət özlüyündə ailə qurulması üçün məqsəd olmadıqda və yalnız ikinci dərəcəli amil olduqda sərvət çətin vaxtlarda xərclənir, sevimli ərə bir dayaq olur, əməli saleh qadına nümunəvi həyat yoldaşı olmasında yardımçı rolunu yerinə yetirir. Bu barədə yuxarıda verilən şərəfli hədisdə də danışılır.
2.Əsil-nəcabətli qadın.
Peyğəmbərin (s.a.s) yuxarıda göstərilən hədisində deyildiyi kimi, evlənəndə qadının əsil-nəcabəti də nəzərə alınır.
Əsil-nəcabətli qadın özü-özünə pis işlərdən, nalayiq hərəkətlərdən uzaqlaşır, bu ülviliyi öz övladlarina da miras qoyur: «Ot kökü üstə bitər» (hərfən, kök özünü göstərir-tərc)
Nümunəvi qadının əsil-nəcabəti, mötəbər mənşəyi onu ülvi və xeyirli hərəkətlərə sövq edir, həmdə onun ərini də buna dəvət edir.
Bununla qadın həm də ərinin nalayiq işlərə qurşanmasına mane olur. İslam əsil-nəcabəti qiymətini yaxşı bilmiş, onun dinin fiqhi (hüququ) ilə müəyyənləşdirmişdir. Əbu Hureyrə (r.a) Peyğəmbərə (s.a.s) istinadən deyir: «İstər cahiliyyətdə olsun, istərsə də islamda ən yaxşınız fiqhlə məşğul olandır»
Bu kefiyyətlır qadında cəmləşsə bu, böyük nemət olar. Əks təqdirdə iş bunun ziddinə olanda Peyğəmbərin (s.a.s) tövsiyəsini rəhbər tutmalıyıq: «Dindar olanı götür, əliboş qalsan da»
3.Gözəl qadın
Hələ qədim zamanlardan qadından gözəllik və paklıq tələb edilmişdir. Normal zövqə malik olan adam özünə həyat yoldaşı seçəndə çirkinlik və eybəcərliyi rədd etmişdir
İslam bunu nəzərə almışdır. Bunu Peyğəmbər (s.a.s) yuxarıda verilən hədisdi də qeyd edir. Gözəlik dörd şərtdən biri kimi göstərilir.
Belə ki, xarici gözəllik qadına münasibətdə rəğbət yaranması üçün, halaldan zövq almaq üçün əhəmiyyətlidir. Əlbəttə, islam insanın anadangəlmə keyfiyyətlərinə qarşı çıxmır, lakin insanın ğözəlliyə üstünlük verməsini, hər bir kişinin öz gələcək həyat yoldaşının istəməsini də nəzərə alır. Bununla belə hər bir istək ülvi olmalıdır.
Allah-təala buyurur: «Axirət daha yaxşı və əbədidir» (əl-Əla, 17)
Müsəlman daha çox öz axirətinin qayğısına qalan əməlisaleh qadınla evlənir. O, həm dünyasını, həm də axirətini puç edəndən uzaq gəzər.
Onu qoruyan Allah qorxusu olamayan gözəl ailəsinin başına bəlalar gətirir, ailəni dağıdır, uşaqlarını avara qoyur. Allah-təala buyurur: «Allaha şərik qoşan qadınlar imana gəlməyincə onlarla evlənməyin. Əlbəttə, Allaha iman gətirmiş bir cariyə, gözəlliyinə məftun olduğunuz müşrik qadından daha yaxşıdır» (əl-Bəqərə, 221)
Təqvanın parlaqlığını və paklığını daha da gözəllik ailə həyatını xöşbəxt edir, qadına nümunəvi qadına xas kefiyyətlərdən birinə yiyələnməyə imkan verir.

4.Mətin iman sahibi olan qadın.
Yalnız haqq dini və mətin iman ailə həyatının sabitliyini və səadətini təmin edə bilər. Gözəllik gəldi-gedərdi, var-dövlət də həmçinin, müvəqqətidir. Dinsə elə bir bağlılıqdır ki, heç zaman yox olmur, əksinə vaxt ötdükcə daha da qüvvətlənir. Qadının dindarlığı ər-arvad arasındakı ülfət və məhəbbəti daha da artırır, həyatda rast gəldikləri maneələri aradan qaldirir.
O öz ərinin hüquqlarına hörmət edir, övladlarının tərbiyəsi ilə məşğul olur, onlarla yaxşı rəftar edir.
Elə bir dövrdə yaşayırıq ki, öz gözəliyini hamıya nümayiş etdirən açıq-saçıq qadınla evlənən kişi dərin ağıl və zəka sahibi sayılır. Çoxları bizə bu məsələdə yaxşı ibrət dərsi vermişlər: birisi çox ğözəl, varlı-karlı, əsil-nəcabətli bir qadınla evlənir. Bu qadının dinsiz və imansız olmasına, onunla həmrəy olmamasına əhəmiyyət vermir. Deyir ki, sabah onu yola gətirəcəm! Evlənəndən sonra, birdğə həyat sürəndə xasiyyəti düzələcəkdir.
Lakin qadının öz batil əməllərindən bərk yapışdığını, onlardan əl çəkmədiyini israrla onlara yol verdiyini görəndə kişinin bütün ümidləri puça çıxı
Elə problemlərlə üzləşir ki, əlacı – ayrılmağa qalır və yaxud da qadının batil əməllərinə razılaşır, onlara göz yumur. Nəticədə kişi ehtiras və şəhvətə görə öz dinindən və imanından üz döndərməli olur. Ailə quranda uğursuz seçim müsəlmanlar üçün dağılmış ailələri, sınmış taleləri miras qoyur.
Qadında din və iman amilinə əhəmiyyət verməyən kəslər evlənəndən sonra arvadlarından daha çox şikayət edirlər.
Kişinin ailə quranda Allahdan qorxan mömin qadını özünə həyat yoldaşı seçməsi həm də gələcək nəslin – doğulacaq uşaqların tələbidir. Zaman keçdikcə evlənmək işində bu amilin nə qədər faydalı olması özünü göstərir.
Peyğəmbər (s.a.s) hədislərində həmçinin qadınların başqa elə xüsusiyyətlərindən də bəhs edilir ki, onlar da uğurlu ailə həyatının mühüm şərtlərindəndir.
5.Qız bakirə olmalıdır.
Şəriət bunu vacib bilir. Bakirə qız ərini daha çox sevir və ona artıq ərdə olmuş qadından daha artıq bağlı olur. Qadının fitri təbiəti elədir ki, o öz ilk kişisinə bağlı qalmalıdır. Cabir (r.a) Peyğəmbərin (s.a.s) bu hədisini verir «Bakirə qızla evlənin. Onlar xasiyyətcə yumuşaq, şirindil. Hiylə və yalandan daha çox uzaq və azla kifayətlənən olurlar» (Ət-Təbəri, “əl-Ausət” Səhih cəmiis səğir. 2-ci cild, səh. 749)
Elə hallar olur ki, əvvəllər ərdə olmuş arvadla evlənmək vacib olur və bu işi kişinin mənafeyi tələb edir. Bu növ evlənməyə yol vermək olar. Peyğəmbər (s.a.s) ərdə olmuş arvadla evlənən Cabir ibn Abdullahı (r.a) belə bir münasibətlə təbrik etmişdir. Belə ki, Cabirin doqquz bacısı var idi. Evləndiyi qadın bu qızların qayğısına qalmalı idi.
Bu barədə Cabir ibn Abdullah (r.a) belə rəvayət edir: «Atam həlak oldu, özündən sonra səkkiz, yoxsa doqquz qız uşağı qoydu. Mən qabaqlar ərdə olmuş bir qadınla evləndim. Peyğəmbər (s.a.s) məndən soruşdu:
-Cabir evlənmisən?
Dedim:
-Bəli!
-Bakirədir, yoxsa ərdə olmuş?
-Ərdə olmuş.
-O, bir cariyədirmi, bir-birinizlə oynayır, əylənirsiniz?
-Abdullah həlak oldu. Qızlar kimsəsiz qaldılar. Mən istəmədim ki, onların içinə özləri kimi birisini gətirim. Bir arvad aldım ki, onlara böyüklük eləsin.
Peyğəmbər (s.a.s) buyurdu:
-Allah mübarək eləsin, bərəkallah! Xeyrli olsun» (Ət-Təbəri, “əl-Ausət” Səhih cəmiis səğir. 2-ci cild, səh. 749)
Qadın ərə gedənə qədər istər bakirə olsun, istərsə də əvvələr ərdə olmuş olsun, hər şeydən qabaq ailə həyatı üçün yararlı, Allah qorxusunu ürəyində gəzdirən və əməlisaleh olmalıdır və Peyğəmbərin (s.a.s) bu çağrışına cavab verməlidir.

Xaula Dərviş



انّا للہ و انّا الیہ راجعون
Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
 
TeraneTarix: Çərşənbə, 03.10.2012, 23:09 | Yazı # 16
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
İslamda qadın hüquqları
İslam dini, qadın hüquqları üzərində xüsusilə dayanmış və qadına, heç bir nizam və sistemin vermədiyi müstəsna bir məqama sahib qılmışdır. Həmçinin Allahu Təala Qurani Kərimdə də: “Kişilərin qadınlar üzərində haqları olduğu kimi, qadınların da kişilər üzərində haqları vardır” buyurmuşdur.Rəsulullah (s.a.v.) kişiləri, qadınların haqq və hüquqlarını gözləməyə dəvət etmiş və bu mövzuda: “Qadınların haqlarını yerinə yetirməkdə Allahdan qorxun! Çünki siz onları Allahın bir əmanəti olaraq aldınız.” deyə buyurmuşdur.Başqa hədisi şəriflərində də: “Sizin ən xeyirliniz, əhlinə (qadınına və övladlarına) ən xeyirli olanınızdır. Məndə əhlinə qarşı ən xeyirli olanınızam” deyə buyurur.

Peyğəmbərimiz (s.a.v.), kişilərə, qadınlara qarşı daim yaxşı davranmaqlarını tövsiyə edərək: “Möminlərin iman baxımından ən yetkini və ən xeyirlisi, xanımına qarşı ən xeyirli olanıdır.” buyurmuşdur. Vida Həccindəki məşhur xütbəsində Peyğəmbərimiz (s.a.v.): "Ey insanlar! Qadınlar haqqında Allahdan qorxun! Sizin qadınlarınız üzrərində haqqınız vardır.” Burumuşdur.Bu mövzuda bir çox hədislərdə bu günümüzə qədər gəlmişdir: “Xanımlarınızı incitməyin. Onlar, Allahu Təalanın sizə əmanətidir. Onlara qarşı yumuşaq olun, yaxşılıq edin!” [Müslim], “Xanımının pis xasiyyətinə qatlaşan kişi, bəlalara səbr edən Hz. Əyyub kimi mükafata qovuşar. Ərinin pis xasiyyətinə səbr edən qadın da Hz. Asiyə kimi savaba qovuşar” [İmam Qəzəli], “Xanımı ilə yaxşı keçinib zarafatlaşanı Allahu Təala sevər, ruzilərini artırar.”, “Ən üstün mömin, xanımına, ən yaxşı, ən lütfkar davranan gözəl əxlaqlı müsəlmandır.” [Tirmizi],
“Ən yaxşı müsəlman, xanımına ən yaxşı davranandır”. “İçinizdə xanımına ən yaxşı davranınız mənəm.” [Nəsai],”Xanımına gülər üzlə baxan kişinin dəftərinə, bir kölə azad etmiş savabı yazılar.”
“Qadınlara ancaq alicənab və şərəf sahibi kişi dəyər verər. Onları ancaq pis və alçaq kişi xor görər.” ,“ Qızlarınızı qızıl və gümüş ilə bəzəyin! Libasları gözəl olsun. Etibar qazanmaqları üçün ən gözəl hədiyyələrlə ehsan edin! [Hakim], “ Kim qız uşağını gözəl tərbiyə edib, Allahu Təalanın verdiyi nemətlərlə bolluq içində yedirər, geydirərsə, o qız uşağı onun üçün bərəkət olar, Cəhənnəmdən qurtulub asanlıqla Cənnətə girməyinə bir fürsət olar.” [Təbərani], “İki qız övladıyla gözəl rəftar edən mütləq cənnətə girər.” [İbn Macə],
,“Üç qızına, ehtiyacdan qurtulana qədər yaxşı baxan, yedirib, içirdən Cənnəti qazanar.” [Əbu Davud], “Üç qız və ya bacısına baxanı, sıxıntılarına qatlananı Allahu Təala Cənnətdə qılar.”
Başqa bir hədisdə: “ Onlara yediyinizdən yedirin, geyindiyinizdən geyindirin, onları döyməyin, onlara çirkin deməyin, pis söz söyləməyin!” buyurulmuşdur.Qadınlarla yaxşı davranmaq Qurani Kərimin əmridir: “Qadınlarınızla yaxşı keçinin; əgər onlardan xoşunuz gəlməsə belə!..Ola bilər ki, bir şey sizin xoşunuza gəlməz, Allah ondan bir çox xeyir təqdir etmiş olar."
Hz. Peyğəmbərimiz (s.a.v.): "Qadınlar haqqında biri-birinizə xeyir tövsiyə edin!” buyurmuşdur.Qadınlar qarşı daim xoş olmaq gərəkdir. Həmçinin bir hədisdə: “ Mömin bir kişi, mömin qadına qəzəblənməsin! Əgər onun bir xasiyyətindən xoşu gəlməsə, başqa bir xasiyyətindən məmnun ola bilər.” buyurulur.Bir insanın hər işi və hər xasiyyəti xoşa gəlməyə bilər. Fəqət yaxşı niyyətli insan, öz xanımında xoşa gələcək xasiyyətlər tapa bilər.Onunla özünü məmnun və məsud edə bilər. Bunun üçün eyib axtarmaq yox, gözəllik axtarmağa tələsmək vacibdir. Mərifət iltifata tabedir.İltifatsız mərifət isə zaydır.
. İslamiyyətin ilk şəhidi qadındır. İlk müsəlman qadındır.O zaman xristianlar bir qadın İncilə toxuna bilməzmi məsələsini müzakirə edirdilər. Qurani Kərimdə Nisa (Qadınlar), Mühtəhinə (imtahan edilən qadın), Mücadələ (mücadələ edən qadın), Məryəm (Hz. İsanın anası )... kimi surə adları vardır.

Hazırlayan:
Günlar Ələsgərova



انّا للہ و انّا الیہ راجعون
Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
 
TeraneTarix: Çərşənbə, 03.10.2012, 23:10 | Yazı # 17
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
Qadınlar
1.Üsamə bint Zeyddən (Allah ondan və atasından razı olsun!) Peyğəmbərin (s) belə deməsi rəvayət olunur: «Mən özümdən sonra kişilər üçün qadınlar kimi zərərli bir fitnə qoyub getmədim». Hədisi Buxari və Müslim rəvayət etmişdir.

2.Müaz ibn Cəbəldən (Allah ondan razı olsun!) Peyğəmbərin (s) belə deməsi rəvayət olunur: «Bu dünyada ərini incidən qadına ərinin cənnət hurilərindən olan arvadı: “Allah səni öldürsün, onu incitmə! O sənin yanında bir qonaqdır və tezliklə səndən ayrılıb bizə gələcəkdir” – deyər». Hədisi Tirmizi rəvayət etmiş və onu həsən adlandırmışdır.(Tirmizi, 1174-ci hədis, Əhməd, 5/242. Hədisin isnadı səhihdir)

3.Əbu Hüreyrədən (Allah ondan razı olsun!) Peyğəmbərin (s) belə deməsi rəvayət olunur: «Bir kimsənin başqa bir kimsəyə səcdə etməsini əmr etmiş olsaydım, qadının öz ərinə səcdə etməsini əmr edərdim». Hədisi Tirmizi rəvayət etmiş və onu həsən-səhih adlandırmışdır.

4.Əbu Əli Talq ibn Əlidən (Allah ondan razı olsun!) Allah elçisinin (s) belə deməsi rəvayət olunur: «Qadın təndir başında da olsa, əri onu öz ehtiyacından ötrü çağırdığı zaman mütləq getsin». Hədisi Tirmizi və Nəsai rəvayət etmiş, Tirmizi hədisin həsən-səhih adlandırmışdır.

5.Yenə də Əbu Hüreyrədən (Allah ondan razı olsun!) Allah elçisinin (s) belə deməsi rəvayət olunur: «Əri evdə ola-ola qadının ondan icazəsiz oruc tutması ( fərz orucu xaric)və ondan icazəsiz kimi isə evinə buraxması halal deyildir». Hədisi Buxari və Müslim rəvayət etmişdir. Hədisin mətni Buxariyə aiddir.

6.İbn Ömərdən (Allah ondan və atasından razı olsun!) Peyğəmbərin (s) belə deməsi rəvayət olunur: «Sizin hər biriniz bir himayədarsınız və hər biriniz də öz əlinin altındakılara cavabdehsiniz. Əmir (dövlət və ya vilayət başçısı) də bir himayədardır. Kişi öz ailə üzvlərinin idarəçisidir. Qadın isə ərinin evi və övladları üzərində bir nəzarətçidir. Bir sözlə, sizin hər biriniz bir himayədarsınız və hər biriniz də öz əlinin altındakılara cavabdehsiniz». Hədisi Buxari və Müslim rəvayət etmişdir.

7.Əbu Hüreyrədən (Allah ondan razı olsun!) Allah elçisinin (s) belə deməsi rəvayət olunur: «Əgər kişi arvadını yatağına çağırarkən arvadı gəlməkdən imtina etsə və bunun nəticəsində kişi əsəbi bir halda gecələsə, mələklər səhərə qədər həmin qadına lənət oxuyar». Hədisi Buxari və Müslim rəvayət etmişdir.
Buxari və Müslimin digər bir rəvayətində isə Peyğəmbər (s) belə buyurur: «Qadın yatağını ərindən ayıraraq gecələsə, mələklər səhərə qədər həmin qadına lənət oxuyar».
Bir rəvayətdə isə Allah elçisinin (s) belə buyurduğu bildirilir: «And olsun canım əlində olana! Kişi arvadını yatağına çağırarkən arvadı gəlməkdən imtina etsə, səmadakı [hər şeydən uca və ulu olan Allahın] ona qarşı qəzəbi əri ondan razı qalanadək davam edəcək».

8.Abdullah ibn Amr ibn əl-Asdan (Allah ondan və atasından razı olsun!) Allah elçisinin (s) belə deməsi rəvayət olunur: «Dünya bütünlüklə nemətlərlə doludur. Bu nemətlərin ən xeyirlisi isə əməlisaleh qadındır». Hədisi Müslim rəvayət etmişdir.

9.Əbu Hüreyrədən (Allah ondan razı olsun!) Allah elçisinin (s) belə deməsi rəvayət olunur: «Möminlərin ən kamil imanlıları yüksək əxlaq sahibi olanlardır. Sizin ən xeyirliniz isə qadınlarına qarşı xoş davrananlardır». Hədisi Tirmizi rəvayət etmiş və onu həsən-səhih adlandırmışdır.

10.Müaviyə ibn Heydədən (Allah ondan razı olsun!) belə deməsi rəvayət olunur: «Allah elçisindən (s): “Ey Allahın elçisi! Bizim zövcələrimizin yanında borcumuz nədən ibarətdir?” – deyə soruşdum. Peyğəmbər (s) də mənə: «Özün yedikdə onu da yedizdirməyin, geydikdə onu da geydirməyin, vurarkən sifətinə vurmamağın, onu biədəb sözlərlə təhqir etməməyin [Allah səni rüsvay eləsin – deməməyin] və yatağını ondan ayırarkən evi tərk etməməyindir». Hədisi Əbu Davud həsən isnadla rəvayət etmişdir.

Yaşar Qurbanovun "İslamNuru" kitabından



انّا للہ و انّا الیہ راجعون
Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
 
TeraneTarix: Çərşənbə, 03.10.2012, 23:12 | Yazı # 18
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
Ramazan ayında qadınlarla bağlı on məsələ
Aləmlərin rəbbi olan Allaha həmd-sənalar olsun,peyğəmbərlərin və Rəsulların(mürsəllərin) ən şərəflisi olana peyğəmbərimiz Məhəmmədə, ailəsinə və səhabələrinə Allahın salavatı və salamı olsun.
Və sonra:

Bu qısa kəlmələri və qiymətli çağırışları Ramazan ayının gəlməsi münasibəti ilə müsəlman qadınlara və mömin qızlara hədiyyə edirik.Allahdan bu risaləni (bunu) oxuyan hər bir mömin bacımız üçün faydalı etməsini,(bu risaləni) onlar üçün bu əzəmətli ayda Allaha itaətdə,onun razılığını və məğfirətini qazanmağda kömək olmasını diləyirik.

Birinci məsələ: Ramazan ayı elə bir nemətdir ki, buna görə şükr etmək vacibdir.

Bacı! Həqiqətən ramazan ayı Allah təalanın öz mömin qullarına bəxş etdiyi ən böyük nemətlərindən biridir. Bu, rəhmətlərin endiyi, günah və pis əməllərin bağışlandığı, əcr (savabların) Allah yanında dərəcələrin iki qat artdığı, Allah Təalanın qullarını cəhənnəm odundan azad etdiyi bir aydır. Peyğəmbərimiz (ona, ailəsinə və səhabələrinə Allahın salavatı və salamı olsun) demişdir: " Ramazan ayı girdiyi zaman cənnətin qapıları açılar , cəhənnəmin qapıları bağlanar və şeytanlar zəncirlənərlər." (Buxari və Müslim rəvayət etmişlər)
Həmçinin Peyğəmbərimiz (ona, ailəsinə və səhabələrinə Allahın salavatı və salamı olsun) demişdir: " kim Ramazan ayının orucunu imanla və savabını Allahdan umaraq tutarsa bütün keçmiş qünahları bağışlanar, və kim Ramazan ayını imanla və savabını Allahdan umaraq keçirərsə (namaz və sairə əməllər nəzərdə tutulur) bütün keçmiş qünahları bağışlanar." (Buxari və Müslim rəvayət etmişlər)
Allah təala qüdsi hədisdə belə buyurur: " Adəm övladının hər bir əməli onun üçündür yalnız orucu mənim üçündür, mükafatını da mən verəcəyəm." (Buxari və Müslim rəvayət etmişlər)
Həmçinin Peyğəmbərimiz (ona, ailəsinə və səhabələrinə Allahın salavatı və salamı olsun) demişdir: " Həqiqətən Allahın ramazan ayının hər bir (günündə) gündüz və gecəsində cəhənnəm odundan azad etdiyi kimsələr vardır, və həqiqətəv hər bir müsəlmanın duası vardır ki, o duanı etdiyi zaman onu Allah təala qəbul edər."(imam Əhməd səhih isnadla rəvayət etmişdir), və bu ayda qədr gecəsi vardır.

Allah Təala buyurur: " Qədr gəcəsi min aydan daha xeyirlidir " (Qədr : 3).

Ey müsəlman bacım, bunlar səxavətli olan bu ayın bəzi fəzilətləridir. Bu da Allah Təalanın sənə bəxş etdiyi neymətin əzəmətliyini bəyan edir ki, səni başqalarının içindən seçdi, oruc üçün,qiyam (namaz) üçün hazırladı. Neçə insan keçən il Ramazanda bizimlə oruc tutmuşlar, indi isə onlar qat-qat topraq altında öz qəbirlərində daşlaşmışlar. Müsəlman bacım bu nemətə görə Allaha şükr et onu günah və pis işlərlə qəbul etmə ki, yox olar silinər. Şair yaxşı deyib:

Olsan neymət içində qoru onu sən,
yox edər neməti günahlar həqiqətən.
Əhatə et onu qulların rəbbinə itaətiylə,
çünki tez qulların rəbbi qəzəblənəndir.

İkinci məslə: Ramazan ayını necə qarşılayırsan?!

1- Tövbə etməyə tələsməklə və tövbəndə sadiq olmaqla.
Allah təala buyurur: " Ey möminlər! Hamınız Allaha tövbə edin ki, nicat tapasınız!" (nur : 31).
2- Bütün münkər olan şeylərdən: yalandan, qeybətdən, nəmimədən (söz qəzdirənlik) fahiş işlərdən, musiqidən, açıq saçıqlıqdan və kişilərə qarışaraq onlarin arasinda gəzməkdən və sair kimi əməllərdən qurtulmaqla.
3- Ramazan ayını saleh əməllərlə və qiymətli vaxtı faydasız işlərlə itirməməklə keçirməyə möhkəm iradə və sadiq əzmlə əqd etməklə.
4- Çoxlu zikr,dua etməklə, bağışlanma diləmək və quran oxumaqla.
5- Beş namazın vaxtı vaxtında qılınmasına mühafizə etməklə, tələsmədən, tam rahatlıqla, xuşu içərisində (Allahdan qorxaraq) qılmaqla.
6- Fərz əməllərdən sonra nafilələri etməklə.

Üçüncü məsələ: Orucun əhkamlarını öyrən.

Müsəlman qadına orucunun düzgün, Allah qatında, qəbul olunması üçün orucun əhkamlarını,fərzlərini, sünnətlərini, ədəblərini öyrənmək vacibdir.
Bu orucun əhkamları haqda qısa bir məqalədir:
1- Oruc müsəlman olan,həddi buluğa çatmış, ağlı başında olan müqim (səfərdə olmayan ) orucu tutmağa qadir olan (xəstə olmayan ), mane olan şeylərdən: heyz və nifasda salamat olan qadına vacibdir.
2- Qız (Ramazanda) günorta vaxtı həddi buluğa çatıbsa, günün qalan hissəsini oruc tutmalıdır.Çünki artıq ,o, ona orucu tutmaq vacib olan kimsələrdən olar, bundaq öncə isə ona oruc vacib deyildir, ona görə də tutmadığı günlərin qəzasını tutması lazım deyildir.
3- Fərz orucunda niyyət etmək şərtdir. Həmçinin bütün vacib qəza, kəffarə oruclarında da niyyət şərtdir.
Hədisdə belə deyillir: " Kim oruca gecədən niyyət etmirsə, onun orucu yoxdur." (Əbu Davud rəvayət etmişdir).
Əgər gecənin hər hansı hissəsində, fəcrdən bir an qabaq olsa belə, niyyət etsən orucun düzgün olar.
4- Orucu pozan yeddi şeylər bunlardır:
1- Cinsi əlaqədə olma.
2- Öpmə,qucaqlaşma və buna bənzər yollarla məninin (sperma) çıxması.
3- Yemək və içmək.
4- Yemək və içmək mənalı şeylər qüvvətləndirmək üçün vurulan iynələr kimi şeylər.
5- Hicamə və damar kəsməklə qan çıxarmaq.
6- Bilə - bilə qusmaq.
7- Heyz və nifas qanının çıxması.

5- Heyzli qadın artıq təmizləndiyini bildirən ağ su, yəni heyz qurtaran zaman, ana bətninin (rəhm,uşaqlıq) ifraz etdiyi ağ mayeni görərsə gecədən oruca niyyət edib orucunu tutar. Təmizləndiyinin aydın olmadığı halda ağ pambıq və ya ağ bir şeylə örtünər, pambıq təmiz çıxarsa orucunu tutmalı qan qayıtdıqda isə orucunu pozmalıdır.
6- Heyzli qadına əfzəldir ki olduğu halda qalsın (yəni oruc tutmasin) Alahın ona yazdığı ilə (qədərlə) razılaşsın, heyzi saxlayan vasitələr axtarmasın. Bu, Allahın adəmin qızlarına yazdığı bir şeydir.
7- Nifas halında olan qırx gündən tez təmizlənsə orucunu tutar və namaz üçün qüsl alar. Nifas qırx gündən artıq olarsa qüsl alıb oruca niyyət edər. Nifas qırx gündən artıq davam edən günləri istihadə adlanır (adətə xilaf olaraq və ya xəstəliklə bağlı qanın axması) yalnız bu, heyz olan günlərə müvafiq olsa onda bu günlər heyz günləridir.
8- İstihadə qanı orucu pozmaz.
9- Hamilə və süd əmizdirən qadını xəstəyə qiyas etmək daha duzgündür.onlara orucu açmaq caizdir və yalnız orucu açdıqları günün qəzasını tutarlar. Necə ki ,Peyğəmbərimiz (ona, ailəsinə və səhabələrinə Allahın salavatı və salamı olsun) demişdir: " Allah təala müsafirin üzərindən orucu və namazın yarısını, hamilə və süd əmizdirən qadınların üzərindən orucu qaldırmışdır ".(Tirmizi rəvayət etmiş və həsən hədis olduğunu demişdir).
10- Oruc olan kəsin yeməyin dadına baxmasında bir qəbahət yoxdur, lakin onu udmamalı, tüpürürərək ağzından çıxarmalıdır. Bu onun orucunu pozmaz.
11- Məğrib namazından qabaq orucu açmağa tələsmək və sühuru gecikdirmək müstəhəbdir.
Peyğəmbərimiz (ona, ailəsinə və səhabələrinə Allahın salavatı və salamı olsun) demişdir: " İnsanlar iftarı tezləşdirdikcə xeyr içində olacaqlar." (Buxari və Müslim rəvayət etmişlər).

Dördüncü məsələ: Ramazan yemək yox oruc aydlır.

Müsəlman bacım, Allah təala Ramazan ayını müsəlmana dözümlü və səbrli olması üçün fərz etmişdir ki, bununla o nəfsinə, şəhvətinə hakim, Rəbbindən qorxan bir kəs olur.
Allah təala buyurur: " Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, siz pis əməllərdən çəkinəsiniz!" ( əl-Bəqərə: 183 )
Bəzi sələflərdən soruşuldu: Oruc nə üçün əmr olunub? Dedi: " Varlı aclığı dadıb kasıbı unutmasın ".
Təəssüflər olsun ki, axdardıqda görərik ki, insanlar çoxu bu ayda yemək içməkdə israfçılıq edirlər. Çünki Allahın rəhm etdiyi kimsələrdən başqa hər bir ailənin bu ayda işlətdiyi yeməklər ilin başqa aylarında işlədiləndən daha artıq olur.Həmçinin qadın günün saatların çoxunu mətbəxdə cürbəcür yemək və içki hazırlamaqla keçirir.
Bəs nə vaxt quran oxuyacaq?
Bəs nə vaxt Allaha zikr edib duası ilə ona üz tutacaq, bağışlanma diləyəcək?
Bəs nə vaxt orucun əhkamlarını, qiyamın ədəblərini oyrənəcək?
Bəs nə vaxt Allaha itaət üçün boşalacaq?
Bacım, bu ayda Allaha itaət və ibadətdən başqa bir şeyə vaxtını itirməkdən çəkin. Ramazan ayına yetişən bu ayda bağışlanmayan kəs, artıq uğursuzluq və xəsarətdədir.
Peyğəmbərimiz (ona, ailəsinə və səhabələrinə Allahın salavatı və salamı olsun) demişdir: " Adəm ovladının ən şərlı doldurduğu qab qarnıdır. Adəm övladına qamətini düzəltmək üçün bir neçə loxma yetər. Yox əgər mümkün olmayacaq dərəcəsindədirsə, onda (mədəsinin) üçdə birini yemək, ücdə birini içmək, üçdə birini isə nəfəs almaq üçün ayırsın." (Əhməd və Tirmizi rəvayət etmiş və Şeyx Albani səhihləşdirmişdir. )

Beşinci məsələ: Ramazan Quran ayıdır.

Ramazan ayında quranla bağlı başqa aylarda olmayan xüsusiyyət vardır.
Allah təala buyurur: " İnsanlara doğru yolu göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və ayıran Ramazan ayında nazil edilmişdir" (əl- Bəqərə: 185)
Ramazan ayı və quran bir-biri ilə bağlıdır. Ramazan zikr edildikdə, Quran da zikr olunur.
Səhiheyndə ( yəni Buxari və Müslimdə) İbn Abbas (Allah onların hər iksindən razı olsun) demişdir: " Peyğəmbər (ona, ailəsinə və səhabələrinə Allahın salavatı və salamı olsun) insanların ən səxavətlisi idi, Ramazan ayında Cəbrail ilə görüşdükdə daha səxavətli olardı, Cəbrail ona Ramazanın hər gecəsi Quranı öyrədərdi,və Peyğəmbər Cəbraillə qarşılaşdıqda xeyrə əsən sürətli küləkdən daha səxavətli olardı."
Bu hədis Ramazan ayında quran oxumağın,öyrənməyin müstəhəb olmasına dəlalət edir. Xüsusən də gecələr çünki gecə bütün məşquliyətlərə son qoyulur, enerji cəm olunur, qəlb və dil düşünmək üçün rahatlanır.
Allah təala buyurur: " Şübhəsiz ki, gecə qalxmaq daha əlverişli və söz demək daha münasibdir ".( əl- Müzzəmil:6)
Sələflər Ramazanda Quran oxumağı çoxaldardılar, bəziləri quranı Ramazan qiyamının hər üç gecəsindən bir, bəziləri hər həftəsində bir dəfə, bəziləri hər on günündə xətm edərdi.
Qatədə (Allah ona rəhmət etsin ) daim quranı həftədə bir dəfə, Ramazanda üç gündən bir, Ramazanın axır on günündə hər gecədə xətm edərdi.
Zühri (Allah ona rəhmət etsin ) Ramazan girəndə deyərdi: " Həqiqətən O yalnız quran oxumaq və yemək yedirtməkdir".
İbn Abdull Həkəm (Allah ona rəhmət etsin ) belə demişdir: "Malik (Allah ona rəhmət etsin ) Ramazan girdikdə hədis oxumağı və alimlərlə oturmağı tərk edib Mushafdan Quran oxumağa üz tutardı".
Abdurrazaq (Allah ona rəhmət etsin ) demişdir: Sufyan assovri (Allah ona rəhmət etsin ) Ramazan ayı girdikdə bütün ibadətləri tərk edib quran oxumağa üz tutardı.

Müsəlman bacım, gərək sənin də oxumaq üçün qurandan bir hissən olsun, qəlbin onunla dirilsin, nəfsin onunla paklaşsın, əzalarin onun üçün qorxsun,bununla da Qiyamətdə Quranın şəfaətinə müstəhiq (layiq) olasan. Peyğəmbər (ona, ailəsinə və səhabələrinə Allahın salavatı və salamı olsun) demişdir: " Oruc və Quran Qiyamət günü qul üçün şəfaətçi olacaqlar. Oruc deyəcək: Ey Rəbbim onu yeməkdən , şəhvətdən saxladım məni onun üçün şəfaətçi et, və Quran deyəcək: onu gecə yatmağa qoymadım məni onun üçün şəfaətçi et, dedi: və şəfaət edəcəklər." (Ahməd və Hakim Səhih isnadla rəvayət etmişlər).

Alltıncı məsələ: Ramazan səxavət və yaxşılıq ayıdır.

Müsəlman bacım! Peyğəmbər (ona, ailəsinə və səhabələrinə Allahın salavatı və salamı olsun) qadınları sədəqə verməyə rəğbətləşdirərək belə demişdir: " Ey qadınlar, sədəqə verin və çoxlu bağışlanma diləyin, mən cəhənnəmin əhlinin çoxunun siz olduğunuzu gördüm ". ( Müslim rəvayət etmişdir). Həmçinin Peyğəmbər (ona, ailəsinə və səhabələrinə Allahın salavatı və salamı olsun) demişdir: " Ey qadınlar, zinət əşyalarınızdan olsa belə sədəqə verin " (Buxari rəvayət etmişdir ).
Möminlərin anası Aişədən (Allah ondan razı olsun ) " oruc tutduq günlərin birində yüz min sədəqə verdiyi rəvayət olunur. Bu zaman xadiməsi ona deyir: payladığının bir dirhəminə ət alıb onunla iftar etməyi bacarmadınmı? Dedi: yadıma salsaydın belə də edərdim."
Amma Ramazanda olan səxavət başqa aylardan daha əfzəldir. Ona görə də Peyğəmbər (ona, ailəsinə və səhabələrinə Allahın salavatı və salamı olsun) Ramazanda xeyrə əsən sürətli küləkdən daha səxavətli olardı. Peyğəmbər (ona, ailəsinə və səhabələrinə Allahın salavatı və salamı olsun) səxavəti səxavətin bütün növlərini: Elm və mal sərf etməyi, Allahın dinini izhar etməyi , qullarını hidayətə gətirməyi, faydalı şeyləri onlara bütün yollarla çatdırılmağı, acları doydurmağı, cahillərini moizə etməyi, hacətlərini ödəməyi, ağırlıqlarını daşımağı əhatə edərdi.
Ramazanda olan səxavətlərdən:
Oruc tutanları yedizdirmək.
Müsəlman bacım, oruc tutan kəsə iftar etməsi üçün yemək verməyə həris ol. Çünki onun əzəmətli əcri, üstün xeyri vardır.
Peyğəmbər (ona, ailəsinə və səhabələrinə Allahın salavatı və salamı olsun) demişdir: " Oruc tutan bir kəsin iftarını açana Orucu tutan kəsin əcri kimi əcr vardır, yalnız bu oruc tutanın əcrindən bir şey azaltmaz ". (Əhməd və Tirmizi rəvayət etmiş və həsən səhih isnad olduğunu demişdir ).
Həmçinin, daimi qalan, sədəqəyə həris ol.
Peyğəmbər (ona, ailəsinə və səhabələrinə Allahın salavatı və salamı olsun) demişdir: " Adəm övladı öldükdə bu üç əməldən başqa bütün əməlləri dayanar: Daimi qalan sədəqə, qoyduğu fayda verən elm və onun üçün dua edən saleh övlad ".( Müslim rəvayət etmişdir.)

Yeddinci məsələ: Ramazan qiyam ayıdır.

Müsəlman bacım, Peyğəmbər (ona, ailəsinə və səhabələrinə Allahın salavatı və salamı olsun) gecəni namazda keçirərd, hətta dabanları çatlayardı. Ona dedilər: ya Rəsulallah, sənin keçmiş və gələcək günahların bağışlanıb və sən belə edirsən? Dedi: məgər şükr edən qullardan olmayimmı? " (Buxari və Müslim rəvayət etmişlər).
Həmçinin Peyğəmbər (ona, ailəsinə və səhabələrinə Allahın salavatı və salamı olsun) demişdir:" Kim Ramazan ayını imanla və savabını Allahdan umaraq keçirərsə (namaz və sairə əməllər nəzərdə tutulur) bütün keçmiş qünahları bağışlanar." (Buxarə və Müslim rəvayət etmişlər).

Qadın Fərz və təravih namazlarını qılmaq üçün məscidə gedə bilər, lakin evində qıldığı namaz daha əfzəldir.
Necə ki, Peyğəmbər (ona, ailəsinə və səhabələrinə Allahın salavatı və salamı olsun) demişdir: " qadınlarınıza məscidlərə getməsini qadağan etməyin,lakin evləri onlar üçün daha xeyrlidir ". (Əhməd və Abu Davud rəvayət etmiş və Albani səhihləşdirmişdir).
Hafiz Deyləmi demişdir: Peyğəmbər (ona, ailəsinə və səhabələrinə Allahın salavatı və salamı olsun) zamanında qadınlar evlərindən namaz paltarlarına bürünmüş, örtülmüş halda çıxardılar, amma qaranlıq, yəni zülmət, olduğundan tanınmazdılar. Peyğəmbər (ona, ailəsinə və səhabələrinə Allahın salavatı və salamı olsun) namaz salamını verdikdən sonra kişilərə qadınlar gedənə qədər yerinizdə qalın deyərdi. Bununla belə Peyğəmbər (ona, ailəsinə və səhabələrinə Allahın salavatı və salamı olsun) " namazları evlərində daha əfzəldir demişdir" Bəs bəzənmiş, ətirlənmiş,zinət əşyaları ilə süslənmiş, ən gözəl paltarını geyib çıxmış qadını necə zənn edirsən?!
Aişə (Allah ondan razı olsun) demişdir: Peyğəmbər (ona, ailəsinə və səhabələrinə Allahın salavatı və salamı olsun) " Qadınların ondan sonra nə edəcəklərini bilsəydi onlara məscidə getmələrini qadağan edərdi"
onun bu sözü birinci əsrin səhabə qadınları haqdadırsa, necə zənn edirsən ,zəmanəmizin qadınlarını görsəydi nə deyərdi?!
Ağıl sahibli qadınlara: Əgər məscidə getmək istəsəniz, onda sələf qadınların çıxdığı görkəmdə çıxın.
Həmçinin saleh niyyət ilə, namaz qılıb Allahın ayələrini dinləmək üçün gedin. Bu onları sükunətli, vüqarlı olmağa çağırar və yad gözlərin onlara baxmasının qabağını alar.
Bəzi qadınlar məscidə yalnızca sürücü ilə gedirlər, bu da onların nafilə üçün səyy göstərdikləri halda harama girmələrinə gətirib çıxarır. Bu da cahilliyin ən pis, axmaqlığın ən şiddətli dərəcəsidir.
Qadına ətirlənib, buxurlanıb(tüstü şəklində olan ətrlər) evindən çıxması caiz deyildir.
Peyğəmbər (ona, ailəsinə və səhabələrinə Allahın salavatı və salamı olsun) demişdir: " Buxurlanan qadın bizimlə işa namazını qılmağa gəlməsin " (Müslim rəvayət etmişdir).
Qadınlar özləri ilə uşaqlarını məscidə gətirməsinlər, çünki bu onu namaz qilmaqdan məşğul, başqalarına ağlamaq və qışqırıqları ilə əziyyət edirlər. Quran və məscidin əşyalarını qarışdırırlar.

Səkkizinci məsələ:Əzaları orucu

Müsəlman bacım, bil ki, əzalarını günahlardan, gözlərini harama baxmaqdan, qulaqlarını harama,yalana, qiybətə, nəmmamlara, musiqiyə batilin bütün növlərinə qulaq asmaqdan, əllərini harama basmaqdan, ayaqlarını harama getməkdən, dilini yalandan, fahiş sözlərdən,yalançı şahidlikdən, qarnını yeyib içməkdən, fərdini zinadan, cimadan qoruyan kəs oruc tutmuş sayılar. Danışanda yalnız fayda verən səmərəli olan söz danışar, orucuna xələl gətirən və ya batil edən fahiş, pis sözlərdən uzaq olar. Həmçinin müsəlmanların namusuna yalan, qiybət, nəmmamlıq, kin, həsəd, iftira ilə toxunma. Bilirsən ki, bu, münkərlərin ən pisi, günahların ən böyüyüdür.
Peyğəmbər (ona, ailəsinə və səhabələrinə Allahın salavatı və salamı olsun) demişdir: " Kim yalan danışmağı, yalançı və cahil əməlləri tərk etməzsə,Allah təalanın onun yeyib- içməsini tərk etməyinə ehtiyacı yoxdur.(Buxari rəvayət etmişdir).
Həmçinin Peyğəmbər (ona, ailəsinə və səhabələrinə Allahın salavatı və salamı olsun) demişdir: " oruc tutduğunuz gün səs- küy salıb, pis sözlər danışmayın. əgər onu kimsə söysə və ya onunla vuruşmaq istəsə ona “mən orucam desin” (Buxari və Müslim rəvayət etmişdir ).
Yeyib - içməkdən oruc tutub müsəlman qardaşlarının namusuyla, onların ətlərini yeməklə iftar edən kəs haqda Peyğəmbər (ona, ailəsinə və səhabələrinə Allahın salavatı və salamı olsun) belə demişdir: " Elə oruc tutan vardır ki orucdan onun payı yalnız ac və susuz qalmasıdır " ( Əhməd və İbn Məcə səhih isnadla rəvayət etmişlər).

Doqquzuncu məsələ: Ramazada vaxta mühafizə etmək üçün yollar.

Qadın bu əzəmətli ayında vaxtını, Qiyamət günü ona zəfər və xoşbəxtlik gətirəcək, onu cənnət yaxınlaşdırıb, cəhənnəmdən uzaq edən şeylərdə keçirməlidir. Bu, Allaha itaət, günahlardan uzaq olmaqla olar. Qadın bu səxavətli ayda vaxtını qorumaq istəyirsə aşağadakıları etməlidir:

1- evdən çıxmamaq. Yalnız ehtiyac, zərurət və ya Allaha itaət etmək hallarından başqa.
2- Bazarları gəzməkdən üzaq olmaq. Xüsusən Ramazan ayının axır on günündə. Bayram günü üçün paltarları Ramazan ayının axır on günündən və ya ramazandan qabaq almaq olar.
3- Səbəbsiz yerə qonaq və kimisə ziyarətə getməmək. Əgər ziyarət etməyə səbəb varsa, məsələn kimsə xəstədirsə orada çox qalmamaq şərti ilə ziyarət etmək olar.
4- Pis işlər olan məclislərə getməmək. Qeybət, nəmmamlıq, yalan, kiməsə istehza və tənə edilən məclislər kimi.
5- Vaxtını yarışlarda, tapmaca həllində, filim və seriallara baxmaq, cür-bəcür marağlı kanallar axtarmaqla itirmə. Müsəlman bu cür şeylərlə məşğul olsa Ramazanla vidalaşa bilər.
6- Fəcr namazına kimi oyaq qalmaqdan çəkin. Bu, namazlara və günün əksər hissəsini yatmağa səbəb olur.
7- Pis və şər kimsələrlə yoldaşlıq etmə.
8- Günün əksər hissəsini yataraq vaxtı keçirməkdən çəkin. Bəziləri sabah namazından sonra yatıb, yalnız gün batana yaxın oyanırlar, məgər bu oruc tumaq sayılırmı?!
9- Əvəllki sözlərimizdə dediyim kimi vaxtını yemək hazırlamaqla itirmə.
10- Vaxtını güzgü qabağında çox oturmaqla, bəzənməklə keçirmə.
11- Vaxtını telefon danışmaqlarda keçirmə. Bu, zəif imanlı kəslərin aclıq və susuzluğa tab gətirmək üçün istifadə etdikləri vasitədir. Allahın kitabını oxumaq və öyrənmək onlar üçün daha xeyrli olar.
12- Vaxtın itməsinə və harama aparan mübahisə və xilfadan çəkin,kim də səni buna sövq etsə “mən oruc tutmuş qadınam”- de.

Onuncu məsələ: Ramazanın axır on günü.

Ey müsəlman bacım, Ramazanın artıq iyirmi günü keçib geriyə yalnız bu on gün qalıb. Hələ ki əcr qazanmaq üçün fürsət var. Əvvəlki günlərdə nöqsanlara yol vermisənsə, bu günlərdən istifadə et, həqiqətən əməllər sonuna görədir.
Peyğəmbər (ona, ailəsinə və səhabələrinə Allahın salavatı və salamı olsun) Ramazan ayının axır on günü girdikdə pərdələri bağlayar, gecə ibadətə qalxar və əhlini oyadardı . (Buxari və Müslim rəvayət etmişdir).
Allaha and olsun ki bu günləri az, gecələri məhdud, zəfərə çatanların və onda xəsarətə düşənlərin on günüdür.
Həbib Əbi Məhəmmədin arvadı gəcə ona belə deyir: Artıq gecə getdi, önümüzdə uzun yol var, tədarükümüz isə azdır, salehlərin karvanı bizi ötüb keçib, yalnız biz qalmışıq.
Qədr gecəsinin Ramazan ayının axır on günündə olması Allah təalanın lütfündəndir, o axır on günün tək günlərindədir.
Aişə (Allah ondan razı olsun) demişdir: Peyğəmbər (ona, ailəsinə və səhabələrinə Allahın salavatı və salamı olsun) belə deyərdi: " Qədr gecəsinin Ramazan ayının axır on gününün tək günlərində axtarın " (Buxari və Müslim rəvayət etmişdir). Qədr gecəsi əzəmətli bir gecə, böyük fürsətdir.
Peyğəmbər (ona, ailəsinə və səhabələrinə Allahın salavatı və salamı olsun) demişdir: " By ay artıq gəlib çatıb, onda min aydan xeyrli bir gecə vardır. Ondan məhrum olan, xeyrin hamısından məhrum olmuşdur. Onun xeyrindən yalnız məhrum olmuş məhrum olar. ( İbn Məcə rəvayət etmiş və Albani səhihləşdirmişdir).
Müsəlman bacım, bu gecəyə müvəffəq olmaq üçün səy göstər, belə böyük bir əcirdən özünü məhrum etmə, bilki Ramazan ayının axır on günü ibadət və itaətlə keçirsən, şübhəsiz bu gecəyə Allahın izniylə əzəmətli əcrə, böyük savaba müvəffəqsən.
Qədr gecəsində edilən dua.
Aişə (Allah ondan razı olsun) Peyğəmbər (ona, ailəsinə və səhabələrinə Allahın salavatı və salamı olsun) dedi : "qədr gecəsinə müvəffəq olsam, onda nə deyim. Dedi: deki Allahım sən bağışlayansan, bağışlamağı sevirsən, məni də bağışla " (Əhməd və Tirmizi rəvayət etmiş və həsən səhih isnad olduğunu demişdir ).

Peyğəmbərə, ailəsinə və səhabələrinə Allahın
salavatı və salamı olsun.



انّا للہ و انّا الیہ راجعون
Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
 
TeraneTarix: Çərşənbə, 03.10.2012, 23:13 | Yazı # 19
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
Kişi və qadınların öhdəlikləri
Şübhə yoxdur ki, pak və uca Allah Öz qullarına dinlərində və dünyalarında yararlı olan şeyləri buyurmuş, ağıl və istəklərə deyil, Kitab və Sünnəyə tabe olmaqla bir-birilərinə ədalətlə davranmağı əmr etmişdir. Əgər haqq onların ağıl və istəklərinə tabe olsaydı, göylər, yer və onlar arasında olanların hamısı fəsada uğrayardı.

Alllahın buyurduqları ilə razılaşmayan kəs mömin sayılmaz. Allah təala buyurur: "Allah və Peyğəmbəri bir işi hökm etdiyi zaman heç bir mömin kişiyə və qadına öz işlərində başqa yol seçmək yaraşmaz. Allaha və Onun Peyğəmbərinə asi olan kəs, şübhəsiz ki, açıq-aydın azmışdır!" (əl-Əhzab, 36) Başqa bir ayədə Uca Allah belə buyurur: "Amma, xeyr! Rəbbinə and olsun ki, onlar öz aralarında baş verən ixtilaflarda səni hakim təyin etməyincə və verdiyi hökmlərə görə özlərində bir sıxıntı duymadan sənə tam bir itaətlə boyun əyməyincə, iman gətirmiş olmazlar". (ən-Nisə, 65) Günümüzdə ortaya çıxan problerdən biri də qadınlar məsələsidir. Bu məsələ hər sinif kişi və qadın tərəfindən istər bilməməzlikdən, istərsə də ağla istinad edilərək danışılır. Bu yaxınlarda Ciddə şəhərində keçirilən qadınların toplantısında baş verənlər buna misaldır. Hörmətli şeyx Rəbi ibn Hadi Umeyr əl-Mədxəli (Allah onu qorusun!) həmin toplantını nəzərdə saxlamış, orada baş verən qarışıqlığı, cəhaləti və qadınların məzlum, haqları tapdalanmış təbəqəyə çevrilməsi iddialarını diqqətlə izləmişdir. Əgər İslamın qadına zülm etdiyi ittihamı səslənirsə, bu, Allaha küfr etməkdir. Bəzi kişilərin qadınlara zülm etdiyi ittihamlar isə bəzən rast gəlinən hallardır. Lakin bunu İslama aid etmək olmaz. Bunu kimlər edirsə, məsuliyyətini də özləri daşıyır. Doğrudur, bəzi kişilər tərəfindən qadınlara haqsızlıqlar edilir. Ancaq qadınlar tərəfindən kişilərə edilən haqsızlıqlar daha çoxdur. Bunları aradan qaldırmağın yolu yığıncaqlarda deyil, şəriət məhkəmələrində həll olunur. Bu haqda şeyx Rəbi (Allah onu qorusun!) də olduqca faydalı və dolğun qeydlər verdi. Allah onun mükafatını xeyirli, yazdıqlarını faydalı etsin!

Böyük Alimlər İdarə Heyətinin üzvü
Şeyx Saleh ibn Fövzan əl-Fövzan

GİRİŞ
Mərhəmətli və Rəhimli Allahın adı ilə!
Həmd-səna Allaha məxsusdur. Allahın elçisinə, ailə üzvlərinə, səhabələrinə və onun hidayət yoluna tabe olan hər kəsə Allahın salavatı və salamı olsun!
Bu günlərdə Hərameyn bölgəsində qadın haqları haqda car çəkib bu məsələdə öz təşvişini bildirən kəslər peyda olub. Təəssüflər olsun ki, bəzi qadınlar da bu çağırışlarla ayaqlaşırlar. Məhz bu da müsəlman bir kimsəni kişi və qadınların birgə hüquq və vəzifələri haqda, habelə qadının müsəlman olmayan digər millətlərdəki durumu barədə açıqlama verməyə sövq edir. Belə ki, hər şeyi ziddiyyətləri ilə aydınlaşır.
İnsanların və qadının İslamdan əvvəlki durumu:
İyad ibn Himərin rəvayət etdiyi uzun qüdsi hədisdə Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) Allah taəlanın belə buyurduğunu bildirir: "Mən qullarımın hamısını hənif (haqq yolda olan tövhid əhli) olaraq yaratdım. Lakin şeytanlar gələrək onları öz dinlərindən döndərdi, onlara halal onlan şeyləri haram etdi və əmr etdi ki, Mənə haqqında heç bir dəlil nazil etmədiyim şeyləri şərik qoşsunlar. Allah da yer əhlinə baxdı və kitab əhlindən başqa onarın istər ərəb, istərsə də qeyri-ərəblərinin üzərinə öz qəzəbini saldı". Hədisi Müslim (? 2865) və Əhməd (4/162) rəvayət etmişdir.
Qurani-Kərim cahiliyyə dövrünü, o dövrün bütpərəst və Əhli kitabdan onlan insanlarının əxlaqını əks etdirən bir çox məqamları qeyd etmişdir. Ərəblərin qadına anadan olandan bəri zülm edib onu alçaltmaları, dəyərlərini kiçiltmələri, onlardan təngə gəlib pis davranmaları və uşaqkən diri-diri torpağa basdırmaları ərəblərin qadına münasibətinin təzahürü idi. Allah təala buyurur ki, "Onlardan birinə qızı olması ilə müjdə verdikdə qəzəblənib üzü qapqara qaralar. Verilən müjdənin pisliyi üzündən tayfasından qaçıb gizlənər. Görəsən, onu zillət içində saxlayacaq, yoxsa torpağa göməcək? (Diri-diri basdıracaq?) Bir görün onlar necə pis mühakimə yürüdürlər!" (ən-Nəhl, 58-59)
Digər xalqlarda qadının düşdüyü vəziyyət ərəblərdə olduğundan daha da acınacaqlı idi. Yunan cəmiyyəti qadına bir bazar əşyası kimi baxırdı. Qadının ailədə heç bir dəyər-qiyməti yox idi. Bazarlarda pulla alınıb-satılırdı.
Roma mədəniyyətində kişi mütləq ağalığa, ailəsində tam haqlara malik idi. O, kiçik bir nöqsana görə arvadını öldürə bilər, heç bir məsuliyyət hiss etmədən övladlarına işgəncə verib qətlə yetirə bilərdi.
Hindistanda isə qadının vəziyyəti son dərəcə rəzil və rüsvay idi. Əgər qadının əri ölsəydi, onun cəsədinin yaxınlığında öz cəsədini yandırmalı idi.
Yahidilərdə qadın Adəmi yoldan çıxartdığına görə, lənətlənmiş məxluq hesab olunurdu. Yahudilərin bəzi qəbilələrində ataların öz qızlarını satmaq hüququ var idi. Qadın aybaşı olduğu zaman onun yanında oturmaz, onunla birgə yemək yeməzdilər. Hətta, qadın mundar olmasın deyə qaba da toxunmazdı.
İlk xristianlar belə qərara almışdılar ki, evlilik kirlənmək deməkdir və ondan uzaqlaşmaq lazımdır. Onlar dedilər ki, qadın şeytanın qapısıdır və onunla əlaqəyə girmək günahdır. Fransızlar miladi təqvimlə 586-cı ildə konfrans keçirmiş, orada qadının insan olub-olmadığı, ruha malikdirmi, əgər ruha malikdirsə, bu ruh insan, yoxsa, heyvan ruhudur və bu kimi məsələləri müzakirə etmişdilər. Sonda isə belə qərara gəldilər ki, qadın insan ruhuna malikdir, lakin təkcə kişiyə xidmət etmək üçün yaradılıb.
Ümumi İngilis qanununa uyğun olaraq qadınlar təxminən, on doqquzuncu əsrin ortalarına kimi şəxslər və qanunla şəxs adlandırılması nəzərdə tutulan vətəndaşlar hesab olunmurdular. Ona görə də onların şəxsi hüquqları yox idi. Qadınlar öz qazanclarında, şəxsi əşyalarında, hətta geyindikləri paltarlarda heç bir haqqa malik deyildilər.
Əksinə, İngilis qanunu miladi təqvimlə, 1805-ci ilə qədər kişiyə öz arvadını satmada haqq tanımışdı. Hətta, arvada satış qiyməti təyin etmişdi. Onu almaq istəyən altı sent ödəməli idi.
Miladi təqvimlə, 1931-ci ildə bir nəfər ingilis öz arvadını beş yüz funta satmışdı. Həmin ingilsin vəkili onu müdafi edərək demişdi ki, "miladi təqvimlə 1801-ci ildə qəbul olunan İngilis qanunu arvadın razılığı ilə başa çatan satışda arvada altı sent qiymət qoyub". Məhkəmə isə cavabında müdafiə tərəfinə bildirdi ki, həmin qanun miladi təqvimlə, 1805-ci ildə qadınların satışını və onların alçaldılmasını qadağan edən yeni qanunla ləğv edildi. Məhkəmə müşavirə etdikdən sonra öz arvadını satan şəxsə on ay həbs cəzası verdi.
"İslam mədəniyyəti" jurnalının ikinci illik toplusunda (səh 1078) belə deyilir: "Keçən il bir nəfər italyan öz arvadını başqa biri kredit yolu ilə satmışdı. Alıcı kreditin son hissəsini ödəməkdən boyun qaçırdıqda satan onu öldürmüşdü".
Professor Məhəmməd Rəşid Rza (Allah ona rəhmət etsin!) deyir: "Qəribə burasındadır ki, bu günlərdə bəzi İngiltərə mətbuatı hələ də ingilis kəndlərində kişilərin öz qadınalarını dəyərsiz bir qiymətə satdığını xəbər verir". Professor bu sözləri "Hicaba qayıdış" əsərindən (2/41-47) sitat gətirmişdir. Mən onun bəzi sözlərini ixtisar etdim.
Amerikada oxuyan tələbələrdən biri bildirir ki, amerikanlar bir xalq kimi öz arvadlarını müəyyən bir müddətə qədər dəyişdirirlər. Sonra hərə borc müvvəqqəti verilmiş öz arvadını tamamilə geri qaytarırlar. Bizim ölkələrimizdə bu əməlin bənzəri yalnız kəndli və ya şəhərlinin öz evindən bir əşyanı başqasına borc verməsi kimi ola bilər.
Çinlilərdə və farslarda qadının tarixi şəraiti olduqca acınacaqlı idi.
Bu, qeyri-müsəlman olan millətlərdə qadına verilən qiymətin təzahürüdür.
İslam isə qadını düşdüyü çirkabdan dartıb çıxartmış, zülmətin, qaranlığın, rəzilliyin, əsarətin kabuslarından xilas etmişdir. Beləcə, istər ana, istər bacı, istər arvad, istərsə də qız övlada lazimi dəyəri vermişdir. Heç bir mədəniyyətdə İslamın qadına verdiyi dərərin bənzəri yoxdur.
Uca Allah yeddi qat səmanın üzərindən qadının insan kimi var olmasına icazə verdi. Allah təala buyurur: "Ey insanlar! Biz sizi bir kişi və bir qadından yaratdıq. Sonra bir-birinizi tanıyasınız deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Allah yanında ən hörmətli olanınız Allahdan ən çox qorxanınızdır. Həqiqətən, Allah biləndir, xəbərdardır". (əl-Hucurat, 13)
Qadının öz insanlığını sübut etmək üçün konfranslar keçirməyə ehtiyac yoxdur. Allah və Onun elçisi bunu bəyan etmiş, müsəlmanlar da iman gətirmişlər. Onun hicrət etmək, müsəlmanlardan kömək və dəstək görmək kimi haqları var. Allah təala buyurur: "Ey iman gətirənlər! Mömin qadınlar sizin yanınıza mühacir kimi gəldikləri zaman onları imtahana çəkin! Allah onların imanını çox gözəl bilir. Əgər bunların mömin olduqlarını bilsəniz, artıq onları kafirlərin yanına qaytarmayın. Nə bunlar (bu qadınlar) onlara (kafirlərə), nə də onlar bunlara halaldır". (əl-Mumtəhinə, 10)
Uca Allah mömin kişi və qadınlara etmədiklərə işlərə görə əziyyət verməyin haram olduğunu bildirmişdir: "Mömin kişiləri və qadınları etmədikləri bir işdən ötrü incidənlər, şübhəsiz ki, öz üzərlərinə böhtan və açıq-aydın bir günah götürmüşlər". (əl-Əhzab, 58)
Uca Allah mömin kişi və qadınlara öz dinlərindən döndərmək üçün əzab əziyyət verən kəsləri cəhənnəm əzabı ilə qorxudur: "Şübhəsiz ki, mömin kişi və qadınları (dinlərdən döndərmək üçün) bəlaya düçar edən, sonra da tövbə etməyən kimsələri cəhənnəm əzabı və yandırıb-yaxan atəş əzabı gözləyir". (əl-Buruc, 10)
Allah təala Öz elçisinə əmr etmişdi ki, həm özü, həm də müsəlman kişi və qadınlar üçün Allahdan bağışlanma diləsin. Belə ki, uca Allah buyurur: "Bil ki, Allahdan başqa heç bir tanrı yoxdur. (Ondan) həm öz günahlarının, həm də mömin kişilərin və qadınların bağışlanmasını dilə! Allah gəzib-dolandığınız yeri də, dayanıb-duracağınız yeri də bilir!" (Muhəmməd, 19)
Əgər İslamın düşmənləri qadının İslamda sahib olduğu mövqeyi bilmək istəsələr, onun üçün hazırlanan cənazəyə və cənazə namazına baxsınlar. Yüz minlərlə insanın mübarək iki məsciddə sıralar düzərək mömin qadın və ya uşaq üçün cənazə namazı qılmaları kafir və münafiqləri dəhşətə gətirər.
Bu, İslamın mömin qadına bəxş etdiyi məziyyətlər. Öz düşüncələri ilə qadına həddən artıq dəyər versələr belə, bu məziyyətlərin nə təhrifə uğramış və uyrdurulmuş dinlərdə, nə də ki, saxta qanunlarda rast gəlinməsi qeyri-mümkündür. Əksinə, yahudi və xristianların əlincə cəmləşən müasir mədəniyyət qadını iyrənc bir alətə, ucuz bir əşyaya çevirmiş, onu iş yerlərində, bazarlarda, geyimlərin nümayişində, qəzet və jurnallarda kişilərin əyləncəsi etmişdir. Həmin qəzet-jurnallarda paltarsız və biabırçı qadın şəkilləri olduqca çoxdur. Pis əməl sahibləri bu rüsvayçı və iyrənc görüntülərlə əyləncəyə və həzzə dalarlar. Bəlkə də statistika qeyri-qanuni hamiləlik və doğum hallarının sayını verməkdə çətinlik çəkir.
Bütün bunlar qadına can yandırdığını, ona hüquqlar tanıdığını, onun azadlığını və bərabərliyini təmin etdiyini iddia edən qanunların mövcudluğu nəticəsində həyata keçir.
Bu qanunların, habelə yaradan və hikmət sahibi olan Allahın özündə Kitab və Sünnəni ehtiva edən şəriətinə qarşı müharibə aparan təşkilatların dəsdəklədiyi pisniyyətli mediyanın da bu məsələdə böyük təsiri var. Allahın şəriəti istər kişi olsun, istər qadın – hər kəsə şərəflə, ədalətlə və insafla öz haqqını vermişdir.
Bu təşkilatlar və qanunlar müsəlman ölkələrində dünyəviliyi, parlament sistemini və anarxiyanı dəstəkləyənlərin can atdıqları vasitələrdir. Bu insanlar müsəlman qadını ölümcül bataqlığa soxmaq istəyirlər.
İslam dini hər bir kişi və qadına ədalətlə, dürüst ölçü ilə öz haqqını vermişdir. Belə ki, kişilərə öz kişilik xüsusiyyətlərinə, güclərinə, düşüncələrinə, təhlükələrə qarşı hazır olmaq, çətinliklərə sinə gəlmək bacarığına və Allahın bəxş etdiyi fitrətlərinə uyğun haqlar tanımış, boyunlarına öhdəliklər qoymuşdur. Həmçinin, qadınlara öz qadınlıq xüsusiyətlərinə, gücsüzlüklərinə, kişilərdən ağıl və gücdə geri qaldıqlarına, habelə təhlükələrə və çətinliklərə qarşı hazır olmaqda zəif olduqlarına uyğun haqlar tanımış, byunlarına öhdəliklər qoymuşdur.
Müsəlmanlar kişi və qadın olaraq bu ilahi, hikmətli və rəhimli şəriətə razı olmuş və onu müsəlman əqidəsinə xas olan bir məsələ hesab etmişlər. Kim ondan üz döndərərsə, mömin olmaz, Allah və Rəsuluna düzəlişlər etməyə çalışan insan hesab olunar. Allaha, Onun elçilərinə və kitablarına iman gətirən möminlər isə bu azğınlığa düşməzlər.
İslam dini bu uyğunsuzluğu nəzərə almış, ayrı-ayrılıqda hər bir kişi vəqadına, ümumumilikdə isə Allahın haqlarından sonra, bir-birilərinə qarşı münasibətlərində hüquq və öhdəliklər tanımışdır. Allahın bütün kişi və qadın qulları üzərindəki haqqı, yalnız Ona ibadət etmələri, Ona heç bir şeyi şərik qoşmamaları, habelə İslamın və imanın bilinən ərkanlarını yerinə yetirmələridir. Valideynlərə xoş davranmaq, qohumluq əlaqələri saxlamaq, yaxşı işləri əmr edib, pis işlərlərdən çəkindirmək və bu kimi işlər kişi və qadınlar arasındakı müştərək haqlardır.
Kişilərə xas olan öhdəliklərdən bunları misal göstərmək olar:
Allahın kəlməsinin uca olması, İslamın yayılması və müsəlman torpaqlarının qorunması üçün canı və malı ilə Allah yolunda vuruşmaq;
Məscidlərdə cümə və camaat namazları qılmaq;
Öz xanımlarının bilinən qaydada məsrəflərini ödəmək, geyim və mənzillə təmin etmək; Bu, pul, güc və fiziki qüvvə sərf edilən mühüm işlərdir. Bəzi qadınların könüllü məşğuliyyətlərini nəzərə almasaq, bu işlər qadına xas olmayan öhdəliklərdir.
Ordunun təşkili; Ordu qadınlardan deyil, yalnız kişilərdən təşkil olunur:
Kişilərin qadınlardan üstün olduqları bəzi qanuni haqlar aşağıdakılardır:
1. İdarəçilik; Allah təala bu haqda buyurur: "Kişilər qadınlar üzərində ixtiyar sahibidirlər. Bu, Allahın onlardan birini digərinə üstün etməsi və (kişilərin) öz mallarından (qadınlar üçün) sərf etməsinə görədir. Əməlisaleh qadınlar (ərlərinə) itaət edib Allahın himayəsi sayəsində gizli şeyləri (ərlərinin sirlərini, mal-dövlətini, namus və şərəfini) qoruyub saxlayırlar". (ən-Nisə, 34)
2. Kəbin zamanı qadına vəlilik (qəyyumluq) etmək; Bu məsuliyyət yalnız kişilərə məxsusdur. Qadın nikah zamanı nə özünə, nə də başqa birinə vəli ola bilməz.
3. Oğlan uşağı doğularkən Allaha şükr əlaməti olaraq iki qoyun, qız uşağı doğularkən isə bir qoyun kəsilir. Göründüyü kimi, kişi bu məsələdə də qadından üstündür.
4. Kişilərin miras işlərində üstün olması; İstər qız övladı olsun, istər bacı, istər ana, istərsə də arvad, qadın mirasdan kişiyə düşən payın yarısını alar.
5. Qan bahasında kişi ilə qadın arasında fərq var. Belə ki, qadının qan bahası kişinin qan bahasının yarısı qədərdir.
6. Kişi şahidlikdə də qadından üstündür. Belə ki, bir kişinin şahidliyi iki qadının şahidliyinə bərabərdir. Cinayət hadisələri kimi, qadının şahidliyinin qəbul olunmadığı məqamlar da var.
7. Rəhbərlik, idarəçilik, qazilik, qoşun başçılığı, ümummilli işlərə nəzarət yalnız kişilərə xas olan vəzifələrdir.
8. Kişilər dörd arvad ala bildiyi halda, qadınların bir nəfərdən artıq əri olması qadağandır. Bu hal axirətdə də eynidir.
İslam dini qadının yerinə yetirməsi vacib olan öhdəliklərdən daha çox ona haqlar tanımışdır. Ağır və çətin olan öhdəliklər, o cümlədən maddi və fiziki əmək sərf etmək yalnız kişilərə vacib olan işlərdir. Qadınlar isə bu kimi işləri yerinə yetirmək məsuliyyətini daşımırlar. Keçmişdə və ya indiki dövrdə elə bir quruluş varmı ki, qadına belə hüquqlar tanısın?!
Qadına öhdəlikləri isə aşağıdakılardır:
1. Allaha qarşı günah işlətməkdən başqa qadın öz ərinin bütün əmrlərinə tabe olmalıdır. Ərin öz arvadı üzərindəki haqqı qadının valideynlərinin onun üzərində olan haqqından çoxdur.
2. Evə və ailəyə qayğı göstərmək; Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) buyurmuşdur: “Qadın öz ərinin evində bir qoruyucudur və qoruduğu şeylərə görə məsuliyyət daşıyır”.
3. Ərinin icazəsi olmadan nafilə oruclar tutmamaq;
4. Ərinin icazəsi olmadan evə başqasının girməsinə icazə verməmək;
5. Ərinin icazəsi olmadan evdən bayıra çıxmamaq;
6. Öz dinini və namusunu qorumaq;
Qadının kişi üzərində bir qisim haqları da mövcuddur. Bunlardan bəziləri:
1. Kişi izdivac üçün qadına mehr ödəməlidir.
2. Bilinən miqdarda onun lazımi xərclərini ödəməlidir.
3. Onu geyim və mənzillə təmin etməlidir.
4. Ona qarşı şəriətə uyğun davranmalıdır.
Eyni zamanda kişi öz arvadına xoş münasibət göstərməli, ona gözəl adlarla xitab etməli, danışığına hörmət etməli, ona qarşı gözəl əxlaq nümayiş etdirməlidir.
Öz növbəmdə mən də kişinin qadından üstün olması inancında olmağıma baxmayaraq, istər ana olsun, istər qız övladı, istər həyat yoldaşı, istər bacı, istərsə də yaxın qohum, bütün qadınlara hörmət bəsləyirəm.
Bütün müsəlmanlara da məsləhət görürəm ki, qadına hörmət etsinlər, gözəl davransınlar, ona qarşı həmişə xoş niyyətdə olsunlar. Çünki Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) müsəlmanlara qadına qarşı bu cür münasibətdə olmağı tövsiyə etmiş, cahiliyyətin tapdaladığı, İslamın isə geri qaytardığı qadın haqlarını onlara öyrətmişdi.
Eyni zamanda, Allahın elçisi (ona Allahın salavatı və salamı olsun!) qadına da kişinin haqlarını bilməyi və bu haqları Allahın şəriətinə uyğun şəkildə yerinə yetirməyi tövsiyə etmişdir. Həmçinin, hər iki tərəfə Allahın və digər insanların haqlarını yerinə yetirməyi, öhdəliklərini həyata ekeçirməyi tövsiyə etmişdir ki, həm qadın və kişi, həm də ailələr və ümmət səadətə qovuşsun, onların dünya və axirət həyatları yaxşılaşsın.
Hicri təqvimlə, 1424-cü ilin Zil-qadə ayının 22-sində çərşənmə axşamı günü çapdan çıxan “Əl-Mədinə” qəzetində “Səudiyyə Ərəbistanı Krallığının bir neçə qadın yazarlarının qadın toplantısı” başlığı altında nəş olunan məqaləsi ilə tanış oldum. Bu toplantıda onların İslam adı ilə bəzi tələbləri oldu. Çıxışlar ərzində ayələr, hədislər və böyük səhabə qadınların (Allah onlardan razı olsun!) həyatlarına baxmaq fikirləri qeyd olundu. Mənim onlara qarşı bəzi iradlarım var. Lakin bu iradların hamısı qeyd etməyə imkan yoxdur. Ancaq yenə də bunların bəzilərini sizin nəzərinizə çatdırıram.
Birincisi, ümumi ifadələr işlədir, yüksək tələblər irəli sürürdülər. Məsələn;
1. Ədalətlilik, haqlar və müxtəlif bərabərlik tələbləri;
2. Azadlıq və müstəqillik;
3. Dində gizli qalan insan haqlarına dair məqamları üzə çıxarmaq və onları şəriət, eyni zamanda qanunlar çərçivəsində tətbiq etmək;
4. Bərabər udarəçilik və mütənasib münasibətlər tələbləri;
5. Kişinin qadın üzərindəki söz sahibliyini və üstünlüyünü qadın üçün şərəf deyil, bir xidmət və yük hesab etmək;[1]
6. Onlar biri bunları söyləmişdi: “Qadınların öz hüquqlarını bilməmələri, bu hüquqlara etinasız yanaşmaları və onlarla ayaqlaşmamaları haqda söhbət açan silsilə yazıların müəllifi olduğum üçün özümü kişi oxucular tərəfindən ən çox hücuma məruz qalan kəs hesab edərdim. İslamdan xəbərsiz olanlar və qadını yalnız kişinin tabeliçiliyindəki bir varlıq hesab edənlər çoxdular. Qadın kişiyə tabe deyil, əksinə o, istər hüquq, istər öhdəlik, istərsə də digər baxımlardan kişi ilə bərabərdir…”
7. Fikirləri qadın haqları mövzusuna cəmləmək, kişi haqları mövzusuna isə ötəri baxmaq;
8. Guya qadınların zülmə məruz qaldıqları; Qadınların isə kişilərə əziyyət vermələri mövzusuna toxunmamaları;
9. Onların bəzilərinin alimlərə böhtan atmaları; Məsələn iştirakçılardan biri belə demişdi: “Mən elə hesab edirəm ki, ictihadların əksəriyyəti seçilmiş dəlillərə əsaslanır. Bu o deməkdir ki, biz istədiyimizi seçirik”.
Qadınların öz haqları vardır və onlar bu haqları tələb etməli və elə düşünməməlidilər ki, cəmiyyət və adətlər onları zəncirləmiş və boğmaq üçün boğazlarına kəndir keçirmişdir.
Xüsusilə, bəzi dini çıxışlar adət-ənənələrlə mütənasiblik təşkil edən bəzi Quran ayələrini və hədisləri seçərək qadının kişidən aşağı olduğunu və hər zaman kişinin qəyyumluğu altında olmasının vacibliyini sübut etmək istəyirlər. Bu, həmin qadın toplantısında çıxış edənlərin bütününü təşkil etməsə də, bəzilərinin ötəri qənaətidir. Bu ötəriliyə bir qədər aydınlıq gətirməyə vaxt çatmayacaq. Lakin buna baxmayaraq, mühüm olan bəzi məsələlərə aydınlıq gətirməyi məqsədəuyğun hesab etdim. Onu da qeyd edim ki, İslamın kişi və qadına tanıdığı haqları və verdiyi dəyəri heç bir əlavəsiz və nöqsansız, sizə çatdıracağam. Elə hesab edirəm ki, sağlam düşüncələr və doğru səmtdə olan fitri hisslər bu şərii buyuruqlara hörmət edir, onları ədalətin və insafın siması kimi görür. Həmin bu düşüncələr həqiqətən də hikmətlə dolu olan şəriətin qarşısında cansızdır. Çünki şəriət hikmətin və ədalətin ən son mərhələsinə çatmışdır.
Toplantı iştirakçılarının tələblərindən aydınlıq gətirmək istədiyim məsələlər bunlardır:
1. Kişi və qadınlar arasında hüquq və öhdəlik vərabərliyi;
2. Allah təalanın buyurduğu və müsəlmanların dinin bir hissəsi kimi inandığı üstünlük prinsipi; Onun səbəblərinin izahı;
3. Alimlərin dəlilləri seçilərək götürülənlərdirmi?
4. Təkcə qadınlarmı haqsızlığa məruz qalır?

___________________________________________________________________
[1] Əslində, bu, qadın üçün şərəfdir, həm də o, öhdəliyində olanlara və mənafeyinə uyğunluq təşkil edənlərə görə məsuliyyət daşıyır.



انّا للہ و انّا الیہ راجعون
Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
 
TeraneTarix: Çərşənbə, 03.10.2012, 23:14 | Yazı # 20
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
HİCABIN FAYDALARI
HİCAB İTAƏTDİR

HİCAB SİPƏRDİR

HİCAB QADININ TƏBİƏTİDİR

HİCAB ŞƏRƏFDİR

Hicab paklıqdır, saflıqdır:

Hicab təqvadır

Hicab imandır:

Hicab həyadır:

HİCABIN FAYDALARI

HİCAB İTAƏTDİR
Allah və Onun Rəsuluna sallallahu aleyhi və səlləm olan itaət əməlidir.

Allah təala Qurani Kərimdə buyurur: “Allah və Peyğəmbəri bir işi hökm etdiyi zaman heç bir mömin kişiyə və qadına öz işlərində başqa yol seçmək (öz ixtiyarları ilə ayrı cür hərəkət etmək) yaraşmaz. Allaha və Onun Peyğəmbərinə asi olan kəs, şübhəsiz ki, (haqq yoldan) açıq-aydın azmışdır!”. (Əl-Əhzab 33:36)

Həmçinim Allah təala buyurur: “Mömin qadınlara de ki, gözlərini haram buyurulmuş şeylərdən çevirsinlər (naməhrəmə baxmasınlar), ayıb yerlərini (zinadan) qorusunlar (və ya örtülü saxlasınlar); öz-özlüyündə görünən (əl, üz) istisna olmaqla, zinətlərini (zinət yerləri olan boyun, boğaz, qol, ayaq və s. naməhrəmə) göstərməsinlər; baş örtüklərini yaxalarının üstünə çəksinlər (boyunları və sinələri görünməsin); zinət yerlərini ərlərindən, yaxud öz atalarından, yaxud ərlərinin atalarından (qayınatalarından), yaxud öz oğullarından, yaxud ərlərinin oğullarından, yaxud öz qardaşlarından, yaxud qardaşlarının oğullarından, yaxud bacılarının oğullarından, yaxud öz (müsəlman) qadınlarından, yaxud sahib olduqları (müşrik) cariyələrdən, yaxud kişiliyi qalmamış (onlarla birlikdə yemək yeyən) xidmətçilərdən, yaxud qadınların məhrəm yerlərini hələ anlamayan uşaqlardan başqasına göstərməsinlər; gizlətdikləri bəzək şeylərini (xalxallarını) göstərmək üçün ayaqlarını (yerə və ya bir-birinə) vurmasınlar. Ey möminlər! Hamınız Allaha tövbə edin ki, nicat tapasınız! (Mətləbinizə çatasınız!”. (Ən-Nur 24:31)

HİCAB SİPƏRDİR

Allah təala buyurur: “Ya Peyğəmbər! Zövcələrinə, qızlarına və möminlərin övrətlərinə de ki, (evdən çıxdıqda cariyələrə oxşamasınlar deyə, bədənlərini başdan-ayağa gizlədən) örtüklərini örtsünlər. Bu onların tanınması (cariyə deyil, azad qadın olduqlarının bilinməsi) və onlara əziyyət verilməməsi üçün daha münasibdir. Allah bağışlayandır, rəhm edəndir!”. (Əl-Əhzab 33:59)

Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir: “Uca Allah Həyiydir (Həya edən), O həyanı sevir”.

Həmçinin Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir: “Öz həyat yoldaşının evindən başqa evdə (pis məqsədlər üçün özünü göstərmək) öz paltarlarını çıxaran qadın, Allahın onun üzərindəki sipərini (müdafiəsini) pozmuşdur”. Hədis göstərir ki, edilən əməlin növündən asılı olaraq ya mükafat, ya da cəza olacaqdır.

Hicabın ən böyük faydalarından biri qadına bəxş etdiyi təbii müdafiədir. Hicab geyməklə qadın özünü qəlbi xəstə “kişilərin” azğın arzularından qoruyur. Məhz təbiəti etibarilə kişi güclü şəhvətə, arzulara malik olan bir məxluqdur. Hicab bu arzu, şəhvəti cilovlayır və beləcə nəinki qadını qoruyur, həmçinin müvafiq olaraq kişiləri də qoruyur. Qərb dünyasında cinsi cəhətdən təhrik səbəbi ilə yaranan cinayətlərin sayı gündən-günə artmaqdadır. Zorlama, qadınlara qəmiş olma və zorakılıq halları epidemik səviyyəyə çatmaqdadır. Şübhəsiz ki, qadınların geyim formalarının bununla müəyyən əlaqəsi vardır. Qadınlar üzərlərində demək olar ki heç bir şey geyinmədən ətrafda dolaşdıqlarında kişilər nəfslərinin istədikləri, xoşlarına gəldikləri əməli etmək üçün bunu bir “işarə, fürsət”kimi qiymətləndirirlər. Bu da qadının şərəfinin parça-parça olması ilə nəticələnir. Müsəlman qadınlar bu cür problemləri yaşamaqdan uzaqdırlar. Müsəlmanq qadın bilir ki, o küçələrdə hərəkət etdiyində kişilərin ona baxması üçün təhrikedici bir səbəb yoxdur. Nə üçün? Çünki onlarda baxmağa səbəb yaradan heç bir şey yoxdur! Müsəlman qadın özünü malikanəsinin vəhşiliklərindən qoruyan şahzadə kimi hiss edir. Hicab altında sülh və əmin-amanlıq hissi yaşanır. Hörmət qazanmaq məqsədilə müsəlman qadının hicabı onun bədənini aşkar etdirməməlidir. Qadın bədəninin zinətlərini kişilərin onun üzərinə gözlərini dikməsinə səbəb olmaq üçün qorumalıdır. Kişinin qadını arzulaması, sevməsi ilk öncə qadının dini və zəkası, sonra isə digər məsələlər nəzərə alınmaqla olmalıdır. Hicab kişiyə qadını başqa cür qiymətləndirərək əldə etməsinə bir seçim vermir. Hicab kişinin nəfsindən həqiqətən onu qoruyan bir vasitədir.

HİCAB QADININ TƏBİƏTİDİR - Qadının təbiəti fundamental nöqteyi nəzərdən kişinin təbiətindən fərqlidir. Qadınlar kişilərdən daha çox cəsarətsiz olur, və təbiət etibarilə qorxaqdırlar. Bununla belə kişilərdən daha incə və qayğıkeşdirlər. Məhz bu səbəbdən dolayı Allah təala onları uşaqların mükəmməl tərbiyəçiləri kimi seçmişdir. Hicab qadının bu təbiətini gücləndirir. Allaha həmd olsun ki, O bu hicabı əmr etmişdir. Çünki yaşadığımız dünya insan məxluqu kimi bizim bu təbiətimizi dəyişməyi hədəf almışdır. Kişilər qadın, qadınlar isə kişi olmağa çalışırlar. İnsanlar bizim cəmiyyətlərdə çox geniş vüsət alan siyasi iradlardan dolayı çaşqınlığa düşürlər. Bir çox qadınlar feminizm və lezbiançılığın zahiri halına sarılmış, kişilərin nə qədər şərrli və zülmkar olduğunu car çəkməkdədirlər. Lakin insan bu cür hüznlü məxluqlara göz gəzdirdikdə onların yanılmaları, xəyalları bəlli olur. Kişilərə nifrət etdiklərini iddia etdikləri halda, qadınların geyimi bunu başqa cür təsdiq edir. Qısa saç düzümü, bombardmançı gödəkçə və dəmir burunlu çəkmələr bu qadınlar üçün dəbdir. Onların kişilərə nifrəti o qədərdir ki, onların məhz bu geyim görünüşləri düşmənə oxşayır! Bu qadınların bəziləri hətta həddini o qədər aşmışdırlar ki, üzlərində topa-topa tüklər yetişdirməyə əl atmışdırlar. Bu cür saqqallı xanımların mənfur tərəfi hər hansı bir kəsi naharlarından uzaqlaşdırmaq, təxirə salmaq üçün kifayət edir!!! Bu cür məhrumiyyət insanın təbiətindən olduqca uzaqdır. Digər tərəfdən, hicab isə qadının qadın kimi qalmasına, fitrətini qorumasına imkan verir. Hicablı qadın daxilində gözəl inci olan istridyə kimidir. Onun qadın ləyaqəti dəyişmədən qadın kimi qalmışdır. Bunda şübhə yoxdur, bu həqiqi BİR QADINDIR.

HİCAB ŞƏRƏFDİR - Mediyanın nağıllarının əksinə olaraq, hicab qadına heç bir geyimin əta etmədiyi şərəf hissini təmin edir. Bir çox qadınlar üçün Versage və yaxud Armani tərəfindən dizayn edilən geyim onların ehtiyac duyduqları bütün şərəf hissindən ibarətdir. Lakin hicab bu dəyərsiz geyimlərin daşıdığı şərəfdən olduqca çox-çox şərəf hissi daşıyır. Bu geyimlər adi insan (daimi olmayan, öləcək) tərəfindən dizayn edildiyi halda, hicabın mənşəyi Həyy (Daima Yaşayan), əbədi olan Allah tərəfindəndir. Bunun vasitəsilə qadına ən üstün ehtiram göstərilir. Həqiqi müsəlman kişilər öz müsəlman bacılarını bu dünyanın fəsadından uzaq tutmağa məcburdurlar. Beləcə müsəlman biri onun həyat yoldaşına can alan baxışlarla baxmaq, süzmək, onunla boş-boğazlıq etmək və yaxud onu incitməsinə imkan verə bilməz. Müsəlman qadının şərəfi bunun olmayacağını zəruri edir. Bu cür həyat tərzi Qərbin həyat tərzinə necə də ziddir! Qərbdə kişilər qadınları cəmiyyətin fəsadlarından qorumağa özlərini borclu görmürlər. Ona görə də orada bir “kişi” öz həyat yoldaşının soyunmasına, kişilərlə boş-boş söhbət edən “xidmət” qadını və hətta fahişə olmasına icazə verir. Qərbdə “namusun” heç bir yeri yoxdur. Bu namus, şərəf yalnız İslam və onun hicabı ilə əldə oluna bilər.

Müsəlman qadının namusu o qədər yüksəkdir ki, inanırıq ki, cəmiyyətin vəziyyəti cəmiyyətdə mövcud olan qadınlardan asılıdır. Qadınlar yolunu azmış və əxlaqsızdırlarsa, o zaman cəmiyyət də yolunu azmış və əxlaqsız olacaqdır. Qadınlar saleh və təqva sahibidirlərsə (Allahdan qorxan) o zaman cəmiyyət saleh və təqvalı cəmiyyət olacaqdır. Qadınlar millətin tərbiyəçiləridir. Lakin onlarda namus, şərəf yoxdursa və yollarını azmışlarsa, o zaman cəmiyyət təhsildən, tərbiyədən məhrum qalacaq və cahilliyə daha dərin dalacaqdır. Hicabı inkar edən cəmiyyət üçün bu xoşagəlməz haldır. Bu bütün Qərb cəmiyyətlərinin tezliklə məhv olacağına dair bir işarədir. O cəmiyyətlər ki, öz sıxıntılı həyat tərzlərindən, inadkarlıqlarla möhkəm yapışırlar.

Bu məqaləni mütaliə etdikdən sonra hicabı bundan sonra da inkar edənlər olacaqsa, o zaman onların itkisi nəticə etibarilə açıq-aşkar olacaqdır. Lakin saleh əməllər etməklə Allahı razı salmaq istəyənlər əmin ola bilərlər ki, bu xeyir əməllər ancaq və ancaq daha çox xeyir gətirəcəkdir.

Allah təala buyurur: “Yaxşılıq əvəzi ancaq yaxşılıqdır! (Ər-Rəhman 55:60).

Hicab iffətdir-Allah təala hicab əmrinə tabe olmağı saflıq və təvazökarlığın təzahürü adlandırmışdır. Allah təala buyurur: “Ya Peyğəmbər! Zövcələrinə, qızlarına və möminlərin övrətlərinə de ki, (evdən çıxdıqda cariyələrə oxşamasınlar deyə, bədənlərini başdan-ayağa gizlədən) örtüklərini örtsünlər. Bu onların tanınması (cariyə deyil, azad qadın olduqlarının bilinməsi) və onlara əziyyət verilməməsi üçün daha münasibdir. Allah bağışlayandır, rəhm edəndir!” (33:59). Yuxarıdakı ayədə dəlil vardır ki, qadının zahiri gözəlliyinin bilinməsi onun üçün zərərli ola bilər. Cəlbetmək üçün səbəblər aradan qalxdığı zaman, məhdudiyyətlər aradan qalxır. Bu hər bir cəhətdən cəlbetməyi itirən qoca qadın misalında müşahidə edilə bilər. Allah təala o qadınlara zahiri paltarlarını geyməməyi, üzlərini, əllərini açmağı icazə vermişdir, lakin bununla belə xatırlatmışdır ki, təvazökarlıqlarını saxlamaq hələ də onlar üçün daha yaxşıdır.

Hicab paklıqdır, saflıqdır: Allah təala hicab əmrindəki hikmətini bizə göstərmişdir: “Onlardan (Peyğəmbərin zövcələrindən) bir şey soruşduqda, pərdə arxasından soruşun (evlərinə daxil olmayın). Bu həm sizin, həm də onların ürəklərinə daha çox təmizlik bəxş edər. Sizə Allahın Peyğəmbərini incitmək, özündən sonra onun zövcələri ilə evlənmək əsla yaraşmaz. Həqiqətən, bu, Allah yanında böyük günahdır!” (S33:53). Hicab mömin kişilər və qadınların qəlbləri üçün daha çox saflıq yaradır, çünki hicab qəlbin arzularına qarşı pərdədir, maneədir. Hicabsız, qəlb həm arzulaya bilər, arzulamaya də bilər. Ona görə də görünüş (hicabla) bağlandığı zaman qəlb daha saf olur və beləcə də fitnənin (şər əməllərin) qarşısının alınması daha çox təzahür olunur. Hicab pis fikirlərin, düşüncələrin və xəstə qəlblərin tamahının qarşısını alır: “Siz ey Peyğəmbərin zövcələri! Allahdan qorxacağınız təqdirdə siz (başqa) qadınların heç biri kimi deyilsiniz. (Sizin qədir-qiymətiniz, məqamınız daha yüksəkdir. Allahdan qorxsanız, daha şərəfli olarsınız). Buna görə də (yad kişilərə) yumşaq (əzilə-əzilə) danışmayın, yoxsa qəlbində mərəz (şəkk, nifaq və günah mərəzi) olan tamaha (özgə təmənnaya) düşər. (Danışdığınız zaman) gözəl danışın! (Allahın buyurduğu kimi, yaxud qəbul olunmuş qayda üzrə gözəl, ciddi bir söz deyin!)” (S33:32).

Hicab təqvadır (Allah qorxusu): Allah təala Qurani Kərimdə buyurur: “Ey Adəm oğulları! Sizə ayıb yerlərinizi örtəcək bir geyim və bir də bəzəkli libas (və ya mal-dövlət) nazil etdik. Lakin təqva libası daha yaxşıdır (xeyirlidir). Bu, Allahın ayələrindəndir ki, bəlkə, (onunla) öyüd-nəsihətə qulaq asasınız.” (S7:26). Bu gün dünyada mövcud olan geniş yayılmış geyim tərzlərinin, şəkillərinin əksəriyyəti göstəriş üçündür və çox çətin ki, qadının bədəni üçün örtük və sipər kimi nəzərdə tutulsun. Mömin qadınlar üçün bununla belə məqsəd öz bədənlərini qorumaq və Allahın əmrinin təzahürünü nümayiş etdirmək üçün öz övrət yerlərini örtməkdir. Bu təqva əməlidir.

Hicab imandır: Allah təala hicab haqqında Öz sözlərini yalnız mömin qadınlara ünvanlamışdır. Qurani Kərimdə bir çox hallarda Allah təala “mömin qadınlara” buyurur. Aişə radiyallahu anhə, peyğəmbər sallallahu aleyhi və səlləmin həyat yoldaşı onu ziyarət etmək üçün gələn və üzərlərində şəffaf paltarlar olan Bəni Təmim qəbiləsinin bəzi qadınlarına (onlar qeyri-münasib şəkildə geyinmişdilər) müraciət edərək belə demişdir: “Əgər siz həqiqətən də mömin qadınlarsınızsa, o zaman bu geydiyiniz paltarlar mömin qadınların geyəcəyi paltar deyil”.

Hicab həyadır: İki səhih hədisdə belə deyilir: “Hər bir dinin ədəb qaydaları var və İslamın ədəb qaydası həyadır” və “Həya imandandır, iman isə Cənnətdədir”. Hicab təbii həyadır ki, bu da qadınların təbiətinin bir hissəsidir.

Hicab məsələsinə dair nəticələr

1. Britaniya mediyası. Hicabın zülm olduğunu ittiham etdiyi halda, hər kəsə məlumdur ki, “Sun (Günəş)” və “World News (Dünya Xəbərləri)” kimi qəzetlərdə tez-tez lüt qadınların şəkilləri nümayiş etdirilir. Bu əlbəttə ki, Qərbin qadınlara bəxş etdiyini iddia etdiyi “azadlıqdır”.

2. Dr Zəki Bədəvi öz nəfsinə uyğun və əfsuslar olsun ki, guya İslamı təmsil edən biri kimi tanınmaqdadır. Bir neçə il bundan əvvəl, Bədəvi Hollandiyada televiziyaya çıxaraq “hicab vacib deyil” deyə bəyan etmişdir. Bu bəyan çoxlu çaşqınlığa səbəb oldu və elmi zəif olan bəzi qadınların hicablarını çıxarması ilə nəticələndi.

3. Üzü və əlləri örtmək bir digər rəyə görə fərz olmasa da, şübhəsiz ki, niqab (üz örtüyü) və yaxud ələ əlcək geymək daha yaxşıdır. Bu cür əməllər qadın tərəfdən bir sadəlik və təqva (Allah qorxusu) olaraq qiymətləndirilir. Bu cür əməllər ona yalnız savabın üzərinə savab gətirir.

4. Hicabın şərtlərinə dair dəlilləri bir çox sələf alimləri tərəfindən və həmçinin Əbu Bilal Mustafa əl-Kanadi tərəfindən qələmə alınmış “Quran və Sünnəyə görə qadınların geyimi haqqında İslam hökmü” adlı gözəl bir kitabda tapmaq olar.

5. Qərbdə hicab geymək bir çox qadınlar üçün mübarizə ola bilər. Qərbin ikiüzlüyü budur ki, hər bir qadın tərəfindən könüllü olaraq yerinə yetirilən bu seçimə onlar hörmətlə yanaşmırlar və bu cür qadınları daha çox psixoloji təzyiqlərlə üz-üzə qoyurlar. İki il bundan əvvəl iki müsəlman qız hətta Fransada məktəbdə hicab geydiklərindən dolayı qovulmuşdurlar. Azadlıq həqiqətən də yeni məna qazanmışdır!

6. “Hicabdan görünüş” hicabla həyat tərzi haqqında gözəl bir hesabatdır. Xaula Nakata tərəfindən yazılmış bu kitab, islam dinini qəbul etmiş Yaponiyalı qadının hicaba dair təcrübəsindən bəhs edir.

7. Gainni Versage tərəfindən dizayn edilmiş geyimlər daha olmayacaqdır!! Homoseksuallığın fəsadları bir daha sübut etdi ki, bu insan (???) özünün qeyri-müqəddəs zəhmətinin bəhrəsini artıq vermişdir.

8. Hicab məsələsinin icrası ilə əlaqədar bütün müsəlman qadınlar üçün ən yaxşı nümunələr və ən görkəmli həyat modelləri Peyğəmbərimizin namuslu həyat yoldaşları və fəzilətli qızlarıdır.

9. Əmr olunmuş hicab qadının zinətini, geyimini və bütün bədənini örtən bir geyimdir.

10. Müsəlman qadının hicab geyməsinin vacibliyi onun rolunu şərəfləndirməkdən, məqamını ucaltmaqdan, onun şərəfini və şəxsiyyətini qorumaqdan irəli gəlir. Əslində hicab bütün cəmiyyəti orada peyda olan fəsadın və fitnənin vasitələrindən, insanlar və sakinlər arasında əxlaqsız əməllərin yayılmasından qoruyur.

11. Naməhrəm kişilərin gözlərinin ona baxmasına və qəlblərinin ona meyl etməsinə, fitnə-fəsadın yaranmasına səbəb olan geyimləri geyməməsi üçün Allah tərəfindən şiddətli xəbərdarlıq. Bu cür cəlbedici vasitələrə ətirlənmək və kosmetika da daxildir. Bununla belə, həyat yoldaşının və yaxud kişi vəlilərinin (atası, qardaşı) yanında olduğunda uca dinimizin müəyyən etdiyi həddlərə müvafiq olaraq bunlardan istifadə etmək olar.

12. Şəriətlə (Quran və Sünnə) əmr olunmuş hicabın vacibliyi mütləqdir və bütün mömin qadınlara fərzdir. Hicab Allah təala tərəfindən qəti olaraq əmr olunmuş bir əmr olduğundan, hicabın qanuniliyini ləğv etmək və əhəmiyyətini alçaltmaq ilə əlaqədar heç bir güzəşt və yaxud danışıqlardan söhbət gedə bilməz.

13. Ümumiyyətlə Allaha tövbə etməyin və xüsusilə də Allahın hicab əmrinə riayət etmədikləri üçün Allahdan bağışlanma istəməyin vacibliyi. Allahın razılığını ummaq və ümid etmək. Bu dünya və axirətdə müvəffəqiyyətə nail olmağı Allah təalanın aşağıdakı əmrinə tabe olaraq istəmək.
Allah təala buyurur:
“Ey möminlər! Hamınız Allaha tövbə edin ki, nicat tapasınız! (Mətləbinizə çatasınız!)” (Ən-Nur 31)



انّا للہ و انّا الیہ راجعون
Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
 
Forum » İslam » Müxtəlif məsələlər » MÖMİN QADIN (Hicab nəyə lazimdır?)
  • Страница 1 из 2
  • 1
  • 2
  • »
Поиск:


Səhifə başlığına qalx
Əhli Sünnə vəl Camaat © 2024 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru